Digər xəbərlər
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə akademik Nərgiz Paşayeva “Şərəf” ordeni il təltif edilib. Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu münasibətlə Nərgiz Paşayevanı təbrik edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Təbrik məktubunda deyilir: “Hörmətli Nərgiz xanım! Sizi “Şərəf” ordeni ilə təltif olunmağınız münasibəti ilə təbrik edir, bunu dövlət başçımızın bütövlükdə elm və təhsilin inkişafına göstərdiyi növbəti qayğı kimi dəyərləndiririk. Əminik ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu cür ali ordenlə təltif olunmağınız yaradıcılığınız üçün ciddi mənəvi stimul olacaq, sizi yeni uğurlara ruhlandıracaq. Azərbaycanda təhsilin və elmin inkişafındakı çoxillik və çoxşaxəli xidmətlərinizə görə sizə təşəkkür edir, bütün veteranlar adından bir daha təbrik edirik!” Hörmətlə: Fatma Səttarova və polkovnik Cəlil Xəlilov
Hamısını oxu
Ağıllı insanın demokratik yollarla idarə etdiyi hər müxalifət partiyası, hərəkatı və ya qrupunun öz bəxtəvərliyi var. Siyasi fırıldaqçıların müstəbid idarəçiliyində olan müxalifət qruplaşmaları və strukturları isə ecazkar şəkildə bir-birlərinə bənzəyirlər. Onlar hər kəsin və hər şeyin yalnız bir məqsədə - bir insanın ambisiyalarının təminatına tabe edilmiş eybəcər mikrodiktatura tipidir. Bütün radikal müxalifət təşkilatları fəaliyyətləri boyunca bir neçə mərhələdən keçirlər və hər bahardan sonra yay, sonra da payız gəldiyi kimi, hər belə təşkilat sonda qürubuna doğru gedir. Bir qayda olaraq, həminq proses "sədr", "lider, "başqan" və s. adlandırılan cib diktatorunun taleyi ilə paralel olur. Çürüyən və quruyan, rəhbərinə tam bağlı olan struktur beləcə, həmin adamın əqli və mənəvi imkanlarının girovuna çevrilir. Balaca diktator zəiflədikcə, təşkilatı da heydən düşür. Bizdə problem odur ki, radikal müxalifətin halından kimsə xəbərdar deyil. Son illərdə həmin hal pisləşib və radikalların bəlalarının real, effektiv müalicə yolu da bilinmir. Axı radikal müxalifəti parlaq intellektli insanlar idarə etmirlər. Və cahillik... Bu məcaz bir para insanlar üçün səadət olsa da, tam bəxtəvərlik üçün cəhalət o səviyyədə olmalı ki, cahilin özü kim olduğunu dərk etməməlidir. Elə də cahil yox ki, ən bilikli insanın çözə biləcəyindən artıq suallar verməyi bacarmasın. Cəhillər sarıdan da bəxtimiz gətirməyib. Müxalifət, guya "müstəqil jurnalistlər", bu müxalifətlə həmin "qələm əhli"ni himayə edən kəslər, stəkanda fırtına yaratmağa çalışanlar sarıdan olduğu kimi. Ölkə müxalifətinin ifrat dərəcədə radikallaşmış hissəsi indi insan və pul kisəsi ovlarına çıxıblar: AXCP sədri Əli Kərimli və mətbəx siyasətxanasına çevrilmiş "Milli Şura"nın rəhbəri Cəmil Həsənli kimilərini indi əvvəlki qüdrətinin kölgəsində qalmış sabiq məmurlar maraqlandırırlar. Amma onlar unudurlar ki, ən böyük və pis cahillik insanın özünü tanımamasıdır. Bu, radikal müxalifətin əsas problemidir. Gerçəyin yanlış dəyərləndirilməsi, hadisələrin səhv anlaşılması, siyasi və iqtisadi proseslərin normal təhlilinin olmaması. Bəhs etdiyimiz şəxslər prinsiplərlə yanaşı, elementar siyasi məlumatlardan da xalidirlər. Son günlərdə isə ahıl Cəmil Həsənli və AXCP sədri Əli Kərimlinin qeyri-rəsmi sözçüsü Sevinc Osmanqızı xüsusilə fərqlənirlər. Hətta onlar bizi "İqtisadiyyatın əsaslarını necə anlamırıq və bununla fəxr edirik" mövzusunda duet ifa ilə də sevindiriblər. Adını verdiyi YouTube kanalın rəhbəri və yeganə aparıcısı olan S.Osmanqızı Dünya Bankının yeni reytinqini şərh etmək fikrinə düşmüşdü. S.Osmanqızının sözlərinə görə, sən demə, Dünya Bankının ekspertləri bilərəkdən saxtakarlıq edərək 4 ölkənin göstəricilərini dəyişiblər və bu minvalla, məşhur reytinqdə həmin ölkələrin mövqelərini yaxşılaşdırıblar. O dörd ölkədən biri də Azərbaycandır. Cəmil Həsənli də dərhal bəyan edib ki, aman, qoymayın, rəsmi Bakı saxtakarlıq edir, Dünya Bankının ekspertlərini ələ alıb, reytinqdə yerini yüksəldib və s. Osmanqızı və Həsənli səs-səsə verib söylədilər ki, reytinqi süni şəkildə qaldıraraq ölkə iqtisadiyyatında durumun normal olduğunu bəyan etmək çox pisdir. Onların ikisi də Wall Street Journal-da dərc olunmuş yazıya istinad edirdilər. Lakin yumşaq desəm, bu adamlar həqiqəti deməyiblər. Daha dəqiq olsam, S.Osmanqızı və C.Həsənli yalan danışıblar. Gerçək tam fərqlidir. Bəli, Dünya Bankının əməkdaşları Doing Business 2018 və Doing Business 2020 hesabatlarındakı məlumatlarda səhvlərə yol veriblər. Bankın baş ofisindən bildirilib ki, məlumatların səhv dəyişdirilməsi səbəbindən Azərbaycan reytinq cədvəlində aşağı düşüb. Məlumatlardakı dəyişikliklər Doing Business metodologiyasına uyğun gəlməyib. Yoxlama və auditlər bu proseslərdə nələrin baş verdiyini təsdiqləməyiə kömək edəcək. Bununla DB (Dünya Bankı) nümayəndəsi daxili qiymətləndirmə prosesindəki səhvləri təsdiqləyib: Bu səhvlər Azərbaycanın göstəricilərinin aşağı göstərildiyi Doing Business hesabatında buraxılıb . Ümid edirik ki, DB tezliklə bu səhvləri aradan qaldıracaq və müvafiq ildə Azərbaycanın inkişafını əks etdirən daha dəqiq məlumat verəcəkdir. Qeyd edək ki, Doing Business-2018 cədvəlində 190 ölkə arasında Azərbaycan reytinqdə 57-ci yeri, Doing Business 2020-də isə 190 ölkə siyahısında 34-cü yeri tutub. Daha əvvəl DB illik Doing Business reytinqinin hazırlanması zamanı yol verilən pozuntuların qiymətləndirilməsi müddətinə açıqlamaların dayandırılacağını elan edib. "Wall Street Journal"a görə, keçmiş hesabatlar dörd ölkə - Azərbaycan, Çin, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı üçün məlumatları səhv dəyişdirə bilərdi. Dünya Bankının Müstəqil Daxili Audit Departamenti son beş Doing Business hesabatındakı məlumatları nəzərdən keçirəcək və qiymətləndirəcəkdir, işin nəticələrinə görə pozuntulara ən çox məruz qalan ölkələr üçün məlumatları retrospektiv şəkildə düzəldiləcək. Növbəti Doing Business reytinqi 2020-ci ilin oktyabrında dərc edilməlidir. Azərbaycan iqtisadiyyatındakı vəziyyətə gəldikdə isə, Dünya Bankının proqnozlarına görə, 2021-ci ildə ölkə iqtisadiyyatı özünü bərpa edəcək, hətta 2,2 faizlik artım olacaq. Artımın belə kiçik olmasının səbəbi bəllidir: COVİD-19 koronavirus pandemiyası nəticəsində Avropa və Mərkəzi Asiya ölkələrində də dünya miqyasında olduğu kimi, xammal, enerjidaşıyıcılarını qiymətləri ucuzlaşıb, qlobal və regional istehsalat-satış sıralamalarında fasilələr yaranıb, maliyyə bazarlarında yüksək risklərdən yayınma istəyi artıb. Buna cavab olaraq Azərbaycanın Mərkəzi Bankı ölkənin pul-kredit sisteminin dəstəklənməsinin miqyasını artırır, hakimiyyət isə suveren fonddan valyutanı, yəni manatı stabil saxlamaq üçün istifadə edir. Ölkədə vergi-büdcə dəstəyi tədbirləri görülür. Lakin qlobal pandemiya səbəbindən ili ümumdaxili məhsulun azalması olmadan başa vurmaq mümkün deyil. Bu səbəbdən 2020-ci ilin sonuclarına görə, ÜDM-in 2,6 azalması gözlənilir. Pandemiya iqtisadiyyatla bahəm, vətəndaşların sosial rifah durumuna da pis təsir edir. Həmin təsiri azaltmaq üçün dövlət praktik addımlar atır. Artıq 5 milyon vətəndaşımız sosial yardım paketləri proqramının təsirini görüblər. Büdcədən maliyyələş təşkilatlarda və özəl müəssisələrdə çalışanlar, işsizlər, aztəminatlı ailələr - bütün kateqoriyalardan olan vətəndaşlar dövlətin maddi dəstəyini hiss edirlər. Bu isə bir daha sübut edir ki, vətəndaşların rifahı, onların durumu və təbii ki, sağlamlığı Azərbaycan hakimiyyəti üçün əsas məsələdir. Sevinc Osmanqızı və Cəmil Həsənli üçünsə əsas məsələ ambisiyaların təminatıdır. Xüsusilə də yaşlı professor cənab Həsənli: indi Çindəki uyğurların yaşamını, onların hüquqlarının pozulmasını araşdıran adam. Pis iş deyil, amma bir şərtlə ki, Vaşinqtondakı ağaların sifarişi ilə edilən əməl olmaya. Elçin Alıoğlu Milli.A
Hamısını oxu
Artıq bir neçə ildir ki, Ukraynanın “İnter” telekanalı İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümləri münasibəti ilə silsilə tədbirlər keçirir. Bir qayda olaraq bu tədbirlərdə MDB ölkələrinin İkinci dünya müharibəsi veteranları, veteran təşkilatlarının nümayəndələri iştirak edirlər. Həmin tədbirlər zamanı “İnter” telekanalının 9 may, xüsusi bayram verilişlərinin hazırlanması məqsədi ilə veteranlarla müxtəlif görüşlər təşkil olunur, onlardan keçdikləri döyüş yollarını, mənsub olduqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının veteranlara münasibətini əks etdirən müsahibələr götürülür. İkinci dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü ilə bağlı aprelin 17-21-də Ukraynanın paytaxtı Kiyev şəhərində baş tutan növbəti tədbirlərdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də iştirak etmişlər. Tədbirdə Respublika Veteranlar Təşkilatını İkinci dünya müharibəsi veteranı Bəkir Məmmədov və RVT-nin şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev təmsil etmişlər. İlk tədbirdə “İnter” telekanalının 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başladığı layihə çərçivəsində nəşr edilmiş “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunun ikinci cildinin təqdimatı keçirilmişdir. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan bu cildə İkinci dünya müharibəsinin 100 nəfər günümüzə qədər sağ qalan (təəssüf ki, tədbirə qədər həmin veteranlardan 7 nəfəri vəfat etmişdi) iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilmişdir. 212 səhifədən ibarət olan fotoalbom həmin döyüşçülərin döyüş yolunun və müharibədən sonrakı həyatının ən mühüm və təsirli məqamlarını əks etdirir. 100 insan taleyindən söhbət açılan Fotoalbomu həyəcansız vərəqləmək mümkün deyil. Respublika Veteranlar Təşkilatının şöbə müdiri Lətif Babayev tədbirə qatılan Ukrayna, Gürcüstan, Moldova, Belarus veteran təşkilatlarının nümayəndələri ilə iki və çoxtərəfli əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və gələcək inkişafı perspektivlərini müzakirə etmiş, Azərbaycanın İkinci dünya müharibəsində iştirakı ilə əlaqəli ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunmasından, daim qayğı ilə əhatə olunmasından danışmışdır. Eləcə də, Azərbaycan Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə Təşkilatın bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulamış, göstərilən məsələlərdə fəallığı xalqlarımızın birgə tarixi keçmişi, bu ənənələrin yaşadılmasının mühüm əhəmiyyət kəsb etməsi ilə əlaqələndirmişdir. Tədbirlərin 3-cü günü “İnter” telekanalının 9 may verilişlərində nümayiş etdiriləcək 4 saatlıq xüsusi konsert proqramı nümayiş etdirilmişdir. Ukraynanın tanınmış musiqiçilərinin ifasında səslənən Vətən, torpaq, müharibə, qələbə, gənclik, sevgi və s. mövzuları əhatə edən bu mahnılar iştirakçıların ürəyincə olmuş, veteranlar dəfələrlə ayaqüstə onları alqışlamışlar. Müharibəyə aid təsirli səhnələrdən ibarət olan süjetlər, dekorativ səhnələr həmin günlərin canlı şahidlərini daha da təsirləndirmiş, bir sıra nömrələr göz yaşları ilə müşayiət edilmişdir. Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı “İnter” telekanalının əməkdaşlarına İkinci dünya müharibəsində faşizm üzərində qələbəyə Azərbaycanın verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 minə yaxın soydaşımızın həyətlarını itirməsindən danışmış, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs etmişlər. Həmçinin Azərbaycanda 9 may Qələbə gününün hər il böyük təntənə ilə qeyd edildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi qeyd edilmişdir. Azərbaycan nümayəndələri eləcə də, Azərbaycanın 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistan tərəfinin təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini çatdırmış, bu məsələyə bütün veteran təşkilatları və veteranların münasibət bildirməsinin vacibliyini vurğulamışlar. 20 aprel 2017-ci ildə Respublika Veteranlar Təşkilatının nümayəndələri Ukraynalı həmkarları ilə görüş keçirmişlər. Bu görüşdə veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışılmışdır. Görüşün sonunda Respublika Veteranlar Təşkilatı Rəyasət Heyəti adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova “Veteran həmrəyliyi”, “İnter” telekanalının Multimedia qrupunun rəhbəri Anna Bezlyudnayaya “Həzi Aslanov”, baş redaktoru Anton Nikitinə “Əliağa Şıxlinski” yubiley medalları təqdim edilmişdir. Tədbir iştirakçıları "Naməlum Əsgər" və "Ana Vətən" abidələrini ziyarət etmiş, hər iki abidənin önünə gül dəstələri qoymuşlar. Tədbirlərdə digər ölkələrin veteran təşkilatlarının təmsilçiləri də çıxış etmiş və “İnter” telekanalına müsahibələr vermişlər.
Hamısını oxu
Azər Badamov: “Fərqli dinlərin və etnik qrupların nümayəndələri Vətən müharibəsində qəhrəmanlıq salnaməsi yazıb” “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdir edilməli, alqışlanmalıdır”. 27 sentyabr Anım Günü respublikamızın hər yerində böyük ehtiram hissi ilə yad edilib. Anım Günü ilə bağlı diqqət çəkən məqamlardan biri də bu günün qeyri-islam inancına sahib vətəndaşlarımız, dini icmalar tərəfindən də yüksək səviyyədə qeyd edilməsidir. Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının birgə təşkilatçılığı ilə "Giləki" sinaqoqunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib, tədbirdə qəsəbə sakinləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Bundan başqa, Alban-Udi xristian dini icmasının üzvləri Laçın rayonunda yerləşən "Ağoğlan" məbədində şəhidlərimizin Anım Günü münasibətilə dini ayinlər icra ediblər. Hansı ki, bu tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu nun təşkilatçılığı və maliyyə dəstəyi ilə həyata keçirilib. Şəhidlərimizin xatirəsinin ölkəmizdəki qeyri-müsəlman dini icmaları tərəfindən də ehtiramla yad edilməsi ölkəmizdə tolerantlıq və multikulturalizmin yüksək səviyyədə öz əksini tapmasının, dinindən asılı olmayaraq ölkəmizdəki bütün vətəndaşların doğma Azərbaycana bağlılığının isbatı sayıla bilərmi? Bütün dini icmalara eyni dərəcədə qayğı və həssaslıqla yanaşan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu yöndəki fəaliyyətini necə dəyərləndirilə bilər? Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov Anım Gününün müxtəlif dini icmalar tərəfindən qeyd edilməsini ölkəmizdəki milli bilik və həmrəyliklə əlaqələndirib: “27 sentyabr Anım Gününü dini və etnik mənsubiyyətindən asıllı olmayaraq hamı qeyd etdi, şəhidlərin anaraq xatərəsinə ehtiramını bildirdilər. Anım Günündə müxtəlif dini icmaların ibadət yerlərində şəhidlərin ruhuna dualar oxundu. Ölkəni, vətənini sevən elə bir şəxs olmadı ki, şəhidlərin xatirəsini yad etməsin. Biz mərd oğullarımızn igidliklərini hər zaman xatırlayacağıq, yaddaşlarımızda əbədi yaşadacağıq. Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə yüksək milli birlik və həmrəylik formalaşmışdır. 44 günlük Vətən müharibəsində də son dərəcə sarsılmaz və möhkəm olan bu birliyi, bu həmrəyliyi bütün dünya gördü. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin hamısı müharibədə bir nəfər kimi çiyin-çiyinə dayanaraq sinəsini gülləyə verib qəhrəmanlıq səlnaməsini yazıblar. Azərbaycanda yaşayan hər bir kəs, onun etnik və dini mənsubiyyətindən asıllı olmayaraq, öz vətəni ilə fəxr edir, düşmənlərə qarşı amansız mübarizəyə hər zaman hazırdırlar. Dövlətin yürütdyü tolerant və multukural siyasəti sayəsində hər bir kəs özünü qüdrətli ölkənin xoşbəxt vətəndaşı olduğunu hiss edir, Ali Baş Komandanın hər bir tapşırığının can-başla icra etməyinə hər zaman hazırdırlar. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti də təqdir edilməli, alqışlanmalıdır”. Seymur ƏLİYEV
Hamısını oxu