Digər xəbərlər
Respublika Veteranlar Təşkilatında Dəyanət Səlimxanlının “İlahi Nur” kitabının təqdimatı keçirilmişdir. Təqdimat mərasimində Dəyanət Səlimxanlı, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, Təşkilatın əməkdaşları, xalq şairi Sabir Rüstəmxanlı, ehtiyatda olan polkovnik Sucəddin Abdullayev, ehtiyatda olan polkovnik-leytenantı Həmid Cəfərov, professor Miri Həsənov, professor İzzət Rüstəmov, ziyalılar, elm ictimayyətinin nümayəndələri, veteranlar və gənclər iştirak etmişdirlər. “İlahi Nur” kitabı Paşayevlər nəslin min illik tarixinə, bugününə və bu nəslin layiqli davamçılarına, görkəmli yazıçı, böyük ədəbiyyatçı alim Mir Cəlal Mir Ələşrəf oğlu Paşayev, akademik Arif Paşayev və nəslin şərəfli ömür yoluna həsr olunmuşdur. “İlahi Nur” poemasında nəsilin şəcərəsindən olan Mir Məhəmməd, onun oğlanları Mir Cəlal, Mir Xəlil, Mir Vəli, Mir Ağa, Mir Əbülfəzin və nəslin sonra gələn nümayəndələrinin fəzilətindən bəhs olunur. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov açaraq XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətləri olan görkəmli yazıçı, böyük alim və pedaqoq, xeyirxah insan Mir Cəlal Paşayevin keçdiyi şərəfli həyat yolu haqqında danışdı. “Əzablı ömür qisməti dünyaya gəldiyi ilk illərdən onu izləməyə başlasa da, Mir Cəlal Paşayevin çox çətinliklərə sinə gərərək, öz yolu ilə inadla, inamla irəliləyə bilib. O, 1918-1919-cu illərdə Xeyriyyə Cəmiyyətinin köməyi ilə ibtidai təhsil almış və Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Gəncə Darülmüəlliminə daxil olub. Mir Cəlal Paşayev Kazan Şərq Pedaqoji İnstitutunun ədəbiyyat şöbəsində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsilini davam etdirməklə yanaşı, müəllimlik etmiş və mənsub olduğu xalqın övladlarına Azərbaycanın tarixini, mədəniyyətini, zəngin keçmişini mənimsədib. Bu baxımdan Mir Cəlal Paşayevin XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafındakı xidmətləri danılmazdır. Görkəmli tədqiqatçının yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan "Füzuli sənətkarlığı", "XX əsr Azərbaycan ədəbiyyatı", "Azərbaycanda ədəbi məktəblər (1905-1917)", "Ədəbiyyatşünaslığın əsasları" adlı fundamental əsərləri Azərbaycan ədəbiyyatşünaslıq elmini zənginləşdirmişdir”. Cəlil Xəlilov həmçinin Mir Cəlal Paşayevin davamçılarının onun yolunu uğurla davam etdirdiyini, Azərbaycan xalqının və dövlətinin inkişafı naminə əlindən gələni əsirgəməyən insanların heç bir zaman unudulmayacağını vurğuladı. Cəlil Xəlilov Mir Cəlal Paşayev və onun nəsil şəcərəsi haqqında yazılan “İlahi Nur” kitabını Azərbaycan oxucuları üçün dəyərli mənbə və gözəl poeziya nümunəsi adlandırdı. Təqdimatı keçirilən kitabı Azərbaycanda dini tolerantlığın və eləcə də, İslam dininin yüksək səviyyəli inkişafının bariz nümunəsi kimi dəyərləndirdi. Professor İzzət Rüstəmov “İlahi Nur” kitabını dini baxımdan gözəl nümunə kimi qiymətləndirdi. Mir Cəlal Paşavin nəsil şəcərəsinin İslam dininin və Azərbaycan elminin inkişafındakı fəalliyyətlərini qeyd etdi. Sonra çıxış edən müəllif tədbirin təşkilatçılarına və bütün iştirakçılarına təşəkkürünü bildirdi. O kitabın ərsəyə gəlməsindən və gələcək yaradıcılıq planlarından danışdı. Digər çıxış edənlər - xalq şairi Sabir Rüstəmxanlı, ehtiyatda olan polkovnik Sucəddin Abdullayev, ehtiyatda olan polkovnik-leytenantı Həmid Cəfərov, professor Miri Həsənov, Yadulla Cümşüdov və digərləri “İlahi Nur” kitabının ədəbi və dini əhəmiyyətindən, Mir Cəlal Paşayevin və onun davamçılarının xalqımız və dövlətimiz qarşısında danılmaz xidmətlərindən danışdılar.
Hamısını oxu
Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Heydər oğlu Əliyev Dünya liderləri arasında yekdilliklə 2020-ci ildə “İLİN ADAMI” seçilmişdir. Azərbaycanda 2006-cı ildən nəşr edilən “Tarixi Şəxsiyyətlər" jurnalı ənənəyə uyğun şəkildə hər il dünya liderləri, həmçinin ictimai-siyasi sferanın görkəmli xadimləri arasından “İlin adamı”nı seçir. “Tarixi Şəxsiyyətlər“ jurnalının bu il üçün nəzərdə tutulmuş növbəti buraxılışı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general - polkovnik Tofiq Ağahüseynovun ideya müəllifliyi ilə rəhbərlik etdiyi Təşkilatın, həmçinin Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin sədri Qurban Məmmədovun maddi və mənəvi dəstəyi, eləcə də jurnalın baş redaktoru Xəlil Qarahmədovun gərgin əməyi və səyi nəticəsində isiq üzü görüb. İşıq üzü görən “Tarixi şəxsiyyətlər” jurnalının növbəti xüsusi buraxılışı Böyük Zəfərə imza atan, xalqımızın Milli Qəhrəmanı Ali Bas Komandan cənab İlham Əliyevə həsr olunub. Qeyd edək ki, 2017-ci ildə Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan redaksiyanın yekdil səsverməsi nəticəsində bu ada layiq görülüb. 2018-ci ildə isə nominasiyanın qəhrəmanı Rusiya Federasiyasının prezidenti Vladimir Putin olub. Azərbaycanla Özbəkistan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsində göstərdiyi xidmətlərə görə 2019-cu ilin “İlin adamı” olaraq Özbəkistan Respublikasının prezidenti Şafkat Mirziyoyev seçilib.
Hamısını oxu
Iyulun 12-də Tovuz istiqamətində baş verən döyüşlərdə şəhid olan general-mayor Polad Həşimova daha bir mahnı həsr edilib. Publika.az xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidməti Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə hazırlanan mahnı "Paşam, hey" adlanır. Mahnının musiqisi Faiq Şücəddinova, sözləri isə Musa Uruda məxsusdur. Mahnı hərbi mahnıların məşhur ifaçısı Şəmistan Əlizamanlı tərəfindən ifa edilib.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, “AzerGold” QSC-nin təşkilatçılığı, Göygöl və Daşkəsən Rayon İcra Hakimiyyətlərinin dəstəyi ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsən şəhərlərində səyyar kukla tamaşaları təşkil olunub. Göygöl şəhərində açıq hava şəraitində keçirilən tədbirdə 300 uşaq iştirak edib. Peşəkar yaradıcı teatr heyəti tərəfindən rus yazıçısı Korney Çukovskinin məşhur nağılı əsasında səhnələşdirilmiş “Milçək-Vizilçək” tamaşası nümayiş olunub. Rəngarəng personajlar və maraqlı süjet xətti ilə seçilən tamaşa uşaqlara dostluq, cəsurluq və xeyirxahlıq kimi dəyərləri aşılayıb. Daşkəsən Rayon Mədəniyyət Mərkəzində təşkil olunan növbəti tamaşada dramaturq Vüqar Haqverdiyevin “Qarınqulu ayı balası” pyesi əsasında hazırlanmış səhnə əsəri təqdim edilib. 350 uşağın izlədiyi tamaşa sadəlik, təvazökarlıq və qənaətçillik kimi müsbət mənəvi keyfiyyətləri təbliğ edərək iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbirlər çərçivəsində nağıl qəhrəmanlarının iştirakı ilə müxtəlif əyləncəli proqramlar təşkil olunub, uşaqlar üçün interaktiv oyunlar və maraqlı çıxışlar təqdim edilib. Tamaşalarda şəhid ailələrinin övladları, müharibə iştirakçıları və müharibə nəticəsində sağlamlığını itirmiş şəxslərin ailə üzvləri, eləcə də “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi mədənlərin ətrafında yerləşən kəndlərdə yaşayan uşaqlar iştirak ediblər. “AzerGold” QSC-nin regionlarda həyata keçirdiyi bu mədəni-maarifləndirici təşəbbüs şirkətin korporativ sosial məsuliyyət fəaliyyəti çərçivəsində uşaqların fərdi inkişafına və dünyagörüşünün genişləndirilməsinə yönəlmiş layihələrinin tərkib hissəsidir. Tədbirlərin əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, onların mədəni istirahət imkanlarının artırılması və bayram sevincinin daha yaddaqalan olmasıdır.
Hamısını oxu