Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Elşad Şabanovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Əfqanıstan, Qarabağ və Silahlı Qüvvələr veteranı, Təşkilatın Bakı şəhəri Nərimanov Rayon Təşkilatının sədri Elşad Şabanovun 70 illik yubileyi ilə bağlı tədbir keçirilib.

Rayon gənclərinin, veteran və ziyalıların iştirak etdiyi tədbiri giriş sözü ilə açan Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov Elşad Şabanovun keçdiyi döyüş yoluna nəzər salıb, onun hər zaman dövlətimizin ərazi bütövlüyünün, təhlükəsizliyinin keşiyində qətiyyətlə dayandığını bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin vitse-spikeri, parlamentin Gənclər və İdman Komitəsinin sədri Adil Əliyev Elşad Şabanovun timsalında bütün qazilərə öz minnətdarlığını bildirib. Millət vəkili qeyd edib ki, məhz şəhidlərimizin, qazilərimizin cəsarət və şücaəti hesabına dövlətimiz hər zaman çətin sınaqlardan alnıaçıq, üzüağ çıxmağı bacarıb. Millət vəkili çıxışının sonunda Elşad Şabanovu Fəxri Fərmanla təltif edib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Elşad Şabanovun uzun müddətdir ki, Veteranlar Təşkilatının Nərimanov Rayon Təşkilatının sədri vəzifəsində çalışdığını, öz zəngin təcrübəsi, dəyərli məsləhətləri ilə gənc nəslin vətənpərvərlik tərbiyəsinə böyük töhfələr verdiyini bildirib. Polkovnik Cəlil Xəlilov Elşad Şabanovu Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Fəxri Fərmanı ilə təltif edib.

Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov da Elşad Şabanovun həyat və döyüş yolunu yüksək qiymətləndirib, onu rəhbəri olduğu qurum adından təltif edib.

Tədbirə və ona göstərilən etimada görə iştirakçılara təşəkkürünü bildirən Elşad Şabanov, hər zaman olduğu kimi bundan sonra da vətənin, dövlətin keşiyində ayıq-sayılq dayanmaqda davam edəcəyini bildirib.

2022-06-20 16:03:00
1429 baxış

Digər xəbərlər

Ruhum ağrılardan qıvrılır yenə

“Qardaş xalqlar ədəbiyyatı - Özbək ədəbiyyatı” silsiləsindən...  Ruhum ağrılardan qıvrılır yenə, Vücudun soyuyub sönməyi vardır. Bu suçsuz ürəyim sızlayır yenə, Yenə yarın məndən dönməyi vardır.   Sənə gəlməkdəyəm könlümdə umud, Gecəni, gündüzü düşünüb yordum: Ya sözün kölgəli bəyaz bir bulud, Ya qara gözlərin əzabın yurdu.   Sonra Allah dedim, bax, mən allahsız, Köksümdə daşlaşdı bir qərar: – İlğım! Hamı günahkardı, hamı günahsız, Əzab dalımızca düşüb, yazığıq.   Bilirəm, yanında xətrim əzizdir, Bu canın o cana enməyi vardır. Asi ürəyimdə gözlənti izi, Yenə yarın mənə dönməyi vardır.    MƏN SƏNƏ MƏKTUBLAR YAZDIM    Mən sənə məktublar yazdım hər axşam, Sözlər sehrlədi dörd bir yanını. Ehtimal, üzünə sürtdün məktubu, Ehtimal, dişlədin bal dodağını.   Bu dəmdə diksinib birləşdi ruhlar, Həsrətlər bərabər qol-qola girdi. Mən səni aradım dünyabadünya, Sən də yol-yol gəldin mənim yanıma.   Qarşında qəlbini açıb tökər kim Hərfbəhərf, sözbəsöz, məktubbaaməktub? Bilmirəm, əzabmı, sevincmi bizə, Eşq hansı məktubu sayacaq məqbul.   Ağlım vücudumda yanar, titrəyər, Bu təsadüf vüsal xəyala dönər. İndi hər nəfəsdə səslərəm canım, Gəlsənə, gəlsənə, gəlsənə mənə.   Dar hücrəm doludur dilsiz kağızla, İnlədi qələmdən ayrı əllərim. Özünü şüşəyə çırpdı dünyanın Qanadlı, qanadsız kəbutərləri.   Bağışla! Nə yazım, dilimdə söz yox, Təəssüf, görmədin qəlbimdəkini. Hansı asimana, yavrum, sevinclə, Sənsiz gözlərimlə baxım mən indi?   Qələmi sındırdım, iş oldu tamam. Bir sirri anlatdım, köhnədir, dinlə: “Baxışımdan köçər baxışlarına Könlümdə yazılan ən gözəl namə...”.   Mən sənə məktublar yazdım hər axşam...   Rəhmət BABACAN Özbəkistan Respublikası Şair, tərcüməçi, “İstirab fısıltısı” və “Üzbə-üz” adlı şeir kitablarının müəllifi.  Azərbaycan dilinə tərcümə etdi: Səlim Babullaoğlu  

Hamısını oxu
“Hərbi Prokurorluq “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verir”

Məşhur Məmmədov: “COP29 ərəfəsində bu cür tədbirlərin keçirilməsi xüsusilə əhəmiyyətlidir” Hərbi Prokurorluğun Azərbaycan Silahlı Qüvvələrində qanunçuluğun, nizam-intizamın möhkəmlənməsində mühüm rol oynadığı şübhəsizdir. Bununla yanaşı, prokurorluq əməkdaşları Silahlı Qvvələrin şəxsi heyətinin Ümummilli lider Heydər Əliyev ideyaları ilə silahlanması, onların dövlətimizin müasir çağırış və  prioritetləri haqqında ətraflı məlumatlanması istiqamətində də ardıcıl iş aparmaqdadır. Bu baxımdan Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxsləri və Silahlı Qüvvələrin yüksəkrütbəli hərbi qulluqçularının Azərbaycanın müxtəlif bölgələrində keçirdiyi birgə tədbirlər mühüm əhəmiyyətə malikdir. Mövzu ilə bağlı Veteran.gov.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov Hərbi Prokurorluğun həyata keçirdiyi bu tədbirlərin “Yaşıl dünya naminə həmrəylik ili”nə böyük töhfə verdiyini bildirib: “Təbii ki, Hərbi Prokurorluq tərəfindən Ulu öndər Heydər Əliyevin ilk dəfə hakimiyyətə gəlişinin 55-ci ildönümü və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Silahlı Qüvvələrdə tədbirlərin keçirilməsi mühüm önəm kəsb edir. Bu, hər şeydən öncə gənclərimizin milli-mənəvi dəyərlərə bağlılığı təlqin edən Heydər Əliyev ideyalarına daha dərindən yiyələnməsi, onların vətənpərvərlik tərbiyəsinin daha da gücləndirilməsi baxımından vacibdir. Bu, həm də gənc hərbçilərimizə şanlı tariximizin təbliği, öyrədilməsi deməkdir. Keçirilən tədbirlər eyni zamanda Prezident İlham Əliyev tərəfindən elan edilən “Yaşıl dünya naminə həmrəylik ili”ni əhatə edir ki, bu da sadəcə dövlətimizin deyil, bütövlükdə planetimizin bugünü və gələcəyi baxımından son dərəcə önəmlidir. Təbiətin qorunması, ekoloji mühitin yaxşılaşması bu gün hər zamankından daha mühüm əhəmiyyət kəsb edir. Onu da unutmaq olmaz ki, yaxın günlərdə ölkəmizdə COP 29 sammiti gerçəkəşəcək. 200-ə yaxın dövlətin iştirak edəcəyi sammit iqlim dəyişikliklərinə qarşı mübarizəyə həsr olunacaq. Hansı ki, ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində atılan addımlar, həm də COP29 sammitinin mahiyyəti ilə uzlaşmaqdadır. Bu baxımdan Hərbi Prokurorluğun Silahlı Qüvvələrdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirdiyi tədbirlər qarşıdakı sammit ərəfəsində ikiqat əhəmiyyət kəsb edir. Bu cür tədbirlər yeni ekoloji düşüncə tərzinin formalaşması, insanların təbiətə daha duyarlı münasibətinin təmin olunması və s. baxımından faydalıdır. Mən həm Hərbi Prokurorluğa, həm də Silahlı Qvvələrimizə uğurlar arzulayır, onlara öz şərəfli fəaliyyətlərində müvəffəqiyyətlər diləyirəm”. Seymur ƏLİYEV  

Hamısını oxu
“8 noyabr Zəfər Günüdür” mövzusunda tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin   vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin İş Planına uyğun olaraq şöbə   müdiri e/o polkovnik Adil Haqverdiyev,baş mütəxəssis Nəbi Hacıyev 6 noyabr 2023-cü il tarixində  8 noyabr qələbə günü  ilə əlaqədar tədbir təşkil ediblər. Tədbir Yasamal rayonunda yerləşən Heydər Əliyev mərkəzində baş tutub. 8 noyabr qələbə günü ilə əlaqədar “8 noyabr Zəfər Günüdür”  adlı tədbirdə Yasamal rayon VT-nın sədri Vaqif Məmmədov, Heydər Əliyev mərkəzinin elmi işçisi Azər Zeynalzadə, gənc rəssamlar, Yasamal rayonunda yerləşən 308 saylı tam orta mətəbin müəlliməsi Zəminə Yusubova, şagirdlərlə iştirak etdilər. Tədbir öncəsi gənc rəssamların Zəfər Gününə həsir etdikləri  əsərlərindən ibarət sərgiyə baxıldı. Daha sonra tədbir öz işinə başlayıb. Tədbiri Azər Zeynalzadə açıb. Öncə Dövlət Himni səsləndi. Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. Çıxış üçün sözü e/o polkovnik Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Təşkilatın sədri Fatma xanım Səttarovanın və müavini e/o polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırdı.O,çıxış edərək bildirdi ki, BMT-nın çıxardığı qətnamələr uzun illər  yerinə yetirilmədi, lakin   Azərbaycan Ordusu 44 gün ərzində işğal altında olan torpaqlarımızı azad etdi: “Uca Tanrıya şükürlər olsun ki, bu gün Xankəndində üçrəngli bayrağımız dalğalanır. Biz hər zaman ayıq-sayıq olmalıyıq düşmənimizin kimliyini,onun havadarlarını unutmamalıyıq.Onların  çirkin əməllərinin qarşısını almağa hazır olmalıyıq.Ali Baş Komandan İlham Əliyev ətrafında  bir ymruq kimi sıx birləşib söyləməliyik: “QARABAĞ AZƏRBAYCANDIR!” . Daha sonra 308 saylı tam orta məktəbin şagirdləri qələbəyə həsr edilmiş şerlər söylədilər. Tədbirin sonunda fəal rəssamlara, onların müəllimlərinə Adil Haqverdiyev,Vaqif Məmmədav Fəxri Fərman təqdim etdilər, sonda xatirə şəkilləri çəkdirildi.

Hamısını oxu
Bakıda Zəfər atəşfəşanlığı

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda 44 günlük Vətən Müharibəsinin məntiqi yekunu olan Zəfər paradı keçirilib. Paraddan sonra xalqımızın qələbə sevincini əks etdirən atəşfəşanlıq keçirilib. Baku TV həmin görüntüləri təqdim edir:

Hamısını oxu