Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov vəfat edib

Veteran.gov.az xəbər verir ki, Böyük Vətən Müharibəsi veteranı Seyfulla Baxışov vəfat edib.

Məlumat üçün bildirək ki, Baxışov Seyfulla Abdulla oğlu 1925-ci il iyunun 19-da Şamaxıda anadan olub. 1943-cü ildə hərbi xidmətə çağırılıb, 840-cı atıcı artilleriya alayında xidmət edib. İkinci Dünya Müharibəsində Qafqazın müdafiəsinə qatılan Seyfulla Baxışov, Moskva ətrafında, habale Ukrayna və digər ərazilərdəki hərbi əməliyyatlarda yaxından iştirak edib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Seyfulla Baxışovun vəfatı ilə əlaqədar olaraq mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir və səbr diləyir.

 

Allah rəhmət eləsin!

 

 

 

2021-11-24 12:01:00
1035 baxış

Digər xəbərlər

“Çarəsizlik İrəvanı qadınları, qocaları ordu sıralarına cəlb etməyə vadar edir”

Xəbər verdiyimiz kimi, Ermənistan ordusunda yaşanan insan resursu çatışmazlığı rəsmi İrəvanı bir-birindən əcaib addımlar atmağa məcbur etməkdədir. Son vaxtlar  diqqət çəkən belə əcaib addımlardan biri də yanğısöndürmə dəstələrinin ön xətdə təhkim edilməsi, döyüş postlarında növbətçilik prosesinə cəlb olunmasıdır. Hansı ki, rəsmi İrəvanın bu addımı  Ermənistan daxilində ciddi narazılıq və etiraza rəvac verməkdədir.  Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov baş verənləri Ermənistan ordusunun acınacaqlı durumunun növbəti təsdiqi kimi dəyərləndirib: “Bu, onu göstərir ki, artıq Ermənistanın rezervi bitib. Orduya gedən, ordu sıralarına qatılan yoxdur. Buna görə də erməni hərbi-siyasi rəhbərliyi məcburiyyət qarşısında qalıb qadınları, yaşlıları ordu sıralarına cəlb edir. Bu isə əhali arasında ciddi narazılığa səbəb olur. Baş verənlər öz növbəsində etirazlarla, aksiyalarla nəticələnir. Bütün bunlar Ermənistanın hərbi hazırlıq durumunun nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir.  2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun rezerv qüvvələrindən istifadə etmədən, heç bir mobilizasiya aparılmadan düşmən hücumu dəf edildi və uğurlu əks-hücum həyata keçirildi. Bir neçə strateji yüksəklik düşməndən azad edildi. Lakin bu gün ermənilər sadəcə müdafiəni təmin etmək üçün ən müxtəlif kateqoriyadan olan insanları, eləcə də yanğınsöndürənləri orduya  cəlb edirlər. Bu, düşmən ordusundakı ağır vəziyyətdən xəbər verir.  Ermənilər əvvəllər ərazilərindəki rus hərbi bazalarına arxayın idilər. Lakin bu gün rus hərbçiləri Azərbaycanın işğal edilmiş torpaqlarına daxil olmaqdan imtina edir, Qarabağ müharibəsinə hər hansı şəkildə qarışmaq istəmir. Qarabağ Azərbaycanın ərazisidir və əgər Azərbaycan bu ərazidə terrorizmə və separatizmə qarşı mübarizə aparırsa, bu, onun daxili işidir. Azərbaycanın daxili işinə isə kimsə qarışa bilməz. Rusiya da bu məsələni anlayır. Son vaxtlar Rusiya açıq şəkildə ermənilərə işarə edir ki, Azərbaycanla probleminizi özünüz həll etməlisiniz. Bir sözlə, Ermənistanın vəziyyəti bu gün kifayət qədər ümidsizdir və onun qadınları, qocaları, müxtəlif peşə sahiblərini orduya cəlb etməsi də düşmən ölkədəki acınacaqlı durumdan xəbər verir”.  Seymur ƏLİYEV

Hamısını oxu
Ağdaş veteranları polkovnik Cəlil Xəlilovun Müzəffər Ali Baş Komandanla bağlı təklifini alqışlarla qarşılayıb

“Prezident İlham Əliyev sülh uğrundakı xidmətlərinə görə ən ali mükafatla təltif olunmalıdır” “Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən gözləntisi bundan ibarətdir” Veteran.gov.az xəbər verir ki, 2 iyul 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov Ağdaş rayonunda veteranlarla görüşüb. Görüş zamanı veteranları maraqlandıran suallara cavab verən polkovnik Cəlil Xəlilov, Prezident İlham Əliyevin şəhid ailələri və veteranlarla olan qayğısında danışıb. Pokovnik qeyd edib ki, Müzəffər Ali Baş Komandanın, eləcə də Azərbaycan Respublikasının I Vitse-prezidenti Mehriban Əliyevanın həssas kateqoriyadan olan şəxslərə münasibəti hər kəs üçün nümunə olmalıdır. Polkovnik Cəlil Xəlilov daha sonra Prezident İlham Əliyevin liderliyi ilə Silahlı Qvvələrimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi zəfərdən, bu zəfərin hərbi-siyasi, mənəvi-psixoloji əhəmiyyətindən danışıb. Dövlət başçısının bu gün də sülh uğrunda mübarizəsini davam etdirdiyini bildirən Təşkilat sədri qeyd edib ki, Azərbaycanın bütün uğrularının arxasıdna məhz İlham Əliyev faktoru dayanır: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Ermənistan ordusunun darmadağın edilərək işğaldakı torpaqlarımızın azad olunması ilə Azərbaycanın ərazi bütövlüyü təmin edildi. 8 Noyabr zəfəri erməni faşizminə ölümcül zərbə vurmaqla regional sülh və təhlükəsizlik üçün ciddi zəmin formalaşdırdı. Azərbaycan regionda  uzun illərdir ki, möcud olan status-kvonu dəyişdi. Silahlı Qüvvələrimiz Vətən müharibəsində yalnız Ermənistanı deyil, btün ermənipərəst qüvvələri məğlub etməklə misilsiz bir zəfərə imza atdı. Bu qələbənin baş memarlı isə Prezident İlham Əliyev oldu. Azərbaycan 8 Noyabr zəfərindən sonra da diplomatik müstəvidə sülh uğrunda mübarizəsini davam etdirdi. Nəhayət, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın da iştirakı ilə Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına nail olundu. İlham Əliyev mharibənin qalibi olmaqla yanaşı, sülhün də müəllifi oldu”. Polkovnik Cəlil Xəlilov çıxışında dövlət başçısı ilə bağlı maraqlı təkliflərlə çıxış edib: “Biz veteranlar hesab edirik ki, regional sülhə verdiyi bir-birindən önəmli töhfələrə görə Prezident İlham Əliyevin Nobel sülh mükafatına namizədliyi irəli sürülməli, Azərbaycanın dövlət başçısı bu mkafatla təltif edilməlidir. Çünki yaşanan bütün proseslər, hadisə və faktlar sübut edir ki, Azərbaycan Prezidenti bu mkafata həqiqətən də layiqdir. Bundan başqa, sülh uğrundakı xidmətlərinə görə Prezident İlham Əliyev beynəlxalq əhəmiyyətli digər ali mükafatlarla da təltif olunmalıdır. Azərbaycan xalqının beynəlxalq təşkilatlardan, dünya ictimaiyyətindən gözləntisi bundan ibarətdir”. Polkovnik Cəlil Xəlilovun səsləndirdiyi təkliflər veteranlar tərəfindən alqışlarla qarşılanıb, yekdilliklə təqdir olunub. Seymur ƏLİYEV

Hamısını oxu
Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar

Bakı, 18 oktyabr, AZƏRTAC Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.

Hamısını oxu
“Bu festival Azərbaycan ruhunun və mədəniyyətinin Qarabağa yenidən qayıdışıdır”

Məşhur Məmmədov: “Məlum festival həm də bütün dünyaya göstərdi ki, bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir”   Sentyabrın 18-dən başlayan ənənəvi Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı davam etməkdədir. Sentyabrın 24-nə qədər davam edəcək festival çərçivəsində bəzi konsert proqramları Ağdam, Şuşa kimi işğaldan azad edilən şəhərlərdə keçirilməkdədir ki, bu da sadəcə mədəniyyət xadimləri tərəfindən deyil, bütövlükdə cəmiyyət tərəfindən məmnunluqla qarşılanmaqdadır.   Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov sözgedən festivalın mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:   “Hesab edirəm ki, bu festival hər şeydən öncə Azərbaycan ruhunun və mədəniyyətinin o torpaqlara yenidən qayıdışıdır. Bu festival Qarabağ və ətraf rayonların Azərbaycan torpağı olduğunu, bizim bu torpağı, bu vətəni nə qədər çox sevdiyimizi göstərir. Bu festival bir daha sübut etdi ki, Azərbaycan öz mədəniyyətinin, tarixinin bərpasında, bu topaqlardan didərgin salınan məcburi köçkünlərimizin həmin torpaqlara qayıdışında son dərəcə qərarlıdır.   Ermənistan 30 il ərzində bu ərazilərdə heç bir iş görməyib. Ancaq ziyan vurub, talayıb, məhv edib... Erməni faşistləri mədəniyyət və tarixi abidələri, qəbiristanlıqları, məktəbləri, məscidləri dağıdıb. Bu gün Azərbaycan erməni vandalizminin dağıtdığı, sıradan çıxardığı abidələri, sosial infrastrukturu, yaşayış məntəqlərini, məscidləri bərpa etməklə məşğuldur.   Bu festival çərçivəsində bəzi konsertlər Şuşa şəhərində keçirilməkdədir. Hansı ki, Şuşa bizim qədim mədəniyyət mərkəzimiz, mədniyyət paytaxtımızdır. Bu festival bütün dünyaya göstərdi ki, Şuşa, Qarabağ Azərbaycan üçün sadəcə adi bir torpaq parçası deyil. Bura, bizim vətənimizdir. Bura bizə öz canımızdan əzizdir. Bu torpaqlar havası, suyu, gülü, çiçəyi, mədəniyyəti, tarixi – bir sözlə, hər şeyi ilə bizimdir və hər zaman bizim olaraq qalacaqdır”.   Seymur ƏLİYEV

Hamısını oxu