Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi erməni vandalizminin ifşası istiqamətində sistemli addımlar atır”

“Erməni vandalizmi” filmi erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir”

Naqif Həmzəyev: “Erməni vəhşiliyini ifşa edən sənədli-bədii filmlərin çəkilməsi vacibdir”

 Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında "Erməni vandalizmi" adlı sənədli film hazırlanıb ki, filmdə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, hərbi cinayələr konkretb faktlar əsasında öz əksini tapıb.

Maraqlıdır, bu cür filmlər ermənii yalanlarına qarşı mübarizədə effektiv mübarizə vasitəsi, ifşaedici silah hesab oluna bilərmi? Dünyanı erməni faşizminin mənfur siması ilə təkzibedilməz faktlar – foto-video materiallar vasitəsi ilə tanış etmək, Qarabağla bağlı əsl həqiqətlərin beynəlxalq aləm tərəfindən daha aydın dərk olunması baxımından nə dərəcədə önəmlidir?

Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu kimi addımların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb:

“Reallıq bundadır ki, errmənilər hər zaman öz yalanlarını dünya birliyinə həqiqət kimi təqdim edib və onların bir qismini bu yalanlara inandıra bilib.

 44 günlük Vətən müharibəsi və bu müharibədə Azərbaycanın əldə etdiyi tarixi zəfər erməni faşizminin əsl simasını bir daha üzə çıxardı. Işğaldakı torpqların azad edilməsindən sonra ortaya çıxan mənzərə göstərdi ki, ermənilər 30 ilə yaxın müdətdə bizim demək olar ki, bütün dini-tarixi abidələrimizə zərər verib, onları dağıdıb.

Həmin abidələrin mövcud vəziyyəti ilə bağlı Azərbaycan tərəfinin ortaya qoyduğu faktlar mahiyyət etibari ilə erməni yalanlarının, erməni vandalizminin ifşası deməkdir. Lakin bu da həqiqətdir ki, ermənilərin iki əsr ərzində səsləndirdiyi yalanları qısa zamanda ifşa etmək, dünyaya ermənilərin əsl üzünü tanıtmaq o qədər də asan deyil. Biz bunun üçün daha ciddi fəaliyyət ortaya qoymalı, öz qüvvələrimizi səfərbər etməliyik. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daim erməni vandalizminin ifşa edilməsi, ermənilər tərəfindən dağıdılan dini-tarixi abidələrimizlə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli addımlar atıb, mühüm işlər görüb.

Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımın beynəlxalq aləmdə tanınması istqiamətində ciddi addımlar atılıb. Xüsusilə, Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı həqiqətlərinin dünyaya çatdırılmasıdna mühüm rol oynadı. Artıq dünyada bir neçə dövlət Xocalı soyqırımını tanıyır. Lakin tək Xocalı faciəsinin tanıdılması ilə iş bitmir. Ermənilər 1905-ci ildən etibarən dəfələrlə Azərbaycan xalqına qarşı soyqırımları törədiblər. Onların hamısı ifşa edilməli, dünyaya çatdırılmalıdır.

Erməni vəhşiliyinin ifşa edilməsi üçün kitablar da, elmi məqalələr də vacibdir. Bunun üçün konfranslarda erməni vandalizminin ifşa edilməsi, beynəlxalq tribunalarda bu barədə mütəmadi şəkildə danışılması da lazımdır. Lakin erməni vandalizminin ifşası məqsədi ilə sənədli və bədii filmlərin çəkilməsi də çox vacibdir.  Çünki təcrübə göstərir ki, dünyamızda insanlar vizual görüntülərə daha çox inanır, bu görüntülər onların şüurunda özünə daha dərindən yer edir. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Erməni vandalizmi” filmi də erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki bu filmdə erməni vəhşiliyi, erməni hərbi cinayətləri ilə qiymətli faktlar, təkzibedilməz dəlillər mövcuddur.

Hesab edirəm ki, bu cür filmlərin əcnəbidilli auditoriyalar üçün də hazırlanması zəruridir.

Bizim əlimizdə erməni vəhşiliyi, erməni cinayətləri ilə bağlı kifayət qədər faktlar var. Biz bu faktlardan istifadə edərək erməni xislətini ifşa etməliyik”.

Seymur ƏLİYEV

 

2021-08-31 14:37:00
1074 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev: Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Prezident İlham Əliyev avqustun 6-da ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib. Dövlət başçısı bildirib: "Bizim vergilərimizin 75 faizi özəl sektorda formalaşır. Əgər vergi sistemində ciddi islahatlar aparılmasaydı, biz bu vergiləri də yığa bilməyəcəkdik, onları görə bilməyəcəkdik. Məhz bu sahədə aparılan islahatlar nəticəsində biz 6 ay ərzində proqnozdan əlavə vəsait yığa bildik. Ancaq, əlbəttə ki, ilin sonuna qədər bu, belə davam edə bilməz. Çünki xarici ticarət böyük dərəcədə tənəzzülə uğrayıb, bir çox ticarət obyektləri bağlıdır. Ancaq bu rəqəm həm sevindiricidir, həm də narahatedicidir. Sevindiricidir ona görə ki, bizim özəl sektorumuz artıq vergi verməyə öyrəşir. Onlara edilən güzəştlər, öz mühasibatlığını kölgə iqtisadiyyatından ağ iqtisadiyyata keçirmək üçün verilən müddət artıq öz səmərəsini verdi. Biz əlbəttə ki, bəri başdan cəza tədbirləri tətbiq edə bilərdik və bunun nəticəsində bir çox şirkətlər çətin vəziyyətə düşə bilərdi. Ancaq onlara vaxt, izahat və tövsiyələr verildi - bundan sonra şəffaf işləməlisiniz, gəlirləri gizlətməməlisiniz, kölgə mühasibatlığı yaratmamalısınız. Təmiz işləyin ki, həm vicdanınız rahat olsun, həm də halal pul qazanın. Azərbaycanda halal pul qazanmaq üçün kifayət qədər imkanlar var. Ona görə bu, sevindiricidir. Ancaq narahat edən nədir? Məhz dövlət şirkətlərinin payı. Bəs, dövlət şirkətləri tərəfindən ödənilən vergilər hansı səviyyədədir? Əgər onların vergilərini, dövlət tərəfindən onlara verilən subsidiyaları və birbaşa vəsaitin qoyuluşunu götürsək, görərik ki, nə qədər böyük fərq var. Yəni, bu, nəyi göstərir? Onu göstərir ki, dövlət şirkətləri bizim ölkəmizi, bizim iqtisadiyyatımızı aşağı aparır. Bunun başqa izahı ola bilməz. Dövlət Neft Şirkətinə pul verilir, təkcə qazlaşdırmaya yox, qazma işlərinə, onların xarici tərəfdaşlarla birgə çalışdıqları konsorsiumlarda payının maliyyələşməsinə, digər infrastruktur layihələrinin icrasına. Bu pul haradan gəlir? Dövlət büdcəsindən, özü də böyük vəsait. Xəzər Dəniz Gəmiçiliyi. Düzdür, digər dövlət şirkətləri ilə müqayisədə Xəzər Dəniz Gəmiçiliyində vəziyyət daha yaxşıdır. Ancaq burada da gəmilər, tankerlər hansı pulla alınır? Dövlət büdcəsi hesabına. Biz indi Gəmiqayırma zavodunda bir neçə gəmi inşa edirik - yük gəmiləri, Ro-Ro tipli gəmilər. Bunu dövlət büdcəsi hesabına edirik, sonra da veririk Xəzər Dəniz Gəmiçiliyinə. Onlar da istismar edirlər və sonra o pulu qaytarırlar? Bu, böyük sualdır. "Azərenerji"yə nə qədər vəsait ayrılır? Düzdür, böyük işlər görülübdür, stansiyalar, yarımstansiyalar tikilir, Mingəçevir İstilik Elektrik Stansiyası demək olar ki, yenidən qurulub. Amma vəsait haradan gəlir, özünün qazandığı vəsaitdən xərcləyir? Yox, dövlət büdcəsindən. Bu gün dövlət büdcəsinin əsas mənbəyi neft-qaz sahəsidir. Digər şirkətlər - AZAL-ın bütün təyyarələri dövlət tərəfindən alınıbdır. Bütün aeroportlar dövlət tərəfindən tikilibdir. Bəs, bunun dövlətə verdiyi mənfəət, gəlir nədir? Bu təyyarələr alınır, onlar istismar edilir. Bəs, bunun gəliri haradadır? Bu, nə vaxt ödəniləcək, götürdüyü kreditləri gərək dövlət zəmanəti hesabına sonra biz ödəyək? Dəmir yolu da, həmçinin. Yeni xətlər çəkilir, yeni vaqonlar, yeni lokomotivlər alınır, yüz milyonlarla manat vəsait ayrılır. Bəs, bunun səmərəsi haradadır? Axı, səmərə ilə işləməlidir". Milli.Az

Hamısını oxu
“Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir”

Cəlil Xəlilov: “Beynəlxalq təşkilatlar, aparıcı dövlətlər bu faktı ciddi şəkildə araşdırmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır”   “Ermənistanın ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməsi onun cinayətkar mahiyyətindən xəbər verir” .   Bunu saytımıza açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fakt Ermənistanın hərbi cinayətlərinə yeni bir sübutdur və beynəlxalq təşkilatlar buna biganə qalmamalıdır:   “Ermənistanın istər I Qarabağ müharibəsində, istərsə də 44 günlük Vətən müharibəsində ölkəmizə qarşı çoxsaylı hərbi cinayətlərə yol verdiyi məlumdur. 44 günlük müharibədə açıq döyüşlərdə ağır məğlubiyyətə uğrayan Ermənistanın Gəncə, Bərdə, Tərtər, Mingəçevir və s. şəhərləri qadağan edilmiş raketlərdən atəşə məruz qoyduğu, mülki insanların ölümünə imza atdığı bütün dünyanın gözü qarşısında baş verən reallıqlardır. Lakin bugünlərdə ANAMA-nın apardığı araşdırmalar nəticəsində Ermənistanın 44 günlük müharibə dönəmində Şuşaya “İsgəndər” raketləri atması ilə bağlı da yeni faktlar meydana çıxıb ki, bu da rəsmi İrəvanın cinayətkar xislətini, Ermənistanın anti-insani mahiyyətini göstərir. Bu fakt bir daha sübut edir ki, Ermənistan region üçün böyük təhlükə mənbəyidir və dünya bu həqiqəti gec də olsa dərk etməlidir.   Bu faktla bağlı araşdırılması gərəkən məsələlərdən biri də Ermənistanın bu raketləri necə əldə etməsi ilə bağlıdır. Heç kimə sirr deyil ki, münaqişə tərəflərinə belə bir raketin verilməsi beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Bu baxımdan, Ermənistanla yanaşı, ona bu raketləri verən dövlətin də məsuliyyət payı müəyyən edilməli, həmin dövlət də cinayətkar Ermənistanla yanaşı buna görə cavab verməlidir.   Ermənistanın “İsgəndər” raketlərindən istifadə etməsi  beynəlxalq təşkilatlar, aparıcı dövlətlər tərəfindən ciddi şəkildə araşdırılmalı, təcavüzkar dövlət hüquqi müstəvidə cəzalanmalıdır. Bu məsələdə silahlara nəzarət üzrə beynəlxalq təşkilatlar da aktiv rol oynamalıdr. Çünki Ermənistan ölkəmizə qarşı “İsgəndər” raketlərindən istifadə etməklə, sadəcə Azərbaycana qarşı cinayətə yol verməyib. Ermənistan bununla, həm də beynəlxalq hüquqa qarşı cinayət törədib. Buna görə də Ermənistan bu cinayətə görə cəzalanmalı, məsuliyyətə cəlb edilməlidir. Bu isə beynəlxalq təşkilatların, aparıcı dövlətlərin moderatorluğunda həyata keçirilməlidir. Ermənistanın cəzalandırılmasının təmin edilməsi beynəlxalq təşkilatların, böyük dövlətlərin istər hüquq, istərsə də mənəvi baxımdan üzərinə düşən bir öhdəlikdir və yəqin ki, biz yaxın gələcəkdə onların bu öhdəliyi nə dərəcədə yerinə yetirəcəyinə şahid olacağıq”.   Seymur ƏLİYEV  

Hamısını oxu
Çexiyada Azərbaycanın mina probleminə dair ekspozisiya açılıb

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı 2026-cı il oktyabrın 7-də Çexiyanın ikinci böyük şəhəri - Brnoda davam etdirib. Çexiya azərbaycanlılarının “Land of Fire” diaspor təşkilatının tərəfdaşlığı ilə Ermənistanın Azərbaycana qarşı mina müharibəsinə dair Brnoda ekspozisiya açılıb. Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb. Ziyarətçilərə məlumat verilib ki, işğal dövründə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən mina ilə kəskin çirkləndirilməsi və qarşı tərəfin səhih mina xəritələrini hələ də təqdim etməməsi azərbaycanlarının doğma yurd yerlərinə təhlükəsiz qayıdışı üçün ən böyük maneələrdən biridir. Qeyd olunub ki, sülhə sadiqliyin əməli ifadəsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün Ermənistan humanitar məsuliyyət nümayiş etdirməli, real mina xəritələrini gizlətməməlidir. Brno ekspozisiyasında o da vurğulanıb ki, mina problemi və itkinlər məsələsi bir-biri ilə sıx bağlıdır, hər ikinin əsas hədəfi dinc insanlardır. Belə ki, işğaldan azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar olunub, insan qalıqları üzərində aparılmış ekspertizalar qətlə yetirilmiş azərbaycanlıların işgəncələrə məruz qaldığını təsdiqləyib. “Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.  

Hamısını oxu
Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun abidəsi ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi Vətən müharibəsi qəhrəmanı, baş leytenant Azad Hümbətovun xatirəsinə ucaldılan abidəni ziyarət edib, şəhidin valideynləri ilə görüşüb. Nərimanov Rayon İcra Hakimiyyəti başçısı və digər rayon rəhbərlərinin də iştirak etdiyi görüşdə Azad Hümbətovun döyüş yolundan bəhs edilib, onun qəhrəmanlığının hər zaman Azərbaycan xalqı tərəfindən dərin minnətdarlıq hissi ilə yad ediləcəyi vurğulanıb.   Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, dualar oxunub.  

Hamısını oxu