Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Füzuli hava limanının inşası dövlətimizin həm iqtisadi qüdrətindən, həm də siyasi əzmindən xəbər verir”

Tamam Cəfərova: “Bu hava limanının inşası hərbi baxımdan da mühüm əhəmiyyətə malikdir”

 

“Füzuli hava limanının inşası dövlətimizin həm iqtisadi qüdrətindən, həm də siyasi əzmindən xəbər verir”.

 

Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkili Tamam Cəfərova bildirib. Millət vəkili bildirib ki, bu tarixi uğur dövlətimizin qarşısına qoyduğu bütün hədəflərə çatmaqda nə qədər prinsipial olduğunu göstərdi:

 

“Ermənistanın 30 ilə yaxın müddət ərzində işğal altında saxladığı torpaqlarımızda böyük dağıntı və talanalr həyata keçirdiyi məlumdur. Bri qərinəyə yaxın müddət ərzində işğalda saxladığı ərazilərin ona aid olduğunu iddia edən, buna rəğmən daşı-daş üstündə qoymayan Ermənistandan fərqli olaraq, Azərbaycan müharibə başa çatar-çatmaz Prezident İlham Əliyevin rəhbərliyi ilə bu torpaqlarda böyük quruculuq işlərinə start verdi. Füzuli hava limanının inşası da bu mühüm layihələrdən biridir. Azərbaycan bu layihəni uğurla başa çatdırmaqla sadəcə Ermənistan və onun havadarlarına deyil, eləcə də bütün dünyaya sübut etdi ki, iqtisadi baxımdan güclü olmaqla yanaşı, siyasi baxımdan da son dərəcə qətiyyətlidir və qarşısna qoyduğu bütün məqsədlərə çatmaqda qərarlıdır”.

 

Millət vəkili qeyd edib ki, post-müharibə dönəmi Azərbaycan və Ermənistan iqtisadiyyatı arasındakı fərqi bir daha ortaya qoydu:

 

“Post-müharibə dönəmindən dərhal sonra işğaldan azad edilən ərazilərdə böyük bərpa-tikinti və quruculuq işlərinə start verən Azərbaycan, eyni vaxtda demək oalr ki, azad edilən bütün rayonlarda böyük layihələr həyata keçirməkdədir. Hansı ki, dünya təcrübəsi sübut edir ki, böyük maliyyə resursu tələb edən müharibədən sonra böyük iqtisadi layihələr reallaşdırmaq hər bir dövlət üçün kifayət qədər çətin olur. Azərbaycan isə müharibədən sonra böyük maliyyə vəsaiti tələb edən mühüm iqtisadi layihələrin icrasını həyata keçirməklə, iqtisadi baxımdan nə qədər güclü olduğunu bir daha sübut etdi. Bu gün işğaldan azad edilən ərazilərdə böyük layihələr imza atan Azərbaycanın uğuruları fonunda Ermənistan tərəfinin vəziyyəti xüsusilə acınacaqlı görünür. Nəinki hansısa iqtisadi layihə həyata keçirməyə, hətta yaşlı vətəndaşlarının pensiyasını, sosial müavinətini ödəməyə gücü olmayan Ermənistan, iqtisadi-maliyyə baxımından da iflic durumdadır. Ermənistan vətəndaşları açıq şəkildə Azərbaycan vətədnaşlığını qəbul etməyə hazır olduqlarını bildirir, bunun qarşılığında sadəcə iş tələb edirlər. Çünki sadə ermənilər də anlayır ki, Azərbaycan dövlətinin iqtisadi gücü bütün sosial problemləri yüksək səviyyədə həll etməyə, vətəndaşların sosial rifahını yüksəltməyə qadirdir”.

 

Tamam Cəfərova bildirib ki, Füzuli hava limanı bölgədə iqtisadiyyat və turizmin inkişafına təkan verməklə yanaşı, ölkəmizin hərbi potensialını da gücləndirəcək:

 

“Füzuli hava limanının istifadəyə verilməsi heç şübhəsiz bölgədə iqtisadiyyat və turizmin canlanmasına böyük təkan verəcək. Hava limanı Füzuli rayonuna gediş-gəlişi asanlaşdırmaqla yanaşı, yük daşınmalarını da sürətləndirəcək. Hava limanının fəaliyyəti fonunda Füzuli rayonu və ətraf ərazilərdə sənaye və kənd təsərrüfatının, o cümlədən turizmin sürtətli inkişafına şahid olacağıq.

 

Bununla yanaşı, Füzuli hava limanının fəaliyyəti Azərbaycanın hərbi potensialını da gücləndirəcək. Çünki lazımi məqamlarda bu hava limanından hərbi mqəsədlər üçün də istifadə etmək mümkün olacaq ki, bu da regionda baş verən hərbi proseslərə çevik reaksiya vermək, vətəndaşların təhlükəsizliyini təmin etmək, prosesləri qabaqlamaq baxımından olduqca vacibdir.

 

Bir sözlə, Füzuli hava limanının inşası dövlətimizin, Prezident İlham Əliyevin böyük uğurudur və proseslərin gedişatı göstərir ki, biz yaxın gələcəkdə yeni-yeni uğrulara, tarixi nailiyyətlərə şahid olacağıq”.

 

Seymur ƏLİYEV

 

 

2021-09-08 07:56:00
984 baxış

Digər xəbərlər

Baş Prokurorluğun rəhbərliyi ilə “Azərbaycan Respublikası Prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri” İctimai Birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir

Xəbər verildiyi kimi, 22 aprel 2021-ci il tarixdə 24 nəfərdən ibarət Azərbaycan Respublikası prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçiləri tərəfindən yığıncaq keçirilərək “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin təsis edilməsi barədə qərar qəbul olunmaqla, yığıncaqda birliyin İdarə heyəti formalaşdırılaraq hüquqi ünvanı müəyyən edilmişdir.  Qeyd olunmalıdır ki, Birliyin yaradılmasında məqsəd Azərbaycan Respublikasının prokurorluq orqanlarının veteran və pensiyaya çıxmış işçilərinin hüquqlarının və qanuni mənafelərinin qorunması, onların sosial, mənzil-məişət problemlərinin həlli, sağlamlıqlarının möhkəmləndirilməsi, o cümlədən qanunla nəzərdə tutulmuş digər maddi və mənəvi yardımların göstərilməsi istiqamətində əməli köməklik göstərilməsi və digər məsələlərdən ibarətdir. Bu gün Baş Prokurorluğun rəhbərliyi ilə 30 aprel 2021-ci il tarixdə dövlət qeydiyyatına alınmış “Azərbaycan Respublikası Prokurorluq Orqanlarının Veteran və Pensiyaya Çıxmış İşçiləri” ictimai birliyinin idarə heyətinin üzvləri arasında görüş keçirilmişdir.  Tədbirdə giriş nitqi ilə çıxış edən Baş Prokuror Kamran Əliyev Birliyin fəaliyyətə başlaması münasibətilə veteran və pensiyaya çıxmış əməkdaşları təbrik edərək onlara fəaliyyətlərində uğurlar arzulamış, hazırkı dövrədək prokurorluq orqanlarından yaşa görə 18-i qadın olmaqla 381 nəfərin təqaüdə çıxdığını qeyd etmişdir. Kamran Əliyev zəngin təcrübəyə malik prokurorluğun veteran və pensiyaçılarının bilik və bacarıqlarını prokurorluq orqanlarında çalışan gənc əməkdaşlarla bölüşməyin vacibliyini vurğulamışdır. Tədbirdə Baş Prokurorluğun rəhbərliyi tərəfindən veteran və pensiyaya çıxmış prokurorluq işçilərinə daimi diqqətin əsas prioritet məsələlərdən biri olduğu qeyd edilməklə, Birliyin fəaliyyəti nəticəsində bundan sonra da veteran və pensiyaya çıxmış işçilərin hər cür sosial və məişət problemlərinə xüsusi qayğının göstəriləcəyinə əminlik ifadə olunmuşdur. Göstərilən gündəlik diqqət və qayğıya görə prokurorluğun veteran və pensiyaçıları adından minnətdarlığını bildirən Birliyin sədri  Seyfulla Aslanov ölkəmizdə möhkəm təməllər üzərində qurulmuş ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında fəal iştirak edərək prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsində fəallıq göstərəcəklərini ifadə etmiş, prokurorluğun fəaliyyətində səmərəliliyinin artırılması və ölkədə ictimai-siyasi sabitliyin möhkəmləndirilməsi istiqamətində iştirak edəcəklərini vurğulamışdır. Sonda xatirə fotoşəkli çəkdirilmişdir.  

Hamısını oxu
Azərbaycan Heydər Əliyev ideyalarının işığında böyük inkişaf yolu keçib

  Tariximizin ən parlaq səhifəsi olan  15 İyun-Milli Qurtuluş Gününün 29 illiyi ərəfəsindəyik. Arxada qalan 29 il bu tarixi günün əhəmiyyətini daha dərindən dərk etmək imkanı qazandırır. Bu baxımdan ki, baş verən hadisə ilk anlarda  adi görünsə də zaman keçdikcə mahiyyəti, onu doğuran səbəblər, ölkəmizin taleyində rolu daha dərindən təhlil edilir və düzgün dəyərləndirilir. Bir mühüm məqamı da vurğulayaq ki, elə tarixi günlər var ki, ölkələrin, xalqların həyatında dönüş nöqtəsi kimi xarakterizə edilir. 29 illiyini qeyd etdiyimiz Milli Qurtuluş Günü də Azərbaycan dövlətinin, xalqının həyatında dönüş nöqtəsi oldu.  Müstəqilliyimizin bərpasının ilk illərində Azərbaycanda yaşananlar məlumdur. Ölkəyə səriştəsiz, idarəçilikdən xəbərsiz, dövlət maraqlarını öz şəxsi ambisiyalarına qurban verən ünsürlərin rəhbərliyi  Azərbaycanı müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoymuşdur.  1992-ci ildə AXC-Müsavat cütlüyünün hakimiyyəti zor gücünə ələ keçirməsi  vəziyəti daha da çətinləşdirdi, ölkədə vətəndaş qarşıdurması yaşandı, qardaş qanı axıdıldı. Digər tərəfdən də Silahlı Qüvvələrimzin  torpaqlarımızın deyil, ayrı-ayrı dairələrin maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin işğalına səbəb olmuşdur. Getdikcə ağırlaşan vəziyyət xalqın səbr kasasını doldurdu və ayağa qalxmasını şərtləndirdi. Xalq Vətənini, xalqını canından artıq sevən ulu öndər Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Çünki xalqımız bilirdi ki, yalnız Heydər Əliyev kimi zəngin dövlətçilik təcrübəsinə malik dahi şəxsiyyət Azərbaycanı düşdüyü ağır vəziyyətdən xilas edə bilər. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın xilası, xalqın qurtuluşu oldu. Azərbaycan xaosdan, anarxiyadan, özbaşınalıqdan, iqtisadi böhrandan xilas olaraq tərəqqi yoluna çıxdı, dünya birliyində müstəqil siyasət həyata keçirən dövlət kimi tanındı. Ümummilli Lider müstəqillik yollarında ilk addımlarını atan dövlətin qarşısında dayanan vəzifələrdən bəhs edərkən beynəlxalq aləmdə tanınmasını vacib amil kimi önə çəkirdi. Bu baxımdan onun dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir amal-azərbaycançılıq ideyası ətrafında sıx birliyini yaratması bugünümüz üçün mühüm addımlardan oldu.  Ulu Öndərin təşəbbüsü ilə 2001-ci ildə Dünya azərbaycanlılarının I qurultayının keçirilməsi diaspor quruculuğu prosesində yeni mərhələnin əsasını qoydu. Sonrakı dövrdə hər beş ildən bir Dünya azərbaycanlılarının qurultayları keçirilir. Bu il Şuşada dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın bir araya gələrək Zəfər qurultayının keçirilməsi keçilən yolun təhlilində, hədəflərin müəyyənləşdirilməsində, Azərbaycanın diplomatik mübarizədə  qələbəsində diasporumuzun roluna işıq salınmasında əhəmiyyətli rol oynadı.  Zəfər qurultayı, eyni zamanda, birliyimizin, həmrəyliyimizin azad Qarabağdan, azad Şuşadan dünyaya bəyan edilməsi oldu.  Ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə  ölkənin müstəqilliyini qorudu, dayanıqlı inkişafın təməlini qoydu. Ölkədə sabitliyin yaradılması bütün istiqamətlərdə uğurlu addımların atılmasını şərtləndirdi. Azərbaycanın öz təbii sərvətlərindən səmərəli istifadəsini təmin etmək məqsədilə Ulu Öndərin gərgin səyləri nəticəsində 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi” imzalandı. İqtisadiyyatın inkişafında neft amlinə xüsusi önəmin verilməsi Ümummilli Liderin uzaqgörən siyasətinin göstəricisi idi. Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsi siyasi çəkisinin artmasında mühüm əhəmiyyət kəsb edir. Azərbaycan yeni dostlar, tərəfdaşlar qazandı. İkitərəfli və çoxtərəfli əlaqələrin genişlənməsi fonunda Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılmasına nail olundu. O illərdə hazırda  tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı ki, bu da 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizdə öz sözünü dedi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Son 18 ildən artıq dövrdə Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən, Azərbaycanın təkmil inkişaf modelini dünyaya təqdim edən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin bu istəyini reallığa çevirdi. Ölkə Prezidentinin  rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu Zəfər tarixini yazdı. İşğaldan azad edilmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağının  dalğalanması  qürurumuzdur. Hazırda bu torpaqlarda bərpa-quruculuq işləri geniş miqyas alaraq Böyük Qayıdışın tezliklə reallaşmasına səy göstərilir. Qurtuluşdan Zəfərə çatan inkişaf yolu hələ bundan sonra Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq.  Azərbaycan Heydər Əliyev ideyalarının işığında inamla irəliyə doğru addımlayır. Bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi azad, müstəqil, ərazi bütövlüyü təmin olunmuş Azərbaycandır.   Məşhur Məmmədov Milli Məclisin deputatı

Hamısını oxu
“20 Yanvar tariximizə milli azadlıq hərəkatının zirvəsi kimi həkk olunub”

“20 Yanvar faciəsi Azərbaycanın müstəqilliyə aparan yolunda yeni mərhələnin başlanğıc nöqtəsi oldu. 1990-cı ilin Qanlı Yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir. O, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar faciəsi, eyni zamanda həm ümumxalq faciəsi, həm də müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycan tarixinə həkk olunub”.   Bu sözləri 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Moderator.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.   Millət vəkili bildirib ki, Qanlı 20 yanvar hadisəsi Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi M.Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilmiş, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilmişdir. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə edilmişdir.   Qanlı Yanvar hadisələri Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərdiyini vurğulayan millət vəkili Tamam Cəfərova qeyd edib ki, 20 Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını itirdi. 20 Yanvar hadisələri ilə əlaqədar ilk rəsmi etiraz Ulu Öndər Heydər Əliyev tərəfindən səsləndirilmişdir. Təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə etiraz edən Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının başına gətirilən qanlı faciənin ilk siyasi-hüquqi qiymətini verdi. 1990-cı il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə qarşısında qoyan Ulu Öndər Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa, demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi. Ulu Öndər Heydər Əliyev bu haqqda demişdir: “Mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə, ədalət naminə, eyni zamanda, Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.”   Məhz həqiqətləri dünyaya çatdırmaq məqsədilə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi 20 Yanvar faciəsinə ilk siyasi qiymət verən 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdi. Ulu Öndərin təşəbbüsü və göstərişləri ilə 1994-cü ilin mart ayının 29-da Milli Məclis “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi.   1990-cı il yanvar ayının 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Yurdunun azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin qanlı gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. 20 Yanvar Azərbaycan xalqının tarixində sadəcə ağrı və acı ilə deyil, həm də şan və şərəf günü kimi xatırlanır. Xalq həmin gün üstünə hücum edən qorxunc sovet ordusuna qarşı sinəsini sipər etməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacarmışdır. Məhz həmin hadisələr sübut etdi ki, xalqımız pozulan hüquqlarının, suverenliyinin, ölkənin ərazi bütövlüyünün bərpa olunması uğrunda savaşmaq əzminə malikdir. 1990-cı ilin 20 Yanvarında Azərbaycan xalqı azadlıq və  müstəqillik ideyalarına qarşı uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə apardığı kimi 30 il sonra tarixi torpaqlarımızın düşmən işğalından azad olunması prosesində də eyni birliyi, bərabərliyi nümayiş etdirmişdir. Bununla da, Azərbaycan xalqının Qanlı 20 Yanvar faciəsi ilə başlayan milli kimliyinə qayıdışı, azadlıq, müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir Yumruğun” gücü nəticəsində Vətən torpaqlarının işğaldan azad oluması ilə başa çatmışdır. Azərbaycan bir daha bütün dünyaya sübut etdi ki, öz ərazi bütövlüyünü bərpa etməyə, qan yaddaşının revanşını almağa qadir qalib ölkədir. Eyni zamanda əbədi-əzəli Azərbaycan torpaqlarının işğaldan azad olunması  Azərbaycan xalqının milli şüurunda yeni mərhələnin başlanğıcı olmuşdur. Artıq hər bir azərbaycanlı qalib dövlətin, xalqın nümayəndəsi kimi bu qüruru yaşayır.   Sonda millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycan xalqı 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda zirehli texnikanın qarşısına əliyalın çıxmış, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarını unutmur. Hər il yanvarın 20-si saat 12:00-da Azərbaycanın bütün ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunur, hüzn əlaməti olaraq dövlət bayraqları endirilir.   “Azərbaycan bu mübariz oğul və qızlarının şücaətini daim yüksək qiymətləndirir, onların ruhuna ehtiram göstərir, xatirəsini hər zaman uca tutur” . Bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məxsusdur.  

Hamısını oxu
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı soyqırımı abidəsini ziyarət ediblər

XX əsrdə bəşər tarixinə Xocalı soyqırımı kimi daxil olan qanlı faciənin 29-cu ildönümü ilə əlaqədar fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faciə qurbanlarının xatirəsinə Bakının Xətai rayonunda ucaldılmış abidəni ziyarət ediblər. AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoydu, faciə qurbanlarının xatirəsini ehtiramla yad etdi. Birinci xanım Mehriban Əliyeva abidənin önünə gül dəstəsi qoydu, faciə qurbanlarının xatirəsinə ehtiramını bildirdi. Xocalı soyqırımından 29 il ötür. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərini yerlə-yeksan etdi. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdiyi növbəti kütləvi qırğın nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca dünyasını dəyişdi. 1275 dinc sakin əsir götürüldü, 150 nəfərin taleyi isə hələ də məlum deyil. Bu soyqırımı aktı nəticəsində 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 132 uşaq isə valideynlərindən birini itirdi. Xocalı faciəsi təcavüzkar erməni millətçilərinin xalqımıza qarşı törətdiyi soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsidir. Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva böyük xidmətlər göstərib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində də hər il silsilə tədbirlər reallaşdırılır. İndiyə qədər 10-dan çox ölkə və İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini soyqırımı kimi tanıyıb. Xocalı soyqırımını törətməkdə düşmənin məqsədi torpaqlarımızı zorla ələ keçirmək olsa da, bu ağır faciə xalqımızı daha da mətinləşdirdi, qəhrəman övladlarımızı Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər etdi. İllər keçdi. 2020-ci ildə baş verən Vətən müharibəsində müstəqilliyin övladları 30 il işğal altında qalan torpaqlarımızı azad etməklə yeni reallıq yaratdı, “dəmir yumruq” qalib gəldi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Xocalı faciəsi qurbanlarının da qisasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, Vətən bütövləşdi. Bununla da xalq öz rəhbərinin ətrafında yumruq kimi birləşərək tarixi hədəflərinə qovuşdu.

Hamısını oxu