Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib

Konfrans Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə baş tutub

 

Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin təşəbbüsü, Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Olimpiya Velosiped Məktəbinin dəstəyi ilə Respublika Velotrekində “İdmançılar dopinqə və narkotikə yox deyir!” devizi altında konfrans təşkil edilib. Tədbirdə Daxili İşlər Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin nümayəndələri, tanınmış idmançılar, velosipedçilər və onların valideynləri iştirak ediblər.

 

Narkotik vasitələrdən və qəbulu qadağan olunmuş preparatlardan istifadənin hansı fəsadlara yol açması haqda danışan məktəbin direktoru Faiq Qurbanov, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyinin rəhbəri Cavid Allahverdiyev, Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Nadir Məmmədov və AMADA nümayəndəsi Lalə Hacıyeva bu cür hallara qarşı mübarizədə hamının birgə fəaliyyət göstərməsinin vacibliyini bildiriblər.

 

Tədbirdə qonaq qismində çıxış edən Yunan-Roma güləşçisi, Tokio Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rafiq Hüseynov, boks üzrə dünya çempionu və İslam Həmrəyliyi Oyunlarının qalibi Cavid Çələbiyev, Uşu-sanda üzrə dəfələrlə dünya və Avropa çempionu Emil Hacıyev də idmançıların karyeralarına zərbə vurmamaları üçün pis vərdişlərdən hər zaman uzaq olmalarının əhəmiyyətini vurğulayıblar. Konfrans zamanı idmançıları maraqlandıran suallar da cavablandırılıb.

 

 

2021-11-03 12:49:00
905 baxış

Digər xəbərlər

II Dünya Müharibəsi veteranı 103 yaşında vəfat edib

II Dünya Müharibəsi iştirakçısı, veteran, hərbi hava qüvvələri podpolkovniki  Timçenko İvan İvanoviç 10 oktyabr tarixində vəfat edib. O, 15 yanvar 1918-ci ildə Rusiya Federasiyasının Primorsk vilayətində anadan olub. İ.Timçenko SSRİ Silahlı Qüvvələrində uzun müddət xidmət edib, hərbi pilot kimi Krım uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla vuruşub və orden, medallara layiq görülüb. İvan İvanoviç Timçenkonun vəfatı ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti üzvləri mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.    Ветеран Второй мировой войны скончался в возрасте 103 лет Участник Второй мировой войны, ветеран Военно-воздушных сил подполковник Тимченко Иван Иванович скончался 10 октября. Он родился 15 января 1918 года в Приморской области Российской Федерации. И.Тимченко долгое время служил в Вооруженных Силах СССР, в качестве военного летчика героически сражался в боях за Крым, был награжден орденами и медалями. В связи с кончиной  Тимченко Ивана Ивановича члены Президиума Организации Ветеранов Войны, Труда и Вооруженных Сил выражают глубокие соболезнования семье и близким.

Hamısını oxu
“DİN-nin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə təqdirəlayiqdir və yüksək peşəkarlıqdan xəbər verir”

“Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə nəticəsində ələ keçirilən narkotiklərin miqdarı heyrət doğurur”.  Bunu Moderator.az-a açıqlamasında millət vəkili Elman Məmmədov bildiirb. Millət vəkili qeyd edib ki, Daxili İşlər Nazirliyinin (DİN) bu məsələdə əldə etdiyi uğurlar ciddi mətləblərdən xəbər verir: “Ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə, bu mübarizənin nəticələri ciddi mətləblərdən xəbər verir. Bu mübarizə hər şeydən öncə daxili işlər orqanlarının yüksək peşəkarlığını, ayıq-sayıqlığını əks etdirir. Əldə edilən nəticələr göstərir ki, hüquq-mühafizə orqanlarımız öz işinin öhdəsindən yüksək səviyyədə gəlir, narkotik vasitələrin qanunsuz ticarətinə qarşı mübarizədə böyük uğurlar əldə edirlər. Bütün faktlar və təhlillər göstərir ki, DİN-nin narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizə təqdirəlayiqdir və gələcəkdə də eyni qətiyyətlə davam etdiriləcək. Bu mübarizə nəticəsində ələ keçirilən narkotik vasitələrin miqdarı onu deməyə əsas verir ki, xalqımızı narkotiklə zəhərləmək istəyən, ölkəmizdə bu bəlanın yayılmasını istəyən müəyyən qüvvələr var. Çünki saxlanılan şəxslərin böyük əksəriyyəti narkotik vasitələri tanımadıqları xarici ölkə vətəndaşlarından aldıqlarını bilidirir ki, bu da özlüyndə az şey demir. Bu mənada əminliklə demək olar ki, DİN-nin həyata keçirdiyi missiya mühüm həyati əhəmiyyətə malidkir və qanunların aliliyinin təmin edilməsi ilə yanaşı, həm də xalqımızın genefondunun qorunmasına xidmət edir. Mən polis əməkdaşlarımıza bu müqəddəs missiyada uğurlar arzulayır, onlara müvəffəqiyyətlər diləyirəm”. Seymur ƏLİYEV

Hamısını oxu
Zəfər tariximizə adını yazan qazi Ehtiram Orucov

Göygöl rayonunda yüzlərlə insan qazi Ehtiram Orucovu qarşılayıb. Baku TV xəbər verir ki, 25 yaşlı Ehtiram Orucov müddətdən artıq xidmət keçib.  Döyüşlər başlayandan ön cəbhədə Vətən keşiyində dayanıb. Cəbrayıl, Füzuli şəhərlərinin işğaldan azad edilmsində iştirak edən E.Orucov döyüşlərdə yaralanaraq qazi olub. Bu gün Orucovlar ailəsi qürur və sevinc hissi yaşayır.    Qazinin atası Vaqif Orucov deyir ki, şanlı tariximizin zəfər səhifəsində övladının da adının olması möhtəşəm hissdir.  V.Orucov dövlətin oğlunu tək qoymadığını da bildirib.  Qeyd edək ki, Orucovlar ailəsi cəbhəyə üç övlad yola salıb. Döyüşlərdə hər üçü qəhrəmanlıq göstərib. E.Orucov yaralanıb qazi olsa da, qardaşları vətənin müdafiəsində xidmətlərini davam etdirirlər.

Hamısını oxu
Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri iftixarla xatırlanır

Azərbaycan Ordusunun uğurlu əməliyyatlarından olan aprel döyüşlərindən bir il ötür. Xalqımızın qəhrəmanlıq salnaməsi olan aprel döyüşləri hər kəs tərəfindən iftixarla xatırlanır, şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad edilir. Bu döyüşlər Azərbaycan xalqının birliyinin, dəyanətinin, əyilməzliyinin sübutudur. Bu tarixi döyüşlər, eyni zamanda, Azərbaycan xalqının Qarabağın işğalı ilə heç vaxt barışmayacağını bütün dünyaya göstərdi. Bu fikri AZƏRTAC-a müsahibəsində Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov bildirib. Cəlil Xəlilov deyib ki, işğalçılara vurulan ağır zərbə onları sarsıdıb. Hətta bir il keçməsinə baxmayaraq, məğlubiyyətin acısı bu gün də Ermənistanın ictimai-siyasi həyatında və hərbi sistemində ciddi çaşqınlıq yaradır. Dolayısı ilə öz məğlubiyyətlərini etiraf etmiş erməni rəhbərliyi döyüşlərdən sonrakı dövrlərdə Azərbaycanın siyasi təzyiqləri ilə üzləşib. İnformasiya müharibəsində də düşməni məğlub etdik. Strateji yüksəkliklərin azad olunması, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpasına başlanması düşmənin həzm edə bilmədiyi məğlubiyyət acısını daha da artırıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin atdığı qətiyyətli addımlar, imzaladığı sərəncamlar xalqımızın qələbə əzmini, doğma torpaqlara böyük qayıdışa inamını gücləndirib. Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, bütün qəbildən olan veteranlara, müharibə əlillərinə kifayət qədər yüksək diqqət və qayğı göstərilir. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın aprel döyüşlərindən sonra yaralılarla, şəhid ailələrinin üzvləri ilə görüşləri bütün cəmiyyət üçün gözəl nümunədir. Erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlığa görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupunun təltif edilməsi onların adlarının əbədiləşdirilməsi yolunda atılmış mühüm addımlardandır. Şəhid ailələri, müharibə əlilləri və iştirakçıları üçün dünyada qəbul olunmuş bütün imtiyazlar Azərbaycanda daha yüksək səviyyədə tətbiq olunur. “Cənubi Qafqazda ən güclü olan Azərbaycan Ordusu qarşısında duran bütün vəzifələri layiqincə yerinə yetirməyə qadirdir. Əldə edilən nailiyyətlərə və qələbələrə hamı kimi veteranlarımız da sevinirlər. Bu, Ordumuzun, eyni zamanda, xalqımızın və veteranların qələbəsidir. Gənclərimiz arasında vətənpərvərlik hissinin gücləndirilməsi işində daim fəal iştirak edən veteranlarımız həmişə ordumuzun yanındadır. Biz veteranlar qələbəmizə, işğal altındakı bütün torpaqlarımıza tezliklə qayıdacağımıza inanırıq, - deyə ehtiyatda olan polkovnik bildirib.

Hamısını oxu