Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün şəhid Həsən Həsənovun doğum günüdür

Bu gün Azərbaycan Ordusunun şəhid əsgəri Həsənov Həsən Səfər oğlunun  doğum günüdür.

Həsənov Həsən Səfər oğlu 3 iyun 1996-c ildə Sabirabad rayonunun Qruzma kəndində anadan olmuşdur. 2003-cü ildə Qruzma kənd tam orta məktəbinə yollanmış, 2014-cü ildə orta məktəbi bitirmişdir.

Orta məktəbi bitirdikdən sonra Sabirabad rayonu Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. Şəhid Həsənov Həsən, 2016-cı ildə baş verən aprel döyüşlərində də iştirak etmişdir. Həsən hərbi xidməti başa vurduqdan sonra doğulub boya-başa çatdığı kəndə qayıdır və ailə həyatı qurur. 30 ilə yaxındır ki,Azərbaycan torpaqları düşmən tapdağında idi. 2020-ci ilin sentyabrın 27-də II Qarabağ müharibəsi  başlayanda Həsən könüllü olaraq qeydiyyatdan keçir və təlimlərə qoşulur. Vətən müharibəsinin ilk günlərində ön cəbhədə döyüşür.Kəşfiyyatçı olaraq, Həsən, Füzulinin, Cəbrayılın, Hadrutun, Suqovşanın azad olunmasında cəsurluqla döyüşür.100 dən çox düşməni zərərsizləşdirib,neçə düşmən postunun dağıdılmasında və ələ keçirilməsində yaxından iştirak edib.Yaralı əsgərlərimizi düşməndən xilas edib20 oktyabr Laçın ətrafında gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin  15.12.2020-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra “Vətən uğrunda “ medalı   ilə təltif edildi.

Azərbaycanın  Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Həsən Həsənov ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edildi.

2022-06-03 11:51:00
1271 baxış

Digər xəbərlər

Əli Nağıyev kursantlarla görüşdü

2020-ci ildə respublikamızın ümumtəhsil məktəblərini bitirmiş və qəbul imtahanlarında yüksək nəticələr göstərərək Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasına qəbul olunmuş bir qrup kursantla DTX Kollegiya üzvlərinin görüşü keçirilib. Axar.az xəbər verir ki, DTX-nin rəisi general-leytenant Əli Nağıyev kursantları təbrik edib, onlara təhsildə müvəffəqiyyətlər arzulayaraq tapşırıq və tövsiyələrini vermiş, qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi Ümummilli lider Heydər Əliyevin adını daşıyan xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olmağın hər bir gənc Azərbaycan vətəndaşı üçün şərəfli olduğunu, eyni zamanda böyük məsuliyyət tələb etdiyini bildirib. General-leytenant Əli Nağıyev gənclərin təhsil müddətində əldə edəcəkləri spesifik bilikləri Vətənin müstəqilliyinin, ərazi bütövlüyünün və dövlətin təhlükəsizliyinin etibarlı qorunması istiqamətində uğurla tətbiq edəcəklərinə, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin milli maraqlarının təmin olunmasına vicdanla xidmət edəcəklərinə əminliyini bildirib. Görüşdə çıxış edən kursantlar ölkəmizdə təhsilin inkişafına, gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Onlar dövlət təhlükəsiziliyi orqanlarının sıralarında Vətənə və xalqa sədaqətlə xidmət etmək üçün bundan sonra da əzmlə çalışaraq təlim və təhsildə daim nailiyyətlər qazanacaqlarını ifadə ediblər.

Hamısını oxu
“Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Gənc nəslin düzgün tərbiyəsi parlaq gələcəyimizin təminatıdır” mövzusunda konfrans təşkil olunub, Respublika Veteranlar Təşkilatının, Azərbaycan Ağsaqqallar Şurası üzvlərinin və bir sıra QHT sədrlərinin gənclərlə görüşü keçirilib. Konfransın keçirilməsində əsas məqsəd dövlətimizin gənclər siyasətinə dəstək vermək, Prezident İlham Əliyevin gənclərlə bağlı çağırışlarını təbliğ etmək, gənclərin milli mənəvi dəyərlərimizə bağlı şəkildə tərbiyəsinin dövlətçiliyimizin bu günü və gələcəyi baxımından önəminə diqqət çəkmək olub. Konfransda erkən nigahın yolverilməzliyi, narkomaniya, şiddət və aqressiya kimi mənfi tendensiyalara qarşı mübarizəni gücləndirmək məqsədi ilə qanunvericiliyin daha da sərtləşdirilməsinin zəruriliyi vurğulanıb. Konfransda gənclər, ziyalılar, veteran və ağsaqqallar, dövlət qurumlarının, media və vətəndaş cəmiyyəti institutunun nümayəndələri, habelə  Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev, Hərbi Dəniz Qüvvələrinin Komandanı vitse-admiral Sübhan Bəkirov, Müdafiə Nazirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Elşən Hüseynov iştirak edib. Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov konfrans iştirakçılarını salamlayııb, konfransı açıq elan edib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra mövzu ilə bağlı ətraflı çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov gənc nəslin tarixi roluna, dövlətimizin gənclər siaysətinə diqqət çəkib, hər bir şəxsin bu siyasəti dəstəkləməsinin önəmini qeyd edib: “Azərbaycanda dövlət gənclər siyasətinin formalaşdırılması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli liderin gənclər siyasətində ilk mühüm addım kimi, 1994-cü il iyulun 26-da Azərbaycan Prezidentinin fərmanı ilə Gənclər və İdman Nazirliyinin təsis edilməsini göstərmək olar. Gənclərimiz 44 günlük Vətən müharibəsində, habelə lokal antiterror tədbirləri zamanı öz cəsarətləri, rəşadətləri, qəhrəmanlıqları ilə xalqımızın zəfərini təmin edib, Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazıb. Təsadüfi deyil ki, Prezident İlham Əliyev bütün çıxışlarında gənclərimizin vətənpərvərlik ruhunu, mübarizə əzmini yüksək qiymətləndirib, onlara böyük sevgi və etimadla yanaşıb. Təbii ki, vətənpərvər gəncliyin formalaşmasında həm dövlətimiz, həm də xalqımız – ailə institutu mühüm rol oynayıb. Lakin biz dövlətimizin daha da inkişaf etməsini, çiçəklənməsini,  özünəməxsusluğunu qoruyub saxlamasını istəyiriksə, gənclərimizin bundan sonra da milli-mənəvi dəyərlərə bağlı şəkildə yetişdirilməsini diqqətdə saxlamalıyıq. Çalışmalıyıq ki, gənclərimiz tariximizə, ədəbiyyatımıza, əcdadlarımızın qəhrəmanlıq ənənəsinə sadiq şəkildə formalaşsın, milli dəyərlərin, milli maraqların keşiyində dayansın. Təəssüflər olsun ki, bu gün bəzən yeniyetmələr, gənclər arasında bəzi arzuedilməz olaylara da şahid oluruq. Bu isə biz veteranları narahat edir. Bunlardan biri erkən nigahla bağlıdır. Bəzən yeniyetmələr erkən nigaha təhrik edilir ki, bu da qanunun tələbinin pozulması ilə yanaşı, həm də əxlaqi-mənəvi baxımdan qəbuledilməzdir. Bu cür hallara qarşı mübarizədə cəmiyyətimiz aktiv iştirak etməli, belə hallara qarşı güclü ictimai qınaq olmalıdır. Habelə, hüquq-mühafizə orqanları bu cür hallarla bağlı dərhal məlumatlandırılmalıdır. Ümumilikdə isə hesab edirəm ki, erkən nigaha qarşı effektiv mübarizə məqsədi ilə  mövcud qanunvericiliyin daha da sərtləşdirilməsinə ehtiyac var. Biz gənclərimizi narkomaniya, digər zərərli vərdişlərdən də qorumalı, bu sahədə maarifçilik işini genişləndirməli, dövlətimizə bütün digər sahələrdə olduğu kimi bu məsələdə də ciddi dəstək verməliyik”. Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Eldar Quliyev milli-mənəvi dəyərlərə sahib çıxmağın önəmini vurğulayıb, gəncləri yad meyillərə, kənar təsirlərə uymamağa çağırıb: “Gənclər bizim gələcəyimizin təminatı, dövlətimizin, cəmiyyətimizin dayağıdır. 44 günlük Vətən müharibəsi Azərbaycan gəncliyinin nəyə qadir olduğunu göstərdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında ordumuz cəmi 44 gün ərzində düşməni darmadağın etdi, işğaldakı torpaqlarımızı azad etdi. Gənclərimiz öz cəsarətləri ilə düşmənə layiqli yerini göstərdi. Ancaq təəssüflər olsun ki, bəzən gənclər arasında aqressiya, şiddət, Azərbaycan insanına, Azərbaycan ailəsinə yaraşmayan qəddarlıq nümunələri də görürük. Erkən nigah, narkomaniya, boşanmaların artması kimi hallar da müşahidə edilir ki, bu da narahatlıq doğurur. Bu cür halların qarşısını almaq üçün biz bir cəmiyyət, bir xalq olaraq birlikdə ciddi mübarizə aparmalı, dövlətimizin gənclər siyasətinə öz töhfəmizi verməliyik”. Müdafiə Nzirliyinin şöbə rəisi polkovnik Elvin Əzizov, “Ədəbi Turan Kitab Fondu”nun sədri, elmlər doktoru Esmira Fuad, Gənclər və İdman Nazirliyi Vətənpərvərlik tərbiyəsi şöbəsinin müdiri Elşən Hüseynov da çıxışlarında dövlətimizin gənclərlə bağlı siyasətinə dəstək nümayiş etdirib, erkən nigah, narkomaniya, aqressiya və qəddarlıq kimi halları tənqid ediblər. 44 günlük Vətən müharibəsi qazisi mayor Elşad Təhməzov isə müharibədə gənclərimizin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib, bu ruhu, milli-mənəvi dəyərlərə bu bağlılığı qoruyub saxlamağın vacibliyini vurğulayıb. Çıxş edən natiqlər qeyd ediblər ki, Prezident İlham Əliyevin gənclərlə bağlı hər bir fikri, hər bir çağırışı sadəcə gənclər deyil, bütün cəmiyyət üçün ciddi aktuallıq təşkil edir və dövlətimizin gələcək inkişafımızın etibarlı təminatına yönəlib. Tədbir hərbi vətənpərvər mahnıların məşhur ifaçısı Şəmistan Əlizamanlının ifası ilə başa çatıb. Seymur ƏLİYEV  

Hamısını oxu
Azərbaycan naminə birliyimizi qorumalı, milli həmrəyliyimizə sadiq qalmalıyıq

                                                           Azərbaycan – qayalarda bitən bir çiçək,                                                      Azərbaycan – çiçəklərin içində qaya.                                                            Mənim könlüm bu torpağı vəsf eləyərək,                                                             Azərbaycan dünyasından baxar dünyaya.                                                                                                  Məmməd Araz Əziz bacılarım, dəyərli həmvətənlərim! Mən bu gün Vətən sevgisi, dövlətə sədaqət və hüquqa hörmət naminə düşüncələrimi qələmə almağı  özümə borc bildim. Sizə bir hüquqşünas kimi deyil, ilk növbədə bu Vətənin taleyinə biganə qalmayan, dövlətimizin gələcəyini düşünən bir Azərbaycan vətəndaşı kimi müraciət edirəm.Bilirəm ki, hicab bir çox qadınlarımız üçün mənəvi dəyərlərin, inancın və şəxsi seçimin ifadəsidir. Hər bir insanın dini hisslərinə hörmətlə yanaşmaq, onun ləyaqətini qorumaq cəmiyyətimizin mənəvi borcudur. Lakin gəlin, bu gün məsələyə yalnız şəxsi inancımızın prizmasından deyil, övladlarımızın gələcəyi, dövlətimizin təhlükəsizliyi və xalqımızın birliyi baxımından da nəzər salaq. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 sentyabr 2026-cı il tarixli Qərarının və “Dövlət ümumi təhsil müəssisəsində təhsilverənlər üçün geyim ilə bağlı Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 oktyabr 2026-cı il tarixli Qərarının ətrafında yaranmış müzakirələrdə emosiyalara deyil, hüquqi arqumentlərə, qarşılıqlı anlayışa və sağlam düşüncəyə üstünlük verək. Qərarla razılaşmamaq hüququmuz varsa, mövqeyimizi qanuni yollarla ifadə edək. Amma bir həqiqəti də unutmayaq: Məktəb yalnız bilik verilən yer deyil, həm də gələcəyin vətəndaşlarının formalaşdığı məkandır. Orada uşaqlarımız təkcə elm öyrənməməli, həm də qanuna hörmət etməyi, fərqli düşüncələrə dözümlü yanaşmağı, cəmiyyət qarşısında məsuliyyət daşımağı bacarmalıdırlar. Əziz valideynlər! Bu müzakirələrin ən həssas tərəfi bizim övladlarımızdır. Uşaqlarımız böyüklərin fikir ayrılığının mərkəzinə çevrilməməli, onların təhsili və psixoloji rahatlığı zərər görməməlidir. Məktəbə getmək hər uşağın hüququdur və heç bir mübahisə övladımızı bu hüquqdan məhrum etməməlidir. Ona görə də övladlarımıza qanunlara hörməti, fərqli düşüncəyə dözümlülüyü və təmkinli davranışı öz nümunəmizlə öyrədək. Onları gərginliyə, qarşıdurmaya cəlb etməyək, qoy hər uşaq sakit və təhlükəsiz mühitdə oxusun. Azərbaycan bizim ortaq Vətənimizdir. Bu dövlətin təhlükəsizliyi, xalqımızın əmin-amanlığı, övladlarımızın sabit və təhlükəsiz mühitdə təhsil alması hər birimizin məsuliyyətidir. Dövlətimizin möhkəmliyi və cəmiyyətimizin birliyi qorunmalı olan ümumi dəyərlərimizdir. Bu dəyərlərə sahib çıxmaq dini inancımızdan imtina etmək deyil; əksinə, vətəndaşlıq məsuliyyətimizi dərk etməkdir. Unutmayaq ki, vətənpərvərlik yalnız Vətəni sevdiyimizi söyləməklə ölçülmür. Vətənpərvərlik çətin məqamlarda təmkinli olmaqda, hüquqa hörmət etməkdə, cəmiyyətdə qarşıdurma yaratmamaq üçün səy göstərməkdə və dövlətimizin gələcəyinə məsuliyyətlə yanaşmaqda da özünü göstərir. Gəlin, heç kimin dini inancını alçaltmadan, heç kimin hüququnu tapdalamadan, bir-birimizi düşmən deyil, eyni Vətənin övladları kimi görək. Mövqeyimizi qanuni, mədəni və əsaslandırılmış şəkildə ifadə edək. Dövlət qurumları ilə vətəndaşlar arasında etimadın möhkəmlənməsinə töhfə verək. Dövlətə hörmətlə hüquqa hörmət bir-birinə zidd deyil. Hüquqi dövlətin gücü həm qanunların aliliyində, həm də vətəndaşların hüquq və azadlıqlarına hörmət edilməsindədir. Buna görə də mübahisəli məsələlərin həlli qarşılıqlı dinləmə, hüquqi əsaslandırma və dialoq yolu ilə axtarılmalıdır. Mən sizi qarşıdurmaya deyil, anlaşmaya; emosional reaksiyaya deyil, düşünülmüş mövqeyə; ayrılığa deyil, milli birliyə çağırıram.Gəlin, hicablı və hicabsız olmağımızdan asılı olmayaraq, Azərbaycan naminə bir olaq! İnancımıza hörmət edək, qanunlarımızı öyrənək, dövlətimizin təhlükəsizliyini və xalqımızın əmin-amanlığını qoruyaq. Fərqli baxışlarımızı milli birliyimizə maneəyə çevirməyək. Çünki bizim hamımızın bir adı var — AZƏRBAYCAN VƏTƏNDAŞI!  Və bizim hamımızın ortaq bir məsuliyyəti var — bu Vətəni qorumaq, dövlətimizin güclənməsinə töhfə vermək və gələcək nəsillərə sabit, təhlükəsiz, hüquqi dövlət miras qoymaq. Allah birliyimizi, həmrəyliyimizi daim etsin. Dövlətimizi, xalqımızı və müqəddəs Vətənimizi hər cür bəladan qorusun. Allah Azərbaycanımızı qorusun! “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin  hüquq məsləhətçisi Vüsalə Cəfərli  

Hamısını oxu
Prezidentin tapşırığı ilə Azərbaycana yeni təcili yardım maşınları gətirilib

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkəmizə yeni təcili tibbi yardım avtomobilləri gətirilib. Modern.az xəbər verir ki, dövlət başçısı iyulun 30-da yeni təcili tibbi yardım avtomobilləri ilə tanış olub.

Hamısını oxu