Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Quba Rayon İcra Hakimiyyəti xilaskar əsgəri təltif etdi

Veteran.gov.az xəbər verir ki, 27 aprel 2022-ci il tarixdə Azərbaycan - Türkiyə Qardaşlıq Parkında Quba Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının birgə təşkilatçılığı ilə rayonun Qımıl kəndindən həqiqi hərbi xidmətdə olan əsgər Aşurov Mərdəli Fərhad oğlunun rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü keçirilmişdir.

Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, tələbələr və məktəblilər iştirak etmişdir.

Tədbirdə çıxış edənlər əsgər Mərdəli Aşurovun Kəlbəcər rayonunun Günəşli kəndində öz doğma evlərini ziyarət etmək istəyən Kəlbəcər sakinlərini müşaiyət edərkən ərazidəki tank əlehinə minanın fərqinə vararaq həmin şəxslərə xəbərdarlıq etməsindən və onları son anda ölümdən xilas etməsindən danışmışdır. Əgər bu mina aşkar edilməsəydi, həmin yolun üzərindən keçmək üçün yaxınlaşan avtobus partlayacaqdı, avtobusda olan iyirmi nəfərin təxribatdan sağ çıxma ehtimalı isə demək olar ki yox idi.

Tədbirdə əsgər Mərdəli Aşurova Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev tərəfindən fəxri fərman və qiymətli hədiyyələr, həmçinin YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova tərəfindən də hədiyyələr təqdim edilmişdir.

Azərbaycan əsgəri işğal olunan Vətən torpaqlarını azad etdiyi kimi, oraya qayıdan insanların təhlükəsizliyini də təmin edir.

Rayon ictimaiyyəti Mərdəli Aşurovun bu nümunəvi hərəkətini yüksək qiymətləndirir.

 

2022-04-28 09:28:00
1515 baxış

Digər xəbərlər

“Dövlət suverenliyinin tam bərpası əməliyyatı 8 Noyabr zəfərindən sonra ən böyük uğurumuzdur”

“2023-cü ilin 19-20 sentyabr tarixlərini əhatə edən dövlət suverenliyinin tam bərpası əməliyyatı xalqımızın, dövlətimizin 8 Noyabr zəfərindən sonra əldə etdiyi ən böyük uğur, ən böyük nailiyyətdir”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu əməliyyat suverenliyimizi bərpa etməklə yanaşı, bölgədəki separatizmə də son qoydu: “2023-cü ilin dövlət suverenliyinin tam bərpası əməliyyatı həm hərbi, həm də siyasi nəticələrinə görə olduqca unikal və təkrarsızdır. Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında həyata keçirdiyi bu əməliyyat nəticəsində respublikamızın suverenliyi bərpa olundu. Bölgədə uzun müddətdir ki, mövcud olan separatizmə son qoyuldu. Bu, Azərbaycan dövləti, Azərbaycan xalqı adına ikiqat uğur, ikiqat nailiyyət oldu. Bu gün suverenliytimizin tam bərpasından iki il ötür. Hazırda respublikamızın hər bir guşəsində Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanır. Vaxtiylə xalqımıza qarşı ağır cinayətlər törədən erməni separatçıları bu gün Bakı Hərbi Məhkəməsində törətdikləri qanlı əməllərə görə cavab verməkdədirlər. Onlar xalqımıza qarşı törətdikləri cinayətləri bütün dünyanın gözləri qarşısında etiraf edirlər. Bütün bunlar dövlətimizin gücünün, Prezidentimizin qətiyyətimizin isbatıdır. Mən 20 sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə bütün veteranlar adından xalqımızı təbrik edir, hər bir vətəndaşı bundan sonra da dövlətimiz, prezidentimiz ətrafında sıx birləşməyə çağırıram. Unutmamalıyıq ki, gələcək uğurlarımızın açarı birliyimiz, həmrəyliyimizdir”. Seymur ƏLİYEV

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin açıq iclası keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin açıq iclası keçirilib. İclası giriş sözü ilə açan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, son aylar Təşkilatın gördüyü işlərlə bağlı Rəaysət Heyəti üzvlərinə ətraflı məlumat verib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova çıxışında  Rəyasət Heyəti üzvlərinin, o cümlədən digər veteranların Təşkilatın fəaliyyətində aktiv iştirak etdiyini, məhz onların fədakarlığı sayəsində çoxsaylı tədbir və layihələrin həyata keçirildiyini qeyd edib, əməklərinə görə onlara təşəkkürünü bildirib. Daha sonra Rəyasət Heyəti tərəfindən gündəlikdə duran məsələlər müzakirə edilib, görülən işlərin təhlili ilə yanaşı, yaxın gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan işlərdən bəhs olunub. Rəyasət Heyətinin iclasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 35 illik yubileyi münasibəti ilə keçiriləcək tədbir və layihələrlə bağlı da fikir mübadiləsi aparılıb.  

Hamısını oxu
Tanınmış həkim Xalidə Babayevanın yubileyidir

Xalidə Babayeva tibb aləmində dərin iz buraxmış tanınmış və hörmətli həkimlərimizdən biridir. Onun 50 illik ömrü həm şəxsi inkişafı, həm də peşəkar nailiyyətləri ilə zəngindir. O, uzun illər ərzində uşaq cərrahiyyəsi və ortopediya sahəsində göstərdiyi yüksək səviyyəli peşəkarlıq və fədakarlıqla xəstələrinə sevgi və qayğı ilə yanaşmış, həmçinin geniş bir kollektivin hörmətini qazanmışdır. Xalidə Babayeva, peşəkar bir həkim olmaqla yanaşı, həm də sadiq bir dost, öz bilik və təcrübəsini paylaşmaqda həvəskar bir insan kimi tanınır. Xalidə Babayeva təhsil yolunda daima yeniliyə və biliklərin artırılmasına yönəlib. Azərbaycan Tibb Universitetində təhsil alaraq, uşaq cərrahiyyəsi sahəsində dərin biliklərə yiyələnmiş və hazırda bu ali təhsil ocağında Uşaq Cərrahlığı kafedrasında doktorant olaraq fəaliyyətini davam etdirir. Peşəkar karyerası boyunca öz təhsilini yalnız Azərbaycanla məhdudlaşdırmamışdır. O, Avstriyanın Vyana şəhərində və Ukraynanın Kiyev şəhərində keçirilən müxtəlif beynəlxalq kurs və təlimlərdə iştirak edərək, uşaq cərrahiyyəsi və sümük-əzələ sisteminin müayinəsi sahəsində bilik və bacarıqlarını zənginləşdirmişdir. Peşəkar həyatı boyu Xalidə Babayeva müxtəlif tibb müəssisələrində çalışmış, öz sahəsində geniş təcrübə qazanmışdır. Onun fəaliyyəti bu sahələrdə özünü göstərir: - 13 Saylı Uşaq Poliklinikası: Xalidə Babayeva burada uşaq cərrahı kimi uzun illər çalışmış və kiçik yaşlı xəstələrin sağlamlığı uğrunda fədakarcasına mübarizə aparmışdır. - Oksigen Klinikası: Bu klinikada da uşaq cərrahı olaraq peşəkarlığını davam etdirmişdir. - Leyla Şixlinskaya Klinikası və Mərkəzi Gömrük Hospitalı: Hər iki xəstəxanada Xalidə Babayeva uşaq cərrahı-travmatoloq kimi fəaliyyət göstərmiş, həmçinin sümük-əzələ sisteminin ultrasəs müayinəsi üzrə mütəxəssis olmuşdur. Bu sahədə onun dərin bilikləri və dəqiqliyi tibb ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. - Koreya Şərq Təbabəti Klinikasında (SEBA): Xalidə Babayeva burada da eyni sahədə çalışmış və müalicə etdiyi uşaqlara böyük qayğı göstərmişdir. Onun həm cərrahiyyə sahəsindəki bacarıqları, həm də müasir diaqnostika üsulları üzrə mütəxəssisliyi xüsusilə vurğulanmalıdır. Xalidə Babayeva beynəlxalq təcrübəyə xüsusi önəm verir. Onun Avstriya və Ukraynada aldığı təlimlər, beynəlxalq səviyyədə tanınan kurslar və treyninqlərdə iştirak etməsi, onun peşəkar bacarıqlarını daha da inkişaf etdirmişdir. Bu təcrübə, Babayevanın müasir tibbi yanaşmaları tətbiq etməsinə, qlobal səviyyədə qəbul edilən yeni texnologiya və metodikaları öz fəaliyyətində istifadə etməsinə imkan yaratmışdır. Peşəkar uğurları ilə yanaşı, Xalidə Babayeva həm də xəstələrinə qarşı son dərəcə insanpərvər yanaşması ilə seçilir. Onun üçün hər bir uşaq xəstə fərdi yanaşma və diqqət tələb edir. Bu prinsip əsasında Babayeva yalnız xəstələrin fiziki sağlamlığına deyil, eyni zamanda onların psixoloji vəziyyətinə də diqqət yetirir. Xəstələr və onların ailələri arasında onun adı dərin hörmət və minnətdarlıq hissi ilə çəkilir. Xalidə Babayevanın 50 illik ömrü, peşəkar həyatı boyu əldə etdiyi nailiyyətlər və insanların həyatına etdiyi töhfələr, onu tibb aləmində xüsusi bir yerə sahib edir. O, həm bilikləri, həm də sadiqliyi ilə öz izini buraxmış və hər kəs üçün nümunəvi bir həkim və insan olmuşdur. Bu əlamətdar gün münasibətilə Xalidə Babayevaya uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Onun fədakarlığı və peşəkar təcrübəsi gələcək nəsil həkimlərə ilham qaynağı olacaqdır.  

Hamısını oxu
“Prezidentin 12 iyun tarixli Fərmanı müstəqillik tariximizin ən unikal hadisələrindən biridir”

Səmyar Abdullayev: “Fərman 3 milyon vətəndaşımızı əhatə edir ki, bu da onun miqyasının hədsiz böyüklüyündən xəbər verir” Prezident İlham Əliyev 12 iyun 2025-ci il tarixində sosial müavinətlərin, Azərbaycan Respublikası Prezidentinin təqaüdlərinin və fəxri adlara görə təqaüdlərin məbləğlərinin artırılması və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb. “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin prezidenti Səmyar Abdullayev Moderator.az-a müsahibəsində bu Fərmanın həssas kateqoriyaya məxsus vətəndaşların sosial rifahında oynayacağı rolu şərh edib: -Səmyar bəy, Prezidentin məlum Fərmanını necə dəyərləndirirsiniz? Sizcə bu Fərman həssas kateqoriyaya məxsus vətəndaşların həyatında, sosial rifahında hansı dəyişikliklərə yol açacaq? -Dövlət başçısının 12 iyun 2025-ci il tarixli Fərmanı hər şeydən ölkə Prezident İlham Əliyevin humanist siyasətinin növbəti təzahürüdür. Bu Fərman ümumilikdə 3 milyon vətəndaşı əhatə edir ki, bu da ölkə əhalisinin təxminən üçdə biri deməkdir. Bu mənada 12 iyun Fərmanı Azərbaycanın müstəqillik tarixində ən unikal hadisələrdən biridir. Prezidentin sözügedən Fərmanı həsas kateqoriyaya məxsus vətəndaşların sosial rifahının yüksəldilməsinə, onlara ayrılan dövlət müavinətlərinin və təqaüdlərinin ciddi şəkildə artırılmasına hesablanıb. Nümunə üçün qeyd edək ki, Fərman orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 300 (üç yüz) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 250 (iki yüz əlli) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə 180 (yüz səksən) manat məbləğində müavinətin verilməsini nəzərdə tutur.  Ailə başçısını itirməyə görə 140 (yüz qırx) manat, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına 140 (yüz qırx) manat, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) 140 (yüz qırx) manat məbləğində müavinət veriləcək ki, bu da ötən dövrlə müqayisədə xeyli çoxdur. Uşağın anadan olmasına görə 600 (altı yüz) manat, dəfn üçün 600 (altı yüz) manat müavinət veriləcək ki, bu da ötən dövrlə müqayisədə cidid artım deməkdir. Prezidentin Fərmanına əsasən  beşdən çox uşağı olan qadınlara hər uşaq üçün 140 (yüz qırx) manat müavinətin verilməsi nəzərdə tutulub ki, bu da həmin ailələrin sosial rifahının yüksəldilməsi, uşaqlar üçün daha təminatlı gələcəyin formalaşması baxımından mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə, bu Fərman 3 milyona qədər vətəndaşımızın sosial rifahının daha da yaxşılaşmasına şərait yaradacaq ki, bu da olduqca böyük rəqəmdir. Onu da unutmayaq ki, bu sosial layihə dövlətimiz və xalqımız adına mühüm bir dönəmdə - işğaldan azad edilən ərazilərimizdə böyük abadlıq, quruculuq işlərinin həyata keçirildiyi bir zamanda gerçəkləşir ki, bu da dövlətimizin heç bir situasiyada həssas kateqoriyadan olan vətəndaşları diqqətdən kənarda qoymadığını göstərir. -Fərman əlillərin sosial təminatına necə təsir göstərəcək? -Bu Fərmandan ən çox yararlananlardan biri də əlil vətəndaşlarımız olacaq. Fərmana əsasən  orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 600 (altı yüz) manat,  orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 500 (beş yüz) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə – 400 (dörd yüz) manat,  orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edən şəxslərə 120 (yüz iyirmi) manat məbləğində təqaüd veriləcək. Bundan başqa, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə (gözdən əlilliyi olan şəxslər istisna olmaqla) 250 (iki yüz əlli) manat, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə 350 (üç yüz əlli) manat məbləğində təqaüdlə təmin ediləcək. Bütün bunlar onu deməyə əsas verir ki, Prezidentimizin məlum Fərmanında bütün kateqoriyalardan olan əlil vətəndaşlarımızın sosial təminatının yüksəldilməsi nəzərdə tutulub. Yəni bu Fərman hər bir əlil vətəndaşımızın sosial rifahının artmasına bilavasitə təsir göstərəcək. Mən buna görə “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi adından cənab Prezidentə təşəkkür edir, minnətdarlığımı bildirirəm.   -Səmyar bəy, Fərmanda şəhid ailələrinə verilən təqaüdərin də artırılması nəzərdə tutulur. Sizcə bu, dövlətimizin, Müzəffər Ali Baş Komandanın şəhidlərimizə olan ehtiramının, şəhid ailəlrinə olan diqqət və qayğısının bariz nümunəsi sayıla bilərmi? -Şübhəsiz! Prezidentin 12 iyun tarixli Fərmanında şəhid ailələrinə verilən təqaüdlərin ciddi şəkildə artırılması dövlət başçımızın bu kateqoriyadan olan vətəndaşlara xüsusi diqqət yetirdiyini göstərir. Xatırladaq ki, Fərmana əsasən şəhid ailəsi üçün 700 (yeddi yüz) manat, 20 Yanvar şəhidinin ailəsi üçün 700 (yeddi yüz) manat, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə 700 (yeddi yüz) manat məbləğində təqaüd veriləcək. Prezidentin bu Fərmanı göstərdi ki, Azərbaycan dövləti, onun rəhbərliyi şəhidlərimizin dövlətimiz, xalqımız qarşısıdnakı tarixi xidmətlərini bir an belə olsun yaddan çıxarmır, onların ailələrinə mütəmadi şəkildə qayğı göstərməyi proiritet vəzifələrindən biri hesab edir. -Sizcə bu Fərman cəmiyyətdə, xüsusilə də gənclər arasında vətənpərvərlik şüurunun formalaşması baxımından nə dərəcədə əhəmiyyətlidir? -Prezidentin 12 iyun tarixli Fərmanı gənclər arasında vətənpərvərlik şüurunun möhkəmlənməsi, vətənpərvərlik əhval-ruhiyyəsinin güclənməsi baxımından da ciddi əhəmiyyətə malikdir. Çünki bu Fərmanda həm şəhid ailələri, həm də Milli Qəhrəman və Vətən Müharibəsi Qəhrəmanları ilə bağlı müddəalar da yer alır ki, bu da dövlətimizin vətən uğrunda döyüşən qəhrəmanlara sevgi və ehtiramının göstəricisidir. Hansı ki, bu yanaşma ictimai rəydə, xüsusilə də gənclərin fikir və düşüncəsində  dərin iz qoyur, onların qəlbində vətəni qorumağın müqəddəsliyinə inamı artırır. Bu baxımdan hesab edirəm ki, Prezident İlham Əliyevin 12 iyun tarixli Fərmanı həssas kateqoriyaya məxsus vətəndaşlarımızın sosual rifahının yaxşılaşmasına xidmət edən mühüm yenilik olmaqla yanaşı, həm də mənəvi-ideoloji əhəmiyyətə malik bir addımdır. İnanıram ki, bu addım gənclərimizin vətənpərvərlik ruhunun möhkəmlənməsinə, onların vətənə, mili-mənəvi dəyərlərə bağlılığının güclənməsinə öz müsbət təsirini göstərəcək. Sonda bir daha “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi olaraq bütün əlillər adından Prezident İlham Əliyevə bu nəcib, humanist Fərmanına görə təşəkkür edir, minnətdarlığımızı bildiririk. Seymur ƏLİYEV

Hamısını oxu