Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Masallıda Qəhrəmanlar Parkının açılışı olub

Parkın açılışında millət vəkili Məşhur Məmmədov, icra başçısı və digər yetkililər iştirak edib

 

Veteran.gov.az xəbər verir ki, 27 sentyabr-Anım Günündə Masallıda Qəhrəmanlar Parkının açılışı olub. Bu barədə millət vəkili Məşhur Məmmədov özünün sosial şəbəkədəki hesabında məlumat yayıb. Məlumatda deyilir:

 

“Bu gün Masallı rayonunda Anım Gününü qeyd etdik. Tədbir Heydər Əliyev Mərkəzində Heydər Əliyevin heykəli önünə gül dəstələri düzüb xatirəsini yad etməklə başladı. Daha sonra Masallı rayonundan I və II Qarabağ müharibəsində canlarını fəda etmiş 242 şəhidin xatirəsinə əbədiləşdirilən Qəhrəmanlar Parkının açılışı oldu. Tədbirdə Masallı RİH başçısı Şahin Məmmədov, həmkarım Anar İsgəndərov və rayonun digər vəzifəli şəxsləri ilə yanaşı Şəhid ailələri, qazilər iştirak edirdi. Hər birimiz Şəhidlərin Vətən üçün, xalq üçün dəyərindən, onların xatirələrinin daim qəlblərdə yaşayacağından söhbət açdıq, şəhidlərin xatirəsinə ağac əkdik. Qəhramanlar unudulmur! Allah cəmi şəhidlərə rəhmət eləsin!”

 

Seymur ƏLİYEV

 

 

2021-09-28 08:17:00
914 baxış

Digər xəbərlər

Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən dama və şahmat üzrə yarışlar keçirilib

Veteran.gov.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi tərəfindən dama və şahmat üzrə yarışlar keçirilib. Yarışlar əməkdaşların asudə vaxtının səmərəli təşkili, intellektual bacarıqlarının inkişaf etdirilməsi, kollektiv ruhunun möhkəmləndirilməsi ilə yanaşı, müstəqil dövlətçilik dəyərlərinin təbliği məqsədilə təşkil olunub. Respublika Şahmat Mərkəzində təşkil olunan yarışda mərkəzdən 11 nəfər hərbi qulluqçusu və 2 nəfər dövlət qulluqçusu iştirak edib. Dama üzrə yarışda çempion adını kapitan Nəbi Alqayev qazanmış, ikinci yeri leytenant Əliəsgər Həsənəliyev, üçüncü yeri isə mayor Vüsal Əlizadə tutmuşdur. Şahmat üzrə yarışda çempion adını kapitan Fuad Əliyev qazanmış, ikinci yeri kapitan Vahid Novruzzadə, üçüncü yerə isə mayor Gündüz Həsənov tutmuşdur. Yarışın açılış və mükafatlandırma mərasimində Bakı Regional Mərkəzinin rəisinin müavini Nəcəf Novruzov, Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Rəşad Quliyev və beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadə çıxış etmiş və qalibləri təltif etmişlər.    

Hamısını oxu
General-leytenant Hüseyn Rəsulbəyov

Sovet dövründə bizim xeyli tanınmış hərbi sərkərdəmiz olub. Onların sıra-sında general-leytenant Hüseyn Rəsulbəyovun xüsusi yeri və dəsti-xətti vardır. Müharibədən əvvəl təhsil və əmək fəaliyyətə başlaması, texniki işlərlə məşğul olması, hərbi akademiyanı bitirdikdən sonra döyüşən orduya, müharibəyə yollanması, orada özünü əsl komandir və mütəxəssis kimi göstərməsi onun peşəkarlığından və parlaq gələcəyindən xəbər verirdi. Bir məsələni açıq şəkildə söyləmək istəyirəm. Sovetlər dönəmində qeyri-slavyan millətindən olan insanların ali vəzifələrə təyin olunması, yüksək rütbələr alması heç də asan məsələ deyildi; səbəb də o idi ki, qeyri-slavyan millətindən olan insanlara o qədər də inanmırdılar. Bu stereotipləri qırmaq yüksək professionallıq tələb edirdi, gərək digərlərindən mütləq dərəcədə fərqlənəydin ki, səni yüksək vəzifəyə təyin edəydilər. Uzun müddət işinlə, əməlinlə sübut yetirməliydin ki, sən professionalsan, sən düzgün insansan, sən ədalətlisən, sən işini bilənsən, yüksək təşkilatçılıq bacarığın var, idarəetmə qabiliyyətinə maliksən. Bu xüsusiyyətlərə malik olmaq sovet dövründə asan məsələ deyildi və Hüseyn Rəsulbəyov general-leytenant rütbəsinə yüksələrək Azərbaycanın adını xeyli ucaltmışdır. Rəsulbəyov 1941-ci ilə Moskvada F.E. Dzerjinski adına Hərbi Mühəndislik Akademiyanı bitirmiş ilk azərbaycanlı olub. O, hava hücumundan müdafiə sisteminin zenit-raket qoşunlarının komandanı vəzifəsinə yüksəlmiş yeganə azərbaycanlıdır. Rəsulbəyov sayılıb-seçilən generallardan idi. Hər bir Azərbaycan gənci üçün, hər bir Azərbaycan zabiti üçün onun 40 illik xidmət dövrü gözəl bir nümunədir. Ona görə də tarixdə belə şəxsiyyətlər qalmalıdır və qalır. Onun keçdiyi həyat yolu, fəaliyyəti dərindən öyrənilib gənclərimizə, zabitlərimizə, əsgərlərimizə çatdırılmalıdır. Azərbaycan ictimaiyyəti onun haqqında geniş məlumata malik olmalıdır. General-leytenant H. Rəsulbəyov həm Moskvada, həm də keçmiş Sovet İttifaqının müxtəlif yerlərində, hətta uzaq Misirdə, Qvineya-Bisauda, Əfqanıstanda və digər xarici ölkələrdə xidmət etmişdir. Hərbi xidmətdən sonra Azərbaycanın rabitə naziri vəzifəsinə təyin edilən Hüseyn Rəsulbəyov bu sahədə də böyük uğurlara imza atıb. Onun Azərbaycanın şəhər və kəndlərinin telefonlaşmasında, radio-televiziyanın maddi-texniki bazasının möhkəmlənməsi və yenilənməsində xüsusi xidmətləri olmuşdur. Qədirbilən Azərbaycan xalqı general-leytenant Hüseyn Rəsulbəyovun ölkəmiz qarşısında xidmətlərini heç vaxt unutmayacaqdır. Mən də 40 ildən artıq hərbi sahədə xidmət etmişəm. Biz kursantlar vaxtilə belə sərkərdələrin adını eşidəndə, azərbaycanlılar arasında belə generalların çıxmasını görəndə çox sevinir və fəxr edirdik. Onlar həmişə bizim fəxrimiz, tariximizdilər, Azərbaycan tarixində xüsusi xidmətləri olan insanlardılar. Bunları biz heç vaxt unutmamalıyıq. General-leytenant Hüseyn Rəsulbəyov Vətənimiz üçün yüzlərlə peşəkar hərbiçinin yetişdirilməsində iştirak etmiş, Azərbaycanın inkişafı üçün önəmli addımlar atmışlar. Azərbaycanda rabitə kommunikasiyaların qurulmasında da onun böyük xidmətləri var. Ona görə biz ona minnətdarıq, fəxr edirik ki, Azərbaycan tarixində belə generallar var. Çox istəyərdik ki, general arzusunda olan zabitlərimiz, əsgərlərimiz, gənclərimiz elə insanların həyat yolunu özlərinə nümunə götürsünlər, onlar kimi çətinlikləri keçməyi, hörmət qazanmağı bacarsınlar. Görkəmli sərkərdə və dövlət xadimi general-leytenant Hüseyn Rəsulbəyov Azərbaycan tarixində, onun hərbi salnaməsində əbədi olaraq yaşayacaqdır.    Polkovnik Cəlil XƏLİLOV,  Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranları Təşkilatının sədr müavini,  Azərbaycan Respublikası Prezidenti yanında  Dövlət İdarəçiliyi Akademiyasının dosenti,  siyasi elmlər üzrə fəlsəfə doktoru  

Hamısını oxu
С днем победы!

Hamısını oxu
Hacı Vəliyevlə bağlı həbs qərarı verildi

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb. “Qafqazinfo” Gununsesi.info-ya istinadən xəbər verir ki, bu barədə məlumatı onun yaxınları verib. H. Vəliyevin dünən gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldığı bildirilib. Məlumatı DİN Mətbuat xidmətinin bölmə rəisi Nurlan Əliyev “Qafqazinfo”ya təsdiqləyib. O bildirib ki, Hacı Vəliyev barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb. İstintaq hərəkətləri davam etdirilir. Qeyd edək ki, “Gənc Qazilər Birliyi” adlı QHT dövlət qeydiyyatına alınmayıb. Hacı Vəliyev özünü qanunsuz fəaliyyət göstərən bu təşkilatın “sədr”i kimi təqdim edir. Hacı Vəliyev Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi üzrə ittiham olunur. Xətai Rayon Məhkəməsinin qərarı ilə Hacı Vəliyev barəsində 22 günlük həbs qətimkan tədbiri seçilib.  

Hamısını oxu