Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Cəlilabad rayon Veteranlar Təşkilatının nümayəndələri İkinci Dünya müharibəsi veteranı ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatının sədri Ədalət Salmanov və İdarə Heyətinin üzvləri Cəlilabad RİH Başçısının Astanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə birlikdə Astanlı kəndində yaşayan II Dünya Müharibəsi iştirakçısı Zamanov Əbiş İbiş oğlunu ziyarət ediblər. Onun səhhəti və yaşayış şəraiti ilə maraqlanıblar. Odun, alovun içindən keçmiş, faşistlərə qarşı Mazdok ətrafında gedən qızğın döyüşlərdə ağır yaralanaraq təxris olunan keçmiş döyüşçüyə  sağlam və ğümrah ömür arzulayıblar.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü, “Sözün işığı” qəzetinin təsisçi və baş redaktoru  Ədalət Salman Cəlilabad torpağının şəhidləri  haqqında yazdığı “Şəhidlik zirvəsinə ucalanlar” kitabını II Dünya Müharibəsi iştirakçısı Əbiş Zamanova hədiyyə verib.

Görüş iştirakçıları 100 yaşa qədəm qoymuş Əbiş əmi ilə xatirə şəkilləri çəkdiriblər.

Onu da qeyd edək ki, Əbiş Zamanov bu gün Cəlilabad rayonunda sağ qalan yeganə II Dünya Müharibəsi iştirakçısıdır.

                       

2022-09-29 07:48:00
1181 baxış

Digər xəbərlər

“Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti 2017-ci ilə yekun vurdu

Hesabat müşavirəsində Cəmiyyətin sədri Şahvələd Əliyev geniş məruzə ilə çıxış etmişdir. O cənab Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə 2017-ci ildə həyata keçirilən ölkə və beynəlxalq əhəmiyyətli tədbirləri sadalayaraq dövlətimiz üçün yaddaqalan il olduğunu vurğulamışdır. Qarşıdakı ildə Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan bir sıra mühüm tədbirləri diqqətə çatdırmışdır. Daha sonra demişdir ki, Möhtərəm Prezident, cənab Ali Baş Komandan İlham Əliyev öz çıxışlarında hər zaman gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasının təbliğini və ordumuzun əsas hərəkətverici qüvvəsi sayılan xüsusi hərbi ixtisaslı mütəxəssislərin və peşəkar hərbçi kadrlarının hazırlığı işini ön plana çəkmişdir. Buna görə də Cəmiyyət digər illərdə olduğu kimi qarşıya qoyulan vəzifələrin layiqli icrası üçün 2017-ci ildə də məsuliyyətlə çalışmışdır. Hesabat dövrünün bir sıra tədbirlərlə də yadda qaldığı və Cəmiyyət üçün əlamətdar il olduğu vurğulanmışdır. Cari ilin iyul ayında Cəmiyyətin 5 illik fəaliyyətini əks etdirən 25 dəqiqəlik sənədli hesabat filminin ərsəyə gətirildiyi və 80 səhifədən ibarət “Hərbi vətənpərvərlik” adlı hərbi ictimai-siyasi jurnalının dərc etdirildiyi diqqətə çatdırılmışdır. Xüsusi hərbi və texniki ixtisaslar üzrə mütəxəssislərin hazırlığı işi ilə yanaşı hərbi vətənpərvərliyin təbliği istiqamətində vətəndaşlar və çağırışçılarla aparılan ardıcıl işlər, nəzərdə tutulan və  müvəffəqiyyətlə reallaşdırılan müxtəlif layihə və tədbirlər sadalanmışdır. Bildirilmişdir ki, Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası ilə əlaqədar, Azərbaycan Ordusunun sifarişi əsasında hesabat ilində 1730 nəfər çağırışçı sürücü, 228 nəfər aşpaz xüsusi hərbi ixtisaslı mütəxəssis kimi hazırlanaraq xüsusi hərbi ixtisaskeçmə haqqında sertifikatla təmin edilmiş və təyinatı üzrə xidmət yerlərinə göndərilmişdir. Bundan əlavə təsərrüfat hesablı hazırlıq planına uyğun olaraq 31043 nəfər vətəndaş müxtəlif kateqoriyalar üzrə sürücü kadr kimi hazırlanmışdır ki, bu da ötən illə müqayisədə 14 faiz, yəni 3737 nəfər artıqdır.   Müşavirəyə dəvət olunan Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov əməkdaşlara təqdim edilmişdir. O “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin fəaliyyətini yaxından izlədiyini və Cəmiyyətin əhəmiyyətli işlər gördüyünü demişdir. Çıxışının sonunda Cəlil Xəlilov Cəmiyyət sədri Şahvələd Əliyevə və fərqlənən əməkdaşlara təşkilatın General Cəmşid Naxşıvanski yubiley medalını təqdim etmişdir. Cəmiyyətin sədri Şahvələd Əliyev isə öz növbəsində Cəlil Xəlilovu hərbi vətənpərvərlik işində fəal iştirakına görə Cəmiyyətin Fəxri Diplomu və qiymətli hədiyyə ilə mükafatlandırmışdır. Bundan əlvavə işində fərqlənən əməkdaşlara mükafatlar verilmişdir. Sonda 2018-ci ildə həyata keçirilməsi planlaşdırılan tədbirlər açıqlanmışdır.

Hamısını oxu
Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev və rayon Veteranlar Təşkilatının sədri Cəmaləddin Zeynalov Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib.

Ağsu rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev və rayon Veteranlar Təşkilatının sədri Cəmaləddin  Zeynalov veteran hərəkatına göstərdiyi dəstəyə və  rayon veteranlarına göstərdiyi diqqət və qayğıya görə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin 2019-cu il 13 iyun tarixli Sərəncamı ilə təsis olunan “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı ilə təltif edilib. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynovun göstərişi ilə Təşkilatın hərbi vətənpərvərlik şöbəsinin mütəxəssisi İsmayıl İsmayılov yubiley medalı sahiblərinə təqdim edib. Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev və  Veteranlar Təşkilatının sədri Cəmaləddin  Zeynalov "Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945–2020)”  Rusiya Federasiyasının yubiley medalına layiq görüldüyünə görə başda Cənab Prezident İlham Əliyev olmaqla, eləcə də Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynova öz dərin minnətdarlığını bildiriblər.

Hamısını oxu
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Hamısını oxu
32 məzarlğın hər biri erməni vəhşiliyinin totallığından və sərhədsizliyindən xəbər verir

İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiya (ICMP) ilə əməkdaşlıq çərçivəsində “İtkin düşmüş şəxslər məsələsinin həllində müasir yanaşmalar və əməkdaşlığın gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda çıxış edən Dövlət Təhlükəsizliyi Xidməti rəisinin müavini Şərafət Həsənov erməni vəhşiliyi ilə bağlı dəhşətli faktlar və konkret rəqəmlər səsləndirib. Rəis müavini qeyd edib ki, bugünə qədər işğaldan azad edilən Azərbaycan ərazisində 32 kütləvi məzarlıq aşkar edilib: “Xüsusilə qeyd etməliyəm ki, işğaldan azad olunmuş ərazilərdə axtarış-qazıntı işlərinə başladığımız vaxtdan ötən dövr ərzində 32 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan 253 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib. 30.06.2026-cı il tarixə olan məlumata əsasən, aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 327 nəfərin şəxsiyyəti eyniləşdirilib. Onlardan 226 nəfərinə dair məlumatlar ictimaiyyətə açıqlanaraq ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn edilib. Dəfn edilənlərdən 181 nəfəri hərbçi, 45nəfəri isə mülki şəxslərdir. Şəxsiyyəti eyniləşdirilmiş mülki şəxslərdən 14 nəfəri qadın, 2 nəfəri isə azyaşlı olub”. Rəis müavininin qeyd etdiyi kimi, işğaldan azad edilən ərazilərdə 32 kütləvi məzarlıq aşkar edilib ki, bu da erməni faşizminin xalqımıza qarşı həyata keçirdiyi vəhşiliyin totallığından xəbər verir. Məlum statistika onu deməyə əsas verir ki, ermənilərin xalqımıza qarşı törətdiyi cinayətlər heç də hansısa ayrı-ayrı şəxslərin özbaşınalığının deyil, dövlət siyasətinin, vahid konsepsiya əsasında həyata keçirilən silsilə aktların nəticəsidir. Məhz bu səbəbdən də işğaldan azad edilən torpaqların az qala hər qarışında azərbaycanlılara məxsus məzarlıqlar, sümük qalıqları, işgəncə izləri aşkarlanır. Hörmətli Şərafət Həsənovun çıxışında diqət çəkən digər bir məqam məzarlıqlarda hərbçilərlə yanaşı, mülki şəxslərin, hətta qadın və uşaqların qalıqlarına rast gəlinməsidir. Bu fakt erməni faşizminin heç kimə - hətta qadın və uşaqlara belə rəhm etmədiyini, körpə ilə hərbçi arasında heç bir fərq qoymadığını göstərir. Bu baxımdan, işğaldan azad edilən ərazilərdə aşkar edilən kütləvi məzarlıqlar, bu məzarlıqlarla bağlı verilən açıqlamalar erməni xislətinin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Onu da xatırladaq ki, kütləvi məzarlıqlarda aşkarlanan qalıqların məhkəmə molekulyar-genetik ekspertizasının aparılması onların konkret olaraq kimlərə məxsus olduğunu müəyyənləşdirməyə imkan verir ki, bu da həmin şəxslərin aqibətinə aydınlıq gətirməyə, onları ehtiramla dəfn etməyə imkan verir. Bu işdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri general-polkovnik Əli Nağıyevin və onun komandasının xidmətləri danılmazdır. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının kütləvi məzarlıqlarda apardığı araşdırmalar yüzlərlə itkin vətəndaşımızın taleyinə aydınlıq gətirməyə imkar vermiş, əldə edilən məlumatlar illərdir gözləri yolda olan həmin şəxslərin ailələrinə təqdim edilmişdir. Bu gün kütləvi məzarlıqlarda aparılan işlər onu deməyə əsas verir ki, yaxın gələcəkdə vaxtiylə ermənilər tərəfindən qətlə yetirilən daha onlarla vətəndaşımızın  kimliyi müəyyən ediləcək, bu barədə ictimaiyyət mütəmadi şəkildə məlumatlandırılacaq. Və hər belə məlumat Azərbaycan xalqının başına gətirilən faciələri təkrar-təkrar yada salmaqla yanaşı, erməni xisləti, bu xislətin bəşəriyyət üçün nə qədər təhlükəli olduğunu da göz önünə sərəcək, dünya ictimaiyyəti “məzlum erməniləri” bu məlumatlar fonunda əslində olduqları kimi tanıyacaq. Seymur ƏLİYEV

Hamısını oxu