Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Nizami Rayonunda Zəfər Günü qeyd edilib

Veteran.gov.az xəbər verir ki, Bakı şəhəri Nizami rayonunda   4 saylı Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində Zəfər Gününə həsr olunmuş  tədbir keçirilib. 5 noyabr 2022-ci il tarixində keçirilən tədbirdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırliğı şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  liseyin direktoru Mahir Namazov, direktor müavini Vüsal Balakişiyev, şəhid anası Kəmalə Fəxri, qazilər Arzuman Vəliyev, Vasif Zeynalov, Mehdi Əhmədov və digər qonaqlar iştirak ediblər.

İlk öncə  Dövlət Himni səslənib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilib. Liseyin direktoru Mahir Namazov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Çıxış üçün söz Adil Haqverdiyevə verildi. Adil Haqverdiyev ilk öncə Respublika Veteranlar Təşkilatının rəisi  Fatma xanım Səttarovanın və müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salam və təbriklərini tədbir iştirakçılarına çatdırıb:

“Bu gün biz dünya azərbaycanlılarının  qürur və fəxirlə qeyd etdikləri unudulmaz bir gunun, Zəfər Gününün  qeyd olunmasına toplaşmışıq. Bu unudulmaz günü bizə bəxş edən ordumuza, Ali Baş Komandan İlham Əliyevə minnətdarıq. Onlar nəinki, torpaqlarımızı, qürurumuzu mənliyimizi qaytardılar. İndi  başımız dik, alnımız açıq gəzirik. Ölkəmizin hüdudlarından kənarda  fəxrlə söyləyirik “mən azərbaycanlıyam”.

Mən ehtiyatda olan bir zabit, bir vətəndaş kimi olkəmizə atılan iftiralara, qərəzli fikirlərə Prezident İlham Əliyevin tutarlı cavablarını izləyirəm. O, hər zaman çıxşlarında söyləyir ki, bizim tutduğumuz yol ədalətlidir. Bizim heç kəsin torpağında gözümüz yaxdur. Əgər düşmən üzərinə düşən öhtəliyi yerinə yetirməsə, dəmir yumruq işə düşəcək.

Mən bir daha Allahdan şəhidlərimizə rəhmət,qazi və veteranlarımıza cansağlığı diləyirəm”.

Çıxış edənlərdən direktor müavini Vüsal Balakişiyev 44 gün ərzində ordumuzun göstərdikləri qəhrəmanlıqlardan danışıb. Şəhid anası Kəmalə Fəxri bildirib ki, şəhidlər bir ailənin, bir nəslin yox, bütün Azərbaycanın övladlarıdır:

“Mən əminəm ki, şəhidlərimiz qədirbilən  xalqımızın daim qəlbində yaşayacaq. Mən bütün şəhid valideynlərinə Allahdan səbir diləyirəm”.

Tədbirin sonunda xatirə şəkli çəkilib.

2022-11-14 12:22:00
886 baxış

Digər xəbərlər

“Bu əməliyyat sübut etdi ki, DTX həqiqətən də yüksək peşəkarlığa malikdir”

Elman Məmmədov: “Ayıq-sayıq olmalı, güc orqanlarımıza dəstək verməli, milli həmrəyliyimizi qoruyub saxlamalıyıq” Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) 27 yanvar 2025-ci il tarixli məlumatında xarici ölkələrdən birinin Azərbaycanda yerləşən səfirliyinə qarşı terror hücumu həyata keçirməyə cəhd edən şəxslərin saxlanıldığını bildirib. Sözügedən əməliyyatla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov mövzu ilə bağlı maraqlı fikirlər səsləndirib: “DTX-nın keçirdiyi sonuncu əməliyyat sübut etdi ki, bəzi qüvvələr hələ də Azərbaycanda dincliyi və sabitliyi pozmağa, xaos və gərginlik yaratmağa çalışırlar. Onların niyyəti müxtəlif terror aktları vasitəsilə cəmiyyətdə qarışıqlıq yaratmaq, xof və vahimə formalaşdırmaqdır. DTX-nın son əməliyyatı nəticəsində saxlanılan şəxslərə nəzər salsaq görərik ki, onların hamısı azərbaycanlıdır. Yəni onların arasında digər millətlərin nümayəndəsi yoxdur. Lakin bu şəxslər xarici xüsusi xidmət orqanlarının, radikal dini dairələrin təsiri altına düşən, onların sifarişlərinin icraçısına çevrilən şəxslərdir. Hesab edirəm ki, DTX-nın  bugünə qədər həyata keçirdiyi bütün əməliyyatları kimi bu əməliyyat da olduqca əhəmiyyətli, olduqca önəmlidir. Bu əməliyyat sübut etdi ki, Azərbaycanın xüsusi xidmət orqanları yüksək peşəkarlığa və hazırlıq səviyyəsinə malikdirlər. Məhz onların ayıq-sayıqlığı və peşəkarlığı bu cür terror aktlarının qarşısının alınmasını təmin edir. Bununla yanaşı, baş verənlər bizim hər birimiz qarşısında da mühüm vəzifələr qoyur. Məlum olay sübut edir ki, anti-Azərbaycan qüvvələri öz bəd niyyətlərindən əl çəkməyiblər və bu gün də təxibatçı fəaliyyətlərini davam etdirməkdə qərarlıdırlar. Bu təhlükədən tam olaraq sığortalanmaq, belə halların qaşısını gələckdə də qətiyyətlə almaq üçün milli həmrəyliyimizi qoruyub saxlamalı, dövlətimizin, Prezidentimizin ətrafında sıx birləəşməkdə davam etməli və güc orqanlarımıza informasiya dəstəyi göstərməli, ayıq-sayıq olmalıyıq. Bizi gələcək uğur və nailiyyətlərə aparan yeganə yol budur”. Seymur ƏLİYEV  

Hamısını oxu
Müdafiə Nazirliyi cəbhədəki son vəziyyət barədə məlumat yaydı.

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan və snayper tüfənglərindən də istifadə etməklə, sutka ərzində atəşkəs rejimini 60 dəfə pozub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Koxanəbi, Əsrik Cırdaxan kəndlərində, Çəmbərək rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. Tərtər rayonunun işğal altında olan Göyarx, Ağdam rayonunun Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Qorqan, Kürdlər, Horadiz, Cəbrayıl rayonunun Nüzgar kəndləri yaxınlığında, həmçinin Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Zəfər Günü ilə bağlı tədbir keçirilib. Veteranların iştirakı ilə keçirilən tədbir Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı ilə “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatı ilə Veteranlar Təşilatının birgə təşkilatçılığı ilə baş tutub. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi, şəhdilərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Təşkilatın sədr müavini, polkvonik Cəlil Xəlilov 8 Noyabr tarixinin önəmindən söz açıb, qələbənin əldə edilməsini şərtləndirən amillərə toxunub: “8 Noyabr tarixi sadəcə Azərbaycan deyil, bütün türk dünyası tarixi baxımından mühüm hadisədir. Bu, türk dünyasının ən şanlı zəfərlərindən biridir. Hansı ki, bu zəfər Azərbaycan xalqı, türk dünyası ilə birlikdə sonsuza kimi yaşayacaqdır.    Ordumuzun Vətən müharibəsindəki qalibiyyəti bütün regionun gələcək taleyini həll etdi. Şübhəsiz, Azərbaycan Ordusunun qalibiyyəti sadəcə ölkəmiz üçün deyil, regiondakı digər dövlətlər üçün də yeni bir mrəhələnin başlanması demək oldu. Çünki Azərbaycan erməni faşizmini məğlub etməklə, regionda sülhün və təhlükəsizliyin təmin edilməsinə mühüm töhfə verdi, habelə iqtisadi inkişaf üçün geniş perspektivlər açdı. Şübhəsiz, 44 günlük Vətən müharibəsi dönəmində qələbəni təmin edən ən mühüm faktorlardan biri, bəlkə də birincisi məhz bacarıqlı sərkərdə, təcrübəli Ali Baş Komandan faktoru olmuşdur. Məhz Prezident İlham Əliyevin Ali Baş Komandan kimi peşəkarlığı ermənilərin sadəcə hərbi müstəvidə deyil, bütün müstəvilərdə məğlub edilməsində mühüm rol oynamış, böyük, həlledici qələbəni təmin etmişdir. Hansı ki, Ali Baş  Komandanımızın əzmkarlığı, müharibədəki həlledici rolu xarici ölkə ekspertləri tərəfindən də etiraf olunmaqda, təsdiqlənməkdədir. Bütün bunlar bir daha onu göstərir ki, biz bu qələbəyə görə hər şeydən öncə Ali Baş Komandanımıza, o cümlədən şəhidlərimiz, qazilərimizə minnətdarıq”.   Polkovnik Cəlil Xəlilovun çıxışından sonra 44 günlük Vətən müharibəsindən bəhs edən film nümayiş olunub. Tədbridə çıxış edən “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev Azərbaycan Silahlı Qüvvələrinin göstərdiyi tarixi qəhrəmanlığa diqqət çəkib: “44 günlük Vətən müharibəsində Azərbaycan xalqı böyük əzm və fədakarlıq göstərdi. Ali Baş Komandanın ətrafında sıx birləşən xalq, onun hər bir fərdi qələbənin əldə edilməsi üçün əlindən gələni əsirgəmədi. Ancaq heç şübhəsiz, bu qələbədə ən böyük pay şəhidlərimizə və qazilərimizə məxsusdur. Çünki məhz onlar düşmənlə üz-üzə mübarizə apararaq işğaldakı torpaqlarımızı qanları və canları bahasına düşməndən azad etdi. Azərbaycan xalqı ona bu böyük zəfəri yaşadanları heç vaxt unutmayacaq, onları hər zaman sevgi və minnətdarlıq hissi ilə xatırlayacaqdır”.   Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə çıxışında 8 Noyabr zəfərini xalqa bəxş edən qazilər və şəhidlərin ruhu qarşısında baş əydiyini bildirib: “8 Noyabr Azərbaycan xalqının qürur günü, milli özünütəsdiq günüdür. Bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman Azərbaycan Ordusu erməni faşizmini məhv etdi, düşməni işğaldakı torpaqlardan qovaraq dövlətimizin ərazi bütövlüyünü təmin etdi. Biz bu qələbəyə görə Prezidentimizə, Ordumuza, şəhidlərimizə və qazilərimizə borcluyuq. Mən bizə bu böyük zəfəri yaşadan şəhidlərimizin ruhu qarşısında, qazilərimiz qarşısında baş əyirəm. Azərbaycan xalqı sizin qəhrəmanlığınızı heç vaxt unutmayacaq”. Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsi qazisi tankçı Ramin Şirinov ordumuzun müharibədəki qəhrəmanlığından danışıb, şəhid ailələri və qazilərə göstərdiyi dəstəyə görə dövlət başçısına təşəkkür edirb.   Daha sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solostləri gizir Leyla Əliyeva və Mətləb Ağayev tərəfindən hərbi vətənpərvərlik mahnıları ifa edilib. Tədbirin sonunda veteranlara bayram sovqatı verilib, onlar üçün çay süfrəsi təşkil olunub.    

Hamısını oxu
Polkovnik Cəlil Xəlilov "Yeni TV"nin CANLI YAYIMINDA

Hamısını oxu