Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Hər hansı referendum və ya parlament seçkisinə heç bir ehtiyac yoxdur”

Hikmət Babaoğlu: “Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var”

“Bu gün Azərbaycanın bir nömrəli gündəmi tarixi qələbəmiz, uzun illərdir gözlədiyimiz Qarabağa Böyük Qayıdış və inkişafımızın bundan sonra da davam etdirilməsidir. Bunlardan başqa hər hansı bir ekstroardinar məsələnin ictimai gündəmə daxil edilməsi cəhdləri ölkəmizdə süni gündəm yaratmaq istəyənlərin uğursuz manipulyasiyasıdır. Ona görə də son günlər Azərbaycanda referendumun, yaxud Milli Məclisə yenidən seçkilərin keçirilməsi ilə bağlı səsləndirilən fikirlərin heç bir əsası yoxdur. Ən önəmlisi isə bu tip məsələlər ictimai sifariş deyil”.

Bunu veteran.gov.az-a açıqlamasında millət vəkili Hikmət Babaoğlu bildirib. Millət vəkili pandemiya şəraitində görülən işlərə diqqət çəkib, bütün qurumlar kimi Milli Məclisin də pandemiya şəraitində uğurla fəaliyyət göstərdiyini qeyd edib:

“Hazırda Azərbaycanda tarixi zəfərə imza atmış qüdrətli və güclü milli dövlət, onun institusional qurumları var. Hökumət olduqca səmərəli fəaliyyət göstərməklə COVID-19 pandemiyası şəraitinə baxmayaraq, iqtisadi-siyasi və sosial sahədə mümkün olan bütün işləri uğurla həyata keçirir. Hakimiyyətin başqa bir qolu olan ali qanunverici orqan - Azərbaycan Respublikasının Milli Məclisi yeni formalaşan konfiqurasiyası ilə istər qanunvericilik fəaliyyəti, istərsə də digər funksiyaları çərçivəsində mühüm işlər görür. Elə bu günlərdə Türkiyə-Azərbaycan-Pakistan parlamentləri arasında imzalanan Bakı Bəyannaməsi parlamentin beynəlxalq əlaqələri necə yüksək səviyyədə qurmağı bacarmasının bir göstəricisidir. Buna paralel olaraq 2020-2021-ci qanunvericilik ilində qanun yaradıcılığı istiqamətində parlamentin intensiv fəaliyyəti yalnız təqdir oluna bilər. Eyni zamanda, yeni tərkibdə Milli Məclis üzvlərinin seçicilərlə işləmək, onların problemlərinin həll edilməsi işində yeni təcrübə yaratması da xüsusi vurğulanmalı məsələlərdən biridir. İcra hakimiyyəti orqanları ilə koordinasiyalı fəaliyyət nəticəsində Milli Məclisə ünvanlanmış vətəndaş müraciətlərinin qısa müddətdə həll edilməsi istiqamətində atılan addımlar da ictimai diqqətin təqdir etdiyi hadisədir. Əgər ictimai münasibətləri layiqincə tənzimləyə bilən, demokratik siyasi sistemin hüquqi əsaslarını təşkil edən Konstitusiya və bu konstitusion tələblərdən irəli gələn əsaslarda formalaşmış yeni Milli Məclis varsa, o zaman nə hər hansı bir referenduma, nə də yeni parlament seçkilərinə heç bir ehtiyac yoxdur”.

Seymur ƏLİYEV

2021-08-03 14:25:00
1556 baxış

Digər xəbərlər

Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib

Veteran.gov.az xəbər verir ki, Azərbayacn Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Silahlı Qüvvələr Günü münasibətilə Müzəffər Ali Baş Komandan İlham Əliyevi təbrik edib. Təbrik məktubunda deyilir:    

Hamısını oxu
Heydər Əliyev Fondu 100 minədək ailəyə sovqat göndərir

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə aztəminatlı və digər həssas qruplardan olan ailələrə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Milli.Az bildirir ki, Heydər Əliyev Fondunun və "Regional İnkişaf" İctimai Birliyinin həyata keçirdiyi aksiya respublika üzrə 100 minədək ailəni əhatə edəcəkYeni il bayramı münasibəti ilə sovqatların çatdırılmasına başlanılıb. . Bura aztəminatlı ailələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar, 5 və daha artıq uşaqlı, Ermənistanın hərbi təcavüzü zamanı dəymiş zərərlər nəticəsində evlərini tərk edən ailələr daxildir. Ərzaq məhsullarından ibarət sovqatların vətəndaşlara çatdırılması mövcud karantin rejiminin tələblərinə əməl olunmaqla, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə həyata keçirilir. "Regional İnkişaf" İctimai Birliyinin könüllüləri aksiyanın həyata keçirilməsində yaxından iştirak edirlər. Sovqatların paylanılması dekabrın sonunadək davam edəcək. Qeyd edək ki, aztəminatlı ailələri və xüsusi qayğıya ehtiyacı olan şəxsləri daim diqqətdə saxlayan Heydər Əliyev Fondu onlarla bağlı mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. İndiyədək respublika üzrə sosial yardım alan ailələrə Yeni il, Novruz və Ramazan bayramlarında sovqatlar çatdırılıb, sosial yardıma ehtiyacı olan minlərlə şəxs üçün bayram süfrələri təşkil edilib, hədiyyələr verilib. Eləcə də yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar ölkədə elan olunmuş xüsusi karantin rejimi dövründə evdən çıxması qadağan edilən yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərə və "Biz birlikdə güclüyük" layihəsi çərçivəsində aztəminatlı ailələrə ərzaq payları çatdırılıb.  

Hamısını oxu
Prezident Gənclər Günü münasibətilə paylaşım edib

Prezident İlham Əliyev 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə paylaşım edib. Veteran.gov.az xəbər verir ki, paylaşımda deyilir: "Biz gənc nəslimizlə haqlı olaraq fəxr edə bilərik!"  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illiyi münasibətilə Cəlilabad rayonunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibətilə Cəlilabad rayonunda tədbir  keçirilib. Cəlilabad rayon Veteranlar  Təşkilatının təşkilatçılığı ilə şənbə günü keçirilən yubiley tədbirində  rayon Veteranlar  Təşkilatının sədri, şair-publisist Ədalət Salman Azərbaycan Veteranlar Təşkilatının yaranma tarixindən və onun səmərəli fəaliyyətindən ətraflı danışıb, tədbir iştirakçılarına rayon təşkilatının gördüyü işlər haqqında da məlumat verib. Əmək və müharibə veteranlarının iştirakı ilə təşkil olunmuş tədbirdə Veteranlar Təşkilatına yeni üzv qəbul edilmiş 27 nəfər Əmək, Qarabağ və Əfqanıstan müharibələri veteranlarına vəsiqələr təqdim olunub. Rayonun ictimai-siyasi həyatında və rayon təşkilatının keçirdiyi tədbirlərdə fəal iştirak etdiyinə görə bir qrup veteran yubiley münasibəti ilə Fəxri Fərmanlarla təltif edilib. Tədbirdə çıxış edən veteranlar Azərbaycan Veteranlar Təşkilatının ünvanına xoş sözlər söyləyib, rayon təşkilatının gördüyü işləri yüksək qiymətləndiriblər.    

Hamısını oxu