Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova təltif edilib
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbin direktoru Nəcibə Axundova ilə görüşüb. Görüş əsnasında ölkə gəncliyinin vətənpərvərlik tərbiyəsinin mövcud durumu müzakirə edilib, gənclərin Vətən müharibəsində göstərdiyi tarixi qəhrəmanlıqdan bəhs olunub.
Görüşün sonunda Nəcibə Axundova hərbi vətənpərvərlik sahəsindəki çoxillik və səmərəli fəaliyyətinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı tərəfindən təltif edilib.
Məlumat üçün qeyd edək ki, hər il olduğu kimi bu il də Nəriman Nərimanov adına 45 nömrəli tam orta məktəbdə vətənpərvərliklə bağlı çoxsaylı tədbirlər həyata keçirilib, maraqlı layihələrə imza atılıb.