Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Vətən Müharibəsi şərəf tariximiz, qeyrət tariximizdir”

Əflatun Amaşov: “Biz özümüzlə fəxr etməyin, qürur duymağın həzzini yaşadıq”

 

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Anım Günü ilə bağlı sosial şəbəkədəki hesabında paylaşım edib. Əflatun Amaşov 44 günlük Vətən müharibəsini Azərbaycan xalqının şərəf tarixi kimi xarakterizə edib:

 

“Vətən Müharibəsi şərəf tariximizdir. Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyev başda olmaqla 44 gün ərzində birliyimizin, bütövlüyümüzün, həmrəyliyimizin hərəkətverici qüvvəsinə çevrildi. Ordu-Xalq vəhdətinin bundan gözəl nümunəsi ola bilməzdi.

Vətən Müharibəsi qeyrət tariximizdir. Torpağı işğal olunmuş xalq damğasından qurtulduq.

Vətən Müharibəsi siyasi-diplomatik qələbəmizdir. Biz 44 gün ərzində bizə qarşı olan dünyanı neytrallaşdırdıq, müqəddəs missiyamızı yerinə yetirdik.

 

Vətən Müharibəsi bizi bizə yenidən tanıdan tarixdir. Biz özümüzlə fəxr etməyin, qürur duymağın həzzini yaşadıq.

Vətən Müharibəsi tarixini qanı və canı ilə yazan övladlarımızı dərin hörmət və ehtiramla anırıq.

Uca Tanrı xalqımızı, dövlətimizi var eləsin!”.

 

Seymur ƏLİYEV

 

2021-09-27 12:02:00
830 baxış

Digər xəbərlər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
ƏƏSMN-də veteranlarla görüş keçirilib, əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Bayramov Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.  Görüşdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı arasındakı mövcud əməkdaşlığın daha da genişləndirilməsi imkanları müzakirə edilib, veteranları maraqlandıran təkliflər ətrafında geniş fikir  mübadiləsi aparılıb. Görüşdə Nazirliyin Aparatının Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov da iştirak edib.

Hamısını oxu
"Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin dilimizin təbliği ilə bağlı atdığı addımlar təqdirəlayiqdir"

“Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir və Türkiyədə də belə təbliğ ediləcəyinə inanıram” “Türk dilləri differensial şəkildə, fərqli xüsusiyyətləri ilə bütün türk xalqları arasında təbliğ edilməlidir” Nizami Cəfərov: “Türk xalqları və türk dilləri arasında normal inteqrasiya yalnız bu şəkildə mümkündür” Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə Türkiyənin ən böyük və köklü universitetlərindən olan Qazi Universitetində Azərbaycan dili üzrə kurslar fəaliyyətə başlayacaq. Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən akademik Nizami Cəfərov Azərbaycan dilinin qardaş Türkiyədə təbliğinin mühüm əhəmiyyətə malik olduğunu bildirib: “Bu, olduqca əhəmiyyətli bir yenilikdir. Türkiyədə Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, Azərbaycan incəsənəti haqqındakı təsəvvürlər səthidir. Bəzən hətta belə düşünürlər ki, Azərbaycan dili Türkiyə türkcəsinin bir şivəsidir. Onlarda belə bir təsəvvür ona görə yaranır ki, Türkiyənin şərq hissəsində orta əsrlərdən azərbaycanlılar yaşayıb. Həmin azərbaycanlıların danışığı Türkiyə türkcəsinin dialekti kimi təqdim olunub. Buna görə bəzən Azərbaycan ədəbi dilini də dialekt hesab edirlər. Bu təsəvvür aradan qalxmalıdır. Türkiyədəki qardaşlarımız bilməlidir ki, Azərbaycan dili ədəbi dildir, Azərbaycan dili dövlət dilidir. Türkiyədəki həmin dialekt də Türkiyə türkcəsinin yox, Azərbaycan dilinin dialektidir. Azərbaycan dilinin tarixi miqyası da dərk edilməlidir. Bizim dilimiz Dədə Qorquddan başlayaraq gələn, Nəsiminin, Füzulinin təcrübəsindən keçən, Koroğlu dastanının, Milla Pənah Vaqifin dilidir. Bu dil həm də Miurzə Fətəli Axundzadənin, Sabirin, Cəlil Məmmədquluzadənin dilidir. Azərbaycan dili böyük ədəbiyyatın, böyük elmin dilidir. Bu dil məhz bu şəkildə Türkiyədə təbliğ olunmalıdır. Mən inanıram ki, Azərbaycan Mədəniyyət Mərkəzi hörmətli Samir müəllimin rəhbərliyi altında dilimizi məhz bu şəkildə də təbliğ edəcək, tanıdacaq. Türkiyədə Azərbaycan dilinin təbliği, tanıdılması istiqamətində atılan bu addımın çox böyük faydası olacaq. Bəzən biz tük xalqları, türk dilləri arasında inteqrasiyanı onların mərkəzləşməsi kimi başa düşürük. Amma nəzər almalıyıq ki, türk xalqları və türk dilləri arasında normal inteqrasiya o zaman olacaq ki, bu xalqların və dillərin müstəqilliyini qəbul edək.  Əlaqələrimiz müstəqillik səviyyəsində olmalıdır. Dillərin və ya xalqların bir-brinə qarışması, bir-birinin içində itməsi inteqrasiya deyil. Belə şey olmur. Biz bütün türk dillərini differensial şəkildə fərqli xüsusiyyətləri ilə bütün digər türk xalqları arasında təbliğ etməlidir. Bunun ən gözəl nümunəsi Azərbaycanla Türkiyə arasında olan münasibətdir”. Seymur ƏLİYEV

Hamısını oxu
ABŞ-ın MLI İnstitutu Azərbaycana 10 minaaxtaran it göndərib

ANAMA-nın uzun illərdən bəri partnyoru olan ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən (Marshall Legacy Institute, MLI) 2023-cü ilin iyul ayına qədər Azərbaycana 30 baş minaaxataran itin (MAİ) təhvil verilməsi planlaşdırılır. İlk 10 xüsusi təlim keçmiş it Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinə (ANAMA) 23 avqust tarixində Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq çatdırıldı.   Marşal İrsi İnstitutunun prezidenti Perri Baltimorun Azərbaycana səfəri çərçivəsində ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanovla Anlaşma Memorandumu və müqavilənin imzalanacağı gözlənilir. İmzalanma mərasimi Bakıda 26 avqust tarixində keçiriləcəyi nəzərdə tutulur. Həmçinin, ANAMA-nın Füzuli rayonundakı minaaxtaran itlərin təlim mərkəzini ziyarət məqsədi ilə, MLI nümayəndələrinin işğaldan azad edilən ərazilərə bir günlük işgüzar səfəri planlaşdırılır.   Əsas məqsəd mina və partlamamış hərbi sursatlarla (PHS) yüksək çirklənmənin müşahidə olunduğu Qarabağı görmək, təmizləmə əməliyyatlarının gedişatı ilə tanış olmaqdır. 30 baş minaaxtaran itdən 18-nin ABŞ-ın Marşal İrsi İnstitutu tərəfindən donorlar hesabına maliyyəşməsi həyata keçiriləcək. Marşal İrsi İnstitutunun mütəxəssisi də Azərbaycanda 10 iti müşaiyət etməkdədir. Səfər bir neçə günlük nəzərdə tutulub və əsas məqsəd uçuş zamanı itlərin narahatçılığının azalmasını təmin etmək, habelə, Azərbaycana gəldikdə iqlimləşmə və yeni bələdçilərlə uyğunlaşma prosesinə töhfə verməkdir. Xatırladaq ki, hər iqlim dəyişməsi dördayaqlı minaaxtaranlar üçün ciddi sınaqdır.   ANAMA ilə MLI arasında faydalı əməkdaşlıq əlaqələri 2005-ci ildən başlayıb və davam etməkdədir. Bugünədək ABŞ Dövlət Departamentinin və fərdi donorların dəstəyi ilə Marşal İrsi İnstitutu tərəfindən Azərbaycanın minatəmizləmə proqramına 36 baş mina axtaran və 4 baş partlayıcı axtaran it hədiyyə edilib və həmin itlər Agentlikdə təlim və akkreditasiya keçərək təyinatı üzrə əməliyyatlara qoşulub. İtlər müvafiq akkreditasiya və hazırlıq mərhələlərini keçdikcə, işğaldan azad edilmiş ərazilərdə mina və partlayıcı sursatların təmizlənməsi əməliyyatlarına cəlb olunur.  

Hamısını oxu