Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Gününün birinci ildönümünə həsr edilən təntənəli bayram tədbiri keçirilib

8 noyabr 2021-ci il saat 12:30-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının inzibati binasının həyətində Zəfər Gününün birinci ildönümünə həsr edilən təntənəli bayram tədbiri keçirilib.

 

Tədbirdə İkinci Dünya Müharibəsi, Birinci Qarabağ Müharibəsi, Vətən müharibəsi iştirakçıları, o cümlədəm əmək veteranları iştirak edib.

 

Tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

 

Tədbiri giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova bu tarixi gün münasibəti ilə bağlı bütün tədbir iştirakçılarını, o cümlədən Azərbaycan xalqını təbrik edib, Ali Baş Komandana, Azərbaycan ordusuna Vətən müharibəsində göstərdiyi fədakarlığa görə minnətdarlığını bildirib. Təşkilat sədri bu tarixi qələbəyə görə xalqımızın Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həyatını  itirən şəhidlərə, qazilərə borclu olduğunu vurğulayıb.

 

Daha sonra çıxış edən  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov 8 Noyabr Zəfər Günü ilə bağlı Azərbaycan xalqının təbrik edib, bu tarixi günün Azərbaycanın dövlətçilik tarixi baxımından müstəsna əhəmiyyətə malik olduğunu bildirib. Cəlil Xəlilov qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun 44 gün ərzində göstərdiyi əzm və cəsarət erməni faşizminin ağır məğlubiyyətə uğraması, 30 ilə yaxın işğal altında qalan torpaqlar;mızın azad edilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi ilə başa çatıb. Hazırda dövlətimizin işğaldan azad edilən ərazilərdə böyük quruculuq işləri həyata keçirdiyini vurğulayan sədr müavini, Prezident İlham Əliyevin bu quruculuğun əsas memarı olduğunu bildirib.

 

Müdafiə Nazirliyinin hərbi orkestrinin də iştirak etdiyi tədbirdə hərbi vətənpərvərlik mahnıları səsləndirilib. Daha sonra tədbir bayram süfrəsi arxasında davam edib.

 

Tədbir sadə vətəndaşlar tərəfindən də böyük maraq və məmnunluqla qarşılanıb.

 </

2021-11-08 15:37:00
1487 baxış

Digər xəbərlər

Şuşa şəhərində Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası Şuşa şəhərində keçirilib. İclası Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının QHT-lərlə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev açaraq gündəliyə daxil olan məsələlər barədə məlumat verib. V. Quliyev "Şuşa ili"nə həsr edilmiş xüsusi qrant müsabiqəsi və 2022-ci il üçün kiçik qrant müsabiqələrinin mövzuları barədə fikirlərini bildirərək QHT-lərin hər iki müsabiqəyə ictimai əhəmiyyət kəsb edən layihələr təqdim edəcəyinə əmin olduğunu vurğulayıb. İclasda qonaq qismində iştirak edən Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov çıxış edərək Agentliyin “Şuşa ili"nə həsr edilmiş qrant müsabiqəsi keçirməsindən məmnun olduğunu vurğulamış, bu məqsədlə birgə müzakirənin təşkil edilməsinin səmərəli olduğunu bildirmişdir. Müşahidə Şurasının üzvləri müsabiqə mövzuları ətrafında müzakirələr aparıblar və müvafiq qərarlar qəbul ediblər. Qeyd edək ki, Agentlik yaxın günlərdə hər iki müsabiqəyə layihələrin qəbulunu elan edəcək.  

Hamısını oxu
Fatma Səttarova “İstiqlal” ordeni ilə təltif edilib

Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif olunub. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Fatma Hüseyn qızı Səttarova “İstiqlal” ordeni ilə təltif edilsin.  İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti   Bakı şəhəri, 24 yanvar 2022-ci il  

Hamısını oxu
Binəqədi Rayon Veteranlar Təşkilatının hesabat tədbiri keçirilib, yeni sədr seçilib

Veteran.gov.az xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının Binəqədi rayon təşkilatında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Binəqədi rayon təşkilatının hesabat tədbiri keçirilib.  Tədbirdən öncə Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub, Ulu öndərin və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova dövlətimizin şəhid ailələrinə, müharibə əlillərinə, veteranlara olan diqqət və qayğısında bəhs edib, gənclərimizin 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığından danışıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bu gün veteranlar və gənclər qarşısında duran əsas vəzifələrə toxunub, Vətən müharibəsindəki həmrəyliyi qoruyub saxlamağın önəmindən bəhs edib. Cəlil Xəlilov qeyd edib ki, bu gün veteranlar ölkəmizin ictimai həyatında yaxından iştirak etməkdə, gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə ciddi töhfə verməkdədir. Tədbirdə hesabatla çıxış edən Binəqədi Rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov görülən işlər haqqında məlumat verib. Polkovnik Cəlil Xəlilov çoxillik xidmətlərinə görə Teyyub Həsənovu Fəxri Fərmanla təltif edib. Daha sonra Binəqədi Rayon Veteranlar Təşkilatının yeni sədri ehtiyatda olan polkovnik-leytenant Raul Səfərov tədbir iştirakçılarına təqdim olunub. Polkovnik Cəlil Xəlilov Raul Səfərova yeni vəzifəsində uğurlar arzulayıb, müvəffəqiyyətlər diləyib.  

Hamısını oxu
TƏBİB 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinə başlayıb

Veteran.gov.az xəbər verir ki, TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə təşəbbüsü ilə Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Yevlax Rayon Mərkəzi Xəstəxanasında "İxtisas ayları" proqramı çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Uşaq sağlamlığı günləri” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Bakı, Sumqayıt və Gəncə şəhərinin ixtisaslaşmış tibb müəssisələrində çalışan uzman və ixtisaslı həkimlər tərəfindən bölgədə yaşayan uşaqlara  tibbi xidmətlər göstərilib. Tibbi xidmətlər pediatrik xəstəliklərin ən çox müşahidə edildiyi bölgələrdən hesab olunan Bərdə-Yevlax tibbi ərazi bölməsinə daxil olan Mingəçevir, Bərdə, Yevlax, Ağdaş və Tərtər rayonlarının vətəndaşları üçün təşkil edilib. Tibbi heyət Respublika Pediatriya Mərkəzi, Yeni Klinika, Sumqayıt Tibb Mərkəzi və Gəncə Şəhər Birləşmiş Xəstəxanasında fəaliyyət göstərən 10 nəfər müxtəlif ixtisaslı həkim-mütəxəssisdən ibarətdir. Sağlamlıq günlərinin əsas məqsədi regionlarda yaşayan əhalinin tibbi müayinəsi,  uşaqlarının sağlamlığının qorunması istiqamətində pediatrik xəstəliklərinin erkən aşkarlanması, eləcə də onların törədə biləcəyi yanaşı xəstəliklər və fəsadlar barədə əhalinin maarifləndirilməsidir. Uşaq sağlamlığı günlərində 750-dən çox uşaq pediatr, kardioloq, infeksionist, nevroloq və oftalmoloq müayinələrindən keçərək 1 500-dən çox tibbi xidmətdən yararlanıb. Tibbi müayinələrdən yararlanan və xəstəliyi yeni müəyyən edilən uşaqların valideynlərinə zəruri tibbi məsləhətlər verilib və ətraflı müayinə üçün müvafiq tibb müəssisələrinə yönləndirilib. Qeyd edək ki, tibbi müayinələrin keçirildiyi günlər ərzində uşaqlar üçün əyləncə proqramları da təşkil edilib.         

Hamısını oxu