Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“2022-ci ilin “Şuşa İli” elan edilməsi tariximizə, mədəniyyətimizə, mənəviyyatımıza verilən qiymətdir”

Məşhur Məmmədov: “Bu, həm də ərazi bütövlüyümüz uğrundakı döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizə olan ehtiramın göstəricisidir”

 

Məlum olduğu kimi, Prezident İlham Əliyev cari ilin 5 yanvar tarixində 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda Şuşanın Azərbaycan üçün həyati önəminə, qısa müddət ərzində  mədəniyyət paytaxtında aparılan quruculuq işlərinə, habelə Şuşanın Azərbaycan xalqı üçün mədəni-mənəvi əhəmiyyətinə diqqət çəkilib.

 

2020-ci ilin “Şuşa İli” elan edilməsi ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov bu sərəncamın böyük əhəmiyyət kəsb etdiyini bildirib:

 

“2022-ci ilin “Şuşa İli” elan edilməsi mədəniyyətimizin, onun tarixinin və zənginliyinin bütün dünyada tanınmasına böyük töhfə verəcək. Bu Sərəncam hər şeydən öncə xalqımızın, dövlətimizin mədəniyyətə, mədəni dəyərlərə verdiyi önəmi göstərir. “Şuşa İli” çərçivəsində biz sadəcə öz qədim, zəngin mədəniyyətimizi təbliğ etməyəcəyik. Biz həm də erməni faşizminin işğal dönəmində qədim mədəniyyət şəhərində törətdiyi vəhşilikləri də ifşa edəcəyik. Bütün dünyaya göstərəcəyik ki, Ermənistan işğal dönəmində ümumbəşəri dəyərlərə qarşı necə böyük cinayətlər həyata keçirib.

 

Prezidentin 2022-ci ili Şuaş ili elan etməsi həm də Şuşanın bizim üçün nə qədər böyük əhəmiyyət kəsb etdiyini göstərir. Bu Sərəncam göstərir ki, Şuşa hər bir azərbaycanlı üçün son dərəcə əziz və doğmadır.

 

Mən bu Sərəncamı həm də Azərbaycanın ərazi bütövlüyü, o cümlədən Şuşa uğrunda döyüşlərdə qəhrəmancasına şəhid olan hərbçilərimizə verilən yüksək qiymət hesab edirəm. Bildiyiniz kimi, hərbçilərimiz Şuşanın azad edilməsində xüsusi qəhrəmanlıq göstərmiş, sərt, sıldırım qayaları dırmaşaraq düşməni qarşı yüngül atıcı silahlar və yalın əllə məğlub etmişdir.

 

Bu baxımdan 2022-ci ilin “Şuşa İli elan edilməsi bir çox baxımdan əhəmiyyətlidir. Dövlət başçısının məlum Sərəncamı və bu Sərəncamdan irəli gələn vəzifələrin icrası doğma Şuşamızla bağlı həqiqətlərin beynəlxalq aləmdə geniş şəkildə yayılmasına təkan verəcək”.

 

Seymur ƏLİYEV

2022-01-06 14:42:00
1089 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatında veteranlara görüş keçirilib

Görüşdə Təşkilata yeni üzv olan şəxslərə üzvlük vəsiqələri təqdim edilib Veteran.gov.az xəbər verir ki, 20 avqust 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatında  bir qrup veteranla görüş keçirilib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatının sədri Mustafa Əhmədov və sədr müavini Vaqif Əhmədovun iştirakı ilə keçirilən görüşdə veteranları maraqlandıran məsələlər müzakirə olunub, ətraflı fikir mübadiləsi aparılıb. Görüşün sonunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Şəki Şəhər Təşkilatına yeni üzv olan veteranlara üzvlük vəsiqələri təqdim olunub.

Hamısını oxu
Ermənistanda cəsədi tapılan rus hərbçinin ölüm səbəbi araşdırılır

Şənbə günü Rusiyanın Ermənistanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının müddətdən artıq xidmət edən hərbçisinin cəsədi kirayə qaldığı mənzildə aşkarlanıb.    Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Cənubi Hərbi Dairəsinin yaydığı məlumatda bildirilib.    Qeyd edilib ki, hissə komandanlığı və hüquq-mühafizə orqanları tərəfindən Rusiya hərbçisinin ölüm səbəbi araşdırılır: "4 iyul 2020-ci il tarixində hərbi hissənin ərazisindən kənarda - Gümrü şəhərində 102-ci Rusiya hərbi bazasının müqavilə əsasında xidmət edən hərbçisinin yaşadığı kirayə mənzildə cəsədi aşkarlanıb. Meyitin üzərində zorakı əlamətlər tapılmayıb. İlkin məlumatlara görə, hərbçinin ölümünə səbəb səhhətilə bağlı olub”.   Hadisənin xidmət vaxtından sonra baş verdiyi bildirilib.   Xatırladaq ki,  Rusiyaya məxsus sözügedən hərbi baza 1995-ci ildən Ermənistanda yerləşdirilib. 2010-cu ildə bazanın daha 49 il Ermənistanda saxlanılması barədə razılıq əldə olunub. 

Hamısını oxu
“Dövlət Təhlükəsizliyi Xidməti 8 Noyabr zəfərinə böyük töhfələr verib!”

Cəlil Xəlilov: “General Əli Nağıyev Prezidentin etimadını doğruldaraq bu qurumu qısa zamanda layiq olduğu zirvəyə yüksəldə bilib” 8 noyabr Zəfər Günü ilə yanaşı, həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ad günüdür. Bü münasibətlə Veteran.gov.az-a açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Vetaranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin Vətən müharibəsindəki roluna diqqət çəkib, general Əli Nağıyevin ad gününü təbrik edib: “8 noyabr Azərnbaycan xalqının Zəfər Günü, mənəvi diriliş günüdür. Düz iki il bundan öncə Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında erməni faşizmini cəmi 44 gün ərzində darmadağın edərək işğaldakı torpaqları yağı düşməndən azad edib. 30 illik işğal dönəmindən sonra ərazi bütövlüyümüz təmin olunub, Şuşada, Laçında, Kəlbəcərdə üçrəngli bayrağımız dalğalanıb. Bu müharibədə erməni işğalçılarına qarşı mübarizədə Dövlət Təhlükəsizliyi Xidməti də yaxından iştirak edib, qələbəmizin əldə edilməsində mühüm rol oynayıb. 8 noyabr həm də Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevin ad günüdür. Xatırladım ki, məhz general Əli Nağıyev Prezidentin etimadını doğruldaraq Dövlət Təhlükəsizliyi Xidmətini  qısa zamanda layiq olduğu zirvəyə yüksəldə, bu qurumun fəaliyyətində  ciddi keyfiyyət dəyişikliyinə nail ola bilib. Mən hörmətli Əli müəllimi həm Zəfər Günü və Dövlət Bayrağı Günü, həm də ad günü münasibəti ilə təbrik edir, ona, habelə onun rəhbərlik etdiyi quruma gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Əminəm ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında dövlətimiz sürətlə inkişaf etməkdə davam edəcək, Dövlət Təhlükəsizliyi Xidməti xalqımızın və dövlətimizin əmin-amanlığının etibarlı təminatçısı kimi bütün məkirli qüvvələrə hər zaman olduğu kimi, bundan sonra da öz yerini göstərəcəkdir”. Seymur ƏLİYEV  

Hamısını oxu
Yeni tv

Hamısını oxu