Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Vətən müharibəsi Türkiyə ordu modelinin üstünlüklərini ortaya qoydu”

Cəlil Xəlilov: "Azərbaycanda hərbi kadrların hazırlanmasında türk zabitlərinin əməyi böyükdür"

 

Azərbaycan Ordusunun daha da güclənməsi və modernləşməsi istiqamətində ciddi tədbirlər görülür. Türkiyə ordu modelinin Azərbaycan Silahlı Qüvvələri üçün nümunə götürüləcəyi bəllidir. Ordu quruculuğunda böyük təcrübəyə malik qardaş Türkiyənin hərbi-texniki sahədə uğurlarından geniş istifadə olunacaq. Türkiyə ordusu dünyanın ən güclü ordularından biri və NATO-da ikinci güclü ordudur. Xatırladaq ki, Prezident İlham Əliyev də bir neçə dəfə bu məsələyə təmas edib və açıq şəkildə vurğulayıb ki, “Biz Azərbaycanda Türkiyə ordusunun kiçik modelini yaratmaq fikrindəyik”. Dövlət başçısı bəyan edib ki, Türk ordusunun müasir modeli Azərbaycan üçün ən məqbul modeldir. Ötən gün Türkiyənin Milli müdafiə naziri Hulusi Akar da parlamentdə çıxışı zamanı Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Ordusunun modernləşdirilməsinə, təlim və təhsil fəaliyyətinə böyük dəstək verdiyini açıqlayıb. 

 

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov “Şərq”ə bildirib ki, Türkiyə ordusu çağdaş dünyanın ən müasir ordularından biridir və  NATO hərbi-siyasi alyansında xüsusi çəkiyə malikdir. Polkovnik vurğulayıb ki, Türkiyə ordusu istər fiziki hazırlıq səviyyəsinə, istərsə də müasir hərbi texnikaları real hərbi əməliyyatlar zamanı uğurla tətbiq etməsinə görə dünyanın ən güclü orduları sırasında yer alır: 

 

“Türkiyə ordusunun döyüş təcrübəsi kifayət qədər böyükdür. Qardaş ölkənin hərbçiləri uzun illərdir terrorizmə qarşı ciddi mübarizə aparır. Bu mübarizənin coğrafiyası İraq, Suriya kimi dövlətləri də əhatə edir. Əminliklə demək olar ki, bu gün dünyada terrorizmə qarşı ən ciddi və ən səmərəli mübarizə aparan qardaş Türkiyədir. Türkiyə bununla sadəcə özünün və regionun deyil, bütün bəşəriyyətin təhlükəsizliyini təmin etməyə çalışır, ümumilikdə insanlığa böyük fayda verir. Bu baxımdan Azərbaycan Ordusunun Türkiyə modelinə uyğunlaşdırılması təbii ki, son dərəcə faydalı olar”. 

 

C.Xəlilov əlavə edib ki, Azərbaycanda hərbi kadrların hazırlanmasında, onların müasir hərbi texnikanın sirlərinə yiyələnməsində türk zabitlərinin əməyi böyükdür: 

 

“Yadınızdadırsa, Müdafiə naziri Zakir Həsənov bir neçə ay bundan öncə televiziyaya müsahibəsində Türkiyənin 8 Noyabr zəfərinə verdiyi töhfəni özünəməxsus şəkildə izah etdi. Bildirdi ki, “44 günlük Vətən müharibəsi Azərbaycan Ordusu üçün imtahan idi və bu imtahanı Azərbaycan Ordusu verdi. 

 

Lakin Azərbaycan Ordusunu bu imtahana Türkiyə hazırlamışdı”. Bu ifadə Türkiyənin Azərbaycan Ordusunun döyüş hazırlığının, peşəkarlığının yüksəlməsində nə dərəcədə mühüm rol oynadığını göstərir. Vətən müharibəsi də Türkiyə ordu modelinin üstünlüklərini ortaya qoydu. 

 

Azərbaycan bu müharibədə həm Türkiyə, həm də İsrail istehsalı olan dronlardan kütləvi istifadə etdi. Türkiyə də Suriyadakı hərbi əməliyyatlarda dronlardan kütləvi istifadə etmiş və terrorçuların hədəflərini yüksək dəqiqliklə məhv etmişdi. Türkiyənin dronlarla bağlı təcrübəsini öyrənən və bu təcrübəni Vətən müharibəsində uğurla tətbiq edən Azərbaycan da erməni faşizminə ağır zərbə vurdu, işğalçını darmadağın etdi. Azərbaycan Ordusunun türk hərb modelinə uyğunlaşdırılması gücünün daha da artması, peşəkarlığının yüksəlməsi, döyüş bacarığının bir qədər də təkmilləşməsinə səbəb olacaq. 

 

Bu da Azərbaycanın maraqlarına tamamilə uyğundur”.

 

Sherg.az

 

2021-12-14 11:02:00
855 baxış

Digər xəbərlər

Polkovnik Cəlil Xəlilov Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov polkovnik Şamil Süleymanovu 90 illik yubileyi münasibətilə təbrik edib. 

Hamısını oxu
İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Respublika Veteranlar Təşkilatının dəstəyi ilə veteranlarla tələbələrin görüşü keçirilib

Tədbirdə Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov, Əfqanıstan və Qarabağ müharibəsi veteranı polkovnik Elşad Şabanov, Qarabağ müharibəsi veteranı Bəhram Atakişiyev, eləcə də, universitetin müəllim və tələbə kollektivi iştirak ediblər. Tədbirdə çıxış edən polkovnik Cəlil Xəlilov Respublika Veteranlar Təşkilatının fəaliyyəti haqqında məlumat verdi, xüsusən son illərdə Təşkilatın Respublikada gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində, dövlət siyasətinin təbliği, Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli və Ermənistanın qəsbkar, işğalçı kimi tanıdılması,  dünyada sülhün və əminamanlığın qorunub saxlanması üçün həyata keçirmiş olduğu işləri diqqətə çatdırdı. Veteranlara və Respublika Veteranlar Təşkilatına ölkə rəhbərliyinin xüsusi etimadını vurğulayan C.Xəliov üzərlərinə düşən işin öhdəsindən layiqincə gəldikərini bildirdi. Əhalinin sosial təminatının yaxşılaşdırılmasına dair qanun layihələrində veteranların nəzərə alınması, onların problemlərinin qısa zamanda həll edilməsi Prezident cənab İlham Əliyev tərəfindən veteranlara göstərilən diqqət və qayğının bariz nümunəsi olduğunu qeyd etdi. Gəncləri vətənpərvər olmağa səsləyən C.Xəlilov: “Azərbaycan xalqı vətənpərvər, igid, qəhrəman xalqdır. Vətənpərvərlik bizim üçün müqəddəs amaldır. Bizə babalarımızdan qalan vətən sevgisi birliyimizin, məğrurluğumuzun təcəssümüdür. Hər zaman xalqımızın igid oğul və qızları vətənin keşiyində dayanıb, yağı düşməndən torpaqlarımızı qoruyublar. Hər iki dünya müharibəsində, Əfqanıstan və eləcə də Qarabağ savaşlarında qəhrəmanlıqlar göstərib, azərbaycanlı adını layiqincə daşıyıblar. Əziz tələbələr, adlarını iftixarla çəkdiklərimiz qəhrəman oğul və qızlarımız hər birimiz üçün əzizdirlər. Onları unutmamalı, onların həyat və fəaliyyətləri bizlər üçün örnək olmalıdır. Vətən üçün canından keçən, həyatını vətənə həsr edən insanların fəaliyyətini öyrənib, yaşatmalı və gələcək nəsillərə ötürməliyik. Torpaqlarımızın 20 faizi ermənistanın işğalı altındadır. Tarixən bizə düşmənçilik edən mənfur qonşumuz Ermənistan işğalçılıq siyasətindən əl çəkmək istəmir. Erməni xalqını ölümə sürükləyən “Böyük Ermənistan” xəyalları ilə gənclərini faşizm ideologiyasında tərbiyə edir.  Biz dünyada sülhü əminamanlığı, bütün dünya xalqları ilə dostluğu təbliğ etdiyimiz halda Ermənistan bunların tam əksini həyata keçirir. Qonşu dövlətlərə ərazi iddiası, düşmənçilik siyasəti ilə məkrli planlar qurur.  Azərbaycan Ordusu bizim qürur mənbəyimizdir. Gündən-günə güclənən ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır. Maddi texniki təminatı və ixtisaslı kadr potensialı deyilənlərin əyani sübutudur. Aprel döyüşlərində və Naxçıvanda həyata keçirilmiş uğurlu hərbi əməliyyatlar  zamanı  əldə etdiyimiz qələbə düşməni və onun havadarlarını sözün əsl mənasında sarsıtdı. Bu gün Ulu öndər Heydər Əliyevin siyasi irsi, onun Azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməliyik. Prezident İlham Əliyevin daxili və xarici siyasətinə dəstək olmalı Azərbaycanı daha da irəliyə aparmağı bacarmalıyıq. Bu missiyanı həyata keçirməkdən ötrü hər birimizin üzərinə böyük məsuliyyət düşür. Yüksək təhsilə yiyələnməli, elm-texnologiya əsrində beynəlxalq aləmdə layiqli yerimizi tutmalıyıq. Siz gənclər sahib olduğunuz ixtisasların bütün sirrlərinə bələd olmalısınız. Sizə bu yolda uğurlar və müvəffəqiyyətlər arzulayıram”. II Dünya müharibəsi veteranı İsmayıl Fərəcov keçdiyi döyüş yolundan,   Azərbaycan xalqının II Dünya müharibəsində Qələbənin əldə edilməsində göstərdiyi fədakarlıqlardan danışdı. Həm ön cəbhədə igid döyüşçülərimizin, həm də arxa cəbhədə xüsusən Bakı neftçilərinin, azərbaycanlı alimlərin danılmaz əməyini tələbələrin diqqətinə çatdırdı. “Sevindirici haldır ki, bügün hər bir sahədə Azərbaycan nailiyyətlər əldə edib. Bunlar yorulmaz əməyin və tariximizdən gələn əzmkarılığın, əməksevərliyin nəticəsidir. Siz gələcəyin həkimləri, elm xadimləri olacaq dünya elminə  tövhələrinizi verəcəksiniz... Bir faktı xatırlamaq istəyirəm ki, II Dünya müharibəsində Azərbaycanda 28 hərbi hospital fəaliyyət göstəribdir. Azərbaycan həkimləri on minlərlə yaralının sağlamlığına qovuşmasında əllərindən gələni əsirgəməyiblər. Əziz tələbələr, biz veteranlar sizin bacarığınıza inanır, xalqımızın qəhrəman, əməksevər, əzmkar fəaliyyətini davam etdirəcəyinizə inanırıq”. Digər çıxış edənlər polkovnik Elşad Şabanov və polkovnik Bəhram Atakişiyev gənclərə XX əsr Azərbaycan tarixi, erməni faşizmi və terroru haqqında məlumat veriblər. Gəncləri vətəni sevməyə, vətənpərvər olmağa səsləyiblər. Daha sonra təhsildə fərqlənən universitetin bir qrup əməkdaşı Respublika Veteranlar Təşkilatı tərəfindən mükafatlandırılıb.  Sonda veteranlarla tələbələr birgə xatirə şəkli çəkdiriblər.

Hamısını oxu
İranın bitməyən Azərbaycan qərəzi

Hamısını oxu
Sülh əleyhinə addımlar davam edir

Hamısını oxu