Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Millət vəkili şəhid Murad Əliyevin ailə üzvləri ilə görüşüb

Dünən millət vəkili Soltan Məmmədov şəhid Murad Əliyevin ailəsinə baş çəkib, onlarla həmsöhbət olub.

 

Veteran.gov.az xəbər verir ki, millət vəkili bu barədə sosial şəbəkədəki hesabında məlumat verib. Məlumatda deyilir:

 

“Bu gün Binə qəsəbəsində Vətən müharibəsi şəhidi Murad Əliyevin ailə üzvləri ilə görüşdük. Şəhidimizin əziz xatirəsini yad etdik. Şəhidlərimizin hər birinin həyat hekayəsi bizim üçün örnəkdir. Azərbaycanı güclü edən, bizə qələbə yaşadan qəhrəman və fədakar oğullarımızdır. Ona görə də, dövlətimiz şəhid ailələrini və müharibədə sağlamlığını itirmiş qəhrəmanlarımızı daim diqqətdə saxlayır. Onları dinləmək, ünsiyyətdə olmaq, hər zaman yanında olduğumuzu hiss etdirmək bizim vətəndaşlıq borcumuzdur.

 

Murad cəmi 19 yaşında Şəhidlik zirvəsinə ucalıb. Bu yaşda tarixin bir parçasına çevrilmək yalnız seçilmiş insanlara nəsib olur.

 

Murad Hüseyn oğlu Əliyev 13 mart 2001-ci ildə Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində anadan olub. 2007-ci ildə Binə qəsəbəsində yerləşən 136 saylı məktəbin birinci sinifinə qəbul olunub. 2016-cı ildə 9-cu sinfi bitirdikdən sonra qəsəbədə yerləşən 101 saylı Peşə Liseyinə daxil olub. 2019-cu ilin aprel ayında hərbi xidmətə çağrılıb. 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsinin iştirakçısı olan Murad Əliyev Füzuli, Cəbrayıl, Hadrut və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Noyabrın 5-də Şuşa uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Cəbrayılın azad olmasına görə" medalları ilə təltif edilib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

 

2021-09-03 08:40:00
1336 baxış

Digər xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun abidəsi ziyarət edib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının kollektivi Vətən müharibəsi qəhrəmanı, baş leytenant Azad Hümbətovun xatirəsinə ucaldılan abidəni ziyarət edib, şəhidin valideynləri ilə görüşüb. Nərimanov Rayon İcra Hakimiyyəti başçısı və digər rayon rəhbərlərinin də iştirak etdiyi görüşdə Azad Hümbətovun döyüş yolundan bəhs edilib, onun qəhrəmanlığının hər zaman Azərbaycan xalqı tərəfindən dərin minnətdarlıq hissi ilə yad ediləcəyi vurğulanıb.   Şəhidin məzarı üzərinə gül dəstələri qoyulub, dualar oxunub.  

Hamısını oxu
Müharibə veteranlarına illik əmək məzuniyyəti ən azı 46 təqvim günü veriləcək

Prezident İlham Əliyev Əmək Məcəlləsində edilmiş bir sıra dəyişiklikləri təsdiq edib. Bu dəyişikliklər Beynəlxalq Əmək Təşkilatının Konvensiyaları və beynəlxalq təcrübəyə uyğun olaraq əmək qanunvericiliyinin təkmilləşdirilməsi, işçi hüquqlarının daha etibarlı müdafiə mexanizminin, əmək münasibətlərində çevik və sosialyönlü hüquqi tənzimləmələrin tətbiqi, müasir tələblərə uyğun yeni anlayışların qanunvericiliyə gətirilməsi məqsədi daşıyır. Təsdiq edilən dəyişikliklərdən biri Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 120-ci maddəsi ilə bağlıdır. Belə ki, aşağıdakı kateqoriyalara aid olan işçilərə illik əmək məzuniyyəti 46 təqvim günündən az olmayaraq veriləcək: - Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə, 1990-cı ilin 20 Yanvar hadisələri ilə, hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə və ya Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar səbəblərdən əlilliyi olan işçilərə, - Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış işçilərə, - döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçu olmuş işçilərə, - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda xəsarət (yaralanma, travma, kontuziya) almış işçilərə, - Azərbaycan Respublikasının Vətən Müharibəsi Qəhrəmanlarına, - Azərbaycanın Milli Qəhrəmanlarına, - Sovet İttifaqı Qəhrəmanlarına, - Azərbaycan Respublikasının ən yüksək təltifi ilə, İstiqlal ordeni ilə, - habelə Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün müdafiəsi ilə bağlı digər dövlət təltifləri ilə təltif olunmuş işçilərə. 

Hamısını oxu
“Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər heyrətamizdir”

Cavid Osmanov: “Onlar arxa cəbhədə əsl fədakarlıq sərgiləyiblər”   “Azərişıq”ASC-nin ölkə başçısının dəstəyi və tapşırığı ilə işğaldan azad edilən ərazilərdə gördüyü işlər sözün həqiqi mənasında heyrətamizdir” .   Bunu Veteran.gov.az-a açıqlaamsında millət vəkili Cavid Osmanov bildirib. Millət vəkili vurğulayıb ki, işğaldan azad edilən ərazilərdə, yüksək dağlıq relyefdə görülən işlərin miqyası olduqca böyükdür:   “Bu gün işğaldan azad edilən ərazilərə səfər etdikdə “Azərişıq”ASC-nin bu ərazilərdə həyata keçirdiyi böyük layihələri qürur və sevinclə izləməmək mümkün deyil. Yüksək dağların qoynunda ucalan nəhəng elektrik ötürücüləri, meşələrin üzəri ilə uzanıb gedən yüksək gərginlikli elektrik naqilləri “Azərişıq”ASC əməkdaşlarının gecəli-gündüzlü əməyindən, fədakarlığından, xalqa, vətənə olan sevgisindən xəbər verir.   Ən başlıca məqamlardan biri isə ondan ibarətdir ki, “Azərişıq”ASC bütün bu işlərə müharibədən sonra deyil, elə müharibənin gedişində başlayıb. Torpaqlarımız işğaldan azad edildikcə dövlət başçısının tapşırığına əsasən həmin ərazilərin elektrik enerjisi ilə təminatını həyata keçirən “Azərişıq” əməkdaşları, qısa zamanda sözügedən ərazilərin elektrik enerjisi ilə təminatına nail oldu. Bu, digər dövlət qurumlarının da öz fəaliyyətini daha səmərəli və optimal şəkildə təşkil etməyə, xidmət keyfiyyətini yüksəltməyə imkan verdi. Təkcə bir faktı vurğulayım ki, Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan mədəniyyət paytaxtımız Şuşa cəmi 37 günə elektrik enerjisi ilə təmin olundu. Bütün bunlar Prezident İlham Əliyevin quruculuq siyasətinin, “Azərişıq”ASC əməkdaşlarının fədakarlığının, onların Qarabağdakı bərpa prosesinə verdiyi dəstəyin göstəricisidir. Qarabağda həyata keçirilən digər təmir-bərpa və quruculuq işlərinin fonunda reallaşan bütün bu layihələr qısa zamanda işğaldan azad edilən ərazilərimizdə həyatın əvvəlki axarına düşməsini, məcburi köçüknlərimizin öz doğma ata-baba yurdlarına qayıdışını təmin edəcək”.   Seymur ƏLİYEV  

Hamısını oxu
“30 avqust Zəfər bayramı Türkiyə kimi Azərbaycan üçün də müqəddəs gündür”

Cəlil Xəlilov: “Türk xalqı hər zaman tarixin sınağından üzüağ çıxmağı bacarıb”   “30 avqust Zəfər bayramı Türkiyə kimi Azərbaycan üçün də müqəddəs gündür”.   Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 30 avqust tarixində türk xalqı Böyük Mustafa Kamal Atatürkün rəhbərliyi altında bir kəs daha öz milli kimliyini təsdiq edib, düşmənlərə öz gücünü, qüdrətini göstərib:   “1922-ci ilin 30 avqust tarixində Mustafa Kamal Atatürkün rəhbərliyi ilə düşmən üzərində həlledici qələbə edən türk xalqı, bununla böyük tarixi zəfərə imza atdı. Türk xalqının 30 avqust zəfəri bütün dünyaya göstərdi ki, türkü məğlub etmək, əsarət altına almaq, onun azadlığına qəsd etmək mümkün deyil. Düşmənlərə öz gücünü, qüdrətini qanlı hərb meydanında bir kəs daha göstərən türk xalqı, bununla əzəli-əbədi yenilməzliyə malik olduğunu növbəti dəfə isbatlamış oldu.   XX əsrin 20-ci illərində böyük uğurlara imza atan qardaş Türkiyə, bu gün – XXI əsrin 20-ci illərində böyük dövlət xadimi Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında hərbi, siyasi, iqtisadi baxımdan ciddi uğurlar əldə etməkdədir.  Bu gün türk ordusu dünyanın ən qüdrətli orduları sırasındadır və dünyanın ən böyük, aparıcı dövlətləri belə rəsmi Ankara ilə hesablaşmaq, onun mövqeyini nəzərə almaq məcburiyyətindədir.   Şübhəsiz, Azərbaycan qardaş Türkiyənin uğurları ilə fəxr edir, onun hər bir müvəffəqiyyətindən qürur hissi keçirir.   Mən 30 avqust Zəfər bayramı münasibəti ilə bütün türk dünyasını təbrik edir, türk xalqına ən  xoş arzularımı bildirirəm”.  

Hamısını oxu