Digər xəbərlər
Bakı, 16 oktyabr, AZƏRTAC Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində bildirib.
Hamısını oxu
“Erməni vandalizmi” filmi erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir” Naqif Həmzəyev: “Erməni vəhşiliyini ifşa edən sənədli-bədii filmlərin çəkilməsi vacibdir” Xəbər verdiyimiz kimi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi əsasında "Erməni vandalizmi" adlı sənədli film hazırlanıb ki, filmdə ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, hərbi cinayələr konkretb faktlar əsasında öz əksini tapıb. Maraqlıdır, bu cür filmlər ermənii yalanlarına qarşı mübarizədə effektiv mübarizə vasitəsi, ifşaedici silah hesab oluna bilərmi? Dünyanı erməni faşizminin mənfur siması ilə təkzibedilməz faktlar – foto-video materiallar vasitəsi ilə tanış etmək, Qarabağla bağlı əsl həqiqətlərin beynəlxalq aləm tərəfindən daha aydın dərk olunması baxımından nə dərəcədə önəmlidir? Moderator.az-a açıqlama verən millət vəkili Naqif Həmzəyev bu kimi addımların mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Reallıq bundadır ki, errmənilər hər zaman öz yalanlarını dünya birliyinə həqiqət kimi təqdim edib və onların bir qismini bu yalanlara inandıra bilib. 44 günlük Vətən müharibəsi və bu müharibədə Azərbaycanın əldə etdiyi tarixi zəfər erməni faşizminin əsl simasını bir daha üzə çıxardı. Işğaldakı torpqların azad edilməsindən sonra ortaya çıxan mənzərə göstərdi ki, ermənilər 30 ilə yaxın müdətdə bizim demək olar ki, bütün dini-tarixi abidələrimizə zərər verib, onları dağıdıb. Həmin abidələrin mövcud vəziyyəti ilə bağlı Azərbaycan tərəfinin ortaya qoyduğu faktlar mahiyyət etibari ilə erməni yalanlarının, erməni vandalizminin ifşası deməkdir. Lakin bu da həqiqətdir ki, ermənilərin iki əsr ərzində səsləndirdiyi yalanları qısa zamanda ifşa etmək, dünyaya ermənilərin əsl üzünü tanıtmaq o qədər də asan deyil. Biz bunun üçün daha ciddi fəaliyyət ortaya qoymalı, öz qüvvələrimizi səfərbər etməliyik. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdirəlayiqdir. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi daim erməni vandalizminin ifşa edilməsi, ermənilər tərəfindən dağıdılan dini-tarixi abidələrimizlə bağlı həqiqətlərin dünyaya çatdırılması istiqamətində sistemli addımlar atıb, mühüm işlər görüb. Bildiyiniz kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə Xocalı soyqırımın beynəlxalq aləmdə tanınması istqiamətində ciddi addımlar atılıb. Xüsusilə, Leyla xanım Əliyevanın rəhbərliyi ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası Xocalı həqiqətlərinin dünyaya çatdırılmasıdna mühüm rol oynadı. Artıq dünyada bir neçə dövlət Xocalı soyqırımını tanıyır. Lakin tək Xocalı faciəsinin tanıdılması ilə iş bitmir. Ermənilər 1905-ci ildən etibarən dəfələrlə Azərbaycan xalqına qarşı soyqırımları törədiblər. Onların hamısı ifşa edilməli, dünyaya çatdırılmalıdır. Erməni vəhşiliyinin ifşa edilməsi üçün kitablar da, elmi məqalələr də vacibdir. Bunun üçün konfranslarda erməni vandalizminin ifşa edilməsi, beynəlxalq tribunalarda bu barədə mütəmadi şəkildə danışılması da lazımdır. Lakin erməni vandalizminin ifşası məqsədi ilə sənədli və bədii filmlərin çəkilməsi də çox vacibdir. Çünki təcrübə göstərir ki, dünyamızda insanlar vizual görüntülərə daha çox inanır, bu görüntülər onların şüurunda özünə daha dərindən yer edir. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə hazırlanan “Erməni vandalizmi” filmi də erməni faşizminin ifşası baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki bu filmdə erməni vəhşiliyi, erməni hərbi cinayətləri ilə qiymətli faktlar, təkzibedilməz dəlillər mövcuddur. Hesab edirəm ki, bu cür filmlərin əcnəbidilli auditoriyalar üçün də hazırlanması zəruridir. Bizim əlimizdə erməni vəhşiliyi, erməni cinayətləri ilə bağlı kifayət qədər faktlar var. Biz bu faktlardan istifadə edərək erməni xislətini ifşa etməliyik”. Seymur ƏLİYEV
Hamısını oxu
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə “Nizami Gəncəvi və Əlişir Nəvai mədəniyyət və ədəbiyyat günləri”nin açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzindəki mərasimdə Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, şair və yazıçılar, ictimaiyyətin nümayəndələri, jurnalistlər iştirak edib. Mədəniyyət və ədəbiyyat günlərinə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, hər iki ölkənin Yazıçılar birlikləri, Azərbaycanın Özbəkistandakı səfirliyi, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyəti, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Əbu Reyhan Biruni adına Özbəkistan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu, Özbəkistan Dövlət Konservatoriyası dəstək göstərir. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov mərasim iştirakçılarını salamlayaraq bildirib ki, dünya ədəbiyyatı tarixinə Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Zahirəddin Babur, Əlişir Nəvai və başqa məşhur şairlər verən Azərbaycan və Özbəkistan öz qədim tarixi və mədəniyyəti ilə məşhurdur. O deyib ki, yazıçı və şairlərimizlə bərabər dövlət başçılarımızı da dostluq və qardaşlıq münasibətləri birləşdirir. Belə ki, ulu öndər Heydər Əliyevlə Özbəkistanın sabiq rəhbərləri Şərəf Rəşidov və İslam Kərimovun, Azərbaycanın və Özbəkistanın hazırkı dövlət başçıları İlham Əliyevlə Şavkat Mirziyoyevin dostluğu bir örnəkdir. S.Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə böyük Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyi ilə bağlı ölkəmizdə “Nizami Gəncəvi ili” elan edildiyini və Özbəkistanda da böyük özbək şairi Əlişir Nəvainin 580 illik yubileyinin geniş qeyd olunması ilə bağlı prezident Şavkat Mirziyoyev tərəfindən Sərəncam imzalandığını iştirakçıların diqqətinə çatdırdı. Diplomat Nizami Gəncəvi və Əlişir Nəvainin xalqlarımızın fəxri olduğunu və onların yaradıcılığının Türk dünyası poeziyasının zirvəsi olduğunu qeyd edərək, hər iki mütəfəkkirin dünya ədəbiyyatına verdiyi töhfələrdən və “Xəmsə”çilik fəaliyyəti barədə fikirlərini bölüşüb. Özbəkistan Elmlər Akademiyasının vitse-prezidenti, Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun direktoru Baxrom Abduhalimov Azərbaycanla Özbəkistan arasında elm, ədəbiyyat, əlyazmalar sahəsində əməkdaşlıqdan danışıb, Azərbaycan və Özbəkistanın klassik şairlərinin əsərlərinin çap olunması istiqamətində görülən işləri təqdir edib. O, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Nizami Gəncəvinin Özbəkistanda ilk dəfə olaraq çap olunan “Xəmsə”nin ölkənin mədəni həyatında əlamətdar hadisə adlandırıb, digər Azərbaycan klassik şairlərinin əsərlərinin çapının tədqiqatçılar üçün əhəmiyyətinə toxunub. Azərbaycan Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərinə nəzər salaraq onların ədəbiyyatımıza gətirdiyi yeniliklər, poeziyamızın zənginləşməsində xidmətlərindən danışıb. Akademik vurğulayıb ki, Nizaminin “Xəmsə”si olmasaydı, təbii ki, Əlişir Nəvainin də “Xəmsə”si olmayacaqdı. Əl-Fərabi də, Nizami Gəncəvi də, Əlişir Nəvai də türkdür. Əl Fərabi “Xəmsə”ni ərəbcə, Nizami Gəncəvi farsca, Əlişir Nəvai isə türkcə yazıb. Belə müqayisələri çox çəkmək olar deyə Nizami Cəfərov qeyd edib. Azərbaycan Mədəniyyət Nazirliyinin şöbə müdiri Akif Marifli Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, belə tədbirlərin ölkələrimiz arasında mədəni əlaqələrin dərinləşməsinə təkan verdiyini qeyd edib. Nazirlik rəsmisi Nizami Gəncəvi və Əlişir Nəvai kimi şairlərin Türk dünyasının sərvəti olduğunu və zaman-zaman şairlər, ədiblər, bəstəkarlar bu mütəfəkkirlərin əsərlərindən qidalanaraq yeni-yeni sənət əsərləri yaratdqlarını söyləyib. Azərbaycan Yazıçılar Birliyinin məsləhətçisi, yazıçı-tədqiqatçı Sayman Aruz Nizami Gəncəvi və Əlişir Nəvainin əsərlərini müqayisə edib. “Şeyx Nizamini Azərbaycan dövlətinin əsas manifestidir adlandırsaq yanılmarıq. Biz bu gün öz mədəniyyətimizlə, ədəbiyyatımızla fəxr edirik və Nizami Gəncəvi də bu mədəniyyətin əsas nəzəriyyəçisidir-deyib S.Aruz. Özbəkistan Dövlət Mədəniyyət və Sənət Universitetinin rektoru, professor İbrahim Yuldaşev, “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinov, Daşkənddəki Nəvai adına Milli Kitabxananın direktoru Umida Keşabayeva və başqaları Nizami Gəncəvi və Əlişir Nəvainin dünya ədəbiyyatı tarixindəki yeri və mövqeyi haqqında danışıblar, bu şairlərin ayrı-ayrı əsərlərini təhlil ediblər. Tədbir çərçivəsində Özbəkistanın ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvaiyə həsr olunmuş şeir kompozisiyası səsləndirilib. Daha sonra Özbəkistanın “Soqdiana” Xalq Çalğı Alətləri Ansamblının iştirakı ilə Nizami Gəncəvi və Əlişir Nəvainin əsərləri əsasında hazırlanan konsert proqramı təqdim olunub. Konsertin bədii rəhbər Özbəkistanın Əməkdar Artisti, professor Firuza Abduraxmanova, dirijor Qahraman Bazarov və ifaçılar Moxiçöhrə Şomuradova, Səncər Kodırov və Qosımcan Nazarov olduğu proqramda Üzeyir Hacıbəyovun “Nizami: Sevgili canan”, “Sənsiz”, “Ey səba”, “Naz nazı”, “Sarı gəlin” və Nizami simfoniyası ifa edilib. İfa tamaşaçıların alqışları ilə qarşılanıb.
Hamısını oxu
Yanvarın 14-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtında Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılışı və Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Tədbirdə çıxış edən Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabir ölkəsinin dayanıqlılıq sahəsində həyata keçirdiyi siyasət və layihələr barədə məlumat verib, Əbu-Dabi Dayanıqlılıq Həftəsinin mühüm beynəlxalq platforma kimi rolunun artdığını qeyd edib. Sonra Zayed Dayanıqlılıq Mükafatının təqdimat mərasimi olub. Daha sonra Zayed Dayanıqlılıq Mükafatının qalibləri ilə xatirə fotosu çəkdirilib. X X X Qeyd edək ki, 2008-ci ildə təsis olunan Əbu-Dabi Dayanıqlılıq Həftəsi ötən illər ərzində dayanıqlı qlobal inkişaf baxımından önəmli müzakirələrin aparıldığı beynəlxalq platformaya çevrilib. Qlobal əməkdaşlıq və liderlik, iqtisadi inkişaf və texnologiya, eləcə də innovasiya prinsiplərini əsas istiqamətlər kimi müəyyənləşdirən Dayanıqlılıq Həftəsi dövlət və hökumət başçılarını, siyasətçiləri, sənaye liderlərini, iş adamlarını və gəncləri bir araya gətirir. Budəfəki Dayanıqlılıq Həftəsində 13 dövlət və hökumət başçısı, eləcə də 140-dan çox nazir və digər rəsmi şəxslər iştirak edir.
Hamısını oxu