Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün Azərbaycan Ordusunun şəhid əsgəri Sahil Cəlilovun doğum günüdür

Sahil Cəlilov 17 may 1998-ci ildə Şərur rayonunun Dərvişlər kəndində anadan olub.

Sahil Cəlilov Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun   Xüsusi Təyinatlı Bölməsində müddətdən artıq həqiqi hərbi xidmət edib.

Azərbaycan Ordusunun  əsgəri olan Sahil Cəlilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahli Silahlı Qüvvələri   tərəfindən  Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi və  Azərbaycan ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən Müharibəsində iştirak edib. Füzulinin   və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə  baş kəşfiyyatçı olaraq vuruşmuşdur. Sahil Cəlilov 21 oktyabr 2020-ci il ildə Xocavənd rayonunun  Tuğ kəndi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olmuşdur.

Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra “ Vətən uğrunda ” medalı  ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun  işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin  29.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra” Şuşanın azad olunmasına görə ” medalı  ilə təltif olunub.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını və xidməti vəzifələrini yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Prezidenti  30.12.2020-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra “ Hərbi xidmətlərə görə” medalı ilə” ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin  24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ölümündən sonra “Füzulinin azad olunmasına görə “ medalı  ilə təltif olunub.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin  24.06.2021-ci il tarixli Sərəncamına əsasən Sahil Cəlilov ​ölümündən sonra “Xocavəndin azad olunmasına görə” medalı   ilə təltif edilib.

 

2022-05-17 11:41:00
1036 baxış

Digər xəbərlər

Qürur və ehtiramla anırıq!

Hamısını oxu
“Onun yolu ilə gedəcəyəm” - Şəhid İlqar Mirzəyevin oğlu

Xəbər verdiyimiz kimi, səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı şəhid olan polkovnik İlqar Mirzəyevin nəşi paytaxta gətirilib. Bakıda polkovniklə vida mərasimi keçirilib. Mərasimdə izdiham yaşanıb.  Axşam.az xəbər verir ki, “Xəzər xəbər”ə müsahibə verən şəhid komandirin oğlu Elvin Mirzəyev atası ilə fəxr etdiyini və atasının yolu ilə gedəcəyini deyib:   “Onun yolu ilə gedəcəyəm. Düzdür, məni evdən heç vaxt qoymurdular. Özü də bəzən imkan verməzdi ki, onun yolu ilə gedim. Amma mən qərara almışdım, bilirdim. Mənim burada boynu bükük olmağıma baxmayın. Mən bu yaşıma qədər həmişə atamla fəxr etmişəm, indi də edirəm. Şəhidlik hər adama qismət olmur. Onun adını da, şanını da həmişə uca tutacağam”. video

Hamısını oxu
Respublika Veteranlar Təşkilatı 100 yaşlı üzvünü təbrik edib

Bu gün Respublika Veteranlar Təşkilatının üzvü, Böyük Vətən Müharibəsi iştirakçısı  Əli Nəsirovun 100 yaşı tamam olub. Yubiley münasibəti ilə Respublika Veteranlar Təşkilatının Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov, Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Təşkilatın Səbail rayon şöbəsinin sədri Adilə Yaqubova, Səbail Rayon İcra Hakimiyyəti və Səbail Rayon Bələdiyyəsinin nümayəndələri Əli Nəsirovu ziyarət edib, ona uzun ömür, cansağlığı arzulayıblar.   Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarova da yubiley münasibəti ilə Əli Nəsirovu təbrik edib, onu gənclər üçün örnək adlandırıb. Təşkilat sədri tərəfindən yubilyara ünvanlanan təbrik məktubunda deyilir:   “Hörmətli Əli müəllim.   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı adından və şəxsən öz adımdan Anadan olmağınızın 100 illik yubileyi münasibətilə ürəkdən təbrik edirəm. İkinci Dünya Müharibəsi illərində Siz, ordu hissələri tərkibində Qafqazın, Ukraynanın faşist işğalçılarından azad olunması uğrunda gedən hərbi əməliyyatların fəal iştirakçısı kimi şərəfli döyüş yolu keçmisiniz.   Siz, müharibədən sonrakı illərdə də quruculuq işlərində fədakarlıqla çalışmısınız, öz bilik və təcrübənizlə bölüşərək gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə mühüm töhfə vermisiniz.  Vətən qarşısındakı xidmətlərinizə görə orden və medallarla təltif olunmusunuz. Siz müharibə və əmək veteranı kimi bu gün də gənclərimiz üçün örnəksiniz.   Hörmətli Əli müəllim,   Sizi bir daha ad gününüz münasibətilə təbrik edir, Sizə cansağlığı arzulayıram”.  

Hamısını oxu
Ulu Öndərə həsr olunmuş kitabın təqdimatı keçirilib

Cəlilabad rayon Veteranlar Təşkilatı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103 illiyi münasibəti ilə şair-pedaqoq İsmayıl Qocabəylinin "Heydərnamə" kitabının təqdimat mərasimini keçirib. Tədbirdə Əmək və Müharibə veteranları, şəhid ataları, idarə-müəssisə rəhbərləri, tanınmış ziyalılar və qələm adamları iştirak ediblər. Tədbirdən öncə  ulu Öndər Heydər Əliyevin və canlarını torpaqlarımızın azadlığı uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub. Rayon Veteranlar Təşkilatının sədri, Prezident təqaüdçüsü Ədalət Salman tədbiri giriş sözü ilə açaraq dahi rəhbər və müdrik siyasətçi Heydər Əliyevin şərəfli həyat yolundan danışıb, onun əbədiyaşar adının Azərbaycan tarixinə qızıl hərflərlə həkk olunduğunu xüsusi vurğulayıb. Daha sonra o, dahi şəxsiyyətin nəsillərə örnək olan həyat yolundan bəhs edən "Heydərnamə" kitabının müəllifinə öz təşəkkürünü bildirib və ona yaradıcılıq uğurları arzulayıb. Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Rəşad Abdullayevin atası Arif Abdullayev, rayon Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, Heydər Ata mükafatı laureatı, şair Gülbala Teymur,  rayon Statistika İdarəsinin rəisi Arif Nəcəfov, YAP rayon təşkilatının məsləhətçisi Nurlan Ağamalıyev, şəhər 2 saylı məktəbin direktor müavini Əliniyaz Müslümoğlu, Milli Cəbhə partiyası rayon təşkilatının sədri Nadir Şükürov, Yazıçılar Birliyinin üzvü Əfrahim Abbas, şəhid qardaşı, yazıçı Sakit Üçtəpəli, şəhid atası Fuad Vəlişov, Əfqaıstan müharibəsi veteranı Rəşid Mahmudov və başqaları çıxış edərək dünyanı heyran qoyan uzaqgörən lider Heydər Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətini yüksək qiymətləndiriblər  və onun  böyük bir şəxsiyyət kimi Azərbaycan xalqının yaddaşında həmişə yaşayacağını bildiriblər. Ulu Öndərə həsr olunmuş kitabın müəllifi şair-pedaqoq İsmayıl Qocabəyli öz çıxışında vurğulayıb ki, qələmə aldığım bu kitab ulu Öndərimizin  əziz xatirəsinə böyük  hörmət və ehtiramım olaraq veteran müəllim kimi töhfəmdir. Sonda tədbir iştirakçılarına təqdimatı keçirilən  ""Heydərnamə" kitabı hədiyyə olunub və xatirə şəkilləri çəkilib.

Hamısını oxu