Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Hər bir qazi canlı əfsanəmiz və qürur mənbəyimizdir”

İntiqam Babayev: “Onlar Vətən müharibəsində üzərlərinə düşən missiyanı ən yüksək səviyyədə yerinə yetirib”

 

“Qazilərimiz canlı əfsanələrimiz və qürur mənbəyimizdir”.

 

Veteran.gov.az xəbər verir ki, bunu Müharibə, Əmək və Silahlı Qüvələr Təşkilatının bu gün keçirilən “Nəsillərin görüşü” adlı konfransdakı çıxışında Gənclər və İdman nazirinin müavini İntiqam Babayev bildirib. Nazir müavini qeyd edib ki, gənclər 44 günlük Vətən müharibəsində işğalçıları torpaqlarımızdan qovaraq ərazi bütövlüyümü bərpa edib, böyük qəhrəmanlığa imza atıblar:

 

“44 günlük Vətən müharibəsində gənclərimiz erməni faşizminə qarşı mübarizədə böyük qəhrəmanlıq göstərək işğalçıları torpaqlarımızdan qovdu, bununla da dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Onlar üzərlərinə düşən missiyanı ən yüksək səviyyədə yerinə yetirdilər. Vətən müharibəsində işitak edən hər bir gənc bir tarix yazdı və bununla da şanlı vətən tariximizə öz adlaırnı qızıl hərflərlə həkk etdirdilər. Onların bu qəhrəmanlığı hər zaman böyük minnətdarlıq və ehtiram hissi ilə yad ediləcək, qürurla xatırlanacaq. Bu qəhrəmanlıq gələcək nəsillər üçün də örnək təşkil edəcək, öyrəniləcək və təbliğ ediləcəkdir”.

 

Seymur ƏLİYEV

2021-10-01 14:56:00
948 baxış

Digər xəbərlər

“Şəhidin çiynində daşıyan qadın!” – Zəhra İmranlıdan Anım Günü ilə bağlı möhtəşəm şeir!

Bu gün – 27 sentyabr Anım Günüdür. Düz iki il bundan öncə düşmən təxribatına əks-hücumla cavab verən Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində işğaldakı torpaqlarımızı azad etmiş, Azərbaycanən ərazi bütövlüyünü təmin etmişdir. Şübhəsiz, 44 günlük Vətən müharibəsi Azərbaycan üçün də itkisiz ötüşməmiş, üç min hərbçimiz şəhidlik zirvəsinə yüksəlmişdir. Qürurvericidir ki, müharibədə verdiyimiz şəhidlər xalqımızın, o cümlədən şəhid ailələrinin iradəsini, mübarizə əzmini qrımamış, əksinə, şəhidlərimiz kimi onların anaları, bacıları, qızları, həyat yoldaşları da əsl fədakarlıq sərgiləmiş, onların bəzisi şəhidini əbədi mənzilə öz çiynində vüqarla daşımışdır. Veteran.gov.az xəbər verir ki, 5-ci sinif şagirdi, bədii qiraətçi Zəhra İmranlı “Şəhidin çiynində daşıyan qadın!” şeirində Azərbaycan qadının bu mübarizliyini vəsf etmiş, bunu vətən, bayraq sevgisinin bütün dünyaya örnək olan ən ali nümunəsi kimi xarakterizə etmişdir. Zəhra İmranlının müəllifi olduğu “Şəhidin çiynində daşıyan qadın!” şeirini oxucuların diqqətinə çatdırırıq.

Hamısını oxu
Prezidentin Mətbuat Xidmətinin məlumatı

Noyabrın 30-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Türkiyə Prezidenti helikopter qəzası nəticəsində hərbi qulluqçuların həlak olması ilə bağlı dövlətimizin başçısına başsağlığı verib, həlak olanların ailə üzvlərinə səbir diləyib və yaralıların tezliklə sağalmasını arzulayıb. Azərbaycan Prezidenti başsağlığına görə Türkiyə Prezidentinə minnətdarlığını bildirib.

Hamısını oxu
RVT-nin Rəyasət Heyətinin iclası keçirilmişdir

12 sentyabr  2017-ci  ildə  Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı  Qüvvələr Veteranlar Təşkilatının Rəyasət  Heyətinin iclası keçirilmişdir. Gündəliyinə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barəsində məsələ müzakirə edilmişdir. RVT-nin sədr müavini, ehtiyatda olan polkovnik C.Xəlilov Təşkilatın son aylardakı fəaliyyəti, mövcud vəziyyət və qarşıda duran vəzifələrlə əlaqədar məruzə ilə çıxış etmişdir. İclas iştirakçıları ölkənin ictimai-siyasi həyatında fəal iştirak edən Respublika Veteranlar Təşkilatının 2017-ci üzrə fəaliyyətini yüksək qiymətləndirmiş, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclətrin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördüyü işləri qənaətbəxş hesab etmişlər. Eyni zamanda, Respublika Veteranlar Təşkilatı sədrinin səhhəti ilə əlaqədar Təşkilatın gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yaranması qeyd olunmuşdur. RVT-nin ümumi fəaliyyətinin gücləındirilməsi zərurəti nəzərə alınaraq, istefada olan general-mayor Dadaş Rzayevin müalicəsinin davam etdirilməsi və Respublika Veteranlar Təşkilatının sədri vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilmişdir. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyətinin üzvləri tərəfindən Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinin icrasının istefada olan general-polkovnik Tofiq Ağahüseynova həvalə edilməsi təklif olunmuşdur. Hər iki təklif səsə qoyularaq, yekdilliklə qərar qəbul olunmuşdur.  

Hamısını oxu
İlham Əliyev Qvineya-Bisau Respublikasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 2-də Qvineya-Bisau Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki icmalar naziri Karlos Pinto Pereiranın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Qvineya-Bisaunun ətraf mühit naziri Viriato Kassama da daxildir. Dövlətimizin başçısı bu yaxınlarda Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo ilə görüşünü məmnunluqla xatırlayaraq əlaqələrimizin perspektivləri və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi baxımından bu görüşün çox səmərəli olduğunu dedi və həmin görüşdən az müddət keçməsinə baxmayaraq Qvineya-Bisaudan nazirlər səviyyəsində nümayəndə heyətinin ölkəmizə səfərini əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev iqtisadiyyat, o cümlədən ticarət və investisiya sahələrində əməkdaşlığın qurulmasının siyasi əlaqələrin də möhkəmlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu dedi. Xoş sözlərə görə minnətdarlığını bildirən Karlos Pinto Pereira Qvineya-Bisau Prezidentinin Azərbaycanla ikitərəfli münasibətlərin möhkəmlənməsi istəyini ifadə edərək, rəhbəri olduğu nümayəndə heyətinin ölkəmizə bu məqsədlə gəldiyini vurğuladı. Söhbət zamanı təhsil sahəsində əməkdaşlığa toxunuldu, Azərbaycan tərəfindən ölkəmizin ali təhsil müəssisələrində Qvineya-Bisaudan olan tələbələrə xüsusilə mühəndislik, neft-mühəndisliyi və digər sahələrdə təhsil təqaüdlərinin ayrılması məsələsi qeyd edildi. Hələ sovetlər dövründə Qvineya-Bisaudan olan çoxlu sayda tələbənin müxtəlif sahələr üzrə Azərbaycanda təhsil aldıqları məmnunluqla xatırlandı, hazırda həmin şəxslərin Qvineya-Bisau Hökumətində təmsil olunduqları bildirildi, həmçinin bugünkü nümayəndə heyətinin tərkibində olan nazirlərin və digər rəhbər şəxslərin də vaxtilə Azərbaycanda təhsil aldıqları vurğulandı. Görüşdə neft və mədənçilik sahəsində əməkdaşlıq qeyd edildi, Azərbaycanın bu sahədə təcrübəsini bölüşməsi və geoloji kəşfiyyat işlərinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı. Ölkələrimiz arasında diplomatik məsləhətləşmələr mexanizminin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri müzakirə olundu. Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Qvineya-Bisau üçün maraqlı olduğu qeyd edildi. Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycanın dövlət orqanları və özəl qurumları tərəfindən vətəndaşlara göstərilən xidmətlərin vahid məkanda təmin edilməsi təcrübəsi olan “ASAN xidmət” BMT tərəfindən də yüksək qiymətləndirilib. Azərbaycan Prezidenti bildirdi ki, ölkəmiz bu sahədə öz təcrübəsini Qvineya-Bisau ilə bölüşməyə hazırdır.

Hamısını oxu