Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova ilə görüş olub

1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 77-ci ildönümü münasibətilə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, müharibə və əmək veteranı Fatma Səttarova ilə görüşüb. 

H.Abdullayev Qələbə günü münasibəti ilə nazirliyin rəhbərliyi və kollektivi adından F.Səttarovanı və onun timsalında Təşkilatın kollektivini təbrik edib, xoş arzularını ifadə edib.

Görüşdə ümummilli liderimiz Heydər Əliyev tərəfindən İkinci Dünya müharibəsi iştirakçılarına göstərilmiş xüsusi diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq həmin müharibə iştirakçılarının sosial müdafiəsinin gücləndirilməsi üçün aparılan işlərdən bəhs olunub. İkinci Dünya müharibəsi iştirakçılarının sosial təminat sistemi ilə əhatə olunduqları, onlara diqqət və qayğının bundan sonra da davam edəcəyi qeyd olunub. 

F.Səttarova onun və bütün müharibə veteranlarının, həmçinin Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının daim dövlət qayğısı ilə əhatə olunmasından razılığını bildirib və buna görə Prezident İlham Əliyevə minnətdarığını ifadə edib. 

Görüşdə İkinci Dünya müharibəsi iştirakçılarının gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində xidmətlərindən bəhs olunub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.

 

www.sosial.gov.az

1415 baxış

Digər xəbərlər

Baş redaktor Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüb

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları təşkilatının mətbuat katibi, veteran.gov.az saytının baş redaktoru Seymur Əliyev Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovla görüşüb.   Görüş əsnasında rəhbəri olduğu saytın fəaliyyəti, habelə yaxın gələcəkdə görülməsi planlaşdırılan işlərlə bağlı ətraflı məlumat verən Seymur Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən nəşr edilən, müəllifi olduğu  “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabını da Mətbuat Şurası sədrinə təqdim edib.   Dövlətimizin veteranlara, şəhid ailələrrinə daim böyük qayğı göstərdiyini bildirən Əflatun Amaşov, medianın da bu məsələləri hər zaman diqqət mərkəzində saxlamasının sevindirici olduğunu bildirib. Mətbuat Şurasının sədri bildirib ki, media gələcəkdə də veteranlar, şəhid ailələri ilə bağlı hər bir məqamı diqqət mərkəzində saxlamalı, onların arzu və istəklərinin tribunası olaraq qalmalıdır.     Əflatun Amaşov  “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabının önəmi, burada yer alan faktların beynəlxalq müstəvidə təbliğinin də mühüm əhəmiyyətə malik olduğunu qeyd edib. Ulu öndər Heydər Əliyevin hər zaman Ermənistanın ekoloji terror siyasətinə qarşı ciddi mübarizə apardığına toxunan Mətbuat Şurasının sədri, bu gün də dövlətimizin Ermənistanın ekoloji cinayətlərinə qarşı mübarizə aparmaqda davam etdiyini bildirib. Əflatun Amaşov qeyd edib ki, “Heydər Əliyev: Dəyərlərimiz və Ermənistanın “yaşıl soyqırım” siyasətinə qarşı mübarizə” kitabı Ermənistanın istər sovet dönəmində, istər müstəqilik illərində, istərsə də 44 günlük Vətən müharibəsi zamanı törətdiyi ekoloji cinayətlərin konkret faktlar əsasında ifşa edilməsi baxımından böyük əhəmiyyətə malikdir.   Əflatun Amaşov Azərbaycan xalqının tarixi və mübarizəsi, ümummilli liderin fəaliyyəti ilə bağlı belə bir kitabın nəşrini həyata keçridiyi üçün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və onun nəzdində fəaliyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fonduna da öz təşəkkürünü bildirib

Hamısını oxu
Türkiyə səfirliyi şəhidlərimizin xatirəsini yad etdi

Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıblar.  Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral başda olmaqla səfirliyin bütün əməkdaşları tam heyətlə şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.  

Hamısını oxu
Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb.

Azərbaycanın Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbənin 76-cı ildönümü ilə bağlı bəyanat yayıb. "Report" bəyanatın mətnini təqdim edir: "Bu gün 1941-45-ci illər faşizm üzərində qələbənin 76-cı ildönümüdür. Bu əlamətdar gündə, bəşər tarixinin ən dəhşətli savaşlarından olan müharibədə qələbənin əldə olunmasında misilsiz xidmətləri olan, şücaət və qəhrəmanlıq göstərən bütün əsgərlərin, zabitlərin, adi vətəndaşların hər birinin xatirəsini dərin hörmətlə anırıq. Bu qələbənin əldə edilməsinə Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədə önəmli töhfəsi olub. Müharibədə Azərbaycanın 600 mindən çox oğul və qızları iştirak edib, onlardan yarıdan çoxu döyüş bölgələrində həlak olub və itkin düşüb. Müharibə illərində göstərdikləri igidliyə görə 123 Azərbaycan vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Xalqımızın qəhrəman övladları Moskva, Leninqrad, Kiyev, Stalinqrad, Simferopol, Odessa və irili-xırdalı digər yüzlərlə yaşayış məntəqəsi uğrunda rəşadətlə döyüşüblər, bir çox ölkələrin faşizm əsarətindən azad olunmasında yaxından iştirak ediblər. Qələbəyə Azərbaycanın yanacaq təminatı ilə töhfəsi əvəzsiz olub. Müharibənin 1941-1945-ci illərində Sovet İttifaqında istehsal olunan neftin 70 faizindən çoxu, benzinin 80 faizi və mühərrik yağlarının 90 faizi Azərbaycanın payına düşüb. İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilib. Qələbə üçün çox zəruri olan müxtəlif silah növləri Azərbaycan müəssisələrində fasiləsiz rejimdə istehsal edilib. Azərbaycan xalqı arxa cəbhədə də misilsiz əmək hünərləri göstərib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb. Xalqımız cəbhəyə 7 tondan çox donor qanı göndərib, döyüşən ordunun ərzaq və isti geyimlə təchizatında fəal mövqeyi ilə seçilib. Azərbaycan faşizm üzərində qələbə naminə bütün imkanlarını maksimum səfərbər edib. Azərbaycan İkinci Dünya müharibəsi haqqında həqiqəti təhrif etmək, faşizmə bəraət qazandırmaq və faşist canilərini qəhrəmanlaşdırmaq cəhdlərini qətiyyətlə pisləyir. Biz xüsusilə bölgəmizdə nasist hərəkatının və nasist hərəkatı ilə əməkdaşlıq edənlərin hər hansı bir formada qəhrəmanlaşdırılması hallarını qınayırıq. Azərbaycan BMT Baş Assambleyasının “Nasizmin qəhrəmanlaşdırılmasına, neonasizmə və irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onlarla əlaqəli dözümsüzlüyün müasir formalarının yayılmasına təkan verən digər hallara qarşı mübarizə” qətnaməsini daim dəstəkləyir və hesab edirik ki, belə narahatlıq doğuran meyllərin aradan qaldırılmasında birgə səylərimiz mühüm rol oynaya bilər. Bu il Azərbaycan xalqı ilk dəfədir ki, 1941-45-ci illər faşizm üzərində qələbəni 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunmuş böyük Zəfərin sevinc hissi ilə birgə ikiqat fəxarətlə qeyd edir. Əcdadlarımızın uğrunda mübarizə apardığı ədalət, nəhayət qələbə çaldı və Azərbaycan beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü bərpa etdi. Azərbaycanın suverenliyi və bütövlüyü uğrunda canından keçmiş bütün oğul və qızlarımız, eləcə də 1941-45-ci illər müharibəsinin veteranları xalqımızın fəxridir. Onların əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq".

Hamısını oxu
İcra başçısı 20 Yanvar şəhidi Firuz Cabbarovun ailəsini ziyarət edib

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 20 Yanvar şəhidi Firuz Cabbarovun ailəsini ziyarət edib. Yanvarın 20-də “20 Yanvar – Ümumxalq Hüzn Günü” münasibətilə Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev, YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov və hüquq-mühafizə orqanlarının rəhbərləri Kəlbəcər rayonundan olan 20 Yanvar şəhidi Cabbarov Firuz Vəli oğlunun ailəsini ziyarət edib. Görüşdə Azərbaycanı dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş soydaşlarımızın əziz xatirəsi anılıb onların qəhrəmanlıq səlnaməsindən söz açılıbdır. Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev 20 Yanvar hadisələrinin milli azadlıq hərakatının zirvəsi olduğunu bildirərək bu hadisələr zamanı şəhid olmuş insanların xalqımızın qəlbinə azadlıq toxumu əkdiklərini bildirdi. RİH başçısı Azər Qocayev bildirdi ki, 20 Yanvar faciəsi zamanı Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı o vaxtkı nümayəndəliyinə gedərək bəyanatla çıxış edib və bu vəhşi hərəkəti təkcə Azərbaycan xalqına qarşı deyil, bəşəriyyətə qarşı amansız cinayət adlandırıb. İcra başçısı çıxışında Ulu Öndərin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ilk dəfə hüquqi-siyasi qiymətin verildiyini və cənab Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə 20 Yanvar şəhid ailələrinə və əlillərinə dövlət qayğısının artdığını, onların maddi-məişət şəraitinin, iş və mənzillə təminatının daim yaxşılaşdırıldığını diqqətə çatdırıb.Azər Qocayev bildirmişdir ki, bütün şəhidlərimiz kimi Sizin oğlunuzunda ruhu indi şaddır.Cənab prezidentimiz İlham Əliyevin düzgün müəyyənləşdirdiyi siyasət nəticəsində ölkəmiz qüdrətlənmiş və düşmənə ağır zərbələr endirərək torpaqlarımızı işğaldan azad etmişdir.Bu qələbə Ali Baş komandan cənab İlham Əliyevin iradəsi, qətiyyəti, xalqımızın birliyi və dəmir yumruğu hesabına qazanılmışdır. Görüşdə çıxış edən şəhidin atası Cabbarov Vəli ailəsi adından onlara göstərilən diqqət və qayğıya görə cənab Prezidentə və rayon rəhbərliyinə minnətdarlıqlarını bildirib.    

Hamısını oxu