Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Məmurlar həssas kateqoriyadan olan vətəndaşların yanında olmalıdır”

Arzu Nağıyev: “Bu, dövlət başçısının onların qarşısında qoyduğu əsas tapşırıqlardan biridir”

 “Şəhid ailələrinin, qazilərin sosial problemlərinin həllində Heydər Əliyev Fondu mühüm rol oynayır”

 Dünən Prezident İlham Əliyev yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən Vətən müharibəsi iştirakçılarının məşğulluq probleminin həllinə diqqət çəkib, dövlət qurumlarının işə qəbul zamanı ilk öncə bu cür şəxslərə üstünlük verməsinin vacibliyini vurğulayıb.

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Arzu Nağıyev dövlət başçısının həssas kateqoriyadan olan vətəndaşlarla bağlı bütün məmurlar, o cümlədən icra başçıları qarşısında konkret vəzifələr qoyduğunu, hər kəsin bu vəzifələrin icrasına mühüm diqqət yetirməsinin vacibliyini qeyd edib:

“Dövlət başçısı yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən onlara vətəndaşlarla, xüsusilə də həssas təbəqənin nümayəndələri ilə geniş təmas qurmağı tapşırdı. Birmənalı şəkildə müharibə iştirakçılarının, qazilərin, şəhid ailələrinin yanında olmağın vacibliyini vurğuladı. Cənab prezident bu açıqlaması bir daha göstərdi ki, icra başçılarının, məmurların həssas təbəqənin nümayəndələri ilə davamlı ünsiyyət halında olması, onların qayğıları ilə maraqlanması, onlara yardım göstərməsi dövlət başçısı səviyyəsində qarşıya qoyulan bir vəzifədir. Prezidentimizin açıqlamasında dövlətimizin Vətən müharibəsi qazilərinə olan diqqət və qayğısı öz əksini tapmaqdadır.

 

44 günlük müharibənin qələbə ilə başa çatmasında qazilərimizin rolu danılmazdır. Eyni zamanda, qələbənin əsas meyarı Ali  Baş Komandan, onun qətiyyəti, Azərbaycan xalqının fədakarlığı, ordumuzun rəşadəti, insanlarımızın vəhdətidir. Biz şəhidlərimizin qəhrəmanlığı sayəsində bu qələbəni əldə etmişik. Biz bütün bunların sayəsində illərlə arzusunda olduğumuz ərazi bütövlüyümüzə nail olmuşuq. Buna görə də məmurların şəhid ailələri, müharibə əlilləri, qazilərlə mütəmadi təmas qurması, onlara qayğı göstərməsi vacibdir.

Qürurvericidir ki, bu istiqamətdə ciddi işlər aparılır. Icra hakimiyyətində bu kateqoriyadan olan vətəndaşlarımızla iş üzrə müvafiq şöbələrin yaradılması, onların sosial rifahının daha da yaxşılaşdırılması istiqamətində mühüm layihələrin həyata keçirilməsi və s. kimi çoxsaylı addımlar buna nümunədir. Bu məsələdə Heydər Əliyev Fondunun xidmətləri də olduqca böyükdür. Şəhid ailələrinin, qazilərin sosial məsələlərlə bağlı problemlərinin həllində Heydər Əliyev Fondu mühüm rol oynayır.

Düşünürəm ki, dünənki videomartdakı qəbulda səsləndirilən fikirlər dövlətimizin həssas təbəqədən olan vətəndaşlarımıza nə qədər böyük önəm verdiyini göstərir. Hesab edirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, onun yerlərdəki müvafiq strukturları icra hakimiyyətləri ilə birlikdə koordinasiyalı fəaliyyət ortaya qoymalıdır. Hər bir qurum öz səlahiyyətləri və imkanları çərçivəsində həssas kateqoriyadan olan vətəndaşlarımızın yanında olmalıdır. Dünən yeni təyin olunmuş icra başçılarını videoformatda qəbul edərkən dövlət başçısının verdiyi əsas tapşırıqlar da bundan ibarət idi”.

Seymur ƏLİYEV

2022-02-19 12:12:00
1166 baxış

Digər xəbərlər

Ərəstun Mehdiyev: Tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik

Sankt-Peterburqdakı B.Yeltsin adına Prezident Kitabxanasında Böyük Vətən müharibəsində Leninqradın blokadadan tam azad edilməsinin 75-ci ildönümünə həsr olunmuş “Birlikdə qazanılan böyük qələbə” mövzusunda beynəlxalq forum keçirilib. AZƏRTAC xəbər verir ki, Avrasiya Tədqiqatları Fondu, “Şimal-Cənub” Politologiya Mərkəzinin MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) dəstəyi ilə təşkil etdikləri foruma 250-dən çox iştirakçı, o cümlədən Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyevin rəhbərliyi ilə ölkəmizdən geniş tərkibli nümayəndə heyəti qatılıb. Tədbirin açılışında Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı təbrik məktubu oxunub. Forumun plenar iclasında Sankt-Peterburqun qubernatoru vəzifəsini icra edən Aleksandr Beqlov, Rusiya Prezidentinin beynəlxalq humanitar əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və başqaları çıxış edərək keçmiş sovet respublikaları xalqlarının Böyük Vətən müharibəsində nümayiş etdirdikləri birlik və şücaətdən danışıblar. Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev çıxışında qeyd edib ki, Leninqradın müdafiəsi Böyük Vətən müharibəsinin qəhrəmanlıq səhifələrindən biridir. Leninqradın müdafiəçiləri dünyaya görünməmiş yenilməzlik və fədakarlıq nümayiş etdiriblər. Ərəstun Mehdiyev Azərbaycanın alman faşizminin darmadağın edilməsinə layiqli töhfə verdiyini, 700 minə yaxın azərbaycanlının düşmənə qarşı mərdliklə vuruşduğunu, cəbhə üçün lazım olan yanacağın 80 faizinin Bakı neftçiləri tərəfindən təmin edildiyini vurğulayıb. Diqqətə çatdırıb ki, azərbaycanlı əsgər və zabitlər bütün cəbhələrdə, o cümlədən Leninqrad cəbhəsində rəşadətlə vuruşublar. “Həlak olmuş həmvətənlərimizin xatirəsi əbədiləşdirilib, Piskaryov məzarlığında onların xatirə lövhəsi qoyulub. Leninqradın blokadası dövründə baş vermiş bir hadisəni də xatırlamaya bilmirəm. Müharibənin ən qızğın dövründə, 1941-ci ildə Leninqradda, Ermitajda dahi Azərbaycan şairi Nizami Gəncəvinin 800 illik yubileyi qeyd olunmuşdu. Bu, peterburqluların zəngin daxili aləminin və nəcibliyinin daha bir nümunəsidir”, - deyə Ərəstun Mehdiyev bildirib. O xatırladıb ki, bu gün Leninqrad blokadasının şahidləri dünyanın müxtəlif ölkələrində yaşayırlar. Onların arasında taleyini Azərbaycana bağlayanlar da var. Lakin zaman durmadan irəliləyir və təəssüf ki, indi Azərbaycanda blokadanın cəmi 9 şahidi qalıb. Ölkəmizdə müharibə veteranlarına daim xüsusi qayğı ilə yanaşılır. Qələbə bayramı ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə müharibə veteranlarına, blokada dövrünü yaşamış Leninqradın müdafiəçilərinə birdəfəlik müavinətlər ödənilir, “Əbədi alay” aksiyası və digər tədbirlər keçirilir. Ərəstun Mehdiyev təəssüflə qeyd edib ki, son illər müxtəlif ölkələrdə Böyük Vətən müharibəsində sovet xalqının fədakarlığı haqqında həqiqətləri təhrif etmək, nasizmə, faşist cəlladlarının havadarlarına bəraət qazandırmaq meyilləri ilə üzləşirik. O deyib: “Bu, yolverilməzdir. Biz səylərimizi birləşdirib, tarixin saxtalaşdırılması halları ilə mübarizə aparmalı, Qələbənin əhəmiyyətini kiçiltmək, tarixi yenidən yazmaq cəhdlərini qəti şəkildə pisləməliyik”.   Fəridə Abdullayeva

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, kinodramaturq Rüstəm İbrahimbəyovun vəfatı ilə bağlı başsağlığı verib. Başsağlığında deyilir:   “Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq böyük kinodramaturq, ölməz sənət əsəri olan “Günəşdən usanmışlar” filmi  ilə ölkəmizə “Oskar” qazandıran Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı veririk. Azərbaycan kinosunda özünəməxsus iz qoyan Rüstəm İbrahimbəyov fiziki olaraq aramızdan ayrılsa da, onun filmləri həmişəlik sadəcə ölkəmizin deyil, bütövlükdə dünya kino xəzinəsinin ən dəyərli nümunələrindən biri olaraq qalacaq, insanları düşündürməkdə, onları ülviliyə, nəcibliyə, xeyirxahlığa səsləməkdə davam edəcəkdir. Bir daha böyük sənətkarımıza rəhmət diləyir, doğmalarına səbr arzulayırıq. Allah rəhmət eləsin!”  

Hamısını oxu
Space kanalı "Səhər" verilişi

Hamısını oxu
“8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydın dərk olunur”

“Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əlyevin rəhbərliyi altında əldə etdiyi 8 Noyabr zəfərinin hərbi-siyasi və tarixi önəmi hər ötən gün daha aydn dərk olunmaqdadır”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 8 Noyabr zəfəri üçün ən xarakterik xüsusiyyətlərdən biri bu zəfərin parlaq və mübahisəsiz olmasıdır: “Prezident İlham Əliyev Şuşanın Böyük Qaladərəsi kəndinə səfəri zamanı sakinlərlə görüşündə 44 günlük Vətən müharibəsindən və 8 Noyabr zəfərindən bəhs etdi. Dövlət başçısı bir daha qeyd etdi ki, nə 44 günlük Vətən müharibəsindən əvvəl, nə də sonra bu qədər aydın, mübahisəsiz qələbə olmayıb. Həqiqətən də, bu gün müasir dünyamıza baş verən hərbi qarşıdurmalara, müharibə və münaqişələrə nəzər salsaq görərik ki, ən böyük, ən güclü dövlətlər belə mütləq qələbə əldə edə bilmir. Bu gün dünyamızın ən qüdrətli dövləti hesab edilən ABŞ belə İranla müharibədə mübahisəzis zəfər əldə edə bilmədi. Bu səbəbdən də hər iki tərəf – həm İran, həm də ABŞ bu müharibədə qalib gəldiklərini iddia edir və hər bir tərəf də öz iddiasını müxtəlif arqumentlərlə isbatlamağa çalışır. Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbə isə aydın, bənzərsiz və prinsipialdır. Bu, o qədər aşkar qələbədir ki, bunu hər hansı arqument, əlavə izah vermədən də birbaşa müşahidə etmək, görmək mümkündür. Bu fakt bir daha sübut edir ki, Azərbaycan Ordusunun, Azərbaycan xalqının Prezident İlham Əliyevin liderliyi ilə əldə etdiyi 8 Noyabr zəfəri həqiqətən də təkrarsız qələbədir və bu qələbə hər zaman belə də xatırlanacaqdır. Onu da qeyd edim ki, Azərbaycan xalqı, eləcə də veteranlarımız 44 günlük Vətən müharibəsində olduğu kimi, bu gün də Müzəffər Ali Baş Komandanın yanındadır və zərurət yaranarsa bu zəfəri yenidən təkrarlamağa hazırdırlar”. Seymur ƏLİYEV

Hamısını oxu