Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

22 iyul Milli Mətbuat Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, “Benilüks” Azərbaycanlıları Konqresi və “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının birgə təşkilatçılığı və “İydə Parfumery” – nin tərəfdaşlığı ilə 22 iyul Milli Mətbuat günü münasibətilə “Media Nümayəndələrinin Təltifetmə mərasimi” həyata keçirilib.

Mərasimdə rəsmi şəxslər, Millət vəkilləri Elman Nəsirov, Vüqar İsgəndərov, "Dayaq" Təşkilatının sədr müavini Məcid Məmmədov, İcraçı direktor Zamin Zeynal, diaspora və media nümayəndələri, QHT təmsilçiləri iştirak edərək çıxış etdilər.

Təltifetmə mərasimində çıxış edənlər Jurnalistləri təbrik etdikdən sonra Azərbaycan mətubatının tarixi və bu gününə nəzər salaraq qeyd etdilər ki, müasir dövrümüzdə peşəkar jurnalistikanın daha da inkişafı fonunda vətəndaşlarımızı vaxtında informasiya ilə təmin edilməsi istiqamətində media qurumlarının fəailiyyət imkanları hər gün genişlənərək, ölkəmizdə xəbər təlabatını uğurla həyata keçirirlər. Natiqlər çıxışlarında onu da vurğuladılar ki, hazırki dövrümüzdə aparıcı əhəmiyyət kəsb edən on-line medianın sürətlə inkişafı, 44 günlük müharibə vaxtı və ondan sonrakı dövrdə milli vətənpərvər ruhda jurnalistərimizin fədakar fəaliyyəti diqqətəlayiqdir. Gələcəkdə də bu sayaq tədbir və təşəbbüslərin olması Azərbaycan mediasına ictimai dəstəkdir.

Mükafatlandırma mərasimdə “Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov çıxış edərək bildirdi ki,  Azərbaycan mediası beynəlxalq müstəvidə milli, vətənpərvər əzimdə fəaliyyət göstərən diaspora fəalları ilə görüşərək onların Azərbaycan həqiqətlərinin dünyaya çatdırması yönümündə gördükləri işləri daima işlqlandıraraq həmrəylik nümayiş etdirirlər. Elsəvər Məmmədov onu da qeyd etdi ki, Mətbuat cəmiyyətin güzgüsüdür,mətbuatın inkişafına ictimai dəstək və qarşılıqlı əməkdaşlıq münasibətləri dövlət Başçısı cənab İlham Əliyevin məqsədyönlü uğurlu siyasətinə vətəndaş cəmiyyəti dəstəyidir.

“Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev mərasimdə çıxış edərək bildirdi ki, 44 günlük haqq savaşı dönəmində Azərbaycan Jurnalistlərinin həm ön cəbhədə, həm də arxa cəbhədə, eyni zamanda informasiya  savaşında göstərdikləri vətənpərvər fəaliyyət, Ali Baş Komandanın rəhbərliyi altında Müzəffər Azərbaycan ordusunun tarixi qələbə zəfərinin əldə edilməsində etdikləri informasiya həsaslığı, müharibə prosesinə ehtiyatla yanaşma, xalqımızın milli maraqlarına xidmət göstərmələri  jurnalistlərimizə qarşı hər birimizin vəzifəsindən, peşədindən  asılı olmayaraq dərin hörmət və diqqətini artırmışdır.

Jurnalistlərin mükafatlandırılması ilə bağlı "Benilüks” Azərbaycanlıları Konqresinin sədri Elsəvər Məmmədov  mətbuata açıqlamasında bildirdi ki, Milli Mətbuat günü münasibətilə "Dayaq" Təşkilatı ilə birgə belə bir tədbiri təşkil etməkdə məqsəd Jurnalistlərin peşə bayramında onların əməyinə yüksək qiymət verməklə yanaşı, birlik, həmrəylik nümayiş etdirməkdir. Elsevər Məmmədov onu da xüsusi olaraq vurğuladı ki, dövlət Başçısı cənab İlham Əliyev tərəfindən Jurnalistlərə göstərilən diqqət və qayğı vətəndaş cəmiyyəti tərəfindən dəstəklənərək ictimai-siyasi mədəni dəstək  nümayiş etdirilməkdədir.

 

2022-07-20 11:44:00
992 baxış

Digər xəbərlər

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndidə səs veriblər

Xankəndi, 7 fevral, AZƏRTAC Fevralın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Xankəndi şəhərində 122 saylı seçki dairəsinin 14 saylı seçki məntəqəsində səs veriblər.

Hamısını oxu
Bayrağımız Şuşada dalğalanacaq!

Strateji Kommunikasiyalar Mərkəzi vətənpərvərlik mövzusunda videoçarx hazırlayıb. Publika.az sözügedən videonu təqdim edir:

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri “Ana harayı” abidəsini ziyarət ediblər

24 fevral 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan “Ana harayı” abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar.  Veteranlar, eləcə də kompleksi ziyarət etməyə gələn məktəblilər qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov Xocalı soyqırımının bütün insanlığa qarşı törədilən cinayət olduğunu bildirib, bu soyqırımına qarşı ilk siyasi-hüquqi qiymətin məhz Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayıb. 2020-ci ilin 44 günlük Vətən müharibəsi və 2023-cü ilin anti-terror əməliyyatı nəticəsində Xocalı qatillərinin ələ keçirilərək məhkəmə hökmü ilə ağır cəzalara məhkum edildiyni bildirən Cəlil Xəlilov, bunu Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin xalqımız və tariximiz qarşısındakı ən böyük xidmətlərindən biri kimi dəyərləndirilib. Tədbir zamanı soyqırımı qurbanlarının ruhuna dualar oxunub, onların xatirəsi ehtiramla ayd edilib. Seymur ƏLİYEV    

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov Müharibə Veteranlarının Respublika Xəstəxanasında müalicə alan veteranlarla görüşüb

Dünən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Müharibə Veteranlarının Respublika Xəstəxanasında müalicə alan veteranlarla görüşüb, onların müalivə şəraiti ilə yaxından tanış olub. Veteranlar qarşısında çıxış edən Cəlil Xəlilov Azərbaycan dövlətinin hər zaman şəhid ailələrinə, veteranlara böyük diqqət və qayğı göstərdiyini vurğulayıb, son illər bu istiqamətdə mühüm layihələrin həyata keçirildiyinə diqqət çəkib: “Şəhid ailələri və veteranlara qayğı hər zaman dövlət siyasətimizin prioritet istiqamətlərindən biri olub və bu gün də öz aktuallığını qorumaqdadır. Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyeva uzun illərdir ki, şəhid ailələrinin, veteran və qazilərin sosial şəraitinin yaxşılaşması, onların həyat səviyyəsinin yüksəldilməsi istiqamətində böyük əmək sərf etməkdədir. Həssas kateqoriyaya mənsub olan bu şəxslərin mənzillə təmin edilməsi, onların müalicəsinin yüksək səviyyədə təşkil olunması,  həmin insanlara çoxsaylı imtiyazların verilməsi, onların vəziyyətinin davamlı olaraq diqqət mərkəzində saxlanılması veteranlara dövlət qayğısıının ən böyük isbatıdır. Bu gün toplaşdığımız Müharibə Veteranlarının Respublika Xəstəxanasında veteranlara göstərilən diqqət və qayğı, onların müalicəsi və istirahətinin yüksək səviyyədə təşkil edilməsi də dövlətimizin veteranlara necə böyük önəm verdiyini göstərir. Mən bu xəstəxanada veteranlarımıza yaradılan şəraitə, onlara göstərilən qayğıya görə Müharibə Veteranlarının Respublika Xəstəxanasının direktoru Gülşən Əliyevaya da öz təşəkkürümü bildirirəm. Çünki onun rəhbərliyi dönəmində xəstəxanada veteranlarımızın müalicəsi üçün daha optimal şəraitin yaradıldığı, bu istiqamətdə çoxsaylı yeniliklərin həyata keçirildiyi və bu dəyişikliklərin veteranlar tərəfindən rəğbətlə qarşılandığı göz önündədir. Əminliklə bildirirəm ki, bundan sonra da veteranlarımız dövlətin qayğısını hər addımda hiss edəcək, onlar üçün yaradılan imkanlardan bəhrələnməkdə davam edəcəklər”. Tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Təşkilati və Beynəlxalq Əlaqələr Şöbəsinin  müdiri, ehtiyatda olan polkovnik Nadir İsmayılov və Təşkilatın mətbuat katibi Seymur Əliyev də iştirak edib.  

Hamısını oxu