Digər xəbərlər
24 aprel 2025-ci il tarixində Gəncədə Heydər Əliyev Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfərdən zəfərə gedən yol” adlı tədbir keçirilib. Ulu öndər Heydər Əliyevin heykəli ziyarət olunub, heykəlin önünə gül dəstələri qoyulub. İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin 80, Vətən müharibəsində erməni faşizmi üzərindəki tarixi zəfərin 5-ci ildönümünə həsr edilən tədbirdən öncə, Ümummilli lider Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edən Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Şəhərin mədəni irsinin qorunması şöbəsinin müdiri Yadigar Bədəlov, polkovnik Cəlil Xəlilovun rəhbərlik etdiyi nümayəndə heyətinə İcra başçısının salamlarını çatdırıb, tədbirin əhəmiyyətindən bəhs edib. Azərbaycan xalqının İkinci Dünya müharibəsində olduğu kimi, 44 günlük Vətən müharibəsində də böyük qəhrəmanlıqlara imza atdığını bildirən Yadigar Bədəlov, Gəncə şəhərinin dəfələrlə raket hücumlarına məruz qalmasına baxmayaraq, əsl cəsarət və mübarizlik sərgilədiyini, Azərbaycanın yenilməzlik simvoluna çevrildiyini bildirib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında İkinci Dünya müharibəsinda Azərbaycan xalqının qələbəyə verdiyi tarixi töhfədən danışıb, xalqımızın ön və arxa cəbhədə böyük qəhəmanlıqlara imza atdığını bildirib: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində faşizm üzərində qələbənin əldə edilməsində həlledici rol oynayıb, ön və arxa cəbhədə əsl fədakarlıq sərgiləyib. Müharibə dönəmində 700 mindən çox azərbaycanlı hərbi əməliyyatıarda iştirak etmiş, onların təxminən yarısı həlak olmuşdur. İsrafil Məmmədov, Həzi Aslanov, Mehdi Hüseynzadə və daha onlarla cəsur azərbaycanlı Sovet İtifaqı Qəhrəmanı adına layiq görülmüş, minlərlə soydaşımız müxtəlif orden və medalalrla təltif edilmişdir. Qürurvericidir ki, 1945-ci ildə alman faşizmi üzərində zəfərdə mühüm rol oynayan Azərbaycan xalqı 2020-ci ildə erməni faşizmi üzərində də tarixi qələbə qazanmış, bununla da öz qəhrəmanlıq ənənəsinə sadiqliyini bütün dünyaya nümayiş etdirmidşir. 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri qarşısında tab gətirməyən Ermənistan ordusu, dinc yaşayış məntəqələrini, kənd və şəhərləri atəşə tutmuş, bununla da vətəndaşlarımız arasında xof yaratmağa, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirməyə çalımışdır. Müharibə dövründə erməni terroruna məruz qalan şəhərlərimizdən biri də Gəncə olmuşdur. Ermənilərin xain terror əməlləri nəticəsində Gəncədə bəzi yaşayış binaları dağıdılmış, mülki insanlar şəhid edilmişdir. Lakin buna baxmayaraq, Gəncə xalqı öz cəsarəti ilə düşmənə meydan oxumuş, fədakarlığı və cəsurluğu ilə bütün dünyanı heyrətə gətirmişdir. Əminəm ki, illər, əsrlər keçsə də xalqımızın həm İkinci Dünya müharibəsində, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar əsla unudulmayacaq, hər bir azərbaycanlının qəlbində yaşayacaq, daim ehtiram hissi ilə xatırlanacaqdır. Bu gün isə biz Vətən müharibəsində sərgilədiyimiz həmrəyliyi davam etdirməli, Prezidentimizin, dövlətimizin ətrafında sıx birləşməliyik. Unutmamalıyıq ki, bizim gələcək uğurlarımız, qələbə və müvvəffəqiyətlərimiz məhz bu birlikdən – dövlətimizə, Prezidentimizə, ordumuza verəcəyimiz dəstəkdən asılıdır”. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gəncə şəhər şöbəsinin sədr müavini Faxrəddin Usenov, İkinci Dünya müharibəsi ilə bağlı maraqlı faktlara diqqət çəkib, müharibədə iştirak edən atası ilə bağlı xatirələrini dilə gətirib. Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, “Rəşadət” ordenli, ehtiyatda olan mayor Mahir Hüseynov isə 44 günlük Vətən müharibəsində ordumuzun göstərdiyi qəhrəmanlıqdan danışıb. Özünün də bu müharibədə iştirak etdiyini bildirən Mahir Hüseynov, bundan qürur duyduğunu bildirib. 44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin dünya hərb tarixi üçün yenilik sayılacaq bir çox uğurlu əməliyyatlar keçirdiyini bildirən Mahir Hüseynov, bu əməliyyatların NATO kimi yüksək hərbi hazırlığa malik qurumları belə heyrətə gətirdiyini vurğulayıb. Mahir Hüseynov gənclərə üz tutaraq bildirib ki, gənclər hərb tariximizə yaxından bələd olmalı, bu tarixi diqqətlə öyrənməli və sülh içində yaşamaq üçün daim müharibəyə hazır olmalıdır. Tədbirin sonunda xatirə şəkli çəkilib. Seymur ƏLİYEV
Hamısını oxu
Cəlil Xəlilov: “Bu qanun vətənpərvərlik tərbiyəsinin təbliğində yeni bir səhifə açacaq” “Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin qanuniləşdirilməsi tarixi-hüquqi uğurumuzdur" “Uşaq hüquqları ilə bağlı yenilik dövlətimizin və prezidentimizin vətənpərvərlik tərbiyəsinə verdiyi önəmin təzahürüdür”. Bunu Moderator.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, “Uşaq hüquqları haqqında” yeni qanun bugünəqədərki qanun layihəsindən əhəmiyyətli dərəcədə fərqlənir: “Prezident İlham Əliyev təfərəfindən təsdiqlənən “Uşaq hüquqları haqqında” yeni qanun əvvəlki qanundan önəmli dərəcədə fərqlənir. Yeni qanunda diqqət çəkən ən mühüm yenilik uşaqların vətənpərvərlik ruhunda tərbiyəsinin dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsidir. Bu, ölkə qanunvericiliyi üçün tamamilə yeni hadisə hesab oluna bilər. Çünki bugünə qədər uşaq və gənclər arasında vətənpərvərlik tərbiyəsinin təbliği həyata keçirilsə də, bu, qanundan daha çox tarixi-mənəvi ənənələrimizə əsaslanırdı. Məhz bu ənənələr əsasında cəmiyyətimizdə, uşaqlar və gənclər arasında təbliğati iş aparılır, qəhrəmanlıq tariximiz təbliğ olunurdu. İndi isə artıq bu təbliğat bilavasitə qanuna, qanunun tələblərinə əsaslanır. Uşaqların vətənpərvərlik ruhunda tərbiyəsi dövlət siyasətinin məqsədləri sırasına daxil edilməsi Prezident İlham Əliyevin xalqımız, dövlətimiz qarşısında ən mühüm tarixi xidmətlərindən biridir. Bu fakt Prezidentimizin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə necə böyük önəm verdiyini göstərir. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” yeni qanun Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Qarşısında yeni vəzifələr qoyur. Bu qanun tələb edir ki, ki, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliği daha da genişləndirilməli, bu istiqamətdə görülən işlər keyfiyyət etibarı ilə yeni səviyyəyə yüksəldilməlidir. İnanıram ki, veteranlarımız bu məsələdə ciddi fəallıq sərgiləyəcək, uşaqlar arasında vətənpərvərlik tərbiyəsinin təbliğinə daha ciddi töhfələr verəcək”. Seymur ƏLİYEV
Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqına müraciət edir. Dövlət başçısının müraciəti canlı yayımlanır:
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Rusiya Mədəniyyət-İnformasiya Mərkəzinin rəhbəri İrek Zinnurovla görüş keçirilib. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova, sədr müavini, polkovnik Cəlil Xəlilov, Təşkilati və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nadir İsmayılov iştirak edib. Görüşdə iki təşkilat arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub, 2022-ci illə bağlı əməkdaşlıq imkanları təhlil edilib. Qeyd edək ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə Rusiya Mədəniyyət-İnformasiya Mərkəzi arasında əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq ildən-ilə genişlənməkdədir.
Hamısını oxu