Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Gənclərimizin sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri vardır

Ölkəmizin beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasının təməlində dövlətimizin uğurlu idman siyasəti dayanır.

Rəhbərlik etdiyi bütün sahələrdə uğurlara imza atan cənab İlham Əliyevin 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi Azərbaycan idmanının həyatında mühüm və əlamətdar hadisə kimi tarixə yazıldı. Bu tarixi seçim Ümummilli Lider Heydər Əliyevin respublikada idmanın inkişafı ilə bağlı ideyalarının daha sürətlə gerçəkləşməsini təmin etdi, idman sahəsində həyata keçirilən dövlət siyasətinin yeni şəraitdə reallığa çevrilməsinə böyük imkanlar açdı. Cənab İlham Əliyevin idman və bədən tərbiyəsinin tərəqqisi, Azərbaycanın dünya idman ailəsinin əvəzolunmaz üzvünə çevrilməsi üçün atdığı addımlar ölkənin bütün idman ictimaiyyəti tərəfindən razılıqla qarşılandı. Respublikamızın Prezidenti seçildikdən sonra isə ölkədə idmanın inkişafı daha da sürətləndi.

 

Uğurlu idman siyasətinin nəticəsi olaraq, Azərbaycan dünyanın idman ictimaiyyəti tərəfindən ciddi tərəfdaş, idmançılarımız isə əsas rəqib kimi qəbul olunurlar. Dövlət başçısı İlham Əliyevin müvafiq Sərəncamı 2012-ci ilin «İdman ili» elan edilməsi idman sahəsinin inkişafına diqqət və qayğının bariz nümunəsi idi. Müstəqilliyimizi əldə etdiyimiz vaxtdan bu günə qədər Azərbaycan idmançılarının müxtəlif səviyyəli beynəlxalq yarışlarda iştirakı və minlərlə medala layiq görülməsi bunun əyani sübutudur. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana çevrilmişdir. Bakı şəhərində bədii gimnastika, güləş və boks üzrə dünya çempionatlarının, habelə futbol üzrə qadınlar arasında dünya çempionatının keçirilməsi bunu bir daha təsdiq edir. Ən əsası 2015-ci ilin dünyanın idman tarixində yeni bir səhifə açması - ölkəmizin birinci Avropa Oyunlarına ev sahibliyi etməsi uğurlarımızın zirvə nöqtəsi kimi dəyərləndirildi. 2017-ci ildə isə Bakı müsəlman dünyasını bir araya gətirən İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir.

Prezident İlham Əliyevin olimpiya oyunları və Bakıda keçirilən beynəlxalq turnirlər zamanı idmançılarımızın çıxışlarını birbaşa zaldan izləməsi isə idmançılarımıza göstərilən ən böyük mənəvi dəstəkdir.

Sevindirici haldır ki, ölkə Prezidenti, idman aləminin qayığıkeşi, idmançıların dostu Cənab İlham Əliyevin bu gün imzaladığı Sərəncam ilə Milli Olimpiya Komitəsinin yaranmasının 30 illiyi dövlət səviyyəsində qeyd ediləcəkdir. Bu əlamətdar hadisə yetişməkdə olan gənc nəslimizi idmanın müxtəlif növlərinə cəlb edərək, idmanımızı daha da kütləviləşdirəcəkdir.

Nəcəf Novruzov

Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi

2022-03-29 13:29:00
918 baxış

Digər xəbərlər

Dövlətimizin veteranlara göstərdiyi diqqət və qayğı qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib. Prezidentin köməkçisi Hikmət Hacıyevin də iştirak etdiyi iclasda Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov səhhəti ilə əlaqədar vəzifədən azad edilib. Rəyasət Heyəti üzvlərinin yekdilliklə qəbul etdikləri qərara əsasən, İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarova Respublika Veteranlar Təşkilatının sədri vəzifəsinə seçilib. AZƏRTAC xəbər verir ki, Təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov qurumun qarşısına qoyulan vəzifələrdən və məqsədlərdən danışıb. O bildirib ki, dövlətin veteranlara göstərdiyi dəstək, diqqət və qayğı qarşıya qoyduğumuz bütün vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Rəyasət Heyətinin iclasında görülən işlərlə yanaşı, gələcək fəaliyyətlərdən də ətraflı bəhs edilib: “Prezidentin köməkçisinin gələcək fəaliyyətimizlə bağlı verdiyi dəyərli tövsiyələr, səsləndirdiyi fikirlər təşkilatımız üçün əlavə məsuliyyət deməkdir. Biz qarşıdakı fəaliyyətimizdə bunlardan faydalanacaq, hər addımımızda bu tövsiyələri rəhbər tutacağıq”. C.Xəlilov bildirib ki, Respublika Veteranlar Təşkilatının bu illə bağlı ciddi plan və proqramları mövcuddur. Bura veteranlarla əlaqəni intensivləşdirmək, onların bilik və bacarığından cəmiyyətimizin maksimum faydalanmasını təmin etmək, dövlətimizin siyasətinin müxtəlif platformalarda daha səmərəli müdafiəsini həyata keçirmək, Vətən müharibəsində böyük igidliklərə imza atan qəhrəmanlarımızı ictimaiyyətə yaxından tanıtmaq, digər təşkilat və qurumlarla əməkdaşlığı daha da inkişaf etdirmək daxildir. “Veteranlarımız Prezident İlham Əliyevin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunub. Dövlətimizin veteranlara göstərdiyi diqqət bütün dünya üçün nümunədir. Məhz dövlətimizin bizə verdiyi bu dəstək qarşıya qoyduğumuz vəzifələrin öhdəsindən gəlməyə imkan verir. Hər kəs əmin ola bilər ki, veteranlarımız hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin mənafeyini, ölkə başçısının siyasətini qətiyyətlə dəstəkləyəcək, xalqımızın mili maraqlarının təmini məsələsində fədakarlıq göstərəcək”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
Erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman HƏRBİ EKSPERT AÇIQLADI

"Təəssüflər olsun ki, 44 günlük Vətən müharibəsində məğlub olmasına rəğmən, Ermənistan yenə də təxribatçı cəhdlərdən əl çəkmək istəmir". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Cəlil Xəlilov deyib. Onun sözlərinə görə, Ermənistanın diversiya cəhdləri və mina terrorunun qarşısını almağın ən effektiv yollarından biri heç şübhəsiz, beynəlxalq təşkilatları bu prosesə cəlb etmək, onların erməni cinayətlərinə adekvat reaksiya verməsini təmin etməkdir: "Təəssüflər olsun ki, 10 noyabr 2020-ci il bəyanatından 6 aydan çox müddət keçsə də, Ermənistan bu gün də minalanmış ərazilərin xəritəsini ölkəmizə vermək istəmir. Bununla yanaşı, erməni təxribatçıları bəzən əlverişsiz hava şəraitindən, mürəkkəb coğrafi relyefdən istifadə edərək Azərbaycan ərazisinə sızıb, mina basdırmağa cəhd edirlər. Hərbçilərimizin sayıqlığı sayəsində bu kimi halların qarşısı qətiyyətlə alınır". Cəlil Xəlilov həmçinin qeyd edib ki, lakin bu təxribatları beynəlxalq təşkilatlar, o cümlədən dünyanın aparıcı dövlətləri də görməli, rəsmi Ermənistanı bu təxribatlardan çəkindirmək üçün əməli addımlar atmalıdırlar: "Bu addımlardan biri kimi Ermənistana iqtisadi-siyasi sanksiyaların tətbiq edilməsi effektiv olardı. Belə bir addım Ermənistanı təxribatlardan çəkindirmək, regionda sülhün və sabitliyin qorunmasını təmin etmək baxımından da faydalı olar. Digər baxımdan, ölkə başçısının da qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və erməni faşizmi yenidən baş qaldırarsa, bu zaman Ermənistan ordumuz tərəfindən daha ölümcül zərbə və itkilərə məruz qalacaq. Bu baxımdan Ermənistanın yaxın tarixdəki məğlubiyyətindən dərs çıxarmasına ciddi ehtiyac var". Arzu Elsevərqızı

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Prezident İlham Əliyevi təbrik edib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Müzəffər Ali Baş Komandan İlham Əliyevi yenidən prezident seçilməsi münasibəti ilə təbrik edib, ona yeni prezidentlik dönəmində uğurlar arzulayıb. Təbrik məktubunda deyilir: “Möhtərəm cənab Prezident, müzəffər Ali Baş Komandan!  Fevralın 7-də keçirilən növbədənkənar Prezidenti seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi Respublika Veteranları Təşkilatının Rəyasət Heyəti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, Zati-alinizə və ailənizə möhkəm can sağlığı, uzun ömür, ali dövləti vəzifənizdə yeni uğurlar arzulayıram. Xalqımızın bir daha Sizə yüksək etimad göstərməsinin təməlində son 20 ildə Azərbaycanın məhz müdrik rəhbərliyinizlə ardıcıl, dinamik inkişaf yolu keçməsi, ölkə həyatının bütün sahələrində qazanılan böyük uğurlar dayanır. Ulu Öndər Heydər Əliyevin qalib siyasətini böyük inamla və uzaqgörənliklə davam etdirməyiniz nəticəsində Azərbaycan öz tarixinin ən güclü, dünya birliyinin sayılıb-seçilən dövləti səviyyəsinə yüksəlmişdir. Sizin böyük sərkərdəlik məharəti ilə rəhbərlik etdiyiniz qəhrəman ordumuz 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində düşməni ağır məğlubiyyətə uğradaraq Azərbaycanın ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etdi. Böyük Qələbədən sonra işğaldan azad olunmuş doğma Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri də məhz Sizin gərgin fəaliyyətinizin, yaradıcı təfəkkürünüzün bəhrəsidir. Bu gün Azərbaycan bölgənin lider dövlətinə çevrilmiş, dünya birliyindəki mövqeyini daha da gücləndirmişdir. Qalib xalq bu misilsiz tarixi xidmətləri unutmadığını, onun 30 illik yurd nisgilinə son qoyan liderini yüksək qiymətləndirdiyini fevralın 7-də Sizi öz Prezidenti kimi növbəti dəfə dəstəkləməklə bir daha qətiyyətlə ifadə etdi. Bu, həm də müdrik rəhbərliyinizlə aparılan ölkənin hərtərəfli tərəqqisinə, hər bir vətəndaşın rifahının yüksəlməsinə yönəlmiş uğurlu quruculuq siyasətinizə verilən yekdil dəstək idi. Bir sözlə, seçkidə inamlı qələbəniz ali dövləti vəzifənizin həyata keçirilməsində Sizin xalq qarşısında xidmətlərinizin və siyasi nüfuzunuzun parlaq sübutudur. Hazırda dünyanın bir çox bölgələrində münaqişələrin davam etdiyi bir vaxtda, Azərbaycanda sabitlik və təhlükəsizlik tam təmin edilmişdir. Möhtərəm cənab Prezident, Sizin inamlı qələbəniz biz veteranların da böyük sevincinə səbəb olub. Azərbaycanın veteranları Sizin uzaqgörən daxili və xarici siyasətinizi daim və qətiyyətlə dəstəkləyir. Siz daim veteranlara, bizim Təşkilatımıza və şəxsən mənə hərtərəfli qayğı və diqqət göstərmiş, hamımızın xeyirxahı olmusunuz. Bu səmimi və yüksək münasibətə görə Sizə bütün veteranlar adından öz dərin minnətdarlığımı bildirirəm. Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibəti ilə Sizi bir daha ürəkdən təbrik edir, Ulu Öndərimiz Heydər Əliyevin siyasətinin uğurla davam etdirilməsi, Azərbaycanın xöşbəxt gələcəyi naminə fədakar fəaliyyətinizdə Sizə yeni uğurlar arzulayıram”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Fatma Səttarova Cəlil Xəlilov  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatında Ahıllar Günü ilə bağlı tədbir keçirilib

Sentyabrın 30-da Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının  Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Ahıllar Günü ilə bağlı tədbir keçirilib.   Veteran.gov.az xəbər verir ki, tədbirdə çıxış edən təşkilatın sədri Fatma Səttarova dövlətimizin hər bir vətəndaşa, o cümlədən yaşlı nəslin nümayəndələrinə böyük diqqət və qayğı göstərdiyini bidlirib.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ahılların dünyagörüşününün, bilik və təcrübəsinin gənclərin həyatında mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, gənclər hər zaman yaşlı nəslin nümayəndələrinin təcrübəsindən faydalanmalı, onlara hörmət və ehtiramla yanaşmalıdır.   Çay süfrəsi arxasında keçən tədbir xoş ovqatla davam edib.  

Hamısını oxu