Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

İkinci Dünya müharibəsi veteranı Bəhmən İsmayılov vəfat edib

Veteran.gov.az xəbər verir ki, İkinci Dünya müharibəsi veteranı İsmayılov Bəhmən Teymur oğlu vəfat edib.

Bəhmən İsmayılov 1924-cü il iyulun 1-də Qərbi Azərbaycanın Artaşat rayonunun Çilləxanlı kəndində anadan olub. 1932-ci ildə Çilləxanlı kənd natamam orta məktəbinin birinci sinfinə daxil olan Bəhmən İsmayılov, 1941-ci ildə həmin məktəbin səkkizinci sinfini başa vurub. 1942-ci ilin sentyabrında cəbhəyə yollanan Bəhmən İsmayılov Xarkov uğrunda gedən döyüşlərdə yaralanmış, 1943-cü ildə II qrup əlili kimi ordudan tərxis olunmuşdur. Müharibədə göstərdiyi qəhrəmanlıqlara görə Bəhmən İsmayılov çoxlu sayda orden və medalla təltif edilmişdir.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteramları Təşkilatının Rəyasət Heyəti Bəhmən İsmayılovun vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüzünlə başsağlığı verir.

Allah rəhmət eləsin!

2022-04-11 14:55:00
1557 baxış

Digər xəbərlər

650 min ağacın əkilməsi beynəlxalq aləmdə ekoloji sistemin yaxşılaşdırılmasına Azərbaycanın verdiyi mühüm töhfə olacaq

Azərbaycan Respublikasının dinamik inkişafı çoxşaxəlidir. Bütün sahələrdə olduğu kimi, inkişaf və tərəqqi ölkənin ekologiyasının qorunması və yüksəldilməsində də özünü göstərir. Ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində atılan ardıcıl addımların respublikamızın və eləcə də, Qafqazın flora və faunasının qorunmasında müstəsna əhəmiyyəti var. Hər il respublikamızda minlərlə ağac əkilir, parklar və yaşıllıqlar salınır. AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, ulu öndər Heydər Əliyev ekoloji mühitin yaxşılaşdırılması istiqamətində ölkəmizdə fundamental addımlar atıb. Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin siyasi xəttinin istiqamətlərindən biri də ekologiyanın qorunmasıdır. Həyata keçirilən ekoloji siyasət davamlı inkişafa təkan verir. Vurğulanıb ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə 2019-cu ilin payız əkin mövsümündə İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar respublikamızın bütün bölgələrində bir gün ərzində 650 min ağac əkilməsi planlaşdırılır. Belə bir təşəbbüsün həyata keçirilməsi, respublikamızın beynəlxalq aləmdə ekoloji sistemin yaxşılaşdırılması üçün verdiyi mühüm və zəruri töhfə kimi qiymətləndirilməlidir. Diqqətə çatdırıb ki, son illər dünyada yaşıllıqların azaldığı barədə “həyəcan təbili” çalınır. Meşə zolağının, ağacların azalması, ilk növbədə, insan üçün xoşagəlməz nəticələr vəd edir: oksigen azalır, ətrafa yayılan səs-küyün və toz dənəciklərinin qarşısı alınmır, atmosferə buraxılan zəhərli qazlar udulmadığı üçün canlı orqanizmə zərərli təsir göstərir, xəstəliklər çoxalır. Biz veteranlar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünü dəstəkləyir və olduqca təqdirəlayiq bir iş kimi qiymətləndiririk. “Ağaclar çox olan ərazidə daha sağlam həyat sürmək mümkündür. Çoxlu ağac əkilməsi və meşə zolaqlarının salınması qlobal istiləşmə və iqlim dəyişməsinin qarşısını ala bilər. Təbiətimizə göstərdiyimiz qayğı gələcək nəslin sağlam ekoloji mühitdə böyüməsinə müsbət təsir göstərəcək. Təbiətimizi sevmək, onu qorumaq və bu sevgini gənc nəslimizə təbliğ etmək vacib məsələdir. Dahi şairimizin yubileyi ilə əlaqədar, onun xatirəsini bir daha yad edərək ağac əkmək hər birimiz üçün fərəhdir. Hər birimiz belə nəcib təşəbbüsə qoşulmalı və ətraf mühiti qorumalıyıq”, - deyə C.Xəlilov vurğulayıb.

Hamısını oxu
Professor İradə Hüseynova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub

Veteran.gov.az xəbər verir ki, Bakı Dövlət Universitetinin "Qafqaz xalqları tarixi” kafedrasının müdiri,  tarix elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi İradə Hüseynova Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilatın sədri polkovnik Cəlil Xəlilovla görüşüb. Görüş zamanı professor İradə Hüseynova müəllifi olduğu kitabları Təşkilat sədrinə təqdim edib.  Görüş zamanı gənclər arasında milli mənəvi dəyərlərin təbliğinin və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin vacibliyi qeyd olunub, bu məsələdə təbliğati işlərin önəmi vurğulanıb. Seymur ƏLİYEV

Hamısını oxu
Qafqazdan Almaniyaya qədər döyüşən azərbaycanlı – Fərhad Nağıyev!

Veteran.gov.az xəbər verir ki, Nağıyev Fərhad Qara oğlu 1 yanvar 1924-ci ildə Şabran (keçmiş Dəvəçi) rayonunun Şıxlı kəndində anadan olub. 8-ci sinifi qurtarandan sonra Quba Baytarlıq Texnikumuna qəbul olub, bu təhsil müəssisəsini müvəffəqiyyətlə bitirib. Daha sonra Fərhad Nağıyev Şabrana baş həkim təyin eolunub,  ona müharibəyə getməmək üçün bron verilib. Qəhrəmanın qızı Validə Vəliyeva atası haqqında maraqlı fikirlər səsləndirir: “Müharibə başlayanda atamın 17 yaşı var idi. 1942-ci ildə atam könüllü olaraq  bronunu təhvil verib müharibəyə yollanıb. Əvvəlcə onu Mahaçqalaya aparırıbar. Atam baytar həkimi olduğu üçün onu qarışıq atçılıq artileriya briqadasına göndəriblər. O vaxtı atlar topları daşıyırdılar. Atam deyirdi ki, mən həm topları daşıyan atlara baxırdım, həm də cəbhə bölgəsindən yaralıları çıxarıb yardım edirdim. Atam  Mozdoka qədər irəliləyib, orada yaralıları çıxararkən belindən özü yaralanıb və hospitala göndərilib. Sağalandan sonra yenidən cəbhəyə yola düşüb. Bu dəfə başqa cəbhəyə yollanıb. Atam deyirdi ki, Moldova, Ukrayna, Belarusya və Leninqrad ətrafında vuruşaraq Almaniyaya qədər gedib. Müharibə bitdikdən sonra atamı bir il də Moskvada saxlayıblar ki, sənin köməyinə ehtiyacımız var. 1946-cı ildə atamı evə yola salıblar. Atam müharibədən gələndən sonra yaxşı mütəxxəsis olduğu üçün onu Bakının Qobu kəndində baş həkim təyin edirlər və atam orada anamla ailə qurur. Sonra atam Bakıda ət  kombinatına müdür təyin olunur. Bir müddətdən sonra atamı Xızı rayonuna baş həkim təyin edirlər. 1 il orada işləyəndən sonra Quba rayonuna təyinat alır. Orada 2 il işləyəndən sonra öz rayonuna, yəni Şabrana baş həkim təyin olunur.  Atam həm işləyir, həm də Gəncə şəhər Kənd Təsərüfatı İnstitutunda oxuyurdu. O, öz yaradıcılığını, potensialını genişləndirirdi. Atam Heydər Əliyevlə dəfələrlə görüşüb, onun tapşırıqlarını və tövsiyələrini alıb. Ulu öndə hər dəfə Şabrana gələndə mütləq atamla görüşürdü. Atam ahıl yaşında da  dövlətinə xidmət edirdi. O 2011-ci ilin dekabrına qədər işləyib. 2014-cü  və 2015-ci ildə prezidentimiz İlham Əliyevlə görüşüb. Ömrünün axrına qədər dövlətinə xidmət edib. Atam 16 dekabr 2015- ci ildə vəfat edib. Müharibə illərində bir çox orden və medallarla təltif olunub”.  P.S.Fərhad Nağıyevin həyat və döyüş yolu Azərbaycan xalqının qəhrəmanlığına, mübarizliyinə nümunədir və bu örnək əsrlər sonra da gənclərimiz üçün ilham mənbəyi olaraq qalmaqda davam edəcək.                           

Hamısını oxu
ÇİN VƏ ƏFQANISTAN SƏRHƏDLƏRİNDƏ XİDMƏT EDƏN HƏRBÇİMİZ SONUNDA VƏTƏNƏ QAYIDIR

Hamısını oxu