Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Güləşçilərimizin qələbəsi Azərbaycanın idman dövləti kimi qüdrətindən xəbər verir”

Naqif Həmzəyev: “Uğurlarımız beynəlxalq səviyyədə etiraf olunmaqdadır”

Azərbaycan güləşçilərinin istər sərbəst, istərsə də yunan-Roma güləşi üzrə Avropa çempionatında qazandıqları möhtəşəm qələbələr cəmiyyətdə böyük coşğu ilə qarşılanıb.

Moderator.az-a açıqlamasında güləşçilərimizin uğurlarını şərh edən millət vəkili Naqif Həmzəyev, bütün bu uğurların Azərbaycanın idman dövləti kimi qüdrətindən xəbər verdiyini vurğulayıb:

“Güləşçilərimiz son Avropa çempionatında böyük uğurlara imza atdı və bu uğurlar hər bir azərbaycanlıda böyük sevinc və coşğu yaratdı. Güləşçilərimiz öz uğurları, mübarizələri ilə sübut etdilər ki, Azərbaycan bütün digər sahələrdə olduğu kimi, idman müstəvisində də ən qabaqcıl dövlətlərdən biridir və idman sahəsində böyük potensiala, zəngin ənənələrə malikdir. Mən bu münasibətlə bütün güləşçilərimizi, onların məşqçilərini təbrik edir, fəaliyyətlərində uğurlar arzulayıram. Güləşçilərimizin əldə etdiyi zəfərlər Azərbaycan xalqının və dövlətinin qələbəsidir. Bu qələbə dövlətimizin qüdrətindən, onun idman siyasətinin səmərəliliyindən xəbər verir.

Ən əsası, bu uğur dövlət başçısının idmana olan mütəmadi diqqət və qayğısının göstəricisidir.  Güləşçilərimizin bu uğurları onu deməyə əsas verir ki, Azərbaycanda idman sahəsində ciddi inkişaf var və bu inkişafın miqyasını yaxın gələcəkdə daha da genişlənə bilərik.

 

Azərbaycan idman ölkəsidir və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən idmana böyük diqqət göstərilir. 2003-cü ildən  bugünə qədər ölkəmizdə 70-ə qədər Olimpiya Kompleksləri, idman mərkəzləri inşa edilib, idmançıların inkişafı üçün münbit şərait yaradılıb.

Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında, beynəlxalq turnirlərdə Azərbaycan idmançıları ölkəmizi yüksək səviyyədə təmsil edib. Azərbaycanın özündə də mötəbər tədbirlər keçirilib və ölkəmiz bu sahədə yeni standartlar formalaşdırıb. Yəni Azərbaycan idman tədbirlərinin təşkili ilə bağlı meyarları maksimum səviyyəyə qaldırıb ki, bu da beynəlxalq səviyyədə etiraf olunmaqdadır.  İnanıram ki, yaxın gələcəkdə idman sahəsindəki uğurlarımızı daha da genişləndirəcək və yeni-yeni qələbələr əldə edəcəyik”.

Seymur ƏLİYEV

 

 

 

 

2022-04-08 09:36:00
921 baxış

Digər xəbərlər

““Dəmir yumruq” həmişə vətənin keşiyində hazırdır”

Artıq bəlli bir müddətdir ki, Ermənistan tərəfi təmas xəttində müxtəlif təxribatlar törətməyə cəhd edir. Bir müddət öncə 6 erməni terrorçusunun Kəlbəcər rayonu istiqamətində mina basdıran zaman zərərsizləşdirilməsi, habelə Naxçıvan istiqamətində bir hərbçimizin Ermənistan ordusunun atəşi nəticəsində yaralanması rəsmi İrəvanın terror və təxribat siyasətindən imtina etmək fikrində olmadığını göstərir.   Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu təxribatların Ermənistanın özü üçün ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıb:   “Azərbaycanda qədim zamanlardan özünü təsdiq etmiş deyim var. “Sirkə nə qədər tünd olarsa, öz qabını sındırar”. 44 günlük müharibədə biabırçı şəkildə darmadağın olmuş erməni ordusunun sərhəd xəttində törətdiyi təxribatların əsas məqsədi, üçüncü qüvvələri Azərbaycan əleyhinə səfərbər etməkdən ibarətdir. Qarabağ beynəlxalq birlik tərəfindən Azərbaycan ərazisi kimi tanındığından digər dövlətlərin müdaxiləsi qeyri-mümkün idi. Ona görə də ermənilər, sərhədlərin sovet dövründə təsdiq olunmuş xəritələrə əsasən müəyyənləşdirilməsinə imkan vermirlər. Delimitasiya və demarkasiya işlərinin aparılmasına maneçilik törədir, süni ajiotaj yaratmaqla, KTMT-yə, ABŞ, Fransa kimi dövlətlərə yalvarırlar. KTMT-dən lazımi dəstək almadıqları üçün, hətta Çin ordusunu regiona dəvət etmək kimi absurd fikirlər səsləndirirlər.   Digər tərəfdən Ermənistanda seçkiqabağı təbliğat gedir. İstisna deyil ki, sərhəddə baş verən təxribatlar, bir-birinə düşmən kəsilmiş siyasi qrupların və yaxud regionda geosiyasi maraqlarını təmin etmək istəyən qüvvələrin kompromat savaşı olsun. Hər bir halda məsuliyyət Ermənistan siyasi hakimiyyətinin üzərinə düşür.   Bütün bunlar erməni dövlətinin dərin böhran içində olmasının göstəricisidir. Cəmiyyət isə, psixoloji sarsıntılar keçirir. Yalan, tarixi faktları saxtalaşdırmaqla, mifik illyüzalar üzərində qurulmuş təbliğat nəticəsində formalaşmış millət reallıqlarla barışa bilmir. Süni şəkildə özlərinə ,,ən qədim, mədəni, qeyri-adi millət,, brendi yapışdırmış xəstə tayfanın iç üzü açılmışdır. Müzəffər Azərbaycan Ordusu cəmi 44 gün ərzində ,,məğlubedilməzləri,, darmadağın etmişdir. Ali Baş Komandan isə, həm cəbhədə, həm də diplomatik masada, informasiya savaşında dünya erməniliyinə layiq olduğu yeri göstərmişdir.   Əgər təxribatlar davamlı şəkildə olacaqsa, “Dəmir yumruq” həmişə vətənin keşiyində hazırdır. Ancaq düşünürəm ki, biz maksimum təmkinli olmalı, ermənilərin provakativ davranışlarına qarşı ehtiyatlı yanaşmalıyıq. Hər kəs gözəl başa düşür ki, nə erməni dövlətinin, nə də ki, ordusunun müharibə aparmaq üçün heç bir imkanı yoxdur. Onların əlinə hansısa arqument verilməməlidir”.   Seymur ƏLİYEV

Hamısını oxu
“Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir”

Cəlil Xəlilov: “Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu böyük həqiqətin növbəti təsdiqidir”   “Prezident İlham Əliyevin hər bir addımı yeni bir zəfər, yeni bir nailiyyətdir. Qazaxın 4 kəndinin danışıqlar yolu ilə azad edilməsi bu böyük həqiqətin növbəti təsdiqidir”.   Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, sözügedən kəndlərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünü bərpası, tarixi torpaqlarımızın bərpası istiqamətində atılan mühüm tarixi addımdır:   “Qazaxın Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin bir güllə belə atılmadan, danışıqlar yolu ilə azad edilməsi diplomatiyamızın, Prezidentimizin tarixi uğuru, tarixi qələbəsidir. Bu, həm də ərazi bütövlüyümüzün bərpası istiqamətində atılan mühüm addımlardan biridir.   Prezident İlham Əliyevin Azərbaycan xalqına yaşatdığı bu uğur bir daha göstərdi ki, Müzəffər Ali Baş Komandan İlham Əliyev tarixi torpaqlarımızın geri qaytarılmasında, xalqımızın illərlə pozulan hüquqlarının sona qədər bərpasında qətiyyətlidir və bu məsələdə heyrətamiz prinsipiallıq, səy və enerji sərgiləyir. Bu tarixi qələbə həm də onu göstərir ki, Prezident İlham Əliyevin hər zaman dediyi kimi, xalqımız ona məxsus olan torpaqların bir qarışısından belə imtina etməyəcək, bu məsələdə kimsəyə güzəşt olunmayacaq.   Onu da qeyd edim ki, bir neçə gün bundan öncə Azərbaycandakı Rusiya sülhməramlılarının ölkəmizdən çıxarılması ilə bağlı  Bakı ilə Moskva arasında razılıq əldə olundu. Bu, Prezident İlham Əliyevin siyasi strateq kimi böyüklüyünə dəlalət etməklə yanaşı, Azərbaycanla Rusiya arasında tarixi dostluq münasibətlərinin, səmimi əməkdaşlıq ruhunun yüksək səviyyədəki mövcudluğunu sübut etdi. Bu razılaşma bir kəs daha sübut etdi ki, Azərbaycanla Rusiya arasında nəinki hər hansı anlaşılmazlıq yoxdur, əksinə, iki ölkə arasıdna qarşıqlıqlı anlayış və əməkdaşlığa əsaslanan sağlam əlaqələr mövcuddur”.   Cəlil Xəlilov qeyd edib ki, Qazaxın 4 kəndinin geri qaytarılmasının tarixi-siyasi əhəmiyyətini artıran digər bir reallıq isə bu uğurun bölgədə gərginlk yaratmaq istəyən beynəlxalq güclərin aktivliyi şəraitində əldə edilməsidir:   “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra bir sıra beynəlxalq güclər, eləcə də Fransa bölgədə vəziyyəti yenidən gərginləşdirmək, yeni qarşıdurma yaratmaq istiqamətində məkirli addımlar atır, siyasi təxribatlara yol verirdi. Bu təxribatlar bu gün də davam edir. Bizim üçün xüsusilə qürurvericidir ki, Prezident İlham Əliyev Qazaxın erməni işğalındakı 4 kəndini məhz belə bir ortamda – ermənipərəst qüvvələrin bölgədə aktivliyi fonunda azad etdi. O, bununla bir kəs daha sübut etdi ki, regionda əsas söz sahibi Azərbaycandır və kimin nə deməyindən asılı olmayaraq, Azərbaycan dövləti öz maraqlarını qətiyyətlə müdafiə edəcək, qarşısına qoyduğu hədəflərə nail olacaqdır.   Mən bu böyük qələbə münasibıətilə Azərbaycan xalqını təbrik edir, bütün veteranlar adından Müzəffər Ali baş Komandana öz təşəkkürümü bildirirəm”!

Hamısını oxu
İkinci Dünya müharibəsi veteranı Rəşid Qasımov vəfat edib

İkinci Dünya müharibəsi veteranə, I dərəcəli “Vətən müharibəsi” ordenli Rəşid Qasımov vəfat  R.Qasımov 102 yaşında yaşadığı Göyçay rayonunda dünyasını dəyişib. Qeyd edək ki, Rəşid Mənsim oğlu Qasımov 1924-cü il may ayının 9-da Füzuli rayonunda anadan olub. 18 yaşında İkinci Dünya müharibəsinə yollanıb, 1945-ci ildə doğulduğu rayona I qrup əlil kimi qayıdıb. O, müharibədə sağ ayağını itirib. Müharibədə göstərdiyi şücaətə görə I dərəcəli “Vətən müharibəsi” ordeni ilə təltif edilib. Müharibədən qayıdandan sonra Füzuli rayonunda aqronom, zootexnik, ferma müdiri, briqadir vəzifələrində çalışıb. 1993-cü ildə məcburi köçkün kimi Göyçay rayonunun Xəlitli kəndində məskunlaşıb. R.Qasımov Vətən müharibəsinin şəhidi, baş leytenat Səid Rəşidzadənin babası, Füzuli Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nofəl Qasımovun atasıdır. Qafqazinfo.az

Hamısını oxu
“İlham Əliyevin XIII Qlobal Bakı Forumundakı çıxışı sülh arzusunda olan dünya üçün “yol xəritəsidir”

“Martın 12-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Keçid dövründə olan dünyada fikir ayrılıqlarının aradan qaldırılması” mövzusunda keçirilən XIII Qlobal Bakı Forumu və həmin Forumda Müzəffər Ali Baş Komandanın çıxışı müharibədən əziyyət çəkən, sülh arzusunda olan dünyamız üçün yol xəritəsidir”.  Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, dövlət başçısı məlum Forumdakı çıxışında sülhə gedən yolu addım-addım şərh edib, Azərbaycan təcrübəsindən konkret nümunələr gətirib: “Prezident İlham Əliyev çıxışında sülh və müharibə arasında paralellər aparıb, sülhə alternativin olmadığını konkret nümunələr əsasında Forum iştirakçılatının, eləcə də dünya ictimaiyyətinin diqqətinə çatdırıb Dövlət başçısı qeyd etdi ki, bəşəriyyətin tərəqqisi və inkişafını sitimullaşdıra biləcək yeganə amil sülhdür. Buna görə də planetimizdə sülhün bərqərar olması üçün hər bir dövlət ciddi səy göstərməli, həmrəylik nümayiş etdirməlidir.  Dövlət başçısı Azərbaycanla Ermənistan arasında uzun illərdir ki, davam edən müharibə və münaqişəyə də diqqət çəkib. Müzəffər Ali Baş Komandan bildirib ki, məhz Azərbaycanın ardıcıl səyləri, sülhə sadiqliyi nəticəsində iki dövlət arasında müharibəyə son qoyulub, de-fakto olaraq sülh təmin edilib. 2025-ci ildə Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh mətni paraflanıb ki, bu da de-yure sülh üçün əlverişli zəmin formalaşdırıb”. Polkovnik qeyd edib ki, dövlət başçısı Azərbaycanın müharibə təcrübəsinə də malik olduğunu, öz torpaqlarını güc yolu ilə azad etdiyini də Forum iştirakçılarının diqqətinə çatdırıb: “Prezident İlham Əliyev çıxışnda yaxın tarixi keçmişə diqqət çəkərək Azərbaycanın öz ərazi bütövlüyünü hərbi əməliyyatlar yolu ilə bərpa etdiyini vurğulayıb. Dövlət başçısı qeyd edib ki, Ermənistan işğal etdiyi torpaqları azad etməkdən imtina etdiyi üçün Azərbaycan BMT Nizamnaməsi, onun 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququ çərçivəsində ərazi bütövlüyünü təmin edib. Yəni Azərbaycan güc faktorunu məcbur qaldığı üçün, beynəlxalq hüquq çərçivəsində tətbiq edib və öz məqsədinə nail olandan dərhal sonra müharibəni dayandırıb. Bütün bunları nəzərə alaraq əminliklə bildirirəm ki, XIII Qlobal Bakı Forumu beynəlxalq sülh prosesinə ciddi dəstək verəcək, dünyamızın müharibə və münaqişlərdən sülhə doğru addımlamasını böyük ölçüdə sitimullaşdıracaq”.

Hamısını oxu