Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Biz gələcəyə keçmişimizdən güc alaraq addımlamalıyıq”

Cavid Osmanov: “Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək verməklə tariximizin, mədəniyyətimizin izlərini yenidən bərpa etməliyik”

 

“Tarixi-mədəni abidələrə olan münasibətimiz erməni toplumu ilə aramızdakı fərqin nə qədər böyük olduğunu göstərir”

 

İşğaldan azad edilən ərazilərin bərpası və tərəqqisi prosesində Qarabağ Dirçəliş Fondunun üzərinə mühüm vəzifələrin düşdüyü, Fondun bu istiqamətdə ciddi addımlar atdığı məlumdur. Yeri gəlmişkən qeyd edək ki, Qarabağ Dirçəliş Fondu 17 avqust tarixli məlumatında işğaldan azad edilmiş ərazilərdə erməni faşizmi tərəfindən dağıdılan maddi mədəniyyət abidələrinin də bərpa ediləcəyini bildirib, vətəndaşları Fondun fəaliyyətinə dəstək verməyə səsləyib.

 

Moderator.az-a açıqlamasında Qarabağdakı maddi mədəniyyət abidələrinin bərpasının zəruriliyini vurğulayan millət vəkili Cavid Osmanov, bunun hər şeydən öncə tariximizə, mədəni irsimizə sahiblənməyimiz baxımından zəruri olduğunu bildirib:

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, o cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyeva öz müsahibələrində dəfələrlə vurğulayıblar ki, Qarabağ və ətraf rayonlarda hansı dinə mənsubluğundan asılı olmayaraq, bütün abidələr bərpa ediləcək və qorunacaq. Bu baxımdan Qarabağ Dirçəliş Fondunun işğaldan azad edilən rayonlarımızda maddi mədəniyyət abidələrinin bərpası ilə bağlı səsləndirdiyi fikirlər mühüm əhəmiyyətə malikdir.

 

Hər şeydən öncə qeyd edim ki, bu abidələr bizim tariximizdən, mədəniyyətimizdən, xalqımızın qəhrəmanlıq keçmişindən xəbər verir. Bu baxımdan həmin abidələrin bərpa edilməsi tariximizə, mədəniyyətimizə sahib çıxmağımız, onu qorumağımız, gələcək nəsillərə çatdırmağımız baxımından mühüm əhəmiyyətə malikdir.

Bundan başqa, işğaldan azad edilmiş ərazilərdə maddi mədəniyyət abidələrinin bərpası dünya birliyinə, bəşərəriyyətə də bir mesajdır. Bu, Azərbaycan xalqının öz tarixininə, mədəniyyətinə, ümumilikdə sivilizasiyaya nə qədər mühüm önəm verdiyini göstərir. Erməni faşizminin barbarbarlığı və vəhşiliyi fonunda bu cür quruculuq prosesi xalqımızla erməni toplumu arasındakı fərqin nə qədər böyük və müqayisəedilməz olduğunu göstərir. Bu baxımdan, Qarabağ Dirçəliş Fondunun maddi mədəniyyət abidələrinin bərpası ilə bağlı açıqlamasını alqışlayır, hər bir vətəndaşımızı Fondun fəaliyyətinə dəstək verməyə səsləyirəm. Biz imkanlarımız daxilində Qarabağ Dirçəliş Fondunun fəaliyyətinə dəstək vermək, ona ianələr etməklə öz tariximizin, mədəniyyətimizin izlərini yenidən bərpa etməli, gələcəyə öz keçmişimizdən güc alaraq, bu keçmişi yaşadaraq addımlamalıyıq. Və əminəm ki, ölkə başçısının rəhbərliyi, Qarabağ Dirçəliş Fondunun koordinasiyası və səyi ilə biz bu məqsədimizə də çatacağıq”.

 

Seymur ƏLİYEV

2021-08-20 11:45:00
983 baxış

Digər xəbərlər

Семье и близким Фатмы Саттаровой

Hamısını oxu
Regional iqtisadi sabitliyə və inkişafa töhfə

Azərbaycan və Pakistan arasında diplomatik münasibətlər 1992-ci ildə qurulub. O vaxtdan iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətləri davamlı olaraq inkişaf edir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub və Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini birmənalı şəkildə dəstəkləyib.Azərbaycan Prezidenti İlham Əliyev və Pakistanın dövlət başçıları mütəmadi olaraq görüşlər keçirir, strateji əməkdaşlıq məsələlərini müzakirə edirlər.Beynəlxalq təşkilatlarda da əməkdaşlığımız uğurla davam edir. Hər iki ölkə BMT, İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda bir-birini dəstəkləyir.Qarabağ məsələsində Pakistanın mövqeyi hər zaman kəskin olub. Pakistan Qarabağ məsələsində Azərbaycanın ərazi bütövlüyünü hər zaman tam dəstəkləyir.Azərbaycan da əlaqələrin inkişafında hər zaman maraqlı olub. Pakistan vətəndaşları üçün viza rejimini asanlaşdırıb, bu da iki ölkə arasında əlaqələrin inkişafına töhfə verir.Azərbaycan və Pakistan hərbi texnologiya sahəsində əməkdaşlıq edir. Azərbaycan Pakistanın istehsal etdiyi JF-17 qırıcı təyyarələrinə və digər müdafiə sənayesi məhsullarına maraq göstərməklə kifayətlənmir, iki ölkənin silahlı qüvvələri arasında birgə hərbi təlimlər və təcrübə mübadiləsi həyata keçirilir. Pakistan və Azərbaycan təbii fəlakətlər zamanı bir-birlərinə hər zaman yardım edib.Hər iki ölkə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində müxtəlif təşəbbüslərlə çıxış edir.Bir sözlə, Azərbaycan və Pakistan arasındakı diplomatik əlaqələr strateji müttəfiqlik xarakteri daşıyır və hər iki dövlətin regional və beynəlxalq arenada daha güclü mövqeyə sahib olmasına töhfə verir.Azərbaycan ilə Pakistan arasındakı strateji hədəflər və iqtisadi əməkdaşlıq müxtəlif sahələri əhatə edir və bu istiqamətdə mühüm addımlar atılır. Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin ölkəmizə səfəri ölkələrimiz arasında qardaşlıq əlaqələrini daha da gücləndirəcək.Prezident İlham Əliyevin Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşləri zamanı müəyyənləşdirilən əsas istiqamətlər bir daha göstərdi ki, ortaq strateji hədəflərimiz var.Baş nazirin səfəri zamanı imzalanmış sazişlərin ümumi sayı 10-dan artıqdır. Bu sənədlər gələcək əməkdaşlıq üçün yaxşı bünövrə yaradacaq.Diplomatik əlaqələrlə yanaşı, iqtisadi əməkdaşlığın gücləndirilməsi ölkələrimiz üçün prioritetdir. Ticarət dövriyyəsinin artırılması və investisiya layihələrinin genişləndirilməsi enerji sahəsində əməkdaşlığa geniş imkanlar açacaq. Neft, qaz və bərpa olunan enerji sahələrində birgə layihələrin icrası ilə iqrisadiyyata daha çox tövhə veriləcək.Müdafiə sənayesi və hərbi əməkdaşlıqla yanaşı, nəqliyyat və logistika Azərbaycan vasitəsilə Pakistanın Avrasiya bazarlarına çıxışını təmin edəcək. Bu da imkan verəcək ki, Pakistan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərindən səmərəli istifadə edə bilsin.İki ölkə arasında akademik və texnoloji əməkdaşlığın artırılması da gələcək əməkdaşığın vacib sahələrindəndir. Ölkəmizin rəhbəri cənab İlham Əliyev çıxışında qeyd etdiyi kimi, iki qardaş ölkə olaraq beynəlxalq münasibətlərin bütün məsələlərində bir-birimizə dəstəyi davam etdirəcəyik. Ölkələrimizin suverenliyi və ərazi bütövlüyü məsələsində bir-birimizə qarşılıqlı surətdə dəstək veririk, beynəlxalq təsisatlarda fəal əməkdaşlıq edirik və iştirak etdiyimiz bütün beynəlxalq təşkilatlarda daim bir-birimizi dəstəkləyirikAzərbaycan Pakistanda müxtəlif sahələrə 2 milyard dollar sərmayə yatırmağa hazırdır. SOCAR və Pakistanın dövlət enerji şirkətləri arasında bir sıra Anlaşma Memorandumları imzalanıb. İki ölkə arasındakı ticarət həcmi hazırda aşağı səviyyədə olsa da, iqtisadi əməkdaşlıq çərçivəsində bu göstəricinin artırılması hədəflənir.Müdafiə sənayesinin yüksəlməsi Azərbaycan üçün hər zaman ön sıralarda yer alır. Azərbaycan Pakistanın müdafiə sənayesi məhsullarını alır və bu sahədə birgə istehsal layihələri müzakirə edilir.İki ölkə arasında müdafiə sənayesi məhsullarının birgə istehsalı imkanları müzakirə edildi və bu, əməkdaşlığımızın digər mühüm sektoru olacaq. Bilirik ki, Pakistanın çox inkişaf etmiş müdafiə sənayesi var. Azərbaycan da öz potensialını inkişaf etdirir. Müdafiə sənayesinin məhsullarını artıq 30-dan çox ölkəyə ixrac edirik. Düşünürəm ki, birgə istehsal ilə təchizatımız – ixracyönümlü təchizatımız daha da artacaq.Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif çıxışında Pakistanın Mərkəzi Asiya və Avropa bazarlarına çıxışı üçün Azərbaycanın tranzit imkanlarından istifadə edilməsinin planlaşdırılmasından söz açdı.Bu strateji hədəflər Azərbaycanın Pakistanla əməkdaşlığını gücləndirməklə yanaşı, regional iqtisadi sabitliyə və inkişafına da töhfə verəcək. Məşhur MəmmədovMilli Məclisin deputatı

Hamısını oxu
İnkişaf edən tərəfdaşlıq

Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşə Azərbaycanın da dəvət alması ölkənin beynəlxalq arenada artan nüfuzun və üzv dövlətlərlə inkişaf edən tərəfdaşlığının mühüm göstəricisidir. Bu dəvət Azərbaycanın strateji mövqeyi və regional əməkdaşlıqdakı önəmli rolunun təsdiqidir.Birgə əməkdaşlıq sahələri Azərbaycanın ŞƏT çərçivəsində daha da əhəmiyyətli bir rol oynayacağını göstərir.Prezident İlham Əliyev cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı zamanı bir sıra mühüm məqamlara toxundu.ŞƏT, Avrasiya məkanında təhlükəsizlik, iqtisadi inkişaf və mədəniyyət sahələrində əməkdaşlığı təşviq edən regional bir təşkilatdır. Təşkilata üzv dövlətlər arasında Çin, Rusiya, Hindistan və Pakistan kimi böyük dövlətlər də var. Azərbaycanın ŞƏT-in Zirvə toplantısına dəvət olunması, ölkənin bu təşkilatla əlaqələrinin daha da möhkəmləndiyini və regional əməkdaşlığa olan töhfəsinin artdığını göstərir.Azərbaycan və ŞƏT üzv dövlətləri arasında əməkdaşlığın inkişaf etdiyi bir neçə mühüm sahə var. Bunlardan ən başlıcası enerji sektorunda əməkdaşlıqdır. Azərbaycan zəngin enerji resurslarına malikdir və bu resursların ŞƏT üzv dövlətlərinə çatdırılması əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Azərbaycan enerji infrastrukturunun inkişafı və təhlükəsizliyi sahəsində üzv dövlətlərlə sıx əməkdaşlıq edir.Enerji sektoru ilə yanaşı Azərbaycan və ŞƏT üzv dövlətləri arasında ticarət və iqtisadi əlaqələr sürətlə inkişaf edir. İqtisadi forumlar və sərgilər vasitəsilə tərəfdaşlıq daha da gücləndirilir və yeni biznes imkanları yaradılır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Bu nəqliyyat dəhlizləri, regional ticarətin və logistikanın inkişafını təmin edərək, region ölkələri arasında iqtisadi inteqrasiyanı gücləndirir. Azərbaycan, strateji mövqeyindən istifadə edərək, bu dəhlizlərin effektivliyinin artırılmasında və logistika sahəsində yeniliklərin tətbiqində mühüm rol oynayır.Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib. Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Yeni iqtisadi imkanlar üzərində işlənir. Azərbaycan tərəfdaşlar ilə birgə Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyir. Bu layihə, nəqliyyat dəhlizinin daha effektiv və təhlükəsiz istifadəsini təmin etməyə yönəlib. Rəqəmsallaşma, tranzit müddətlərinin qısaldılması, sənədləşmə proseslərinin sadələşdirilməsi və logistika xidmətlərinin optimallaşdırılması kimi sahələrdə əhəmiyyətli irəliləyişlərə səbəb olacaq.Təhlükəsizlik və müdafiə məsəıələri də dövlətlər üçün prioritetdir. Regional təhlükəsizlik məsələlərində əməkdaşlıq, Azərbaycanın ŞƏT üzv dövlətləri ilə olan münasibətlərində əhəmiyyətli bir yer tutur. Birgə hərbi təlimlər və məlumat mübadiləsi, regionda sülh və stabilliyin təmin olunmasında vacib rol oynayır.Mədəniyyət və təhsil sahələrində də əməkdaşlıq inkişaf edir. Azərbaycan və ŞƏT üzv dövlətləri arasında tələbə mübadiləsi proqramları, mədəni tədbirlər və təhsil layihələri bu sahədəki əlaqələri möhkəmləndirir.Bir sözlə, Azərbaycanın regional və qlobal səviyyədəki nüfuzunun artması Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə də bir daha özünü təsdiqlədi.  Məşhur Məmmədov,Millət vəkili

Hamısını oxu
1.9 mln vətəndaşı əhatə edən sosial paket

Hamısını oxu