Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dövlət başçısı: "Yaralı və sağlamlığını itirmiş hərbçilər ən müasir protezlərlə təmin edilir"

 

 "Müharibədən sonra 9 mindən çox insana sosial ödənişlər verilib. Orta hesabla hər insana iki ödəniş edilib".

 

APA xəbər verir ki, bunu Prezident İlham Əliyev şəhid ailələri və Qarabağ qaziləri ilə görüşündə onlara göstərilən dövlət qayğısından danışarkən bildirib.

 

Yaralı və sağlamlığını itirmiş hərbçilərin ən müasir protezlərlə təmin edildiyini diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Onlar üçün belə imkan yaradılıb və son nəsil protezlər alınıb. Mənə verilən məlumata görə, 180 nəfərdən çox insanın protezə ehtiyacı var, onlardan 140 nəfəri artıq protezlərlə təmin edilib və bu protezlər onları normal həyata qaytarır. Onlar normal gəzə, qaça, hətta futbol oynaya da bilərlər. Bu da siyasətimizin tərkib hissəsidir. Çünki mən dəfələrlə demişdim ki, biz ən həssas kateqoriyadan olan insanlara daim diqqət göstərməliyik və Birinci Qarabağ müharibəsindən sonra keçən dövr ərzində maddi imkanlar çərçivəsində bunu edirdik. İmkanlar az olanda az edirdik, imkanlar çox olanda çox edirdik, amma edirdik, bu gün də edirik və edəcəyik”.

 

Prezident qeyd edib ki, müharibə dövründə öz əmlakını itirmiş insanlar üçün də minlərlə yeni ev tikilməkdədir. “Çünki mənfur düşmən döyüş meydanında məğlubiyyətə uğrayarkən bunun əvəzini mülki vətəndaşlardan çıxmaq istəyirdi. Bizim bir çox şəhərlərimiz daim atəş altında idi, artilleriya ilə, qadağan edilmiş bombalarla, ağ fosforlu bombalarla, ballistik raketlərlə bombalanırdı. Yüzdən çox mülki şəxs, onların arasında qadınlar, uşaqlar bu namərd atəş nəticəsində həlak olmuşlar və minlərlə insan öz əmlakını itirmişdir. Ona görə bu gün bu işlər də görülür, minlərlə ev inşa edilir, onların böyük hissəsi artıq inşa edilib”, - deyə dövlətimizin başçısı vurğulayıb.

 

2021-08-26 15:24:00
1116 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları Ulu Öndərin məzarını ziyarət ediblər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşları 12 dekabr - Ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Ümummilli Liderin məzarını ziyarət edib, əbədiyaşar liderin abidəsi önünə əkil və gül dəstələri qoyublar. Ümummilli Liderin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətlərinə diqqət çəkən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov, Heydər Əliyev ideyalarının hər zaman yaşayacağını, dövlətimizin inkişafına bundan sonra da töhfə verəcəyini bildirib. Polkovnik qeyd edib ki, veteranlar hər zaman olduğu kimi bundan sonra da Heydər Əliyev ideyalarının gənclər arasında təbliğinə xüsusi diqqət yetirməli, bu ideyaları qətiyyətlə həyata keçirən Ulu Öndər Heydər Əliyev akademiyasının yetişdirməsi,  Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşməkdə davam etməlidirlər. Daha sonra veteranlar görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarı üzərinə gül dəstələri qoyub, böyük alimin əziz xatirəsini ehtiramla yad ediblər.

Hamısını oxu
Yolun davamı

Hamısını oxu
“Gələcək sərhədçilərin işğaldan azad edilmiş ərazilərə ekskrusiyası alqışlanmalıdır, çünki...”

Naqif Həmzəyev: “Belə ekskursiyalar kursantlarımızın milli-mənəvi dəyərlərə bağlılığının güclənməsi və qəhrəmanlıq ruhunda tərbiyəsi baxımından önəmlidir” Bugünlərdə Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2023-2024-cü tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunub. Kursantlara Xudafərin körpüsü ərazisində Cəbrayıl və Zəngilan rayonlarının azad olunmasında sərhədçilərimizin göstərdikləri qəhəmanlıqlardan danışılıb,  Vətən müharibəsi haqqında ətraflı məlumat verilib. Daha sonra onlar bəzi hərbi hissələrdə olub, atıcı silahlar, sərhəd xidmətinin təşkili və s. ilə tanış olublar. Maraqlıdır, kursantların işğaldan azad edilən ərazilərə ekskursiyası, onlara Vətən müharibəsi, sərhədçilərimizin bu müharibədə göstərdiyi qəhrəmanlıqlar haqqında ətraflı məlumat verilməsi, hərbi hissələrdə görüşlərin keçirilməsi, kursantların sərhəd zonasında sərhəd xidmətinin təşkili ilə əyani şəkildə tanış edilməsi gələcək sərhədçilərin milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsinə, onların peşəkarlığının artırılmasına nə vəd edir? Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu kimi tədbirlərin böyük önəm kəsb etdiyini vurğulayıb: “Uşaq, yeniyetmə və gənclərimizdə vətənpərvərlik tərbiyəsini gücləndirən, onları torpağa, bayrağa, tariximizə, milli-mənəvi dəyərlərimizə daha dərindən bağlayan addımların atılmasını daim diqqət mərkəzində saxlamalıyıq. Bu baxımdan Vətən müharibəsi təcrübəsinin onlara öyrədilməsi, bu müharibədə qəhrəmanlıq göstərən şəxslər haqqında onlara ətraflı məlumatların verilməsi, sərhədçi peşəsini seçən yeniyetmələrimizin vaxtiylə döyüşlərin getdiyi ərazilərə ekskursiyalarının təşkili olduqca əhəmiyyətlidir. Bu baxımdan Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin 2023-2024-cü tədris ilində yüksək nəticə göstərərək təhsildə və hərbi intizamda fərqlənmiş kursantlarının işğaldan azad edilmiş ərazilərə ekskursiyası təşkil olunması alqışlanmalıdır. Qeyd edim ki, bu gün bütün sərhədlərimiz kimi, Azərbaycanla Ermənistan arasındakı şərti sərhədlər də sərhədçilərimiz tərəfindən yüksək səviyyədə qorunur. Torpaqlarımızın erməni faşizmindən azad edilməsində Silahlı Qüvvələrimizin bir hissəsi kimi sərhədçilər də yaxından iştirak edib, böyük qəhrəmanlıqlar göstərib. Bu baxımdan düşünürəm ki, peşəkar hərbçilərin yetişdirilməsi, gələcək sərhədçilərə sərhədlərin və vətən torpağının nə qədər müqəddəs olduğunu əyani şəkildə aşılamaq üçün onların işğaldan azad edilmiş ərazilərə ekskursiyasının təşkili son dərəcə önəmlidir. Bu cür ekskursiyalar, yay düşərgələri, görüşlər mütəmadi şəkildə həyata keçirilməlidir. Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin kursantlarının işğaldan azad edilən ərazilərə ekskursiyasının təşkil edilməsi, oradakı hərbi hissələrdə görüşlərin keçirilməsi, Vətən müharibəsi ilə bağlı onların ətraflı şəkildə məlumatlandırılması, kursantlarımızın milli-mənəvi dəyərlərə bağlılığının daha da güclənməsi, qəhrəmanlıq ruhunda tərbiyəsi baxımından həyati əhəmiyyətə malikdir. Odur ki, mən DSX-nın bu addımını alqışlayır, onlara uğurlar arzulayıram”. Seymur ƏLİYEV  

Hamısını oxu
Mətbuat Şurasının sədri Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının onlayn konfransında iştirak edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının iqlim dəyişikliyinin mediada işıqlandırılmasına həsr olunmuş onlayn konfransında iştirak edib.   Bu mövzudakı müzakirələrdə iştirak edən Ə.Amaşov bildirib ki, Azərbaycanda jurnalistlərinin qlobal iqlim dəyişikliyi sahəsində peşəkarlığının artırılması məqsədilə təlim proqramının hazırlanması oistiqamətində işlər aparılıb. Bu layihə çərçivəsində nəşr edilən vəsait çap, elektron media və teleradio jurnalistləri, həmçinin ali məktəblərin jurnalistika fakültələrində təhsil alan tələbə-gənclər, vətəndaş cəmiyyətləri, təhsil müəssisələri üçün nəzərdə tutulmuşdu. Qeyd edilən fəaliyyətin reallaşmasında Azərbaycan Mətbuat Şurası da bilavasitə iştirak etmişdi.   Müzakirələr gedişində MŞ-nin mövcud istiqamətdəki təcrübəsinin əsas götürülərək Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının xəttilə geniş beynəlxalq toplantının təşkilinin qmümkünlüyü vurğulanıb.   Tədbirdə həmçinin bildirilib ki, iqlim dəyişikliklərinin mediada işəqlandırılmasının həsas məqamları jurnalist ictimaiyyəti içərisində də ciddi müzakirə olunmalıdır. Çünki məsələnin cəmiyyətə çatdırılmasında xarakterik xüsusisyyətlər var. Bu xüsusiyyətlərin dolğunluğu ilə öyrənilməsi isə həm peşəkarlıqdır, həm də ictimai maraqların ödənilməsi.  

Hamısını oxu