Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Türk diplomat terrorçulara meydan oxudu: “Səfirliyə yox, cəbhəyə gəlin, dərsinizi verək”

Türkiyənin ölkəmizdəki keçmiş səfiri Hulusi Kılıç Moderator.az-a açıqlamasında ermənilərin son təxribatlarına münasibət bildirib. Erməniləri cəbhəyə səsləyən diplomat, Azərbaycanın təxribatçılara gərəkli dərsi 44 günlük Vətən müharibəsində olduğu kimi hərb meydanında verməyə hazır olduğunu bildirib:

 

“Fransadakı Azərbaycan səfirliyinə erməni terroirçuları tərəfindən edilən hücumu şiddətlə qınayır və pisləyirəm. Onlara buradan səslənirəm: “Parisdəki Azərbaycan səfirliyinə yox, cəbhəyə gəlin!  Gəlin cəbhəyə, sizə yerinizi göstərək, dərsinizi verək”!.

 

Təəssüf ki, biz son hadisələr fonunda Fransa hökumətinin terroristlərlə əməkdaşlıq etdiyini bir daha gördük. Fransa sözdə həmsədrlərdən biri idi. Bu, həm də onu göstərir ki, 28 il həmsədr kimi  heç bir iş görməyən Fransa problemin həlli üçün deyil, həll edilməməsi üçün səy göstərən dövlət idi. Biz bunu 44 günlük savaşda da gördük. Makron həmin vaxt da Ermənistanı dəstəklədi , Fransa senatı Azərbaycan əleyhinə qərar aldı. Biz bu davranışı qınayırıq və hesab edirik ki, Fransa öz mövqeyinə yenidən baxmalı, ədalətli mövqe sərgiləməldiir.

 

BMT-nin məlum dörd qətnaməsində imzası olan Fransa problemin həlli üçün əməli baxımdan heç nə etmədi,  44 günlük Vətən müahribəsində Ermənistanı dəstəklədi. Sentyabnn 12-də ermənilərin törətdiyi təxribatdan sorna Paşinyanın zəng etdiyi ilk ldierlərdən biri də Fransa prezidenti oldu. Istəyirik ki, artıq Fransa dövlət kimi davransın, terrorçularaa, terror dövlətinə dəstək olmasın. 1961-ci ilin Vyana müqaviləsindən qaynaqlanan diplomatları qorumaq öhdəliynə də əməl etsin.

 

Ermənilərin Fransadakı Azərbaycan səfirliyinə edilən erməni hücumunda qəhrəman səfirlik əməkdaşı təkbaşına qapını qorudu, qapını terrorçuların üzünə açmadı. Əgər qapı açılsayda, nə olacaqdı? Hücum zamanı dövlət başçımızın da fotosunu yandırdılar. Onlar 45-46 məsləkdaşımı vəhşicəsinə qətlə yetirən adamlardır.

 

Bizim hörmətli dövlət başçımız İlham Əliyev bildirmişdi ki, bir dövlətin iki diasporu ola bilməz. Biz bu sözü əməli işimizlə gerçəyə çevirməliyik. 2007-ci ildə söylənilən bu sözün gerçəkələşməsi gərəkir. Bizim Qərbdəki diaporumuzun güclü olması lazımdır. Diasporlarımız da birləşməlidir. Türk və Azərbaycan diapsorları briləşməli, bir millətin bir diasporu olmalıdır.

 

ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistahan ziyarətinin zamanlaması da çox düşündürücüdür. Bu şəxs 2 avqustda Tailanda getdi, oranı qarışdırdı. Çinlə ABŞ üz-üzə gəldi. Bir neçə gün öncə isə Ermənistaan səfər etdi.

 

Onun Ermənistana səfəri və orada səsləndirdiyi fikirlər bölgədə sülh üçün ciddi təhdid yaradır. Bu səfəri uğrusuz və gərəksiz hesab edirəm”.

 

Seymur ƏLİYEV

 

 

2022-09-19 14:36:00
1166 baxış

Digər xəbərlər

“Respublika Veteranlar Təşkilatının ilk sədri, general-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi”nə həsr edilən tədbir keçirilib

22 oktyabr 2021-ci il, saat 11:00-da Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Respublika Veteranlar Təşkilatının ilk sədri, general-mayor Mustafa Nəsirovun anadan olmasının 100 illik yubileyi”nə həsr edilən tədbir keçirilib.   Tədbiri Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova açıb. Onun təklifi ilə Mustafa Nəsirovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Daha sonra çıxış edən təşkilatın sədr müavini, polkovnik Cəlil Xəlilov general Mustafa Nəsirovun xidmətləri haqqında ətraflı məlumat verib. Mustafa Nəsirovun hər zaman nümunəvi xidməti ilə diqqət çəkdiyini vurğulayan Cəlil Xəlilov qeyd edib ki, sovet dönəmində ali hərbi rəhbərlik onun təcrübəsini öyrənməyi bütün SSRİ sərhədçilərinə tövsiyə etmişdir.   Polkovnik bildirib ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra onun sərhədlərinin bərpası ən aktual məsələ kimi meydana çıxmış və Mustafa Nəsirov bu problemin həllində də yaxından iştirak etmişdir. Məhz onun səyləri nəticəsində sərhədlərimizin möhkəmləndiyinə diqqət çəkən sədr müavini, Mustafa Nəsirovun xatirəsinin əsrlər sonra da Azərbaycan xalqı tərəfindən yaşadılacağını bildirib.   Polkovnik Cəlil Xəlilovun çıxışından sonra Mustafa Nəsirovin 100 illiyinə həsr olunmuş “Sərhəd fədaisi” filmi əsasında hazırlanmış fraqmentlər təqdim olunub.   Daha sonra çıxış edən general-mayor Abbasəli Novruzov, general-mayor Vladimir Vasilyeviç Timoşenko, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Nərimanov Rayon Təşkilatının sədri Elşad Şabanov, general-mayor Akif Şəfiyev, rejissor Zəfər Murtuzov Mustafa Nəsirovla bağlı xatirələrini dilə gətirib, onun peşəkar hərbçi kimi xidmətlərindən bəhs edib.   Tədbirdə  çıxış edən Mustafa Nəsirovun oğlu, Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti Elşad Nəsirov tədbirin təşkilinə görə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatına təşəkkür edib, minnətdarlığını bildirib.  

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kiatbının təqdimat mərasimi keçirilmişdir

  Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Dəyanət Səlimxanlı, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, Təşkilatın əməkdaşları, xalq şairi Sabir Rüstəmxanlı, ehtiyatda olan polkovnik Sucəddin Abdullayev,  ehtiyatda olan polkovnik-leytenantı Həmid Cəfərov, professor Miri Həsənov, professor İzzət Rüstəmov, ziyalılar, elm ictimayyətinin nümayəndələri, veteranlar və gənclər iştirak etmişdirlər.  “İlahi Nur” kitabı Paşayevlər nəslin min illik tarixinə, bugününə və bu nəslin layiqli davamçılarına, görkəmli yazıçı, böyük ədəbiyyatçı alim Mir Cəlal Mir Ələşrəf oğlu Paşayev, akademik Arif Paşayev və nəslin şərəfli ömür yoluna həsr olunmuşdur. “İlahi Nur” poemasında nəsilin şəcərəsindən olan Mir Məhəmməd, onun oğlanları Mir Cəlal, Mir Xəlil, Mir Vəli, Mir Ağa, Mir Əbülfəzin və nəslin sonra gələn nümayəndələrinin fəzilətindən bəhs olunur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olan görkəmli yazıçı, böyük alim və pedaqoq, xeyirxah insan Mir Cəlal Paşayevin keçdiyi şərəfli həyat yolu haqqında danışdı. “Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Mir Cəlal Paşayevin çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və mənsub olduğu xalqın övladlarına Azərbaycanın tarixini, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu baxımdan Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri danılmazdır. Görkəmli tədqiqatçının yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir”. Cəlil Xəlilov həmçinin Mir Cəlal Paşayevin davamçılarının onun yolunu uğurla davam etdirdiyini, Azərbaycan xalqının və dövlətinin inkişafı naminə əlindən gələni əsirgəməyən insanların heç bir zaman unudulmayacağını vurğuladı. Cəlil Xəlilov Mir Cəlal Paşayev və onun nəsil şəcərəsi haqqında yazılan  “İlahi Nur” kitabını Azərbaycan oxucuları üçün dəyərli mənbə və gözəl poeziya nümunəsi adlandırdı. Təqdimatı keçirilən kitabı Azərbaycanda dini tolerantlığın və eləcə də,  İslam dininin yüksək səviyyəli inkişafının bariz nümunəsi kimi dəyərləndirdi. Professor İzzət Rüstəmov “İlahi Nur” kitabını dini baxımdan gözəl nümunə kimi qiymətləndirdi. Mir Cəlal Paşavin nəsil şəcərəsinin İslam dininin və Azərbaycan elminin inkişafındakı fəalliyyətlərini qeyd etdi. Sonra çıxış edən müəllif tədbirin təşkilatçılarına və bütün iştirakçılarına təşəkkürünü bildirdi. O kitabın ərsəyə gəlməsindən və gələcək yaradıcılıq planlarından danışdı. Digər çıxış edənlər - xalq şairi Sabir Rüstəmxanlı, ehtiyatda olan polkovnik Sucəddin Abdullayev,  ehtiyatda olan polkovnik-leytenantı Həmid Cəfərov, professor Miri Həsənov, Yadulla Cümşüdov və digərləri  “İlahi Nur” kitabının ədəbi və dini əhəmiyyətindən, Mir Cəlal Paşayevin və onun davamçılarının xalqımız və dövlətimiz qarşısında danılmaz xidmətlərindən danışdılar.

Hamısını oxu
Bu gün şəhid Abdullayev Həsən Qərib oğlunun doğum günüdür

Abdullayev Həsən Qərib oğlu 21 iyun 1994-cü ildə Daşkəsən rayonunda doğulmuşdur. 2001-ci ildə Daşkəsən rayon S.Vurğun adına 4 nömrəli tam orta məktəbə daxil olmuş, 2011-ci ildə orta təhsilini başa vurmuşdu. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Daşkəsən rayon bölməsindən həqiqi hərbi xidmətə çağrılmış, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət etmişdir.Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra idmanın karate-do növü ilə məşğul olmuş, bir sıra nailiyyətlər əldə etmişdir. 8 sentyabr 2020-ci il tarixindən MAXE hərbi qulluqçu kimi fəaliyyətə başlamış, daha sonra isə könüllü olaraq Xüsusi Təyinatlı Qüvvələrdə xidmətini davam etdirib. 27 sentyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində iştirak etmiş, böyük şücaət göstərmişdir. 6 noyabr 2020-ci ildə Şüşa şəhərinin Daşaltı kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. 12 noyabr 2020-ci ildə Gəncə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir. Abdullayev Həsən Qərib oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Şuşanın azad olunmasına” (ölümündən sonra) medalları ilə təltif olunmuşdur. Subay idi.   

Hamısını oxu
Avropa İttifaqının ali nümayəndəsinin qərəzli fikirləri ikili standart nümunəsidir

Hamısını oxu