Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyasının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZƏRTAC xəbər verir ki, Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololey Azərbaycanda nəqliyyat infrastrukturunun yaradılması, o cümlədən yeni dəniz limanının inşası, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, ölkədə müasir aviasiya şəbəkəsinin tam şəkildə inkişaf etdirilməsi istiqamətində əldə edilən nailiyyətlər münasibətilə Prezident İlham Əliyevi təbrik etdi. Görüşdə Azərbaycanın aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi önəmi vurğulandı, ölkəmizin nəqliyyat qovşağı sahəsində mühüm rolu qeyd olundu, Avropa İttifaqının bu işlərə strateji əhəmiyyət verdiyi bildirildi. Söhbət zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat sahəsində mütəmadi dialoqun yaradılmasının zəruriliyi vurğulandı və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

2018-01-30 00:00:00
3954 baxış

Digər xəbərlər

ГЮЛЬМАМЕДОВ АЛИ ИМАМДЖАН ОГЛЫ

Родился 22 февраля 1924 года. В городе Баку, селение Коби. Отец - Гюльмамедов Имамджан Велиджан оглы, родился 1898 году - Закончил Стамбульский Государственный Университет. Деятель Министерства Образования Азербайджана. С 1921 по 1930 гг. работал в Коби. 1-ая Советская школа в селе была построена по его инженерному замыслу. Он был назначен директором этой школы. С 1930 по 1935 гг. он проработал начальником отдела образования в г. Кува. В 1935 году его послали в Дагистан Махачкалу, начальником отдела Министерства Образования, где он проработал до 1937 года. В 1937 году как и многих преданных своей Родине и народу выдающихся людей его репрессировали и расстреляли. Мать-Гюльмамедова Ханбаджы Халыг гызы, родилась 1908 году - домохозяйка. Гюльмамедов Али Имамджан оглы в 1941 года закончил Среднюю 10 летнюю школу. Когда началась Великая Отечественная Война ему было 17 лет. В сентябре 1942 года был призван в ряды Вооруженных Сил СССР и отправлен на фронт. Через 3-4 месяца был назначен командиром орудия и с января 1943 по январь 1945 года воевал в составе 352 Зенитного Артиллерийского полка III Украинского Фронта командиром 85 мм. пушки. Был награжден орденом Сталина. В феврале 1943 года был награжден Медалью За Отвагу, в сентябре 1943 года - Орденом Красной Звезды, 1944 году сбил немецкий самолет за что был награжден Орденом Славы III степени. Был дважды ранен. В апреле 1945 года участвовал в сражениях за взятие Вены, за что был награжден медалью за взятия Вены. В Вене был ранен, помещен в госпиталь. Победу в Великой Отечественной Войне встретил в Австрии в г. Вена. Но и после войны продолжал службу и был демобилизован в сентябре 1947 года. 1948 году поступил в Бакинский Медицинский Институт но через год был отчислен, как сын «Врага народа». Надо же, сын «Врага народа» на войне Родину защищать мог, а получать образование в институте нет. Моя бабушка лично была на приеме у Сталина по вопросу реабилитации имени моего дедушки Гюльмамедов Имамджан Велиджан оглы. И только 1956 году имя моего дедушки было реабилитировано и он официально был внесен в список жертв репрессий. Но не смотря ни на что мой отец всегда с особым уважением и любовью говорил о Сталине и Советском Союзе. Гюльмамедов Али Имамджан оглы умер 24 марта 2000 года.  

Hamısını oxu
“Anım Gününün müxtəlif dini icmalar tərəfindən qeyd edilməsi ölkəmizdəki milli birliyin təzahürüdür”

  Azər Badamov: “Fərqli dinlərin və etnik qrupların nümayəndələri Vətən müharibəsində  qəhrəmanlıq salnaməsi yazıb”   “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdir edilməli, alqışlanmalıdır”.   27 sentyabr Anım Günü respublikamızın hər yerində böyük ehtiram hissi ilə yad edilib.   Anım Günü ilə bağlı diqqət çəkən məqamlardan biri də bu günün qeyri-islam inancına sahib vətəndaşlarımız, dini icmalar tərəfindən də yüksək səviyyədə qeyd edilməsidir.   Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının birgə təşkilatçılığı ilə "Giləki" sinaqoqunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib, tədbirdə qəsəbə sakinləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.   Bundan başqa, Alban-Udi xristian dini icmasının üzvləri Laçın rayonunda yerləşən "Ağoğlan" məbədində şəhidlərimizin Anım Günü münasibətilə dini ayinlər icra ediblər. Hansı ki, bu tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu nun təşkilatçılığı və maliyyə dəstəyi ilə həyata keçirilib.   Şəhidlərimizin xatirəsinin ölkəmizdəki qeyri-müsəlman dini icmaları tərəfindən də ehtiramla yad edilməsi ölkəmizdə tolerantlıq və multikulturalizmin yüksək səviyyədə öz əksini tapmasının, dinindən asılı olmayaraq ölkəmizdəki bütün vətəndaşların doğma Azərbaycana bağlılığının isbatı sayıla bilərmi? Bütün dini icmalara eyni dərəcədə qayğı və həssaslıqla yanaşan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu yöndəki fəaliyyətini necə dəyərləndirilə bilər?   Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov Anım Gününün müxtəlif dini icmalar tərəfindən qeyd edilməsini ölkəmizdəki milli bilik və həmrəyliklə əlaqələndirib:   “27 sentyabr Anım Gününü dini və etnik mənsubiyyətindən asıllı olmayaraq hamı qeyd etdi, şəhidlərin anaraq xatərəsinə ehtiramını bildirdilər. Anım Günündə müxtəlif dini icmaların ibadət yerlərində şəhidlərin ruhuna dualar oxundu. Ölkəni, vətənini sevən elə bir şəxs olmadı ki, şəhidlərin xatirəsini yad etməsin. Biz mərd oğullarımızn igidliklərini hər zaman xatırlayacağıq, yaddaşlarımızda əbədi yaşadacağıq.   Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə yüksək milli birlik və həmrəylik formalaşmışdır. 44 günlük Vətən müharibəsində də son dərəcə sarsılmaz və möhkəm olan bu birliyi, bu həmrəyliyi bütün dünya gördü. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin hamısı müharibədə bir nəfər kimi çiyin-çiyinə dayanaraq sinəsini gülləyə verib qəhrəmanlıq səlnaməsini yazıblar. Azərbaycanda yaşayan hər bir kəs, onun etnik və dini mənsubiyyətindən asıllı olmayaraq, öz vətəni ilə fəxr edir, düşmənlərə qarşı amansız mübarizəyə hər zaman hazırdırlar. Dövlətin yürütdyü tolerant və multukural siyasəti sayəsində hər bir kəs özünü qüdrətli ölkənin xoşbəxt vətəndaşı olduğunu hiss edir, Ali Baş Komandanın hər bir tapşırığının can-başla icra etməyinə hər zaman hazırdırlar. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti də təqdir edilməli, alqışlanmalıdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
Məhərrəm Əliyev: Bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz

Milli.Az Trend-ə istinadən Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Administrasiyanın hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyevin müsahibəsini təqdim edir - Cənab general-polkovnik, bugünlərdə Rusiya Liberal Demokrat Partiyasının (RLDP) rəhbəri Vladimir Jirinovski tanınmış jurnalist Roman Qolovanova verdiyi müsahibədə növbəti dəfə ölkəmizə, ərazi bütövlüyümüzə, xüsusilə Naxçıvanın tarixinə qarşı qərəzli mövqe nümayiş etdirməklə, bir sıra faktları təhrif edib, açıq-aşkar əsassız fikirlər səsləndirib. Siz bu qərəzə hansı müstəvidən yanaşardınız? - İlk öncə qeyd edim ki, Azərbaycanın ərazi bütövlüyü BMT və digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən tanınır və heç bir qərəzli mövqe, yanlış, əsassız fikir, qeyri-ciddi münasibət bu faktı kölgə altında qoya bilməz. Onu da qeyd edim ki, Vladimir Jirinovski ümumiyyətlə müxtəlif siyasi dairələrdə, o cümədən Rusiyada qeyri-ciddi fiqur kimi tanınır və onun eyni zamanda, özünü "şərqşünas" qismində təqdim etməsi heç də siyasi çəkisini artırmır, əksinə, daha da nüfuzdan salır. Lakin biz ona da əminik ki, bu cür açıqlamalar Rusiyanın rəsmi mövqeyi deyil və heç vaxt Azərbaycan-Rusiya münasibətlərinə xələl gətirə bilməz. Bu şəxsin fikirlərinə diqqət yetirərkən, onun Azərbaycanın tarixi və ayrılmaz hissəsi olan Naxçıvana qarşı qərəzli, qeyri-peşəkar mövqe sərgiləməsindən təəssüf hissi keçirirəm. Hesab edirəm ki, RLDP rəhbərinin bu kimi davranışları və qərəzli baxışları yalnız Azərbaycanı sevməyən, dövlətimizə qarşı düşmənçilik mövqeyi sərgiləyən dairələr qarşısındakı uğursuz piar kampaniyasıdır. Yəni onun Naxçıvan barədə danışdıqları da birbaşa yalanlar üzərində qurulmuş riyakarlıqdır. Çünki tarixi həqiqətləri danmaq mümkün deyil və gec, ya da tez həqiqət, ədalət öz yerini tutur. - Məhərrəm müəllim, Jirinovski sözügedən müsahibəsində elə danışıb ki, guya o dediklərini elmi əsaslarla sübuta yetirir və s. Sizə elə gəlmirmi ki, onun həmin fikirləri arxasında sifariş xarakterli məqamlar da dayanır? - Ümumiyyətlə, onun Naxçıvanı "erməni ərazisi kimi" təqdim etməsi heç bir elmi - tarixi əsası olmayan uydurma, əfsanədir. Əminəm ki, tarixçilərin, eləcə də bir çox nüfuzlu tarixi mənbələrin Naxçıvan haqqında verdikləri elmi arayışlardan xəbəri olan Jirinovski bu faktları yaxşı bilir, sadəcə ermənilərin sifarişləri qarşısında bu cür səbatsız fikirləri ilə sözün əsl mənasında, siyasi rola girir. Bu, onun ilk belə rolu deyil və daha əvvəllər də bənzər halların şahidləri olmuşuq. Əgər o həqiqətən də özünü "şərqşünas" kimi təqdim edibsə, yenə də bu məsələdə ciddi yanlışlığa yol verib, xüsusilə şərqşünaslıq elminin adına ləkə vurmağa çalışıb. Çünki bildiyimiz kimi, ermənilər Qafqaza və Anadoluya gəlmələrdirlər, bunu isə tarixi faktlar isbat edir. Bəllidir ki, VI-VII əsrlərdə Qafqazda, eyni zamanda, Şərqi və Naxçıvan Anadoluda erməni mənşəli heç bir iz, nişanə belə mövcud olmayıb. Mən tarixçi deyiləm, amma buna baxmayaraq, nəinki Naxçıvanın, o cümlədən Azərbaycanın tarixi barədə kifayət qədər məlumatlıyam. Məsələn, İrəvan xanlığının və xanlıq ətrafının, həmçinin Zəngəzur mahalının qədim Azərbaycan torpaqları olması bütün tarixi aspektlərdən özünü sübuta yetirib. Ona görə də, bəzi məkrli siyasətçilər düşünməməlidirlər ki, onlar bənzər fikirləri ilə Azərbaycanın tarixini saxtalaşdırıb beynəlxalq aləmi çaşdıra bilərlər. Bu, heç də belə deyil. - Cənab general-polkovnik, Azərbaycanın beynəlxalq siyasi arenadakı yeri və rolu artdıqca ərazi bütövlüyümüzün dəstəklənməsi ətrafındakı uğurların da şahidlərinə çevrilirik. Ümumiyyətlə, diplomatik qələbələrimizlə yanaşı, hərbi uğurlarımız arasında hər hansı bağlılıq ola bilərmi? - Düşünürəm ki, əldə edilən bütün uğurlarımız bir-birinə bağlıdır və əlbəttə, hər bir zəfər qalibiyyətə doğru atılan növbəti addımdır. İstər diplomatik, istərsə də hərbi qələbələrimiz bir məcrada - güclü dövlətçilik adı altında birləşməklə, Azərbaycanımızın adını daha çox yüksəklərə qaldırır. Söz yox ki, beynəlxalq hüququn birmənalı olaraq ərazi bütövlüyümüzü tanıması da həmin uğurların bir parçasıdır. Lakin onu da unutmamalıyıq, Azərbaycan dövlətinin hərbi gücü və strategiyası da imkan verir ki, işğal altındakı torpaqlarımızı qısa müddətdə azad edək, hətta tarixi torpaqlarımızda anti-terror əməliyyatları aparaq. Bunu cənab Ali Baş Komandanımız, Prezident İlham Əliyev də öz çıxışlarında qətiyyətlə vurğulayıb. Məhz bu dönməz siyasi xətt, qətiyyətli mövqe növbəti qələbələrə aparan yol kimi təcəssüm oluna bilər. Azərbaycan xalqı bunu bilir, dərk edir və əlbəttə ki, dəstəkləyir. Əbəs deyil ki, artıq ölkəmizdə dövlət-xalq-ordu birliyi özünü ən ali dərəcədə tərənnüm etdirməkdədir. - Məhərrəm müəllim, Nikol Paşinyanın bu yaxınlarda yenidən Dağlıq Qarabağa etdiyi qanunsuz səfəri və səfəri çərçivəsində Tovuz rayonu ilə sərhəd ərazilərində təxribat törədən hərbi qulluqçuları mükafatlandırması Ermənistanın işğalçılıq mövqeyindən geri çəkilməyəcəyi anlamını daşıya bilərmi? - Bilirsiniz, bir hərbiçi olaraq, bu kimi məsələlərdə də mövqeyimi hərbi yöndən ictimailəşdirməyə çalışıram. Lakin bununla yanaşı, qeyd etmək istərdim ki, aparılan uğurlu siyasət və diplomatik nailiyyətlər ölkəmizin ərazi bütövlüyünün qorunub-saxlanılmasına, möhkəmləndirilməsinə tam təminat verir. Əgər bu gün işğalçı ölkənin rəhbəri torpaqlarımıza səfər edirsə, bu səfərlərin hər biri diqqətimizdə saxlanılır və ümumiyyətlə, düşmənin hər addımı bizim tam nəzarətimiz altındadır. Bayaq da qeyd etdiyim kimi, işğalçıların bu kimi addımları davam edənə qədər onlar Azərbaycan Ordusunun, Silahlı Qüvvələrinin ağır zərbələri altında qalacaqlar, yəni ərazilərimiz tam şəkildə azad olunana qədər. Bu baxımdan, hesab edirəm ki, əgər Paşinyan təxribatçı əsgərlərini mükafatlandırırsa, artıq onun özü də həmin təxribatçıların bir hissəsinə çevrilir və bu əməlinin də cavabını alacaq. Ancaq son olaraq xatırlatmaq istərdim ki, Naxçıvan, Qarabağ ətrafında bənzər manipulyasiyalara yol verən qərəzli siyasətçilər və onların ermənipərəst havadarları da yaxşı bilirlər ki, publikaya oynadıqları məkrli oyunlarının heç bir əsası yoxdur, əksinə, onlar özlərinə zərər edirlər. Milli.Az

Hamısını oxu
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən Anım Günü ilə əlaqədar tədbir keçirilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə 27 Sentyabr - Anım Gününə həsr olunmuş "Milli birliyimiz qələbəmizin təməlidir" tədbiri keçirilib. Tədbirdə AHİK-in kollektivi, üzv və tabe təşkilatların rəhbərləri, şəhid ailələri və müharibə veteranları iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Azərbaycan oğullarının Vətən müharibəsindəki qəhrəmanlığından, şərəfli döyüş yolundan bəhs edən film nümayiş etdirilib. Tədbirdə Konfederasiya sədri Sahib Məmmədov çıxış edərək Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərdən, əsgər və zabitlərimizin rəşadətindən, xalqımızın nümayiş etdirdiyi həmrəylikdən danışıb, Qələbənin Azərbaycan tarixinə ən parlaq səhifə kimi yazıldığını vurğulayıb. Qeyd edilib ki, 27 sentyabrın Anım Günü kimi təsis olunması dövlətimizin şəhidlərimizin əziz xatirəsinə ehtiramının ifadəsidir. Çıxışda həmçinin Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərindən, "Böyük Qayıdış" Proqramının uğurlu icrasından, dövlətimizin Vətən naminə canından keçənlərin ailələrinə və müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan bəhs edilib. Vurğulanıb ki, Azərbaycanın Birinci vitse-prezidenti hörmətli Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən şəhid ailələrini, müharibə iştirakçılarını qayğı ilə əhatə edən çoxsaylı layihələr reallaşdırılır. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən şəhid ailələrinə dəstək məqsədilə həyata keçirilən müxtəlif tədbirlər də iştirakçıların nəzərinə çatdırılıb. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxışında əks-hücum əməliyyatlarının əhəmiyyətini, Azərbaycan Ordusunun qəhrəmanlığını və hərbçilərimizin şücaətini, onların tarixi Zəfərin əldə olunmasında xüsusi rolunu qeyd edib. Vətən müharibəsi veteranı, ehtiyatda olan polkovnik-leytenant Sahil Xəlilov keçdiyi döyüş yolundan və cəbhə xatirələrindən danışaraq qəhrəmanlarımızın gələcək nəsillər üçün əsl örnək olduğunu bildirib. Vəfa Abdullayeva şəhid həyat yoldaşı Nurid Abdullayevlə bağlı xatirələrini bölüşüb, şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açıb. Tədbir bədii hissə ilə davam edib. Şəhid gizir Telman Kəlbiyevin oğlu Elcan Kəlbiyevin səsləndirdiyi Vətənə həsr olunan şeir və qazi polkovnik Əhməd Şərifovun oğlu Əli Şərifzadənin ifasında "Ey Vətən" mahnısı iştirakçılara duyğulu anlar yaşadıb və alqışlarla qarşılanıb.

Hamısını oxu