Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Uşaq Gənclər İdman Məktəbləri arasında mini futbol növü üzrə Gəncə şəhər birinciliyi keçirilib

Veteran.gov.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin tövsiyəsinə uyğun olaraq Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə şəhid futbolçular İlqar Bürcəliyevin və Şöhrət Əliyevin əziz xatirəsinə həsr olunmuş Uşaq Gənclər İdman Məktəbləri arasında mini futbol növü üzrə Gəncə şəhər birinciliyi keçirilmişdir.

Birinciliyin açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanmış, daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman əsgərlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, şəhid İlqar Bürcəliyevin əmisi teatrşünas-tənqidçi Anar Bürcəliyev , şəhid Şöhrət Əliyevin qardaşı Sadiq Əliyev, Vətən müharibəsi qazisi Tural Xanəliyev çıxış edərək, qəhrəman Şəhidlərimizin döyüşdəki igidliklərindən və şücayətindən bəhs edərək, onların simasında bütün şəhidlərimizə Allahdan rəhmət diləmişlər və yarışda iştirak edən komandalara uğurlar arzulamışlar.

2009-2010-cu il təvəllüdlü yeniyetmələrin 8 komandanın tərkibində iştirak etdiyi yarışda Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin nəzdində Uşaq Gənclər İdman Məktəbinin komandası 1-ci yerə, 1 nömrəli Uşaq Gənclər İdman Şahmat Məktəbinin komandaları isə 2-ci və 3-cü yerlərə layiq görülmüşdür. Sonda Qaliblər Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən diplomlarla təltif edilmişdir.

 

2022-04-19 20:11:00
1305 baxış

Digər xəbərlər

Xalq-dövlət birliyinin zəfər təntənəsi

Cəlilabad rayon Veteranlar Təşkilatı Vətən Müharibəsində qazandığımız şanlı Zəfərin 5 illiyi münasibətilə “'Xalq-Dövlət birliyinin Zəfər təntənəsi" mövzusunda tədbir keçirib. Tədbirdən öncə Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin büstü önünə tər qərənfil gülləri qoyulub,  şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra tədbir Veteranlar evində şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmaqla  davam etdirilib. Tədbirdə Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman,  Vətən Müharibəsi Qəhrəmanı Rəşad Abdullayevin atası Arif Abdullayev, "Qarabağ qaziləri" İctimai Birliyi Cəlilabad rayon filialının sədri Maşalla Əliyev, Vətən Müharibəsi iştirakçıları Nicat Sadıqov, Məhəmmədəli Verdiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Cavidan Məmmədov, Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, İman Abdulla, veteran müəllim İsmayıl  Quliyev, ictimai fəaı Famil Səlimov və başqaları çıxış edərək  işğal olunmuş torpaqlarımızın azad olunmasında  əsgər və zabitlərimizin göstərdiyi şücaətdən fəxarətlə danışıblar, Vətən Müharibəsində Ali Baş Komandan, Möhtərəm Prezident İlham Əliyevin sərkərdəlik məharəti nəticəsində əldə etdiyimiz qələbənin tarixi əhəmiyyətini yüksək qiymətləndiriblər. Çıxış edənlər qazandığımız şanlı Zəfərin  sarsılmaz Xalq-Dövlət birliyinin zəfər təntənəsi olduğunu  xüsusi vurğulayıbar. Tədbirdə oxunan vətənpərvər ruhlu şeirlər tədbir iştirakçılarına xoş duyğular yaşadıb.  

Hamısını oxu
“Beynəlxalq hüquq normaları Azərbaycan tərəfindədir”

“Azərbaycan-Almaniya ikitərəfli münasibətlərinin iqtisadi sahəsi həmişə mühüm rol oynayıb” Prezident İlham Əliyev cari ilin 28 fevral tarixində Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə bir sıra mühüm məsələlərə toxundu və ciddi mesajlar verdi.Son dövrlər bəzi dövlətlər ermənipərəstlikləri ilə açıq-aşkar ikili siyasət yeritsə də, onlardan fərqli olaraq baş verənlərə Almaniya neytrallıq nümayiş etdirir. Konkretləşdirsək, Almaniya Fransadan fərqli olaraq alovun üstünə benzin tökmür və Ermənistanı öldürücü silahlarla təchiz etmir.Bütün dövlətlərin, birliklərin qarşısında alnımız açıq, üzümüz ağdır. Azərbaycana qarşı qərəzli mövqe tutanlar da bilir ki, beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir. Ölkəmizin suverenliyini və ərazi bütövlüyünü təmin etməsi ilə bağlı bizi hər hansı günahlandırma cəhdləri tamamilə əsassız və qərəzlidir. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin etməklə bağlı digər ölkələrin atdığı addımlardan fərqli addımlar atmır. Acı reallıqdır ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib.Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Anti-Azərbaycan qüvvvələr unudurlar ki, Azərbaycan müharibəyə maraqlı deyil. Rəsmi kürsülərdən dəfələrlə elan olunub ki, biz sülh tərəfdarıyıq.Əleyhimizə aparılan təbliğatlar anti-Azərbaycan siyasətinin bir hissəsidir.Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Jozep Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən də bu məsələyə münasibət bildirib.Dövlət başçısı qeyd edib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib. Bu baxımdan Cozef Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək.Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Hazırda sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər.Azərbaycan haqqında bilərəkdən çox mənfi təəssürat yaradılır. Əgər bir il ərzində nümayəndə heyətimizin hüquqları bərpa olunmazsa, biz Avropa Şurasından tamamilə çıxmağımız barədə məsələyə ciddi şəkildə baxa bilərik.İkili siyasət aparanlar unudurlar ki, Azərbaycan davamlı inkişaf edən ölkədir. Ölkəmizdə gedən proseslər və həyata keçirilən işlər Azərbaycanın normal həyatını təmin edir.Azərbaycan Cənubi Qafqazın aparıcı ölkəsidir. Dünyanın aparıcı dövlətləri ikili siyasətdən əl çəkib iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməlidirlər. Məşhur Məmmədov,Milli Məclisin deputatı

Hamısını oxu
“Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışı bütün dünyaya sülh və ədalət çağırışıdır”

“Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışı bütün dünyaya sülh və ədalət çağırışıdır”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycanın dövlət başçısı hər zaman olduğu kimi bugünkü Forumda da, dünyada sülh və təhlükəsizliyin bərqərar olmasının vacibliyinə diqqət çəkib, bunun üçün hər bir dövlətin üzərinə düşən məsuliyyəti xatırladıb:  “Prezident İlham Əliyevin “IV Şuşa Qlobal Media Forumu”ndakı çıxışının əsas ideyasını sülh və təhlükəsizlik məsələsi, qlobal sülhün təminində beynəlxalq ictimaiyyətin, dünya dövlətlərinin, eləcə də, medianın üzərinə düşən məsuliyyət təşkil edirdi. Dövlət başçısı regional və qlobal sülhün təmin olunmasında beynəlxalq əməkdaşlığının zəruriliyinə diqqət çəkdi, medianın bu məsələdəki aparıcı rolunu vurğuladı. Ən əsası, Prezident İlham Əliyev bütün çxışlarında olduğu kimi, “IV Şuşa Qlobal Media Forumu"ndakı çıxışında da Azərbaycanın xarici siyasət xətti haqqında aydın, birmənalı fikirlər səsləndirdi, konkret mövqe ortaya qoydu. İmperialist dövlətlərin zülmünə məruz qalan xalqların azadlığa qovuşmasının vacibliyini vurğulayan dövlət başçısı, Ukraynanın ərazi bütövlüyü və suverenliyini tanıdığımızı, ölkəmizin beynəlxalq qanunlarla təsbit edilən hər bir hüquqa hörmətlə yanaşdığını bildirdi. Prezident İlham Əliyev öz çıxışı ilə bir daha sübut etdi ki, Azərbaycan dünyanın hər yerində ədalət və həqiqətin tərəfdarıdır və bu istiqamətdə mübarizəsini bundan sonra da davam etdirəcək”. Polkovnik dövlət başçısınn Azərbaycanın artan hərbi-iqtisadi gücü haqqında da maraqlı fikirlər səsləndirdiyini söylədi: “IV Şuşa Qlobal Media Forumu”nda diqqət çəkən məqmlardan biri də Azərbaycanın əldə etdiyi hərbi-siyasi, eləcə də iqtisadi güc faktorunun regional və qlobal proseslərə təsiri ilə bağlı oldu. Prezident İlham Əliyev çıxışında qeyd etdi ki, Azərbaycan beynəlxalq ekspertlər tərəfindən “orta güc” kimi dəyərlndirilir. Doğrudan da, 44 günlük Vətən müahribəsindən sonra Azərbaycanın həqbi-iqtisadi baxımdan sürətli inkişafı, bütün regionda sülh və təhlükəsizliyin əsas qarantı qismində çıxış etməsi, dünyanın ən müxtəlif ökələrində baş verən humanitar fəlakətlərə çevik reaksiya verməsi, beynəlxalq aləmdəki siyasi nüfuzunun artması ölkəmizi “orta güc” kimi səciyyələndirməyə imkan verir. Bu yanaşma Azərbaycanın Müzəffər Ali baş Komandan İlham Əliyevin rəhbərliyi altında necə böyük sürətlə tərəqqi etdiyini göstərir. Hesab edirəm ki, “IV Şuşa Qlobal Media Forumu” Azərbaycana olan beynəlxalq marağı daha da artıracaq, ölkəmizin nüfuzunun daha da yüksəlməsinə, Azərbaycan həqiqətlərinin daha geniş miqyasda yaylmasına töhfə verəcək”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti  

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının başsağlığı

Azərbaycandan Türkiyəyə istiqamətlənən və qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtmışdır. Bu ağır faciə nəticəsində həlak olan hərbi qulluqçulara Uca Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbir və dözüm diləyirik. Azərbaycan veteranları adından qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildirir, bu ağır itkinin kədərini ürəkdən paylaşırıq. Azərbaycan hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır.   Allah rəhmət eləsin.

Hamısını oxu