Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 21 sentyabr Beynəlxalq Sülh Günü ilə bağlı tədbir keçirilib, iştirakçılar onlayn şəkildə təşkil edilən beynəlxalq konfransa qoşulub.

 

Bakı şəhər Nərimanov rayonu 45 nömrəli orta məktəb və Binəqədi  rayonu 246 nömrəli məktəb-liseyin şagird və müəlimlərinin də qatıldığı tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova müasir dünyamızda sülhün və təhlükəsizliyin roluna diqqət çəkib, uşaqların firavan gələcəyi, insanların təhlükəsizliyi üçün sülh amilinin əsas faktor olduğunu vurğulayıb.

 

Daha sonra beynəlxalq konfransda çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ermənistanın 30 ilə qədər davam edən işğalçılıq siyasəti nəticəsində ölkəmizə dəyən ziyana diqqət çəkib, erməni faşizminin bütün dünyada sülh və təhlükəsizlik üçün ən böyük təhdid olduğunu bildirib. 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən torpaqlarımızda erməni vandalları tərəfindən dağıdılan tarixi, mədəni, dini abidələrin, sosial infrastrukturun bərpa edilməsində beynəlxalq təşkilatların, dünya güclərinin ölkləmizə dəstək verməsinin vacibliyinə toxunan Cəlil Xəlilov, Azərbaycan prezidentinin Qafqazda sülhün və sabitliyin təmin edilməsi istiqamətində ciddi addımlar atdığını vurğulayıb. Sədr müavini qeyd edib ki, beynəlxalq ictimaiyyət Azərbaycan dövlətinin sülh səylərini dəstəkləməli, Azərbaycan dövlətinin sülh siyasətini aktiv şəkildə müdafiə etməlidir.

 

Daha sonra tədbir açıq səma altında davam etdirilib. Polkovnik Cəlil Xəlilov məktəblilərlə söhbətində sülh və təhlükəsizliyin önəmindən bəhs edib, dövlətimizin Qarabağda apardığı nəhəng quruculuq siyasətindən danışıb. Hər bir yeniyetmə və gəncin vətənpərəvrlik ruhunda tərbiyəsinin vacibliyinə toxunan Cəlil Xəlilov, Azərbaycan gəncliyinin vətən sevgisi ilə fəxr etdiyini, 44 günlıük Vətən müharibəsində gənclərin böyük qəhrəmanlıqlara imza atdığını bildiirb.

 

Tədbirin sonunda səmaya sülh rəmzi olan göyərçinlər və şarlar buraxılıb, xatirə şəkli çəkilib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

h

 

2021-09-21 16:12:00
840 baxış

Digər xəbərlər

Ekspert: Laçının azad olunması ərazi bütövlüyümüzün təmini edilməsi istiqamətində tarixi addımdır

Laçının azad olunması ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində atılan tarixi addımdır. Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Sədr müavini qeyd edib ki, Laçının erməni işğalından azad olması bəzi məqamları ilə böyük əhəmiyyətə malikdir. Laçın 2020-ci ilin 10 noyabr üçtərəfli Bəyanatından sonra – həmin il dekabrın 1-də azad edilib. 44 günlük Vətən müharibəsində darmadağın olunan erməni faşizmi üç rayonu döyüşsüz azad etməyi öhdəsinə götürmüşdü ki, bunlardan da biri Laçın idi. Laçının bir güllə belə atılmadan düşmən tapdağından azad olunması heç şübhəsiz Prezident, Ali Baş Komandan İlham Əliyevin siyasi-diplomatik qələbəsi idi. Laçının azad olunması Azərbaycanın sadəcə hərbi müstəvidə deyil, siyasi-diplomatik müstəvidə də söz sahibi olduğunu əməli şəkildə sübut etdi. Bu hadisə bir daha göstərdi ki, Azərbaycan regionun lider dövlətidir və bölgədəki hər dövlət, eləcə də Ermənistan onun iradəsi ilə razılaşmaq məcburiyyətindədir. Polkovnik Laçının hərbi əməliyyatlarsız azad edilməsinin Azərbaycana döyüş itkilərindən qaçmağa imkan verdiyini, bunun da dövlətimizin insan həyatına verdiyi önəminin göstəricisi olduğunu deyib: “Əgər Laçın da digər rayonlarımız kimi döyüşlə alınsaydı, o zaman şübhəsiz ki, düşmənlə yanaşı, biz də müəyyən itkilər verəcəkdik. Laçının dağlıq relyefini, düşmənin bu ərazidə 30 il ərzində formalaşdırdığı müdafiə sistemlərini, minalanmış ərazilərin hədsiz çoxluğunu nəzərə alsaq, deyə bilərik ki, bu itkilərdən yayınmaq mümkün olmayacaqdı. Bu baxımdan, Prezident İlham Əliyevin Laçını döyüşsüz azad etməsi heç bir itki vermədən bu ərazilərə nəzarəti təmin etməyimizə şərait yaratdı. Bu gün Laçında geniş quruculuq işləri həyata keçirilir. Bu isə o deməkdir ki, yaxın gələcəkdə insanlarımız doğma yurdlarına qayıdacaq və onlara bu böyük səadəti yaşadan hər kəsi – şəhidləri, qaziləri, Ali Baş Komandanımızı sonsuzadək əbədi minnətdarlıq hissi ilə xatırlayacaqlar”.  

Hamısını oxu
“Gənc velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində nəzəri və praktiki təlimlərə start verir

Azərbaycan Respublikası Gənclər Fondunun XV qrant müsabiqəsinin qalibi olaraq “Gənc velosipedçilər” İctimai Birliyi “Qalib xalqın sağlam gəncləri” layihəsi çərçivəsində 23 noyabrda Biləsuvar rayonunda, 26 noyabrda Zaqatala rayonunda və 3 dekabr tarixində Bakı şəhərində velosiped idman növü üzrə nəzəri və praktiki təlimlərə start verir.   Layihənin məqsədi yeniyetmə və gənclər, o cümlədən şəhid və qazi övladları, həmçinin 29 yaşadək qazilər arasında velosiped idmanına marağı artırmaq, bu idman növünün sağlamlıqda rolu və ondan düzgün istifadə qaydalarını iştirakçıların diqqətinə çatdırmaqdır.   Qeyd edək ki, layihə sözügedən regionlarda Gənclərin İnkişaf və Karyera Mərkəzlərinin velosiped bölmələrinin işinin fəallaşması və təkmilləşməsinə də öz töhfəsini verəcək. Seminar zamanı iştirakçılara velosiped üzərində nəzəri və praktiki təlimlər keçiriləcək, müxtəlif çap materialları paylanacaq, fərqlənən iştirakçılar diplomla təltif ediləcək.  

Hamısını oxu
Virtual 71-ci Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub

Oktyabrın 12-də “Kiber Kosmos buraxılışı” mövzusunda virtual 71-ci Beynəlxalq Astronavtika Konqresi keçirilib. AZƏRTAC xəbər verir ki, konqresin açılış mərasimində Prezident İlham Əliyevin videomüraciəti təqdim olunub. Beynəlxalq Astronavtika Federasiyasının prezidenti xanım Paskal Erenfroynd: Gələcəyə baxaraq, gəlin 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək Azərbaycana, Bakıya bağlanaq. Zati-aliləri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə söz verməkdən şərəf hissi duyuram. Azərbaycan Prezidenti İlham Əliyev: Hörmətli xanımlar və cənablar, mən sizi Azərbaycanın paytaxtı Bakıdan səmimi qəlbdən salamlayıram. Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edəcək. İlk növbədə, mən bizim namizədliyimizi dəstəklədiyinə görə Beynəlxalq Astronavtika Federasiyasının üzvlərinə, Bürosuna və komitələrinə minnətdarlığımı bildirmək istərdim. Azərbaycan bir dəfə - 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edib. Beləliklə, 50 ildən sonra - 2023-cü ildə paytaxtımızda ikinci konqresə ev sahibliyi etməyimiz rəmzi məna kəsb edəcək. Lakin həmin vaxt Azərbaycan müstəqil deyildi. Azərbaycan Sovet İttifaqının tərkibində idi, Sovet İttifaqının 15 respublikasından biri idi. 1973-cü ildə Azərbaycanın konqresə ev sahibi seçilməsi xalqımızın və Azərbaycanın yüksək intellektual və texniki potensialını nümayiş etdirdi. Üç ildən sonra biz sizi Bakıda görəcəyik. Əlli ildən sonra Konqresin bizim şəhərimizə - lakin indi müstəqil Azərbaycanın paytaxtına qayıtması çox rəmzi məna kəsb edəcək. Müstəqillik dövründə Azərbaycan möhtəşəm inkişafa nail olub. Azərbaycan beynəlxalq arenada fəal ölkələrdən biridir. Bu gün Azərbaycan Birləşmiş Millətlər Təşkilatından sonra ikinci beynəlxalq qurum olan Qoşulmama Hərəkatına sədrlik edir. Bizim iqtisadi göstəricilərimiz statistikada öz əksini tapıb. Son 17 ildə ümumi daxili məhsulumuz üç dəfə artıb, yoxsulluq səviyyəsi demək olar ki, 50 faizdən 5 faizə düşüb, xarici borcumuz ümumi daxili məhsulumuzun təxminən 20 faizi həcmindədir və ehtiyatlarımız xarici borcdan 6 dəfə çoxdur. Hazırda təbii ehtiyatlarımız inkişafımıza xidmət edir və təbii ehtiyatlarımızın insan kapitalına çevrilməsi bizim əsas prioritetlərimizdən biridir. Bu gün Azərbaycan kosmik klubun üzvüdür və Azərbaycan 3 peyki ilə bu istiqamətdə öz fəaliyyətini davam etdirməyi planlaşdırır. Mən əminəm ki, 2023-cü ildə paytaxtımızda keçiriləcək Konqres ölkəmizdə kosmik sənayenin inkişafına əlavə stimul verəcək. Sizə uğurlar arzu edirəm və 2023-cü ildə Bakıda görüşərik. Təşəkkür edirəm. Xanım Paskal Erenfroynd: Cənab Prezident, bu ilhamlandırıcı çıxışınız üçün çox sağ olun. 2023-cü ildə Bakıya gəlməyi səbirsizliklə gözləyirik. Qeyd edək ki, Azərbaycanda kosmik sənayenin inkişafının təməlini ulu öndər Heydər Əliyev qoyub. 1973-cü ildə Beynəlxalq Astronavtika Konqresinin ölkəmizdə keçirilməsi bunun bariz nümunəsidir. Bu tədbir xalqımızın yüksək intellektual potensialı ilə yanaşı, texniki potensialını da bütün dünyaya nümayiş etdirib. Ulu Öndərin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir. Dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə elm, texnologiya, İKT, o cümlədən kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində son illərdə çox mühüm işlər görülüb. Kosmik proqramların hazırlanması və reallaşdırılması müstəqillik tariximizin ən böyük uğurlarından biri kimi tarixə düşüb. Son 5 ildə ölkəmizin orbitdə 3 peykə sahib olması Azərbaycanı dünya kosmik klubunun fəal üzvünə çevirib. Bununla da Azərbaycan informasiya-kommunikasiya texnologiyaları sahəsində aparıcı ölkələrdən biri olduğunu təsdiqləyıb. 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinin Bakıda keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi olmaqla yanaşı, həm də ölkəmizin İKT sahəsində son illərdə əldə etdiyi böyük uğurlarla bağlıdır. Beynəlxalq Astronavtika Konqresi 1950-ci ildən hər il fasiləsiz təşkil edilir. Bu il Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunması planlaşdırılan 71-ci Beynəlxalq Astronavtika Konqresi COVID-19 pandemiyası səbəbindən Beynəlxalq Astronavtika Federasiyası tərəfindən növbəti ilə keçirilib. Lakin tədbirin davamlılığının təmin edilməsi məqsədilə 71 ölkəni təmsil edən 407 təşkilatın üzv olduğu Federasiya builki Konqresi oktyabrın 12-14-də virtual formatda keçirir. Bu Konqres kosmik sahədə aparıcı agentliklərin, elm mərkəzlərinin və beynəlxalq təşkilatların rəhbərləri, məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla, dünyanın 70-ə yaxın ölkəsindən ümumilikdə 6 mindən çox mütəxəssisi bir araya toplayan qlobal platformadır.

Hamısını oxu
Azərbaycan Mətbuatı 145 yaşında

Mətbuat cəmiyyət həyatının, tarixi proseslərin, milli düşüncənin, xalqın mənəviyyatının inikasıdır. 1875-ci ilin 22 iyulunda görkəmli maarifçi, alim və publisist Həsən bəy Zərdabinin əsasını qoyduğu “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında, mədəni mühitimizdə yeni üfüqlər açılmışdır. Bu gün 145 yaşı tamam olan Azərbaycan milli mətbuatının zəngin tarixi vardır. “Əkinçi”nin maarifpərvərlik məfkurəsi, yaydığı fikirlər xalqımızın azadlıq və milli ruh ideallarına çevrilərək ölkəmizin gələcəyinə mühüm töhfələr vermişdir. Həsən bəy Zərdabinin açdığı cığırla irəliləyərək milli mətbuatımızı irəli aparan fədakar ziyalılarımızı, qələm sahiblərini bu gün minnətdarlıqla yada salır, onların tarixi xidmətlərini unutmuruq. “Milli mətbuatımız müstəqillik illərində böyük inkişaf yolu keçmişdir. Vətəndaş cəmiyyətinin formalaşdırılmasında, milli birlik və tolerantlıq dəyərlərinin möhkəmləndirilməsində Azərbaycan mətbuatı mühüm bir missiya yerinə yetirir. Eyni zamanda dövlətimiz kütləvi informasiya vasitələrinin bu mühüm rolunu həmişə dəstəkləmiş, mətbuatın inkişafına hərtərəfli şərait yaratmışdır”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı mətbuat qurumları ilə əməkdaşlığa hər zaman önəm verir, kütləvi informasiya vasitələrinin fəaliyyətini yüksək qiymətləndirir. Ölkənin bütün media təmsilçilərini həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkiatında çalışan “Azərbaycan Veteranı” qəzetinin baş redaktoru Ülvi İbrahimlini, qəzetin məsul katibi Şəhla Qarayevanı Milli Mətbuat və Jurnalistika Günü münasibətilə Respublika Veteranlar Təşkiatının kollektivi və şəxsən öz adımdan  təbrik edir, onlara cansağlığı, məsuliyyətli işlərində yeni-yeni uğurlar arzulayıram.   Hörmətlə: Respublika Veteranlar Təşkiatının sədri general-polkovnik Tofiq Ağahüseynov

Hamısını oxu