Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

AzTU regionda bir ilkə imza atdı

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Texniki Universiteti (AzTU) CDİO Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub. Bununla bağlı rektor Vilayət Vəliyev rəsmi feysbuk səhifəsində paylaşım edib.

Paylaşımda deyilir:

“Azərbaycan Texniki Universiteti (AzTU) iki illik yazışma və müzakirələrin nəticəsi olaraq yeni nəsil mühəndis hazırlığında qabaqcıl ənənələrin daşıyıcısı olan CDİO (Öyrən-Layihələndir-Reallaşdır-İşlət) Təşəbbüsü Universitetlər Şəbəkəsinə üzv qəbul olunub.

Bu münasibətlə kollektivimizi təbrik edir, CDİO üzvü olaraq yeni nəsil mühəndis hazırlığında uğurlar arzulayıram.

Massaçusets Texnologiya İnstitutu (MIT) təşəbbüsü ilə yaradılan CDİO ailəsinə 100-dən çox ən qabaqcıl texniki ali məktəb daxildir. AzTU regionda bu şəbəkəyə daxil olan ilk texniki universitetdir.

CDİO ailəsinə üzv qəbul olunmaq bizə dünyanın mühəndislik sahəsində zəngin ənənələrə malik universitetlərinin təcrübələrindən yararlanmaq imkanı yaradacaq. Bu, eyni zamanda universitet-sənaye işbirliyinin reallaşması üçün təhsil proqramlarının köklü dəyişdirilməsinə vəsilə olacaq. Çünki bugünkü mühəndislər praktiki bilik-bacarıqları yüksək olan, komandada işləməyi bacaran, yaradıcı mütəxəssislər olmalıdırlar.

AzTU ailəsinin bu yolda bütün imkanlarını səfərbər edəcəyinə və yüksək nəticələr qazanacağına inanıram. CDİO ailəsinin üzvü olaraq kollektivimizə uğurlar arzu edirəm!” 

 

2022-02-18 11:42:00
1301 baxış

Digər xəbərlər

Prezident və xanımı Yasamalda yeni salınacaq meşə tipli parkla tanış olub

Avqustun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Yasamal rayonunda salınacaq meşə tipli yeni parkda görüləcək işlərlə tanış olublar. Publika.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya parkda görüləcək işlər barədə məlumat verib. video  

Hamısını oxu
“Heydər Əliyev və Neft strategiyası “adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 15 sentyabr 2021-ci il tarixində Şabran rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və Sumqayıt, Zaqatala, Şamaxı rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə “Əsrin Müqaviləsi”nin 27-ci il dönümü ilə əlaqədar “Heydər Əliyev və Neft strategiyası “adlı tədbir keçirilmişdir.   Tədbirdə Millət vəkilləri Sadiq Qurbanov və Tamam Cəfərova, Gənclər və İdman İdarəsinin rəisi Süleyman Əliməmmədov, XRMİ-nin Şabran rayon üzrə Nümayəndəsi Xalidə Əsgərova,YAP Şabran rayon təşkilatının Aparat rəhbəri Tahirə İbrahimova, Gəndov kənd məktəbinin direktoru Samirə Baladadaşova ,rayonlarda olan Mədəniyyət müəssisələrinin rəhbər və əməkdaşları,təhsil müəssisələrinin nümayəndələri iştirak etmişdir. İlk öncə tədbiri giriş sözü ilə Mərkəzin direktoru Təvəkgül Əliyev açmış ,o çıxış edərək bildirmişdir ki, Heydər Əliyevin müəllifi olduğu neft strategiyası bu gün müstəqil dövlət kimi Azərbaycanın öz milli sərvətinin sahibi olmasının, iqtisadiyyatımızın dünya iqtisadiyyatına qovuşmasının, ölkəmizin 90-cı illərin əvvəlində başlanmış siyasi, iqtisadi və sosial böhranlardan çıxaraq dirçəlməsinin və ən əsası XXI əsrin astanasında yüksək inkişaf etmiş, möhkəm, demokratik Azərbaycan dövlətinin yaranmasının rəmzidir.   Daha sonra Millət vəkili Sadiq Qurbanov “Zəfər yolumuz əsrin müqaviləsindən başlandı” mövzusunda çıxış etdi. Sadiq müəllim qeyd edərək bildirdi ki, 20 sentyabr 1994-cü ildə baglanmış olan “Əsrin müqaviləsi” Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən və müdrik siyasətinin nəticəsi idi. Bu gün bu siyasət Möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən ugurla davam etdirilir.   Millət vəkili Tamam Cəfərova çıxış edərək bildirmişdir ki,xalqımızınÜmumilli lideri Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və beynəlxalq aləmdə yüksək qiymətləndirilimiş”Əsrin müqaviləsi” respublikamızın salnaməsinə qızıl hərflərlə həkk olunub. Dahi şəxsiyyət çox gözəl anlayırdı ki,görülən bütün bu nəhəng işlər gələcəkdə Azərbaycanın iqtisadi müstəqilliyinin əsasının təşkil edir.Tarix onun haqlı oldugunu sübut etdi.   Sonda Sumqayıt Heydər Əliyev Mərkəzinin direktoru Vüsalə Qurbanova ,Zaqatala Heydər Əliyev Mərkəzinin direktoru Famil Rəhimov, Şamaxı Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış etmişlər.  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri dövlət başçısını təbrik edib

Veteran.gov.az xəbər verir ki, Azərbaycan Respublikasının Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı, Prezident təqaüdçüsü  Fatma Səttarova dövlət başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:   “Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!   Sizin qətiyyətli rəhbərliyinizlə Qarabağda təxminən otuz il davam edən işğala 44 gün kimi qısa müddətdə son qoyulub. Bu, təkcə bizim üçün deyil, bütün türk dünyası üçün böyük əhəmiyyət daşıyır.   Sizi, ərazilərimizin işğaldan azad edilməsini və ərazi bütövlüyümüzün bərpasını təmin edib türk birliyinə mühüm töhfə verərək bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi qələbəyə görə Türkdilli ölkələrin Dövlət Başçıları Şurası tərəfindən “Türk Dünyasının Ali Ordeni” ilə təltif edilməyiniz münasibətilə ürəkdən təbrik edirəm.    Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda, bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yol da açılıb.   Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan!   Sizi bir daha təbrik edirəm. Sizə möhkəm cansağlığı, uzun ömür və Vətəmiz Azərbaycan naminə çətin və şərəfli ali xidmətinizdə yeni uğurlar arzulayıram.   Respublikamızın çoxsaylı veteranları Sizin onlara göstərdiyiniz yüksək qayğı və diqqəti daim məmnunluq hissi ilə qəbul edirlər və Sizə bir daha öz dərin təşəkkürlərini bildirirlər”.   

Hamısını oxu
Nərimanovda Aprel döyüşlərinin şəhidlərinin xatirəsinə həsr edilən mini futbol turniri keçiriləcək

Turnirin təşkilatçısı Nərimanov Rayon Gənclər və İdman İdarəsidir   Veteran.gov.az xəbər verir ki, 17 sentyabr 2021-ci il tarixdə saat 10:00-da Nərimanov rayonunda, Qafur Rəşad küçəsində yerləşən mini futbol stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən Aprel döyüşləri şəhidləri polkovnik-leytenant Sənan Axundovun, mayor Rasim Məmmədovun, əsgərlər Mahir Mirzəyevin, Fəxrəddin Qurbanlının və Mahir Quliyevin xatirələrinə həsr edilmiş mini futbol turniri keçiriləcək.   Məlumat üçün qeyd edək ki, Nərimanov Rayon Gənclər və İdman İdarəsi tərəfindən həyatını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban verən şəhidlərin xatirəsinə mütəmadi şəkildə idman turnirləri, müsabiqə və digər tədbirlər keçirilir, yüzlərlə yeniyetmə və gəncin bu tədbirlərdə iştirakı təmin olunur.  

Hamısını oxu