Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Danışan” şəkillər, “qətl yerindən” reportaj, “qatilin portreti”...

Tofiq Abbasov: “Ermənistanla informasiya müahribəsi davam edir və biz bu müharibədə də aktiv olmalıyıq”

 

“Qarabağ Dirçəliş Fondunun layihələrində Ermənistanın anti-insani və anti-bəşəri mahiyyəti ifşa edilməkdədir”

 

44 günlük Vətən müharibəsi başa çatsa da, Ermənistanla informasiya müstəvisində mübarizə davam etməkdədir. Azərbaycan ordusu tərəfindən darmdağın edilən Ermənistanın törətdiyi cinayətlərə görə hüquqi müstəvidə də məsuliyyətə cəlb edilməsi, beynəlxalq məhkəmə qarşısında dayanması, etdiyi əməllərə görə  ölkəmizə təzminat ödəməsi indiki məqamda dövlətimiz qarşısında duran əsas məsələlər sırasındadır. Və təbii ki, bütün bunların reallaşması üçün ilk öncə Ermənistanın son 30 ildə xalqımıza qarşı törətdiyi cinayətlərin ifşa edilməsi, dünya ictimaiyyətinin bu cinayətlərdən xəbərdar edilməsi vacibdir. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun “Karabakh.Center” layihəsi əsasında həyata keçirdiyi fotosərgi və bu müstəvidə həyata keçirdiyi digər layihələr, eyni zamanda sözügedən Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyevin erməni vandalizmini ifşa edən məqalələri mühüm əhəmiyyətə malikdir.

 

Xatırladaq ki, Qarabağ Dirçəliş Fondunun erməni vandallarını bütün müstəvilərdə, eyni zamanda ekoloji müstəvidəki cinayətlərini ifşa edən layihələrində işğaldan azad edilən yerlərdən çkəilən çoxsaylı foto-video materiallar yer alır ki, bu da erməni vəhşiliyinin inkaredilməz sübutlar – fotofaktlar əsasında dünyaya çatdırılması deməkdir. Hər biri “dil açan”, “danışan” bu şəkillərdə ermənilərin necə ağır cinayətlərə imza atdığı öz əksini tapmaqla yanaşı, bu cinayətlərin miqyas və dərinliyi həmin cinayətləri həyata keçirən, insanlarla yanaşı, həm də təbiəti məhv edən qatillərin mənəvi-psixoloji portretini görməyə imkan verir.

 

Saytımıza açıqlamasında bu kimi layihələrin önəminə toxunan politoloq Tofiq Abbasov, bu müstəvidə sistemli addımların atmağın mühüm önəm kəsb etdiyini qeyd edib:

 

“Təbii ki, Ermənistanın vəhşiliklərinin ifşa edilməsi, bu vəhşiliklərin dünya birliyinin diqqətinə çatdırılması olduqca vacibdir. Müharibə bitdi və biz regionda sülhün zəruriliyindən danışırıq. Lakin biz hələ də bəzi dövlətləri, dünyanın müəyyən kəsimini başa sala bilməmişik ki, müharibənin səbəbkarı kimdir, müharibə kimin ərazisində gedir, kim böyük dağıntılara məruz qalıb. İnsformasiya əsrində buna inanmaq bəlkə də çətindir. Lakin reallıq bundan ibarətdir ki, Azərbaycan bu gün də kimlərəsə izah etməyə çalışır ki, əsl həqiqət nədən ibarətdir. Sağlam toplumları inandırmaq üçün məxsusi səy göstərməyə ehtiyac olmur. Onlara faktları təqdim edən kimi, onlara bu faktları göstərən kimi onlar həqiqəti anlayırlar. Lakin dünyada bəzi kəsimlər var ki, onlar erməni təbliğatının təsiri altındadır. Buna görə də biz erməni vəhşiliyini dünyaya göstərmək, erməniləri ifşa etmək üçün bu cür sərgilər təşkil etməli, bu həqiqətləri yaymalıyıq. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun həyata keçirdiyi sərgi və layihələr son dərəcə əhəmiyyətlidir. Çünki bu sərgilərdə erməni vəhşiliyi, onun anti-insani və anti-bəşəri mahiyyəti fotolar vasitəsi ilə - sözsüz-izahsız şəkildə ifşa edilir, faktlar əsasında öz əksini tapır. Qarabağ Dirçəliş Fondunun layihələrində ermənilərin Azərbaycan torpaqlarında ekoloji müstəvidə həyata keçirdiyi cinayətlər də öz əksini tapır ki, bu da erməni faşizminin sadəcə Azərbaycan və region dövlətləri üçün deyil, həm də bütün bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu göstərir, dünya üçün xəbərdarlıq və SOS mahiyyəti daşıyır.

 

Ermənilər sadəcə insanlara qarşı deyil, təbiətə qarşı da vəhşiliklər törədiblər. Onlar sülhə hazır olmaq istəmirlər. Onlar böyük vəhşiliklər törəiblər. Hansı ki, biz 44 günlük Vətən müharibəsində onların “əl-qolunu sındırdıq”. Xatırladım ki, istər 90-cı illərin əvvəllərində, istərsə də 44 günlük müharibənin başlanmasının səbəbkarı Ermənistandır. Ekologiyaya zərbə vuran, bölgədə gərginliyi artıran da Ermənistandır. Insanlıqdan uzaq addımlar atan da Ermənistandır.

 

Dünya  nə qədər ki, “duza gedir”, Ermənistanın yalançı təbliğatına uyur, biz gərək erməni vəhşiliklərini intensiv şəkildə ifşa edək. İnformasiya müharibəsi öz qüvvəsindədir və biz burada da situasiyanı dəyişmişik. Bəzi qüvvələr var ki, onlar Azərbaycana, onun təqdim etdiyi faktlara inanmaq istəmirlər. Bunları görməzdən gəlirlər. Lakin bu bizi ruhdan salmalı deyil. Biz sona qədər mübarizə aparmalı, erməniləri ifşa etməliyik. Dünya görməlidir ki, ermənilərin əsl siması nədən  ibarətdir və onlar bəşəriyyət qarşısnda necə böyük cinayətlər törədiblər. Hansı ki, erməni vəhşiliklərinin ifşası baxımından Qarabağ Dirçəliş Fondunun bundan sonra da effektiv  və səmərəli addımlar atacağından əminəm”.

 

Seymur ƏLİYEV

2021-08-08 10:15:00
1273 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev Azərbaycan xalqına müraciət edib

Prezident İlham Əliyev 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə Azərbaycan xalqına müraciət edib. "Əziz həmvətənlər. 2024-cü ili uğurla başa vururuq. İlin əvvəlində qarşımıza qoyduğumuz bütün məsələlər öz həllini tapmışdır. Ölkəmiz inamla inkişaf etmişdir. Ölkəmizin beynəlxalq nüfuzu böyük dərəcədə artmışdır. Ölkə iqtisadiyyatında müsbət inkişaf var, hərbi gücümüz artıb. Ölkəmizdə sabitlik hökm sürür. Azərbaycan xalqı təhlükəsizlik şəraitində yaşamışdır. Bu gün dünyada baş verən hadisələr hamımızın gözünün qarşısındadır. Yeni müharibələr, qarşıdurmalar, münaqişələr alovlanır. Dünyanın müxtəlif bölgələrində qanlı toqquşmalar davam edir. Azərbaycan isə sülh, əmin-amanlıq, təhlükəsizlik və sabitlik şəraitində yaşayır. Əminəm ki, bundan sonra sabitlik və əmin-amanlıq əbədi olacaqdır. 2024-cü ildə bir çox önəmli hadisələr baş vermişdir. Onların arasında ən vacib məsələ Qazax rayonunun 1990-cı illərin əvvəllərində işğal altına düşmüş dörd kəndinin işğaldan azad edilməsi idi. Bu kəndlər haqqında biz heç vaxt öz mövqeyimizdən bir addım belə geri atmamışdıq. Bu kəndləri biz heç vaxt unutmamışdıq. Sadəcə olaraq, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının öz məntiqi var idi. Hər şeyi, bütün məsələləri biz inamla və ardıcıllıqla həll etdik. Birinci mərhələdə Qarabağın və Şərqi Zəngəzurun böyük hissəsini 2020-ci ildə Vətən müharibəsində işğalçılardan azad etdik. İşğal altında qalan hissə keçən il antiterror əməliyyatı nəticəsində işğalçılardan azad edildi və Azərbaycan öz dövlət suverenliyini bərpa etdi. Biz bu il Qazax rayonunun dörd kəndini geri aldıq, bir güllə atılmadan, siyasi yollarla. Amma o da həqiqətdir ki, əgər son dörd ilin Azərbaycan-Ermənistan münasibətlərində baş vermiş hadisələr baş verməsəydi, əlbəttə, Ermənistan heç vaxt öz xoşu ilə bu kəndləri bizə qaytarmazdı. Onlar məcburiyyət qarşısında bunu etdilər, bizim siyasi, hərbi gücümüzü dərk edərək buna getdilər və mən ümid edirəm ki, bundan sonra da Ermənistan öz siyasətində Cənubi Qafqazda və eyni zamanda, dünyada yaradılmış yeni reallıqları nəzərə alacaq. Cənubi Qafqazda yeni reallıqları biz yaratdıq. Vətən müharibəsi bu reallıqları yaratdı, dövlət suverenliyimizin bərpası bu reallıqları daha da gücləndirdi və biz Cənubi Qafqazda yaratdığımız yeni reallıqları diplomatik, beynəlxalq və siyasi müstəvidə təsdiqlədik. Bütün dünya yeni reallıqları qəbul edib. Ona görə Ermənistanın genişmiqyaslı silahlanma kampaniyası hesab edirəm ki, bölgə üçün növbəti təhdid mənbəyidir. Əgər bu il bizim üçün ən narahatedici məqamı qeyd etsək, təbii ki, bu, Ermənistanın silahlanmasıdır. Bunun heç bir məntiqi izahatı yoxdur. Ermənistan öz işğalçılıq siyasətində tamamilə iflasla üz-üzə qalmışdır. 2020-ci və ondan sonra 2023-cü illərdəki hərbi məğlubiyyətləri onlara düz yol göstərməli idi. Biz də buna çalışırdıq və bu gün də öz səylərimizi davam etdiririk. Mən dəfələrlə həm rəsmi bəyanatlarımda, həm Ermənistan tərəfi ilə apardığımız danışıqlar əsnasında onlara xəbərdarlıq etmişəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Onları təhrik edən və bu gün yenə də Azərbaycan üzərinə hücum etməyə vadar edən xarici dairələr, xarici ölkələr onların arxasında durmayacaq, sadəcə olaraq, dura bilməyəcək. Bizimlə bu bölgədə hərbi müstəvidə heç bir qüvvə rəqabət apara bilməz. Ona görə bir daha deyirəm, hələ ki, gec deyil, bu təhlükəli yoldan geri qayıtsınlar. Cənubi Qafqaz sülh, əmin-amanlıq, əməkdaşlıq bölgəsi olmalıdır. Ermənistanın genişmiqyaslı və sürətli silahlanması, öldürücü silahların tədarükü bu sülhü, mümkün olan sülhü poza bilər. Bir şeyi də qeyd etməliyəm, Azərbaycan, sadəcə olaraq, bu məsələ ilə bağlı tamaşaçı rolunda olmayacaq. Otuzillik işğal, dağıntılar, Qarabağın, Şərqi Zəngəzurun viran qoyulması, Xocalı soyqırımı, bir milyon insanımızın Ermənistanın ucbatından qaçqın, köçkün vəziyyətində yaşaması bizim xatirimizdən heç vaxt silinməyəcək. Biz bunu heç vaxt unutmayacağıq. Ermənistanın işğalçılıq siyasəti və mahiyyəti daim nəzərə alınmalıdır. Ona görə bir daha özümə borc bilib Ermənistan rəhbərliyinə növbəti xəbərdarlıq edirəm ki, bu təhlükəli yoldan çəkinsinlər. Bir də ki, bizimlə hərbi və istənilən sahədə rəqabət aparmaq onların iqtidarında deyil. Ermənistanın kütləvi surətdə silahlanmasını nəzərə alaraq, biz gələn ilin hərbi büdcəmizi əhəmiyyətli dərəcədə artırmışıq. Bu, rekord həddə çatıb – 8,4 milyard manat səviyyəsinə qalxıb. Yenə də deyirəm, biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik. Ancaq əgər bu silahlanma yarışı olmasaydı, həmin bu pulun ən azı, ən azı yarısı digər sahələrə istiqamətləndiriləcəkdi - Qarabağın, Şərqi Zəngəzurun bərpa edilməsinə, vətəndaşlarımızın sosial problemlərinin həllinə. Sadəcə olaraq, müqayisə üçün deyim. Hərbi xərclərimiz 8,4 milyard manat olacaq. Qarabağa və Şərqi Zəngəzura isə gələn il biz 4 milyard manat ayırırıq. Bunun tam əksi ola bilərdi. Sadəcə olaraq, Ermənistan və onun arxasında duran və onlara pis məsləhətlər verən ölkələr buna imkan vermir. Bununla belə, Qarabağın və Şərqi Zəngəzurun bərpası uğurla gedir. Artıq 10 minə yaxın keçmiş məcburi köçkün bu torpaqlara qayıdıb, onlar üçün ən gözəl şərait yaradılıb. Bütövlükdə isə azad edilmiş ərazilərdə 30 mindən çox insan yaşayır, çalışır, işləyir - həm yeni açılmış müəssisələrdə, sosial obyektlərdə, inşaat işlərində. Gələn il təbii ki, oraya qayıdacaq vətəndaşların sayı böyük dərəcədə artacaq. Onu da bildirməliyəm ki, 2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır. Əlbəttə ki, bütün bu işləri görmək üçün iqtisadiyyatımız inkişaf etməlidir. Burada da yaxşı nəticələr var. Bu il ümumi daxili məhsul 4 faizdən çox, qeyri-neft sektorunda ümumi daxili məhsul 6 faizdən çox, qeyri-neft sənaye sahəsində isə artım 7 faizdən çox olub. Biz öz valyuta ehtiyatlarımızı artırmışıq və hazırda 72 milyard dollardan çox valyuta ehtiyatlarımız var. Eyni zamanda, xarici borcumuzu da azaltmışıq və bu gün Azərbaycanın xarici borcu cəmi 5,2 milyard dollardır. Yəni, başqa sözlə desək, bizim valyuta ehtiyatlarımız xarici borcumuzu 14 dəfə üstələyir. İndi əgər bu rəqəmlərə yaxın olan rəqəm hər hansı bir inkişaf etmiş ölkədə varsa, onu mənə göstərsinlər. Bütün bu işləri görməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, hərbi gücümüzün artırılması, sosial layihələrin icra edilməsi ilə yanaşı, biz bax, bu önəmli makroiqtisadi rəqəmləri əldə etmişik. Həm borcumuzu azaltmışıq, həm ehtiyatlarımızı artırmışıq və bu, imkan verir ki, biz geniş sosial proqramlar icra edək. Deyə bilərəm ki, 2019-cu ildən bu yana dörd sosial paket layihəsi, proqramı icra edilmişdir. Gələn il beşinci paket icra ediləcək. Bu layihələrə ayrılan və ayrılacaq vəsait 7,5 milyard manat olacaq. Sosial sahəyə gəldikdə, onu da bildirməliyəm ki, 2025-ci ildən başlayaraq minimum əməkhaqqı 345 manatdan 400 manata, minimum pensiya isə 280 manatdan 320 manata qaldırılacaq. Artım təxminən 14-15 faizdir. Yəni, yenə də bütün bu böyük investisiya, sərmayə qoyuluşu layihələrinin icrasına baxmayaraq, sosial sahə, insanların güzəranı, insanların sosial müdafiəsi daim diqqət mərkəzində olacaqdır. Bu il Azərbaycanda COP29 iqlim konfransı keçirildi. Deyə bilərəm ki, bu, bizim müstəqillik tariximizdə ən böyük beynəlxalq tədbirdir və hesab edirəm ki, dünya müstəvisində ən böyük və mötəbər beynəlxalq konfransdır. Cəmi on bir ay ərzində biz bu böyük tədbiri uğurla keçirdik. Qeydiyyatdan keçmiş 76 min iştirakçı öz gözləri ilə Azərbaycanın potensialını bir daha gördü. 197 ölkə, 80 dövlət və hökumət başçısı və vitse-prezident iştirak edib. Bu, bir daha göstərir ki, COP29-u Azərbaycana qarşı istifadə etmək istəyən bəzi Qərb ölkələrinin, onların nəzarətində olan dırnaqarası qeyri-hökumət təşkilatlarının və saxta media orqanlarının - onların bütün səyləri əbəs oldu on bir ay ərzində. Bu, hələ də davam edir. COP-dan sonra da artıq iki aya yaxındır davam edir, bizə qarşı şər, böhtan, yalan, iftira, uydurma kampaniyası aparılır - Azərbaycanı qaralamaq, Azərbaycanın imicinə zərbə vurmaq. Onun arxasında duran ölkələrin adlarını mən heç çəkmək də istəmirəm. Azərbaycan xalqı o ölkələri yaxşı tanıyır. Qeyri-hökumət təşkilatları hansı mənbədən vəsait alır, hansı paytaxtdan göstəriş alır, onu da Azərbaycan xalqı yaxşı bilir. Ümid edirəm ki, gələn ilin yanvarın sonlarından başlayaraq artıq Azərbaycana qarşı bu diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacaq. Hər halda, ümidlər böyükdür. Bu il Azərbaycan xalqı bir daha mənə böyük etimad göstərmişdir. Prezident seçkilərində mənə göstərilən dəstək məni daha da ruhlandırır, daha da gücləndirir. Daha da çox məni əmin edir ki, biz düzgün yolla irəliyə gedirik və bundan sonra da mən bu yüksək etimadı doğruldacağam. Hesab edirəm ki, Azərbaycan xalqında bu məsələ ilə bağlı hər hansı bir şübhə yoxdur. Azərbaycan 21 ildir inamla, uğurla, ləyaqətlə inkişaf edir. Bu illər ərzində çətinliklər də olub, sınaq məqamları da olub, müharibələr olub, bizə qarşı əsassız ittihamlar olub. Amma heç biri, heç biri bizi yolumuzdan döndərə bilmədi. Biz ərazi bütövlüyümüzü də bərpa etdik, dünya güclərinin istəklərinə rəğmən, dövlət suverenliyimizi də bərpa etdik, yenə də böyük dövlətlərin iradəsinə zidd olaraq. Ölkəmizi də inamla idarə edirik. Bizim ayağımıza dolaşmaq istəyənlər isə növbəti dəfə iflasa uğrayacaq. Əziz həmvətənlər, bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. Bütün dünyada yaşayan azərbaycanlıları bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Əziz xalqıma cansağlığı, firavanlıq, xoşbəxtlik, səadət arzulayıram. Bayramınız mübarək olsun!"  

Hamısını oxu
Azərbaycan-İran Strateji Tərəfdaşlığı:Qonşuluqdan Qardaşlığa Uzanan Münasibətlər

Azərbaycan Respublikasının İran İslam Respublikası ilə münasibətləri əsrlərin sınağından çıxmış dostluq,qardaşlıq və qarşılıqlı hörmət prinsipləri üzərində qurulmuşdur.Bu münasibətlər tarixdən gələn ortaq mədəni dəyərlərə,dini yaxınlığa, etnik və coğrafi bağlılığa əsaslanmaqla yanaşı, müasir dövrdə hər iki ölkənin siyasi iradəsi nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Azərbaycana etdiyi rəsmi səfər bu münasibətlərin inkişafında mühüm mərhələ təşkil etmişdir. Prezident İlham Əliyevin səfər zamanı verdiyi bəyanatlarda qeyd olunduğu kimi, Azərbaycan-İran münasibətləri qarşılıqlı etimada və bir-birinin suverenliyi, ərazi bütövlüyünə hörmət prinsipinə əsaslanır.Bu səfər çərçivəsində imzalanmış sənədlər, aparılan danışıqlar və geniş fikir mübadiləsi göstərdi ki, hər iki ölkə bu münasibətləri daha da dərinləşdirmək əzmindədir.Əldə olunmuş razılaşmalar təkcə ikitərəfli formatda deyil, həm də regional və çoxtərəfli əməkdaşlıq müstəvisində böyük əhəmiyyət kəsb edir.Xüsusilə Şimal-Cənub nəqliyyat dəhlizi layihəsinin inkişafı və onun region ölkələri üçün iqtisadi səmərəsinin artırılması məqsədilə Azərbaycan tərəfindən reallaşdırılan infrastruktur layihələri bu əməkdaşlığın strateji dəyərini daha da artırır. Prezident İlham Əliyev bəyan etmişdir ki, Azərbaycan artan yük həcmini qarşılamaq məqsədilə nəqliyyat və logistika imkanlarını genişləndirməkdədir. Humanitar, mədəni və elmi sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi də səfərin əsas gündəm mövzularından biri olmuşdur.Qarşılıqlı mədəniyyət günlərinin yaxın gələcəkdə yenidən təşkili ilə bağlı qəbul edilmiş qərar xalqlarımız arasında mədəni dialoqun davamlılığını təmin edəcəkdir.  Prezident Pezeşkianın sözlərinə görə, ortaq dini, etnik və tarixi dəyərlər Azərbaycan-İran münasibətlərinin təməlini təşkil edir və bu birliyi heç bir xarici güc poza bilməz. Prezident İlham Əliyev qeyd etmişdir ki, “Biz əsrlər boyu bir məkanda yaşamışıq, bir dövlət çərçivəsində yaşamışıq”.İran Prezidenti də çıxışında “Özümüzü Azərbaycanda yad ölkədə yox, sanki Təbrizdə, Ərdəbildə hiss edirik” deməklə bu mənəvi yaxınlığın nə qədər real və dərin olduğunu bir daha göstərdi. Səfər çərçivəsində həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi, bir-birinə dəstəyin davam etdirilməsi məsələləri müzakirə olunmuşdur.BMT, İƏT, Qoşulmama Hərəkatı və digər qurumlarda iki ölkənin nümayəndələri ənənəvi olaraq bir-birini dəstəkləməkdədir.Prezident Pezeşkian bəyanatında Azərbaycanın regional və beynəlxalq siyasətdə göstərdiyi əzm və iradəni yüksək qiymətləndirmiş, gələcəkdə sənaye, elm, mədəniyyət, iqtisadiyyat və təhlükəsizlik sahələrində daha əhatəli strateji planların hazırlanacağını qeyd etmişdir. O, həmçinin vurğulamışdır ki, gələcək nəsillər bu gün əsası qoyulan əməkdaşlıqdan qürur duyacaqdır. Azərbaycan və İranın strateji tərəfdaşlığı regionda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, qarşılıqlı iqtisadi rifahın təmin edilməsi və mədəni yaxınlığın daha da gücləndirilməsi baxımından mühüm rol oynayır. Bu tərəfdaşlıq bir daha göstərdi ki, bölgənin gələcəyi bölgə ölkələrinin öz əlindədir və dialoq, qarşılıqlı hörmət, birgə layihələr bu gələcəyin ən etibarlı təminatıdır. Azərbaycan-İran münasibətlərinin bu tarixi görüşlə yeni mərhələyə qədəm qoyması təkcə dövlətlərin deyil, xalqların da könül bağlarını biraz da möhkəmləndirdi. Bu, sadəcə diplomatik sənədlərin imzalanması deyil, qəlblərin yaxınlaşması, tarix boyu birgə addımlamış iki xalqın yenidən bir cərgədə dayanması anlamına gəlir. Təcrübəli dövlət adamlarının bu uzaqgörən siyasətinə veteranlarımız, ziyalılarımız da xüsusi dəyər verir. Ölkənin hər yerində bu səfər, səmimi çıxışlar və verilən mesajlar böyük rəğbətlə qarşılandı.  İran prezidenti Məsud Pezeşkianın görüş zamanı belə bir fikir səsləndirdi: “Sizin, Azərbaycanın və əziz Azərbaycan xalqının Qarabağda və Azərbaycanın sahib çıxmalı olduğu digər ərazilər üzərindəki hüququnu tanıyırıq. Biz inanırıq ki, Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və buna hörmətlə yanaşırıq. Təbii ki, bizim burada olmağımız əlaqələrimizin və birliyimizin möhkəmlənməsinə imkan yaradacaq.” İran Prezidenti Məsud Pezeşkianın Qarabağ məsələsində verdiyi qəti və prinsipial mövqe sadəcə cari siyasi jest deyil, həm də strateji mahiyyət daşıyan, uzunmüddətli dövlət iradəsinin bəyanı kimi dəyərləndirilməlidir. 30 il işğal siyasəti yürütmüş Ermənistana müxtəlif mərhələlərdə birbaşa və ya dolayısı ilə dəstək verən qüvvələrin mövcud olduğu bir vaxtda bu cür açıq və qəti mövqe təkcə region üçün deyil, beynəlxalq ictimaiyyət üçün də ciddi mesajdır. Prezident Məsud Pezeşkian bu bəyanatı ilə yalnız şəxsi və ya hökumətinin mövqeyini deyil, həm də İran dövlətçiliyinin gələcək xəttini müəyyənləşdirən bir siyasi yanaşmanı göstərdi. Onun sözləri gələcəkdə İranda hakimiyyətə gələcək istənilən rəhbər üçün sözün əsl mənasında “miras” rolunu oynayacaq. Belə ki, bu bəyanat İranın ərazi bütövlüyü prinsipinə söykənən, qonşuluq və regional sabitlik əsaslı siyasətinə sadiqliyinin bariz ifadəsidir. Bu həm də bölgədə çoxmillətli oyunçuların, böyük güclərin və ikili standartlar siyasəti yürüdən dairələrin nəzərinə çatdırılan ciddi mesajdır ki, “Azərbaycanın ərazi bütövlüyü danışılası və ya müzakirə predmeti deyil” mənasına gəlir. İranın bu cür açıq və qəti bəyanatı regionda sülh prosesinin davamlılığına, erməni revanşizminin qarşısının alınmasına və gələcəkdə sərhədlərin toxunulmazlığı prinsipinin möhkəmlənməsinə mühüm töhfədir. Veteranlar bu qardaşlıq mesajlarını sabitliyin və sülhün zəmanəti kimi qiymətləndirir. Onlar yaxşı bilirlər ki, əgər bölgədə sülh varsa, sərhədlərimiz möhkəmdirsə bu həm də siyasi uzaqgörənliyin nəticəsidir. Bu görüş bir daha sübut etdi ki, sərhədlər qovuşdurur nəinki ayırır. Qonşuluq, tarix, ortaq mədəniyyət və etimad zamanın sınaqlarından çıxaraq xalqları daha sıx bağlayır. Bu gün Azərbaycan və İran arasında qurulan strateji tərəfdaşlıq körpüsü, sadəcə iqtisadi və siyasi maraqlar üzərində deyil qardaşlıq, dostluq və qarşılıqlı hörmət əsasında ucalmaqdadır. Prezident İlham Əliyevin və Prezident Məsud Pezeşkianın bu siyasi iradəsi gələcək nəsillərə miras qalacaq dostluq abidəsinin təməl daşıdır ki, o təməl daşı üzərində yeni uğurlar, ortaq layihələr və daha sabit, daha firavan bir region ucalacaqdır. Cəlil Xəlilov  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik

Hamısını oxu
Prezident İlham Əliyev: Bu gün Azərbaycan Ordusu daha bir neçə kəndi işğaldan azad edib

Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində yazıb.

Hamısını oxu
Beynəlxalq konfransın iştirakçıları ilə Milli Məclisdə və Müdafiə Nazirliyində görüş keçirilmişdir

13 oktyabr 2017-ci ildə Bakıda “Xalqların birliyi faşizm üzərində qələbədə və sülhün qorunmasında əsas amil kimi” mövzusunda keçirilən Beynəlxalq konfransın iştirakçıları ilə Azərbaycan Respublikası Milli Məclisində və Müdafiə Nazirliyində görüş keçirilmişdir. Hər iki görüşdə Beynəlxalq konfransın Azərbaycan Respublikasında keçirilməsinin heç də təsadüfi olmadığından, onun müasir dövrdə mühüm əhəmiyyət kəsb etməsindən danışılmış, faşizm üzərində İkinci dünya müharibəsində qələbədə mühüm amillərdən biri olmuş xalqların birliyinin bu gün də eyni təmayüllərin, neofaşizmin, separatçılığın, terrorçuluğun, milli, dini zəmində təzahür edən ekstremizmin qarşısının alınmasında əvəzsiz rolundan bəhs edilmişdir. Milli Məclisdə Beynəlxalq konfransın iştirakçılarını salamlayan Milli Məclis sədrinin 1-ci müavini Ziyafət Əsgərov Azərbaycanın İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr verməsindən, qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqının Azərbaycan nümayəndəliyinin, Respublika Veteranlar Təşkilatının həyata keçirdiyi ardıcıl və məqsədyönlü tədbirlərdən bəhs etmiş, Azərbaycan xalqının və dövlətinin nəinki regionda, bütün dünyada sülhün qorunmasına bu gün də öz töhfəsini verdiyini vurğulamışdır. Beynəlxalq konfransın iştirakçılarını qəbul edən Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsinin yaşadılmasının gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini bildirmiş, Bakıda keçirilən tədbirin bu baxımdan diqqətəlayiq olduğunu vurğulamışdır. Hər iki görüşdə həmçinin, Azərbaycanın bu gün erməni faşizmi ilə qarşılaşması, ərazisinin 20 faizinin 25 ildən artıq müddətdə Ermənistanın işğalı altında olması barədə qonaqlara məlumat verilmiş, Azərbaycan və onun problemlərinin həlli ilə bağlı təəssüf ki, həmişə ikili standartların tətbiq edildiyi bildirilmişdir. Dövlət rəsmiləri  ölkənin müdafiə qabiliyyətinin yüksəldilməsi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində Azərbaycan Respublikası Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ardıcıl tədbirlərdən danışmış, iki ölkə arasındakı münaqişənin sülh yolu ilə həllinin mümkün olmayacağı təqdirdə, Azərbaycan əsgərinin öz doğma torpaqlarını silah gücünə azad etməyə qadir olduğunu qeyd etmişlər. Bu görüşlərdə eləcə də Respublika Veteranlar Təşkilatının fəaliyyəti, veteranlara dövlət tərəfindən göstərilən qayğı barədə danışilaraq, Azərbaycan Respublikasında bütün zümrədən olan veteranlara münasibətdə ardıcıl dövlət siyasətinin həyata keçirildiyi qeyd edilmişdir. Onlar hər il 9 may ərəfəsində İkinci dünya müharibəsi veteranlarının ölkə rəhbərliyi tərəfindən qəbul olunmaları, onların hər birinə 1000 manat, həlak olmuş döyüşçülərin dul qadınları və arxa cəbhə iştirakçılarına 500 manat birdəgəlik pul müavinəti verilməsini, bu insanların cəmiyyətdə ən hörmətli, nüfuzlu insanlar kimi qəbul edilməsini diqqətə çatdırmışlar. Beynəlxalq konfransın iştirakçıları adından İkinci dünya müharibəsində alman faşizmi üzərində qələbənin tarixi-mədəni irsini yaşadan “Qələbənin Varisləri” vətəndaş və təşkilatların Beynəlxalq İttifaqının vitse-prezidenti, Moskva vilayət müharibə və hərbi xidmət veteranları Komitəsinin sədr müavini, general-leytenant Qaponenko Alfred Qriqoryeviç, “Müstəqil Dövlətlərin Veteranlar İctimai Təşkilatları Beynəlxalq İttifaqı”nın sədr müavini Tkaçenko Vladimir İvanoviç, Azərbaycan Respublikası Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov, sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov və başqaları çıxış edərək bu konfransın mühüm əhəmiyyət kəsb etməsindən həmin müharibədə qələbədə xalqıların birliyinin müstəsna əhəmiyyətini bir daha vurğulamış, belə tədbirlərin və görüşlərin qələbə irsinin yaşadılmasındakı rolundanb bəhs danımışlar. Çıxış edənlər həmçinin, İkinci dünya müharibəsinin tarixinin, ümumən tarixin saxtalaşdırılması cəhdlərindən danışmış, bunun yolverilməz olduğunu qeyd etmişlər. Azərbaycan nümayəndələri ermənilər tərəfindən məqsədli şəkildə həyata keçirilən bu fəaliyyətə Azərbaycanın, onun veteranlarının daim öz qəti etirazlarını bildirmələrini xüsusi diqqətə çatdırmış, bütün veteranları bu mövqeni müdafiə etməyə səsləmişlər. Beynəlxalq konfransın xarici ölkələrdən olan iştirakçıları konfransın işinin yüksək səviyyədə təşkilinə, hər iki qəbula, həmçinin Azərbaycanda gördükləri qonaqpərvərliyə görə, Azərbaycan dövlət və hökumət nümayəndələrinə, Respublika Veteranlar Təşkilatının rəhbərliyinə öz minnətdarlıqlarını bildirmiş, Azərbaycandan ən xoş təəssüratlarla ayrıldıqlarını qeyd etmişlər.   Görüşün sonunda Beynəlxalq konfrans iştirakçılarına Azərbaycan Respublikası Müdafiə naziri tərəfindən ziyafət verilmişdir.  

Hamısını oxu