Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Özbəkistanın “BizTV” telekanalında Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinə dair geniş veriliş nümayiş etdirilib

Özbəkistanın “BizTV” telekanalında “Mədəniyyət Mərkəzləri” adlı verilişdə bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə dair geniş veriliş nümayiş etdirilib.

“BizTV” telekanalının baş redaktoru, jurnalist Jaloliddin Mirzoyevin vurğulayıb ki, apardığı “Mədəniyyət Mərkəzləri” adlı verilişin ilk buraxılışı Özbəkistanda fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə həsr olunmuşdur.

Qeyd edək ki, yeni yaradılmış televiziya verilişində Özbəkistandakı müxtəlif xalqların diaspora ocaqları və mədəniyyət mərkəzlərinin fəaliyyəti işıqlandırılır. 

Nümayiş olunan verilişdə ilk öncə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Mərkəzin fəaliyyəti, iki xalq arasında dostluq əlaqələrinin inkişafı istiqamətində həyata keçirilən layihələr, milli mədəniyyətimiz, habelə iki ölkə arasında tarixi dostluq, əməkdaşlıq, mədəni əlaqələrə dair fikirləri yer alıb. Samir Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistanın Respublikasının Prezidenti Şavkat Mirziyayevin iştirakı ilə Mərkəzin 2010 ildə açılışını qeyd edərək Prezidenti İlham Əliyev söylədiyi sitatı vurğulayıb: “Bu Mərkəz Azərbaycan və Özbəkistan dostluğunun rəmzidir.”

Diplomat, onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistanla mədəniyyət, turizm, mətbuat sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkənin müxtəlif regionlarında “Azərbaycan mədəniyyəti,  ədəbiyyatı, musiqisi və kino günləri” tədbirlərinin təşkili, hər iki ölkənin mədəniyyət müəssisələri arasında əlaqələrinin yaradılması, Özbək mətbuatı ilə sıx əməkdaşlıq, keçirilən sərgilər, konfranslar, təqdimatlar, nəşr layihələri, habelə reallaşdırılan qarşılıqlı səfərlər vasitəsi ilə ölkəmizin geniş təbliği məsələləri barədə məlumat verib.

Ekran əsərində Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində böyük xidmətləri olan ulu öndər Heydər Əliyev haqqında, onun xatirəsinə Mərkəzdə yaradılmış “Heydər Əliyev Muzeyi”, habelə “Azərbaycan tarixi və dövlətçiliyi muzeyi”, “Odlar yurdunun naxışları” adlı xalça muzeyi haqqında geniş yer ayrılıb.

Kitabxana-informasiya mərkəzinin rəhbəri Kifayət Pirməmmədova kitabxanada  dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan nailiyyətlərə dair nəşrlər, Azərbaycan tarixi, ədəbiyyatı, mədəniyyəti, ölkəmizə dair zəngin mediateka, disk, elektron nəşrlər, jurnallar,  oxucuların istifadəsinə verilməsi və görülən işlər barədə məlumat verib. O, Mərkəzin layihəsi ilə Azərbaycan klassiklərinin əsərlərinin Özbək dilinə tərcümə edildiyini və ötən 9 ildə bu mövzuda 100-ə yaxın adda kitabın Daşkənddə nəşr olunduğunu bildirib.

Televiziya layihəsində Mərkəzin nəzdində Azərbaycan dili, kompüter kursları, milli rəqslər, rəsm, əl işləri, fortepiano dərnəklərinin fəaliyyəti xüsusi qeyd olunub.

Verilişdə Azərbaycan Mədəniyyət Mərkəzinin nəzdindəki “Əməkdar artist Kaykep Aliyeva adına Azərbaycan qızları” rəqs ansamblının fəaliyyətinə nəzər salınıb, milli rəqslərimizin ifası, Özbəkistanda təbliği barədə süjetlər nümayiş etdirilib. Ansamblın bədii rəhbəri Kamola Javliyeva ansamblın yaranması, fəaliyyəti haqqında müsahibəsi verilişdə öz əksini tapıb.

Qeyd edək ki, veriliş Özbəkistanda böyük maraq yaradıb və ölkənin “BizTV” telekanalında bir neçə dəfə nümayiş etdirilib.

2022-05-16 14:35:00
1173 baxış

Digər xəbərlər

A.T. Rasi-zadənin “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə və dövlət qulluğunda müstəsna xidmətlərinə görə Artur Tahir oğlu Rasi‑zadə “Heydər Əliyev” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 20 fevral 2025-ci il  

Hamısını oxu
Tarixi ədaləti bərpa edənlər əbədi yaşayacaqlar

Vətən müharibəsində xalqımızın qazandığı şanlı qələbə ulu öndərin yolunun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. 30 il işğal altında olan torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi. Bu mənada Vətən müharibəsi Azərbaycan tarixinin şanlı zəfər salnaməsidir. Bu salnaməni xalqımızın igid və mərd oğulları qanları ilə yazdı, xalqımız yüzlərlə şəhid verdi. Nəsillərdən-nəsillərə örnək olacaq bu salnamə həm də gənclərə vətənpərvərlik, torpaq sevgisi, birlik, həmrəylik örnəyidir. Müdafiə Nazirliyindən verilən məlumata görə, tarixi ədalətin bərpa olunmasında Naxçıvan oğulları da əsl qəhrəmanlıq göstərdilər.   Dekabrın 7-də Naxçıvan Beynəlxalq Hava Limanında şəhidlərimizin qarşılanma mərasimi olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov tədbirdə iştirak edib. Dövlət və hökumət nümayəndələri, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycan Respublikasındakı hərbi attaşe aparatının Naxçıvan Muxtar Respublikasındakı nümayəndəliyinin zabitləri və şəhidlərin ailə üzvləri tədbirdə iştirak ediblər. Şəhid olan hərbi qulluqçularımız Əliyev İbrahim Mustafa oğlunun və Məmmədov Sahil Rasim oğlunun üçrəngli bayrağımıza bükülmüş cənazələri hərbçilərin müşayiəti ilə mərasim yerinə gətirildi. Şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Ali Məclisin sədri şəhidlərin xatirəsinə ehtiramını bildirdi. Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgərləri tərəfindən yaylım atəşi açıldı. Sonra “Qurani-Kərim”dən ayələr oxundu, şəhid cənazələrinin önündən keçildi. Şəhidlərin cənazələri doğulduqları kəndlərə yola salındı. Ali Məclisin sədri şəhidlərin ailə üzvləri ilə görüşərək onlara başsağlığı verdi.  

Hamısını oxu
lham Əliyev Heydər Əliyevin məzarını ziyarət etdi

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatından 17 il keçir. Axar.az xəbər verir ki, bununla əlaqədar olaraq dekabrın 12-də Prezident İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək Heydər Əliyevin məzarını ziyarət ediblər. Prezident İlham Əliyev ulu öndərin məzarı önünə əklil qoyub. Azərbaycanın dövlət himni səsləndirilib. Dövlət başçısı İlham Əliyev və ailə üzvləri ulu öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoyublar. Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edilib, məzarları üstünə gül dəstələri düzülüb.

Hamısını oxu
Veteranlar Təşkilatının üzvləri şəhidin anım günündə iştirak ediblər

6 mart 2023-cü il tarixində Cəlilabad Rayon Veteranlar Təşkilatının üzvləri Sərhəd Qoşunları sıralarında xidmət etmiş şəhid Orxan Paşazadənin anım günündə iştirak ediblər. Veteran.gov.az xəbər verir ki, şəhidin ev muzeyini və məzarını ziyarət edərək onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər. Sərhəd Qoşunları Qərargahının rəisi, general- mayor Aqil Babayevin, şəhidin döyüş yoldaşlarının və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi anım mərasimində rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma xanım Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun adından şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, belə vətənpərvər qəhrəman övlad böyütdükləri üçün onlara təşəkkür edib.

Hamısını oxu