Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bir qrup veteranı təbrik edib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı fevral ayında anadan olan aşağıdakı veteranları ad günü münasibəti ilə təbrik edir, onlara uzun ömür, cansağlığı arzulayır.

 

1    Qasımov Əhəd Müseyib oğlu, 23.02.25, BMV, Sumqayıt ş;

 

2.      Perekrestov İosif  Pavloviç, 01.02.1926,B MV, Balakən ş.;

3.      Hüseynov Tofiq Paşa oğlu, 24.02.1922, BMV, Gəncə ş.;

4.      Əliyev Cəfər Vəli oğlu, 26.02.1925, BMV, Naxçıvan MR.,Culfa r-nu, Yayçı k.;

5.      Əsgərov Vilayət Səməd oğlu, 25.02.1942, ƏV, Səlyan r-nu;

6.      Hüseyinov Hüseynalı Səməndər oğlu, 02.02.1938, ƏV, Səlyan r-nu;

7.      Hüseynov Hüseynalı Muxtar oğlu, 02.02.1938, ƏV, Səlyan r-nu;

8.      Novruzov Kərim Nəcəf oğlu, 15.02.1937, ƏV,Səlyan r-nu, Qarabağlı k.;

9.      İbrahimov Nazim İsmayıl oğlu, 10.02.1930, ƏV, Səlyan r-nu Təzəkənd k.;

10.  Həsənov Qafar İsfəndiyar, 29.02.1968, ƏfqV, Samux r., Sərkar k.;

11.  Eyubov Həmid Suliddin oğlu, 13.02.1967, ƏfqV, Samuz r, Salahlı k.;

12.  Nuriyev Nuru Kərəm oğlu, 12.02.1968, ƏfqV, Samux r, Əlibayramlı k.;

13.  Babayev Yadigar Kərim oğlu, 05.02.1960, ƏfqV, Samux r., Əliuşağı k.;

14.  Abdullayev Musa Nəsib oğlu, 22.02.1929, ACV, Ağstafa r, Poylu k.;

15.  Məmmədov Əmrah Əhməd oğlu,17.02.1965, ÇAES, Ağstafa r, Köçvəlli k.;

16.  İbrahimov Xalıq Mikayıl oğlu, 20.02.1971, ÇAES, Ağstafa r.;

Qarabağ müharibəsi əlilləri:

17.  Abbasov Yusif Ələşrəf oğlu, 25.02,1968, 1-ci dər, Ağstafa r-nu;

18.  Novruzov Akif Əli oğlu, 19.02.1969, 2-ci dər, Ağstafa r-nu;

19.  Tağıyev Elman Allahyar oğlu, 01.02.1975, 2-ci dər, Ağstafa r-nu;

20.  Məmmədli Mehman Mehdi oğlu, 07.02.1995, 2-ci dər, Ağstafa r-nu;

21.  Novruzlu Baris Məsim oğlu, 01.02. 1995, 2-ci dər., Ağstafa r., Saloğlu qəs.;

22.  Hüseynov Kamil Dursunəli oğlu, 25.02.1994, 2-ci dər, Ağstafa r,;

23.  Əhmədli İlkin Nasir oğlu, 11.02.1992, 2-ci dər, Ağstafa, Həsənsu k.;

24.  Əhmədov Əmirxan Cahangir oğlu, 04.02.1964, 3-cü dər, Ağstafa r-nu;

25.  Qasımov Əfqan Şura oğlu, 06.02.1973, 3-cü dər, Ağstafa r-nu;

26.  Hüseynov Aqşin Biləndər oğlu, 02.02.1973, 3-cü dər, Ağstafa r-nu;

27.  Abbasov Fərhad Əli oğlu, 14.02.1996, 3-cü dər , Ağstafa r., Köçəsgər k.;

28.  Qarayev Bəhruz Qara oğlu, 26.02.1973, 3-cü dər , Ağstafa r-nu;

29.  Kazımov Pərvin Aqil oğlu, 20.02.1989, 3-cü dər, Ağstafa r, Tatlı k.;

30.  Orucov telman Etibar oğlu, 18.02.1999, 3-cü dər , Ağstafa r, Köçəsgər k.;

31.  Məmmədli Elçin Marif oğlu, 27.02.1992, 3-cü dər, Ağstafa r, Göyçəli k.;

32.  Rüstəmzadə Rüstəm Kamil oğlu, 06.02.1997, 3-cü dər, Ağstafa r, Göyçəli k.;

2022-02-01 11:47:00
1428 baxış

Digər xəbərlər

Qəhrəmanlar unudulmur! Ərəstun Mahmudov: Səmamızın şahini

Erməni millətçi-şovinistləri tarixi tоrpaqlarımız hesabına “Böyük Ermənistan” yaratmaq məqsədilə zaman-zaman azərbaycanlılara qarşı qanlı cinayətlər törədib, sоydaşlarımızı qətlə yetirib, etnik təmizləmə aparıb, ərazilərimizin bir hissəsini işğal ediblər. Nəticədə, dəfələrlə xalqımız ağır faciə və məşəqqətlərə məruz qalıb. Xalqın yaddaşında dərin iz buraxan, heç vaxt silinməsi mümkün olmayan, insanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələr törətmişlər. 1988-1994-cü illərdə təcavüzkar ermənilərin apardıqları işğalçılıq müharibəsi nəticəsində torpaqlarımızın 20 faizi zəbt edilmiş, 20 minədək azərbaycanlı şəhid olmuş, bir milyona yaxın həmvətənimiz doğma torpaqlarından qovulmuşlar. 28 il işğal altında qalan torpaqlarımızı 44 günlük Vətən müharibəsi zamanı böyük zəfərimizlə başa çatdı. Azərbaycan Ordusunun əldə etdiyi tarixi zəfər, uzun illərdən bəri düşmən tapdağı altında qalmış torpaqlarımızın işğaldan azad edilməsi ilk növbədə   Azərbaycan xalqının özünə inamını qaytardı, xalqın öz liderinə, onun gücünə etibarını daha da möhkəmləndirdi. Bu qələbəni qazanan  hər bir şəxs mərdliyin, cəsarətin zirvəsinə yüksəldikdə qəhrəmana çevrilir.  Onların qəhrəmanlığı gələcək nəsillərə örnək  olur. Hər birimizin bu örnək ömürlərə sonsuz ehtiramımız vardır. Azərbaycanın Milli Qəhrəmanı Ərəstun İsfəndi oğlu Mahmudov belə oğul , belə hərbçi olub, belə qəhrəman olub.O,səmamızın şahini qoruyucu mələyi xilaskarı olub. Vətənimizin başını  qara bulud alan zaman bir göz qıpımında Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə dinc əhalinin köçürülməsində, ərzaq və müəyyən ləvazimatlar çatdırıb.Mahmudov Ərəstun İsfəndi oğlu 23 fevral 1957-ci ildə İsmayıllı rayonunun Pirəbilqasım kəndində doğulmuşdur. Ailəsi ilə birlikdə Bakı şəhərinə köçmüşdür. Ərəstun 1974-cü ildə Bakının Nizami rayonundakı 220 saylı orta məktəbi bitirmişdir. 1975- ci ildə Leninqrad vilayətinin Vıborq şəhəri Mülki Aviasiya Məktəbinə daxil olmuşdur. 1978-ci ildə təhsilini başa vurub, Azərbaycan Hava Yollarının Zabrat Aviasiya Şirkətində texnik-mexanik kimi AN2 təyyarəsində əmək fəaliyyətinə başlamışdır. O, idmanın ağır atletika növü ilə məşğul olurdu. Azərbaycanda, keçmiş SSRİ məkanında və eləcə də bir sıra xarici ölkələrdə keçirilən mötəbər yarışların iştirakçısı olmuş, müxtəlif mükafatlara layiq görülmüşdür. 1989-cu ildə Omsk şəhərində ixtisasartırma kursu keçmiş, Mİ-2 vertolyotunun bortmexaniki olmuşdur. Ərəstun Mahmudov özünü işgüzar və aviasiya texnikasını yaxşı bilən mütəxəssis kimi tanıtmış və 1990-cı ildə Ukraynanın Kremençuq şəhərində növbəti ixtisasartırma kursuna göndərilmişdir. Bundan sonra o, Mİ-8 vertolyotunun bort-mexaniki təyin edilmişdir.Daha sonra o, Dağlıq Qarabağ və Ermənistanla həmsərhəd olan rayonlarda döyüş əməliyyatı keçirən ekipajın tərkibinə daxil edilmişdir. Ərəstun Mahmudov Mİ-8 vertolyotunun heyəti ilə dəfələrlə döyüş bölgələrinə ezam edilmiş, dinc əhalinin köçürülməsində, döyüş bölgələrinə ərzaq və müəyyən ləvazimatın çatdırılmasında yaxından iştirak etmişdir. 28 yanvar 1992-ci ildə Ağdam və Şuşa marşrutu üzrə yerli əhalini daşıyarkən Mİ-8 vertolyotu erməni yaraqlıları tərəfindən raketlə vurulur. Bütün heyətlə birlikdə Ərəstun Mahmudov qəhrəmancasına həlak olur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir. Ailəli idi. Üç övladı var. Azərbaycan Respublikası Prezidentinin 25 noyabr 1992-ci il tarixli 337 saylı fərmanı ilə Mahmudov Ərəstun İsfəndi oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir. Oxuduğu 220 saylı orta məktəb qəhrəmanın adını daşıyır. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.Qəhrəmanlar ölümü gözə alaraq vuruşur, Şəhidlik məqamına ucalırlar.Buna görə də onların heç birini unutmaq olmaz. Onlar bizim qürur mənbəyimizdir.                                                                     Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları   Təşkilatının sədri,                                                                 polkovnik      Cəlil Xəlilov

Hamısını oxu
Veteranlar haqqında sənədli film

Hamısını oxu
İkinci Dünya müharibəsi iştirakçısı 97 yaşlı Babakişi Fətullayev öz təqaüdündən 1000 manat orduya ianə edib.

97 yaşlı Babakişi Fətullayev bu addımı hər kəsə örnək olmaq üçün atıb.  O, ermənilərin dinc əhaliyə atəş açmasını pisləyib. “Almanlar Belarusu, Ukraynanı tutanda, bir nəfər də olsun dinc əhaliyə dəyməmişdilər. Bunlar vəhşidirlər”.

Hamısını oxu
Polkovnik: Ordu təhlükəsizliyin yeganə qarantıdır

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə Alyansın Hərbi Komitəsinin sədri admiral Cüzeppe Kavo Draqone ilə görüşüb. NATO-nun mənzil-qərargahında keçirilən görüşdə “Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində Azərbaycan-NATO tərəfdaşlığı və əməkdaşlıq perspektivləri müzakirə edilib. Qarşı tərəf Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu bir daha vurğulayıb, ölkəmizin Alyansın rəhbərlik etdiyi sülhə dəstək əməliyyatlarına töhfəsini, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rolunu yüksək qiymətləndirib.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov Sherg.az-a deyib ki, NATO ilə əməkdaşlıq Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Ekspert bildirib ki, Azərbaycan Vətən müharibəsindən sonra da öz Silahlı Qüvvələrini inkişaf etdirmək, onun modernləşdirilməsini daim diqqət mərkəzində saxlamağa qərar verib:    "Prezident cənab İlham Əliyev dəfələrlə çıxışlarındaa qeyd edib ki, biz bundan sonra da ordumuzun gücləndirilməsi, onun öz peşəkarlığını, maddi-texniki təchizatını daha da yaxşılaşdırması üçün əlimizdən gələni əsirgəməyəcəyik. Bu faktın özü Azərbaycan dövlətinin orduya, xalqın müdafiəsi və təhlükəsizliyinə necə böyük önəm verdiyini göstərir. Azərbaycanla NATO arasında əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan NATO-nun bir sıra layihələrində aktiv iştirak edib. Hərbçilərimiz dünyanın bir çox bölgələrində sülhyaratma missiyalarında iştirak ediblər. Azərbaycan bu gün də NATO ilə əməkdaşlığa mühüm önəm verir və bu istiqamətdə konkret addımlar atır. Ümumiyyətlə, bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan beynəlxalq hüquq normaları və qarşılıqlı hörmət prinsipləri əsasında bütün ölkələrlə əməkdaşlığa hazırdır. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycanın digər ölkələrlə əməkdaşlığı heç vaxt hər hansı üçüncü dövlətə qarşı yönəlməyib, digər bir ölkə üçün təhlükə yaratmayıb".    C.Xəlilov hesab edir ki, Azərbaycan-NATO münasibətlərinin inkişaf etdirilməsi zəruridir:  "Biz yaxın gələcəkdə bu istiqamətdə ciddi yeniliklərə şahid olacağıq. Çünki müasir dünyamızda artan təhdid və təhlükələr bizdən ordumuzun döyüş hazırlığını daim yüksək səviyyədə saxlamağı tələb edir. Uzun müddət davam edən erməni işğalı və bu işğala son qoyan 44 günlük Vətən müharibəsi sübut etdi ki, hər bir dövlətin təhlükəsizliyinin ən mühüm qarantı onun ordusudur. Bu səbəbdən Azərbaycanın da öz ordusunu inkişaf etdirməsi üçün dünyanın qabaqcıl dövlətlərinin cəmləşdiyi NATO ilə əməkdaşlığı dərinləşdirməsi vacibdir. Bu cür əməkdaşlıqlar bizə imkan verir ki, müasir hərbi yeniliklərdən daha operativ xəbər tutaq və bunları ordumuzda daha çevik şəkildə tətbiq edək".

Hamısını oxu