Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müşfiq Cəfərov: “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi erməni faşizmini uğurla ifşa edir”

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi surətdə internet resursları vasitəsi ilə  işğaldan azad edilən ərazilərdəki dini abidələr və məscidləri tanıtma, işğalda qaldıqları müddət ərzində üzləşdikləri erməni vəhşilikləri ilə bağlı məlumatlandırma kampaniyası həyata keçirməkdədir. Hansı ki, bu kampaniya həm sözügedən dini-tarixi abidələrin, məscidlərin tanıdılması, həm də erməni vəhşiliyinin ifşa edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

 

Veteran.gov.az-a açıqlama verən millət vəkili Müşfiq Cəfərov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən məlum maarifləndirmə siyasətinin böyük önəm kəsb etdiyini vurğulayıb:

 

“Ermənilərin Azərbaycana qarşı işğalının və terror əməllərinin hədəflərindən biri də məhz tarixi-dini abidələrimizdir.

 

Azərbaycan çoxkonvessiyalı ölkədir və burada tarixən müxtəlif dini və mədəni abidələr mövcuddur. Əsrlərdir dinindən, dilindən, milli mənsubluğundan asılı olmayaraq ölkəmizdə yaşayan hər bir xalqa məxsus olan mədəni, dini abidələr yüksək səviyyədə qorunub.

 

Milli mənsubiyyəti və qədim tarixi, milli, dini ənənələri özündə ehtiva edən abidələrimiz tamamilə uçurulub. Bu abidələrin erməniləşdirilməsinə, özgələşdirilib dəyişdirilməsinə cəhd edilib. İşğal altındakı abidələr, o cümlədən digər mədəniyyət göstəriciləri dağıdılıb, təmir adı altında dəyişdirilib, təhqir olunub. Beynəlxalq konvensiyalarda bəşəri cinayət kimi qiymətləndirilən bu əməllər bütün bəşər mədəniyyətinə qarşı təcavüzdür. Düşmənimizin təmir-bərpa işləri bəhanəsi ilə Qarabağın incisi Şuşa şəhərində yerləşən "Yuxarı Gövhər ağa" məscidinin daxili interyerində ciddi dəyişiklik etməsi, tarixi abidənin bədii-estetik dəyərlərinə zərər vurması, guya bu abidənin Azərbaycan xalqına mənsub olmaması barədə iddialar irəli sürməsi onların mənimsəmə siyasətini bir daha sübut edir.

 

Müharibə zamanı da Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan və ağır artilleriyadan istifadə edərək abidələrimizə  də ziyan vurdu. Atəş zərbələri Füzuli rayonunda ölkə əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şeyx Babı türbəsinə və Gəncədəki tarixi abidəyə ziyan vurub. Hazırda Ermənistan işğalçı və şovinist siyasət aparmaqla beynəlxalq və regional təhlükəsizlik, bölgədə sülhün və sabitliyin təmin olunması üçün ciddi təhdid yaradır. Dini dəyərlərə daim yüksək diqqət və qayğı göstərməsilə seçilən Prezident İlham Əliyev ermənilər tərəfindən Azərbaycanın tarixi-mədəni irsinin mühüm bir hissəsi təşkil edən dağıdılmış bütün məscidlərimizi bərpa etdirir.

 

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi mütəmadi surətdə işğaldan azad edilən dini abidələr və məscidlərin tanıdılması, işğalda qaldıqları müddətdə məruz qaldıqları erməni vəhşilikləri ilə bağlı məlumatlar yayır. Bu çox müsbət addımdır. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bununla erməni vəhşiliklərini uğurla ifşa edir, erməni faşizminin sivilizasiyadan, insani dəyərlərdən nə qədər uzaq olduğunu bütün dünyaya göstərir. Ancaq onu da qeyd edim ki, bu nəhəngliyində işin öhdəsindən yalnız bir qurumun gəlməsi mümkün deyil. Biz bütün işləri yalnız biur qurumdan gözləyə bilmərik. Bu sahədə bütün vətəndaşlarımız fəaliyyət göstərməlidir. Ən vacibi, dünya ictimaiyyəti və bu sahədə fəaliyyət göstərən xüsusi təşkilatlara mütəmadi məlumat verilməlidir”.

 

Seymur ƏLİYEV

2021-09-01 12:04:00
1349 baxış

Digər xəbərlər

Azərbaycandan Ermənistana DƏHŞƏTLİ ZƏRBƏ - AĞLASIĞMAZ RƏQƏMLƏR

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) alimləri Vətən müharibəsində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının məbləğini hesablayıblar. UNEC-dən Publika.az-a verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyev Laçının işğaldan azad edilməsi münasibətilə xalqa müraciətində Ermənistan ordusunun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikalarının adlarını və sayını açıqlayıb. Ölkə Prezidenti çıxışında mütəxəssislərə həmin qiymətin hesablanması barədə də müraciət etdi. UNEC-in İqtisadi Araşdırmalar Elmi Tədqiqat İnstitutunun alimləri Prezidentin müraciətinə operativ reaksiya verərək, sadalanan hərbi texnikaların qiymətini hesablayıblar. Alimlərin əldə etdiyi nəticəyə əsasən, Vətən müharibəsndə Ermənistan ordusununun məhv edilmiş və qənimət götürülmüş hərbi texnikasının dəyəri 4 milyard 8 milyon ABŞ dolları təşkil edib.

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov bir qrup veteranla görüşüb

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 17 yanvar 2024-cü il tarixində bir qrup Vətən müharibəsi iştirakçısı ilə görüşüb. Görüş əsnasında veteranları maraqlandıran suallara cavan verən sədr müavini, veteranlar qarşısında duran yeni vəzifələrdən danışıb.  Polkovnik Cəlil Xəlilov qeyd edib ki, veteranlar ön cəbhədə olduğu kimi, arxa cəbhədə də fəal olmalı, milli maraqlarımızı qətiyyətlə müdafiə etməli, Ali Baş Komandanın ətrafında sıx birləşməkdə davam etməlidirlər. Məlumat üçün qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında mütəmadi şəkildə veteranlarla analoji görüşlər keçirilir, müharibə iştirakçılarını maraqlandıran məsələlər müzakirə olunur.  

Hamısını oxu
Bir döyüşdə 20 düşmən əsgərini məhv edən qəhrəman: Pəncəli Teymurov!

Pəncəli Teymurov 1981-ci ilin 24 mart tarixində Astara rayonunun Əzərüd kəndində anadan olub. 1986-1998-ci illərdə Astara rayonu B.Rüstəmov Asxanakəran tam orta məktəbində orta təhsil alıb. 1999-cu ildə Astara Rayon Hərbi Komisarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.   Hərbi xidmət zamanı kəşfiyyatçı peşəsinə yiyələnib və hərbi hissənin ən mahir kəşfiyyatçısı olub.Hərbi xidməti başa vurduqdan sonra könüllü olaraq xidmətini yenicə yaradılan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin kəşfiyyatçı-diversant taborunda davam etdirib və 17 il Azərbaycan ordusunda şərəflə xidmət edib.   Pəncəli Teymurov 2013-cü il avqust ayında ailə həyatı qurub. Amma Pəncəli doğmalarının, elin, obanın şadyanalıq etdiyi toyda özünə bunları arzu edib: " Dostlar, həqiqətən bəzi şeylər var ki, bizim əlimizdə deyil. Amma mən sidq ürəklə deyirəm. Hər zaman, hər an xalqım üçün, torpağım üçün, Vətənim üçün canımdan, qanımdan keçməyə hazıram. Həmişə özümə arzu etmişəm ki, Vətənim üçün şəhid olum, tabutum Azərbaycan Respublikasının üçrəngli, ay-ulduzlu bayrağına bükülüb dəfn olunmağa aparılsın".   Gizir Pəncəli Teymurov 2016-cı ilin aprel ayında düşmənlə təmas xəttində baş verən atışma zamanı Tərtər istiqamətində döyüşə girib və döyüş dostları- Murad Mirzəyev, Samid İmanov, Muhud Orucovla birgə Talış yüksəkliklərinin alınmasında və Talışda çoxlu sayda düşmənin məhv edilməsində iştirak edib. Şəxsi igidliyi ilə fərqlənən Pəncəli Teymurov 3 aprel 2016-cı il tarixdə son damla qanına qədər vuruşaraq qəhrəmancasına şəhid olub. Aprelin 11-i isə Pəncəli Teymurov doğulduğu Astara rayonunun Əzərüd kəndində son mənzilə yola salınıb. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatılıb. Dəfn mərasiminin sonunda yaylım atəşi açılıb və gizir Teymurov uğrunda şəhid olduğu torpağa tapşırılıb.   Hərbi tapşırıqları uğurla başa çatdırdığına görə müxtəlif döyüş mükafatları, medallarla təltif olunan Pəncəli, ən böyük mükafatını 2015-ci ilin 24 iyununda alıb. 2015-ci ildə işğal altında olan Kəlbəcər rayonundda xüsusi əməliyyat zamanı Ermənistan ordusuna məxsus bir neçə hərbi texnika, ağır artirelliya və 20-dən çox hərbçi məhv edib. Bu əməliyyatda göstərdiyi yüksək bacarıq və peşəkarlığı, cəngavərliyi, nümunəvi xidməti nəzərə alınaraq komandanlığın təqdimatına əsasən ölkə Prezidentinin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif olunub.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilovun “REAL TV”-dəki müsahibəsi. 21.09.2019

Hamısını oxu