Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Niyazi Bayramov 100 yaşlı qəhrəman veteranımızı təbrik edib

Böyük Vətən Müharibəsi zamanı alman faşistlərinə qarşı döyüşə Azərbaycandan 350 mindən artıq insan yola salınıb və böyük əksəriyyəti müharibədən qayıtmayıb. Lakin onların sırasında ağır döyüş yolu keçərək Vətənə qayıtmağı bacaran gəncəli Tofiq Hüseynov bu gün (fevralın19-u-red) 100 yaşını qeyd edir. Bununla əlaqədar olaraq, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov 100 yaşlı veteranı ziyarət edib.

Gəncə şəhər Veteranlar təşkilatının sədri Yusif Məmmədovun da iştirak etdiyi görüş zamanı Tofiq Hüseynovun keçdiyi döyüş yolundan və bir əsrə bərabər olan həyatından bəhs olunub. Niyazi Bayramov bildirib ki, 100 yaşı olmasına baxmayaraq o, yenə ictimai fəallıqla məşğuldur. Belə ki, Tofiq Hüseynov hazırda Gəncə şəhər Nizami rayon Veteranlar Təşkilatının sədri vəzifəsində çalışır. Şəhər rəhbəri qocaman qəhrəmanı 100 illik münasibətilə təbrik edərək, ona cansağlığı arzulayıb.

Tofiq Hüseynov göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə edib. O bildirib ki, həyatında ən böyük arzusu Zəfər bayramında iştirak etmək olub. 2020-ci il 8 Noyabr tarixində bu arzusuna çatdığı üçün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə və Rəşadətli Ordumuza dərin təşəkkürünü bildirib.

Daha sonra Niyazi Bayramov Tofiq Hüseynovu Gəncə şəhərinin ictima-siyasi həyatında səmərəli fəaliyyəti və 100 illik yubileyi münasibətilə Fəxri Fərmanla təltif edib. Bununla yanaşı, veterana Ad günü münasibətilə şəhər rəhbərliyi tərəfindən müxtəlif hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Hüseynov Tofiq Paşa oğlu 24 fevral 1922-ci il tarixində Gəncə şəhərində anadan olub. 1941-ci ildə 18 yaşı olanda Qori şəhərində hərbi təlimlərə qatılıb, Kazak polkunun 45-ci qvardiyasında süvari kimi xidmətə başlayıb. At belində Avropanın 4 ölkəsində onlarla şəhərin alman işğalçılarından azad olunmasında xüsusi igidlik göstərib. Tofiq Hüseynov xidməti dövründə 20 medalla təltif olunub. Uzun müddət Gəncə Şəhər Mərkəzi Mədəniyyət Evinin direktoru, Uşaq Yaradıcılıq Mərkəzinin rəhbəri vəzifələrində çalışıb.

 

2022-02-20 11:02:00
1445 baxış

Digər xəbərlər

"SOS" MMC fəaliyyətinə dair hesabat tədbiri keçirib

Peşəkar mühafizə xidməti “Security Operation Services” MMC 31.01.2025-ci il tarixdə xidməti fəaliyyətin yekunlarına dair hesabat-məruzə keçirmişdir.  Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında baş tutan tədbirdən öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra “Security Operation Services” MMC-nin direktoru Anar Məmmədov tədbirə dəvət olunan qonaqları salamlayıb, bu dövr ərzində rəhbəri olduğu təşkilatın uğurlarından, nailiyyətlərindən söz açmış, dövlət əhəmiyyətli sosial layihələri istiqamətində görülən işlərin önəmini diqqətə çatdırmışdır.  Ardınca MMC-nin direktorunun müşaviri xidməti fəaliyyətin nəticələrinə dair iştirakçılara, qonaqlara məlumat vermiş, cəmiyyət tərəfindən hesabat dövrü ərzində görülmüş işlər və sosial layihələri əks elətdirən videoçarx nümayiş olunmuşdur.  Bundan sonra A. Məmmədov dəvət olunan qonaqlar - millət vəkili Vüqar Rəhimzadəni, SOCAR-ın Baş ofisinin şöbə rəisi Cavad Tınayevi, Təhlükəsizlik idarəsinin rəis müavini Şaiq Osmanovu, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Cəlil Xəlilovu, SOCAR "Downstream Management" (SDM) nümayəndəsi Tural Səfərlini, portnyorlardan "Rabitəban"kın şöbə müdürü Nəbi Əhmədovu, “AzPolitika.info” saytının rəhbəri Elnur Məhərrəmlini, “Gününs.info” saytının rəhbəri Pərviz Həşimlini hesabat dövrü ərzində birgə əməkdaşlığa görə xüsusi plaketlə təltif etmişdir.  Tədbirin sonunda A.Məmmədov və C.Xəlilov tərəfindən üzvülüyə yeni qəbul olunmuş vətən müharibəsi iştirakçıları olan mühafizəçilər - Əliyev Mehman Mayıl oğluna, İsgəndərov Pərvin Qorxmaz oğluna, İsmayılov Qurbanəli Çingiz oğluna Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının vəsiqələri təqdim edilmişdir.  Hesabat dövründə xidməti fəaliyyəti nəzərə alınmaqla MMC-nin 15 saylı komandası ilin komandası seçilmiş, 28 dekabr "Vəkil günü" ilə əlaqədar əməkdaşlardan müşavir Şücaəddin Bağırov, "veteranlar təşkilatı ilə sıx əməkdaşlığa" görə Mürsəl Süleymanov, Fərid Həsənov, "səmərəli fəaliyyətinə" görə idarəetmə aparatı üzrə Natiq Əliyev, Niyazi Cəfərov, xidmət sahəsinin növbətçiləri Fuad Məmmədli, Xanlar Nəsirov, komanda rəisinin müavinləri Ülfət Süleymanov, Cavanşir Babayev, Müşfiq Tağıyev, Məmməd Abdullayev, Toğrul Hacızadə, növbə rəisləri Dövlət Dövlətzadə, Nuran Bünyadlı, Orxan Bağırov, Kənan Atayev, Orxan Məmmədov, Ehtiram Cahangirov, mühafizəçilər Faiq Qasımov, Tərlan Qəniyev, İman Quliyev, Cəmil Quliyev, Emil Nuriyev, Pərvin Mehdizadə, Röyal Rzayev, Anar Həsənov, Adil Abbasov və Rövşən Əliyev fəxri fərmanlarla təltif olunmuşdurlar.  

Hamısını oxu
Bu gün Tamerlan Əliyevin doğum günüdür

Hamısını oxu
Ordumuzun qüdrətini artıran xalq-ordu birliyidir

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür. Ordunun yaranması və  quruculuğu sahəsində əhəmiyyətli addımlar Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf etsə də, Cümhuriyyətin süqutundan  sonra ölkəmizdə ordu quruculuğu prosesi dayandı. Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində ölkəmizdə hərbi kadrların hazırlanması prosesi başlandı. Ümummilli liderin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda dövlət-xalq-ordu birliyini formalaşmışdır. Bu birliyin nəticəsi İkinci Qarabağ müharibəsində öz təsdiqini tapdı. Ölkə Prezidentinin bir çağırışı ilə minlərlə insan səfərbərlik xidmətlərinə müraciət edərək könüllü cəbhəyə getməyə hazır olduqlarını bildirdilər. İkinci Qarabağ Müharibəsi zamanında Azərbaycan Ordusunda bir dənə də fərari olmayıb. Yaralı əsgər və zabitlərimiz hərbi hospitallarda, xəstəxanalarda həkimlərdən xahiş edirdilər ki, bizi tezliklə sağaldın, biz qayıdaq döyüş meydanına, biz öz missiyamızı başa vurmalıyıq. Bu gözəl nümunə Xalq-ordu birliyinin ən bariz nümunəsidir. Vətən müharibəsində xalq-ordu birliyinin nümayişi olaraq insanlar ordumuzla həmrəylik nümayiş etdirdi, öz şəxsi təsərrüfatlarında yetişdirdikləri məhsullardan ordumuza dəstək göstərdilər. Xalq-ordu həmrəyliyi 44 gün davam edən Vətən müharibəsində ölkəmizə qələbə qazandırdı, Azərbaycan torpaqları işğaldan azad edildi. Bu gün ölkəmizdəki həmrəylik həm də dövlətimizin inkişafının, insanların vətənpərvərliyinin göstəricisidir. Ona görə də birliyimiz, həmrəyliyimiz hər il daha da möhkəmlənməli, hər kəs harada işləməsindən, xidmət etməsindən asılı olmayaraq ölkənin inkişafı, tərəqqisi üçün səy göstərməli, müstəqilliyimizin qorunması naminə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “Qələbə qazanmışıq və bu Qələbə ölkəmiz üçün yeni dövr açır. Bu dövr inkişaf, təhlükəsizlik və tərəqqi dövrü olacaqdır". Müstəqil Azərbaycan dövlətinin əbədiliyi ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin, xalqımızın bu günü və gələcəyi naminə göstərdiyi misilsiz xidmətləri sayəsində mümkün olmuşdur. Ulu öndərimiz ordu quruculuğuna xüsusi diqqət yetirmiş, onun müdrikliyi və uzaqgörənliyi sayəsində Silahlı Qüvvələrin müasir texnika və silahlarla təchiz olunması, ordunun zabit kadrları ilə komplektləşdirilməsi, hərbi hisələrin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, hərbi intizamın möhkəmləndirilməsi sahəsində mühüm nailiyyətlər əldə olunmuşdur. Bütün bunlar ölkəmizin Prezidenti, Ali Baş Komandanımız cənab İlham Əliyevin ulu öndərimizin siyasətini uğurla davam etdirməsinin bəhrələridir. Sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində öz gücünü bütün dünyaya göstərən Azərbaycan ordusu şanlı zəfər tarixi yazdı. Böyük qürurla və iftixar hissi ilə bildirmək istəyirəm ki, Azərbaycan Ordusunun hərbçiləri də Qarabağda gedən hərbi əməliyyatlarda böyük şücaət göstərmiş, torpaqlarımızın işğaldan azad olunması üçün canlarından keçərək şəhidlik zirvəsinə yüksəlmiş, qazi olmuşlar. II Qarabağ müharibəsi zamanı istifadə olunan döyüş taktikası dünya hərb tarixində yenilik hesab olunur və müvafiq ali hərbi məktəblərin dərsliklərinə salınaraq öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqonun rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilməsi zərurətini qeyd edirlər.  Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən ordumuzun madi-texniki bazasının gücləndirilməsi yanaşı, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilir. Dillərdə dastan olan "Dəmir yumruq” Azərbaycan xalqının və xalq-ordu birliyin rəmzidir. Vətən Müharibəsi zamanı Azərbaycan xalqı yumruq kimi birləşdi. Bu birlik gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Dövlətin gücü Azərbaycan xalqının dəstəyindədir. Dövlət siyasəti xalq tərəfindən dəstəklənir və bu siyasətə böyük inam var. Müharibə və onun nəticələri bir daha xalq-iqtidar-ordu birliyini və qarşılıqlı inamı nümayiş etdirdi.   Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
Hərbi Prokurorluqda əsgərin ölüm faktı üzrə araşdırma aparılır

Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan Veteran.gov.az-a verilən məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Cəfərov Əli Vahab oğlunun xəstəlikdən müalicə olunduğu Hospitalda 15.12.2025-ci il tarixdə vəfat etməsi faktı əsasında Bakı hərbi prokurorluğunun əməkdaşları tərəfindən müvafiq istintaq hərəkətləri aparılmış, ölümün səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunmuş, eləcə də digər prosessual tədbirlər icra edilmişdir.  Faktla bağlı hazırda araşdırma davam etdirilir. Seymur ƏLİYEV

Hamısını oxu