Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir

Veteran.gov.az xəbər verir ki, Mənəvi Dəyərlərin Təbliği Fondu sosial şəbəkə (Facebook, İnstagram, TikTok, Youtube) istifadəçiləri arasında “Bizi ucaldan dəyərlər” adlı müsabiqə elan edir. Müsabiqənin əsas məqsədi milli-mənəvi, eləcə də ümumbəşəri dəyərlərin tanıdılması və sosial şəbəkələr vasitəsilə təbliğ edilməsidir.

Müsabiqənin formatı: Müsabiqəyə Fond tərəfindən müəyyən edilmiş mövzular əsasında paylaşılan video formatlı statuslar qəbul ediləcək. Mövzunu tam əhatə edən, tutarlı, kreativ paylaşımlar müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Komissiya tərəfindən dəyərləndirilərək mükafatlandırılacaq.

Mövzular: • yaxşılıq • doğruluq • vətənpərvərlik • dini dəyərlər • ailə dəyərləri • əxlaq • dostluq

Müsabiqə şərtləri: • Video status yalnız Azərbaycan dilində olmalıdır • Video status əhatəli, tutarlı, kreativ olmalıdır • Videonun müddəti 2 dəqiqədən çox olmamalıdır • Paylaşılan video orijinal olmalı və sosial şəbəkə istifadəçisinin özünün iştirakı ilə çəkilməlidir • Paylaşılan statusda #mənəvidəyərlər həştəqi mütləq qeyd olunmalıdır • Sosial şəbəkə istifadəçisi müəyyən edilmiş mövzulardan yalnız birini seçə bilər • Sosial şəbəkə istifadəçisi seçdiyi mövzuda yalnız bir video paylaşa bilər • Müsabiqədə yalnız 16 mart – 16 may 2022-ci il tarixləri ərzində Facebook, İnstagram, TikTok və ya Youtube sosial şəbəkəsində paylaşılan video statuslar iştirak edəcək .

QEYD: Müsabiqə çərçivəsində hazırladığınız videonu paylaşdıqdan sonra videonun orijinalını və paylaşım linkini mdtf.press@gmail.com ünvanına göndərməyiniz xahiş olunur. Mükafat: I yer - 1000 AZN II yer - 700 AZN III yer - 500 AZN Həvəsləndirici mükafat – 300 AZN (5 nəfər) Müsabiqənin müddəti: 16 mart – 16 may 2022-ci il Əlaqə: Tel: (012) 464-92-55; Mob: (055) 629-62-60 Fax: (012) 464-92-57 E-mail: mdtf.press@gmail.com Ünvan: Bakı şəhəri, Tblisi pr. 35 (ASK Plaza 4-cü mərtəbə)

 

2022-03-18 11:17:00
1116 baxış

Digər xəbərlər

Cəlil Xəlilov: beynəlxalq konfransda Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırırıq

“Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransda 20-dən çox ölkənin veteranlar təşkilatlarının rəhbərləri, Dünya Veteranlar Federasiyasının prezidenti Dan-Viqqo Berqtun iştirak edir. Konfransda beynəlxalq təhlükələrə qarşı mübarizə mövzusu müzakirə olunur. Tədbirdə Azərbaycanın üzləşdiyi erməni faşizmi təhlükəsinə qarşı mübarizə yollarını müəyyənləşdirir, beynəlxalq təşkilatları Azərbaycan həqiqətləri barədə məlumatlandırırıq. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qurumun yaradılmasının 30 illiyinə həsr olunan “Müasir dünyada təhlükəsizlik: qlobal və regional çağırışlar” mövzusunda beynəlxalq konfransla bağlı jurnalistlərə müsahibəsində deyib. C.Xəlilov deyib ki, Ermənistan beynəlxalq təşkilatların çağırışlarına, qəbul etdikləri qərar və qətnamələrinə məhəl qoymadan Azərbaycan Respublikasının ərazilərinin 20 faizini işğal atlında saxlayır. Biz bu tədbiri keçirməklə həm də beynəlxalq təşkilatları bu barədə məlumatlandırırıq. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə bir daha çatdırılmasına kömək etmələri üçün onların imkanlarından istifadə edirik. Beynəlxalq təşkilatların Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün Ermənistana təzyiq göstərməsinə kömək göstərilməsini istəyirik. Konfransın sonunda bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul ediləcək.

Hamısını oxu
“Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilib

Veteran.gov.az xəbər verir ki, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı, Mənəvi Dəyərlərin Təbliği Fondunun Dəstəyi ilə “Zəfər yolu” layihəsi çərçivəsində Azərbaycan universitetlərinin tələbələri arasında “Vətənim Azərbaycandır!”adlı esse yazı müsabiqəsinə start verilir. Müsabiqə Vətən müharibəsinin 1-ci ildönümünə həsr edilir və 3 mövzunu əhatə edir.   Müsabiqə 25 oktyabr 2021-ci il tarixinədək həyata keçiriləcəkdir.   Qaliblər pul mükafatı ilə mükafatlandırılacaqdır.    

Hamısını oxu
Mehriban Əliyeva xalqı təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə paylaşım edilib Publika.az-ın məlumatına görə, paylaşımda deyilir: "Hörmətli həmvətənlər! Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!

Hamısını oxu
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Balet, ömrüm mənim” filmi nümayiş olunub

Veteran.gov.az xəbər verir ki, 19 sentyabr, festivalın ikinci günü, Ü.Hacıbəyli adına BMA nəzdində Opera Studiyasının səhnəsində görkəmli baletmeyster, Azərbaycan Respublikasının xalq artisti Rəfiqə Axundovanın 90 illiyinə həsr olunmuş  “Balet, ömrüm mənim” sənədli filminin nümayişi baş tutdu. “Dublyaj” kinostudiyasında çəkilən bu sənədli filmin rejissoru Gülər Tokgöz, ssenari müəllifi musiqişünas Rəhliə Abbasova, operatoru Emin Hüseynov, montaj rejissoru Etibar Həsənov, prodüserləri Qafar Məcidov və Aysel Rəcəblidir.   Filmin göstərilişindən əvvəl Rəhilə Abbasova, filmin bir ssenari müəllifi və auditoriyanı xoş ovqata kökləyən bir natiq qismində çıxış edərək, filmin çəkiliş ideyası, prosesi və  bu yaradıcı işdən alınan təəssüratlarını bölüşdü.   “Balet, ömrüm mənim” filmi Azərbaycan balet sənətinin müasir ənənələrinin təməl daşlarını qoymuş iki görkəmli sənətkar və ustad – Rəfiqə Axundova ilə Məqsud Məmmədovun həyat və yaradıcılıq yolunu işıqlandırır. Hər iki artistin uşaqlıq çağları, musiqi və balet təhsili, ilk müəllimlər və tamaşalar, müxtəlif illərdə çalışıb birlikdə işlədikləri baletlər – “Yeddi gözəl”, “İldırımlı yollarla”, “Məhəbbət əfsanəsi”,  “Babək”, “Muğam”, “Xəzər balladası” balet tamaşalarından söz açılıb fraqmentlər göstərildi. Azərbaycan balet sənətinin görkəmli və parlaq ulduz alyansını təşkil edən bu artistlərin sənət dostları, həmkarları – Qara Qarayev, Vladimir Vasilyev, Yuriy Qriqoroviç, Mixail Lavrovskiy, Vyaçeslav Qordeyev, Yaroslav Sex, yazıçı Anar, xalq rəssamı Tahir Salahov, xalq artistləri - dirijor  Rauf Abdullayev, Fidan Qasımova və digər həmkarların ürək sözləri ilə rəyləri səsləndi.      Böyük maraqla və səmimi alqışlarla qarşılanan bu film festivalın balet sənətimizə dərin ehtiramla səslənən bir ithafı oldu.  

Hamısını oxu