Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakı şəhəri Sabunçu rayonunda Rixard Zorgeyə həsr olunan tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin müdiri ehtiyatda olan polkovnik Adil Haqverdiyev və  baş mütəxəssis Nəbi Hacıyev  11 noyabr  2022 –ci il tarixində   Bakı şəhəri Sabunçu  rayonunda  yerləşən Rixard Zorge adına 90 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər.

Sovet İttifaqı Qəhrəmanı Rixard Zorgenin xatirəsinin bir daha əbədiləşdirilməsi üçün məktəbin foyesində qəhrəmanın baralefinin açılışı olub. Baralefin açılışı ilə əlaqədar keçirilən tədbirdə Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev, Dimitriy Kurqanov, Nelli Kurqanova, Qazibəyova Qurbantac, məktəbin direktor əvəzləyicisi Sivetlana Nəbiyeva, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbiri açıq elan edən Svetlana Nəbiyeva qonaqları tədbir iştirakçılarına təqdim etdi.

İlk öncə söz polkovnik Adil Haqverdiyevə verilib:

“ Azərbaycan çoxmillətli ölkədir. Bü gün xatirəsinin bir daha  əbədiləşdirilməsi üçün toplaşdığımız  tədbirin qəhrəmanı Rixard Zorge alman əsilli olmuşdur. O, 4 oktyabr 1895–ci ildə Bakı şəhəində, Sabunçuda doğulub. Rixard Zorge hələ körpə olarkən onun valideynləri Almanyanın Berlin şəhərinə köçüb. Gələcəkdə dünyanın ən çox araşdırılan kəşfiyyatçısı olan qəhrəman hər zaman Bakıda doğulmasını fəxrlə  söyləyib. O, Sovet İttifaqının kəşfiyyatçısı olaraq Yaponiyada gizli tapşırıqları yerinə yetirib. Almaniyanın Sovet İttifaqına hücumunun vaxtını dəqiqliklə xəbər verib. Lakin alman əsilli olduğuna görə onun verdiyi bu məlumata inamsızlıq göstərilib. Rixard Zorge 7 noyabr  1944-cü ildə  Yaponiyada  edam olunub.

Bu cəsur kəşfiyyatçı unudulmuşdur. 1964-cü ildə fransız rejissoru bu  kəşfiyyatçı haqqında film çəkmişdir. Film ekrana çıxdıqdan  sonra onun fəaliyyəti araşdırılmış və ona Sovet İttifaqı qəhrəmanı fəxri adı verilmişdir”.

Daha sonra Sabir Allahverdiyev, Dimitriy Kurqanov, Nəbi Hacıyev çıxış edib. Tədbirin sonunda xatirə şəkli çəkilib.

2022-11-14 13:09:00
979 baxış

Digər xəbərlər

Yeni dərs ili ilə əlaqədar olaraq şəhid övladlarına planşetlər hədiyyə olunub

Veteran.gov.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Azercell Telekom” MMC və “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin nümayəndələri ilk dəfə məktəbə qədəm qoyacaq şəhid övladları ilə görüşüblər.   Nümayəndələr uşaqları birinci sinfə getmələri münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.   Görüşdə döyüşlərdə qəhrəmancasına şəhid olmuş Vətən oğulları xatırlanıb.   Şəhidlərin övladlarına təhsil üçün planşetlər hədiyyə edilib.   “Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi olaraq birinci sinifə qədəm qoyan bütün şəhid öladlarını təbrik edir, uğurlar arzulayırıq.  

Hamısını oxu
Müstəmləkəçidən işğalçıya tərif...

Hamısını oxu
Dövlət Təhlükəsizliyi Xidməti öz əzəmət və peşəkarlığının zirvəsindədir

Heydər Əliyevin milli təhlükəsizlik siyasətinin mühüm istiqamətlərindən biri milli təhlükəsizlik orqanlarının fəaliyyətinin müasir tələblər səviyyəsində təşkili və fəaliyyətinin müəyyənləşdirilməsi idi. O, Azərbaycan təhlükəsizlik orqanlarının müstəqillik illərindəki tarixini şərti olaraq iki dövrə bölürdü: 1991-1993-cü illər və ondan sonrakı dövr. Birinci dövrdə qəfildən öz xidmət təyinatını dəyişmiş şəxsi heyət üçün bütün dəyərlərin yenidən qiymətləndirilməsi; yenidən təşkilatlanma ilə əlaqədar şaşqınlıq vəziyyəti səciyyəvi idi və bunlar obyektiv çətinliklər idi. Lakin bu dövrdə ölkəyə rəhbərlik etmiş şəxslərin naşılığı səbəbindən o zamankı Milli Təhlükəsizlik Nazirliyinin də fəaliyyəti nəzarətdən kənarda qalmışdı, bu orqan dürüst istiqamətləndirilmirdi, peşəkarlıq tələblərinə görə yox, qrup və partiya maraqlarına görə formalaşdırılırdı. Odur ki, nazirlik ölkənin başı üstünü almış çox ciddi fəlakətlər barədə qabaqlayıcı məlumatlar əldə edib, onların qarşısını almaq üçün tədbirlər görmək əvəzinə, əksər hallarda artıq törədilmiş cinayətlərin və milli maraqlara vurulmuş ağır zərbələrin qeydiyyatçısına çevrilmişdi. Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, fəxri professor Cəlil Xəlilov deyib. Professor bildirib ki, Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlişi dövlət təhlükəsizliyi sisteminin daha da təkmilləşməsinə səbəb oldu: “Heydər Əliyevin hakimiyyətə gəlişi ilə bütün dövlət qurumlarının, o cümlədən təhlükəsizlik orqanlarının fəaliyyətində ciddi dönüş yarandı. Ulu Öndər ordunu gücləndirməklə yanaşı, əsl peşəkarları təhlükəsizlik sisteminə cəlb etməklə dövlətin təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsinə nail oldu. Təhlükəsizlik orqanının əməkdaşları terror cəhdlərinin qarşısının alınmasında, daxili sabitliyin güclənməsində mühüm rol oynadı. Daxili və xarici düşmənlərin bir çoxu məhz təhlükəsizlik orqanları əməkdaşlarının səyi nəticəsində ifşa olundu”. Cəlil Xəlilov hazırda Dövlət Təhlükəsizliyi Xidmətinin yüksək peşəkarlığa malik olduğunu, sözügedən qurumun öz fəaliyyəti ilə Ulu Öndərin arzu və istəklərini doğrultduğunu vurğulayıb: “Bizim üçün qürurvericidir ki, bu gün Dövlət Təhlükəsizliyi Xidməti öz tərəqqi və əzəmətinin zirvəsindədir. Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin 44 günlük Vətən müharibəsində ortaya qoyduğu əzm, şanlı Zəfərimizin əldə edilməsinə verdiyi böyük töhfə bu qurumun peşəkarlığının, vətən, xalq sevgisinin göstəricisidir. Mən Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin əməkdaşlarını 28 mart – peşə bayramı münasibətilə təbrik edir, onların hər birinə öz şərəfli vəzifələrində uğurlar arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti hər zaman olduğu kimi, bundan sonra da dövlətimizin təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq və ölkəmizlə bağlı bütün məkrli planları alt-üst edəcək”.

Hamısını oxu
İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi Unutmayaq ki, Unudulmayaq layihəsi çərçivəndə Respublika Veteranlar Təşkilatı ilə birgə Xocalı qanlı tariximiz adlı tədbir keçirib

23 fevral 2021-ci ildə  Tədbirdə tarixən mənfur faşizm ideologiyası ilə xalqımıza qarşı amansız düşmənçilik həyata keçirən ermənilərin törətdikləri faciələrdən söz açıldı. Tədbirdə çıxış edən RVT –nin şöbə müldiri, professor Bəhram Zahidov qeyd etdi ki, 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qətlə yetirib, soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atıb, Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıdıblar. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verib. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər xüsusi vurğulanıb. Qeyd  edib ki, məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Çıxış edən İSBAM sədri Samir Adgözəlli 44 günlük Vətən müharibəsində əldə edilən parlaq Qələbənin erməni faşizmin məğlubiyyəti olduğunu bildirdi. Mart, Xocalı soyqrımı kimi faciələr ermənilərin məkirinin göstərcisidir və belə hadisələrin təkrarlanmaması düşmənə dəmir yumruğumuz və həmrəyliyimizlə lazımı cavab verməyə daim hazır olmağımızı vurğuladı. Tədirin digər çıxışçıları–polkovnik Həmid Cəfərov, Natiq Bədəlov və başqaları Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost, Xatın, Lidisa, Oradur, Sonqmi soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı olaylarla müqayisə olunduğunu bildirdilər. Xocalı faciəsi təsadüfi hadisə olmadığını, bu faciəni törətməklə ermənilər xalqımızı qorxutmaq, mübarizə əzmini qırmaq, tarixi torpaqlarımızın bir qisminin itirilməsi ilə barışmağa məcbur etmək istəmədiklərini nümayiş edirdiyini qeyd etdilər. Lakin hiyləgər, mənfur düşmən məqsədinə çata bilmədi. Xalqımız öz dövlətinin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə daha da mətnləşdi. Qəhrəmanlıq və dəyanət nümayiş etdirdirərək ədaləti bərpa etdiyimizi vurğuladılar. Respublika Veteranlar Təşkilatının mətbuat xidməti    

Hamısını oxu