Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Ölkəmizdə qazilərə, şəhid ailələrinə, əlillərə qayğı dövlət siyasətinin nüvəsini təşkil edir”

Cəlil Xəlilov: “Buna görə bütün veteranlar adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirik”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 26-da Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimində iştirak ediblər.

 

Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, bunu ölkə başçısı və Birinci vitse-prezidentin şəhid ailələrinə, müharibə qazilərinə olan diqqət və qayğısının növbəti təzahürü kimi dəyərləndirib:

 

“Bildiyiniz kimi, avqustun 26-da Abşeron rayonunda daha bir qrup şəhid ailəsinə, müharibə əlilinə, Vətən müharibəsi qəhrəmanlarına ev və avtomobillər verildi, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atıldı. Mən bu nəcib, xeyirxah və humanist təşəbbüsə görə həm Prezident İlham Əliyevə, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşkilatımız adından öz dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

 

Azərbaycanda şəhid ailələrinə, əlillərə, qazilərə dövlətimiz tərəfindən yüksək diqqət və qayğının göstərilməsi  artıq uzun illərdir ki, ənənəyə çevrilib. İstər Ümummili lider Heydər Əliyev, istərsə də Prezident İlham Əliyev tərəfindən bu məsələ hər zaman xüsusi diqqət mərkəzində olub. Qazilərə, şəhid ailələrinə, əlilərə qayğı dövlət siyasətinin nüvəsini təşkil edir. Qazilərimizin müalicəsinin yüksək səviyyədə təmin edilməsi, onların problemlərinin operativ həlli üçün YAŞAT Fondunun yaradılması faktının özü buna nümunədir.

 

Qazi və əlillərə, Vətən müharibəsi qəhrəmanlarına olan bu diqqət və qayğının daha bir önəmi bundan ibarətdir ki, dövlət başçısının bu addımı cəmiyyət, onun bütün təbəqələri üçün də mesaj xarakteri daşıyır. Bu cür addımlar hər bir vətəndaşa müharibə əlillərinin, qazilərin dövlətimiz, xalqımız üçün nə qədər önəmli olduğunu göstərir. Dövlət rəhbərliyinin qazilərə, şəhid ailələrinə münasibətinə şahid olan hər kəs bütün qəlbi ilə anlayır ki, qazilərə, şəhid ailələrinə diqqət göstərmək, onlara qayğı ilə yanaşmaq hər bir vətəndaşın borcudur və hər kəs bu borca sədaqətlə yanaşmalıdır.

 

Mən bir daha qazilərə, şəhid ailələrinə göstərilən qayğıya görə həm Prezident İlham Əliyevə, həm də Birinci Vitse-prezident Mehriban Əliyeva veteranlarımız adından təşəkkür edir, onlara xalqımız, dövlətimiz üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətlərində uğurlar arzulayıram”.

 

Seymur ƏLİYEV

 

2021-08-27 12:20:00
1035 baxış

Digər xəbərlər

Millət vəkili şəhid bulağının açılışında iştirak edib

Veteran.gov.az xəbər verir ki, sentyabrın 29-da Şəki şəhərində Vətən müharibəsinin şəhidi Qənimətov Ətraf Oktay oğlunun xatirəsinə həsr olunmuş şəhid bulağının açılışı olub.   Açılış mərasimində Laçın və Şəki icra hakimiyyətlərinin nümayəndələri, millət vəkili Mahir Abbaszadə, şəhidin ailə üzvləri və yaxınları, qazilər iştirak edib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu 44 gün ərzində ərazi bütövlüyümüzü bərpa etdi. Şəhid və qazilərimizin bu günlərdə göstərdiyi qəhrəmanlıq gənc nəsillər üçün örnəkdir.   Şəhid Ətraf Qənimətovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib.   Ətraf Qənimətov Prezident İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda", “Hərbi xidmətdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.  

Hamısını oxu
Qahirə Universitetində Azərbaycan dilinin tədrisi bu il də davam edir

“Vətənpərvər” Azərbaycanın Misirdə Diaspor Təşkilatları Birliyi Qahirə Universitetinin Ədəbiyyat fakültəsinin Şərq dilləri bölməsində Azərbaycan dilinin tədrisini bu il də davam etdirir. Azərbaycan dilini tələbələrə birliyin sədri tədqiqatçı-alim Seymur Nəsirov tədris edir. Həmçinin gənclərə ölkəmizin zəngin mədəniyyəti, xalqımızın adət-ənənələri və Azərbaycan həqiqətləri ilə bağlı geniş məlumat verilir. Veteran.gov.az Azərtac-a istinadən xəbər verir ki, universitetin 4-cü kursunda tədris olunan Azərbaycan dili dərslərində 300-ə yaxın tələbə iştirak edir. Dilimizi öyrənməyə böyük maraq göstərən gənclər onu daha yaxşı mənimsəmək üçün dərsdənkənar əlavə kursların təşkili ilə bağlı da müraciət ediblər. Birliyin sədri bunun üçün bütün imkanların olduğunu bildirərək, yaxın günlərdə Qahirədəki diaspor mərkəzində Azərbaycan dilini öyrənmək istəyən yeni tələbələr üçün əlavə kursların təşkil ediləcəyini söyləyib. Ötən illər ərzində Qahirə Universitetində Azərbaycan dilini öyrənən bir qrup tələbə hazırda diaspor mərkəzində təhsilini davam etdirir. Onların arasında Azərbaycan dilindən ərəb dilinə məqalələr tərcümə etmək səviyyəsində olanlar da var. Eyni zamanda, hazırda diaspor mərkəzində dünyanın 35 ölkəsindən 400-ə yaxın tələbə Azərbaycan dili də daxil olmaqla, müxtəlif fənlər üzrə ödənişsiz təhsil alır.  

Hamısını oxu
Heydər Əliyev Fondunun dəstəyi ilə şəhidlərə ithaf olunmuş

Canlarını Azərbaycan Respublikasının ərazi bütövlüyü yolunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ithaf olunan musiqi kompozisiyası hazırlanıb. Milli.Az Trend-ə istinadən bildirir ki, əməkdar artist Aygün Bəylərin ifa etdiyi "Əbədi zirvə" adlı musiqi kompozisiyasının bəstəkarı Tural Məmmədlidir. Heydər Əliyev Fondunun dəstəyi ilə reallaşan musiqi kompozisiyasının klipi tezliklə ictimaiyyətə təqdim olunacaq. Klipin çəkilişlərini Bakı Media Mərkəzi həyata keçirir. Şəhidlərimizin ruhu qarşısında baş əyirik! Bir ömür boyu onlara minnətdar olacaq, qəlbimizdə əbədi yaşadacağıq!  

Hamısını oxu
Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə

AZƏRBAYCAN RESPUBLİKASININ NAZİRLƏR KABİNETİ Q Ə R A R        Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 4 may 2020-ci il saat 00:00-dək uzadılsın. Müəyyən edilsin ki, xüsusi karantin rejimi ilə əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün məhdudiyyətlər, tələblər və rejimlər bu Qərarın 1-ci hissəsi ilə müəyyən edilmiş müddət ərzində öz qüvvəsini saxlayır. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 30 mart tarixli 120 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. “Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 mart tarixli 122 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin. “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarının 1-ci hissəsində “20 aprel” rəqəm və sözləri “4 may” rəqəm və sözləri ilə əvəz edilsin.        Əli Əsədov Azərbaycan Respublikasının Baş Naziri        Bakı şəhəri, 18 aprel 2020-ci il № 144

Hamısını oxu