Digər xəbərlər
Məşhur Məmmədov: “Tehranın terror siyasətinə qarşı sərt addımların atılması günün tələbidir” “Azərbaycana İrana təzyiq üçün geniş rıçaqlara malikdir” “Terror aktı göstərdi ki, İran elementar siyasi mədəniyyətdən və əxlaqi-mənəvi dəyərlərdən tamamilə məhrumdur” Cari ilin 27 yanvar tarixində İranın paytaxtı Tehran şəhərində Azərbaycan səfirliyinə edilən terror hücumu bütün dünyanın diqqət mərkəzindədir. Terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, mühafizə xidmətinin daha iki əməkdaşı yaralanıb. Moderator. az olaraq millət vəkili Məşhur Məmmədovla söhbətimizdə səfirliyimizə edilən terror hücumu və ondan sonra baş verən prosesləri şərh etməyə çalışdıq: -Məşhur müəllim, səfirliyimizə edilən terror hücumundan günlər ötsə də, rəsmi Tehran hələ də baş verənləri terror aktı adlandırmaq istəmir, özünü məlum terraktın fövqündə tutmağa çalışır. Sizcə İran rejiminin terror aktı ilə bağlı sərgilədiyi bu mövqe nədən xəbər verir? -Yanvarın 27-də Tehrandakı Azərbaycan səfirliyinə edilən hücumun terror aktı olduğu və buna görə bütün məsuliyyətin İran dövlətinin üzərinə düşdüyü birmənalıdır. Hər şeydən öncə qeyd edək ki, hər bir dövlət ərazisində yerləşən səfirliklərin, diplomatik nümayəndəliklərin təhlükəsizliyini təmin etməyə borcludur və bu, dövlətlərin Vyana konvensiyası, habelə digər beynəlxalq qanunlarla üzərinə götürdüyü bir öhdəlikdir. İran da bu konvensiyaya qoşulan dövlət kimi Tehrandakı səfirliyimizin təhlükəsizliyini qorumağa borclu idi. Lakin görünən odur ki, Tehran nəinki səfirliyimizin təhlükəsizliyini təmin etmədi, hadisədən sonra son dərəcə riyakar və ikrahedici bir mövqe ortaya qoydu. İran rejimi öncə hadisənin şəxsi münasibətlər zəminindəki narzılıqdan qaynaqlandığını iddia edərək, terror aktını ailə-məişət hadisəsi kimi təqdim etməyə çalışdı. Daha sonra, terror aktının mahiyyəti ilə bağlı bir sıra yalanlar səsləndirən Tehran, terrorçunun İran polisi tərəfindən saxlanıldığını bildirdi. Halbuki, videogörüntülərdən də məlum olur ki, silahlı terrorçu İran polisi tərəfindən yox, əliyalın səfirlik əməkdaşımız tərəfindən tərk-silah edilib. İran bu gün də baş verənlər görə məsuliyyət daşıdığını qəbul etmək istəmir ki, bu da rəsmi Tehranın üzərinə götürdüyü beynəlxalq konvensiyalara əməl etmədiyini, riyakar və qeyri-səmimi siyasət yürütdüyü göstərir. -Məşhur müəllim, bütün ehtimallar terror aktının elə İran dövlətinin “xeyir-duası” ilə gerçəkləşdiyini göstərir. Sizcə Tehran bu terror aktı ilə nəyə nail olmağa çalışıb? -Şübhəsiz, bu terrok aktında məqsəd Azərbaycana əzələ nümayiş etdirmək olub. Rəsmi Tehran bununla ölkəmizi təhdid etmək, onunla şantaj dili ilə danışmağa cəhd edib. Halbuki, Prezident İlham Əliyev dəfələrlə qeyd edib ki, heç kim Azərbyacanla şantaj dili ilə danışa bilməz. Azərbaycan heç vaxt terrora, təhdidə boyun əyməyib və bundan sonra da əyməyəcək. 44 günlük Vətən müharibəsi, bu müharibədə Azərbaycanın erməni faşizminə, erməni terroruna verdiyi cavab bunun ən ali nümunəsidir. İran anlamalıdır ki, bu kimi teraktlar vasitəsi ilə heç nəyə nail ola, Azərbaycan dövlətinin, Azərbaycan xalqının iradəsini sındıra bilməyəcək. Əksinə, bu kimi əməllər İran rejiminə qarşı nifrəti artırmaqla yanaşı, İranın terror siyasətinə qarşı daha sərt və ciddi addımlar atmağı zəruri edir. -Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov bildirdi ki, İran dövlətinə dəfələrlə xəbərdarlıq edərək bildirmişdik ki, Tehrandakı səfirliyimizə qarşı təhdidlər var. Ancaq İran tərəfi bu xəbərdarlıqlara biganə yanaşdı. Sizcə məlum faktın özü İranın Tehrandakı Azərbaycan səfirliyinin etibarlı müdafiəsindən məqsədli şəkildə imtina etdiyinin isbatı sayıla bilərmi? -Tamamilə doğrudur. Təsəvvür edin ki, Azərbaycan tərəfi məlum təhlükəni qabaqcadan görüb, bu barədə İran tərəfini məlumatlandırıb. Amma İran dövləti bu təhdidlərin qarşısının alınması, səfirliyinin mühafizəsinin gücləndirlməsi isiqamətində heç bir addım atmayıb. Bu faktın özü bir daha göstərir ki, İran əvvəldən səfirliyimizin müdafiəsində maraqlı olmayıb. Əksinə, səfirliyin müdafiəsi məqsədli şəkildə zəiflədilib ki, bu da onu terror hücumları qarşısında açıq hədəfə çevirib. Bu isə o deməkdir ki, İran baş verən terror aktına görə həm bilavasitə məsuliyyət daşıyır. -Terror aktından günlər keçsə də, İran baş verənlərə görə Azərbaycan tərəfindən üzr istəməyib. Sizcə İranın baş verənlər fonunda elementar mədəniyyət sərgiləməməsi, Tehran rejiminin siyasi baxımdan olduğu kimi, əxlaqi baxımından da kasad olduğunun isbatı sayıla bilərmi? -Əlbəttə. Bilirsiz, dünya təcrübəsi göstərir ki, bu cür hadisələrdən sonra cavabdeh dövlət qarşı tərəfdən üzr istəyir, öz səmimi təəssüfünü bildirir. İran isə nümayişkəranə şəkildə üzr istəməyəcəyini diqqətə çatdırır. Bu, o deməkdir ki, İran rejimi, onun yürütdüyü siyasət beynəlxalq qanun və konvensiyalara zidd olmaqla yanaşı, əxlaqi-mənəvi dəyərlərdən də xalidir. Bu fakt onu göstərir ki, İran primitiv əxlaqa, elementar siyasi mədəniyyətə malik deyil və bunu bütün dünyaya sərgilməkdə heç bir problem görmür. Bu baxımdan Orxan Əsgərovun cənazəsinin ölkəmizə gətirilməsi zamanı şəhid tabutunun altına girən İran əsgərlərinin cənazədən uzaqlaşdırılması tamamilə doğru addım idi. Çünki Orxan Əsgərovun ölümünə cavabdehlik daşıyan İranın şəhid cənazəsinin altına girməyə heç bir mənəvi haqqı yoxdur. İranın məlum terror aktına görə Azərbaycandan üzr istəməməsi, həm də günahkarlıq psixologiyasından irəli gələn bir amildir. İran hesab edir ki, üzr istəməklə terror aktına görə cavabdehlik daşıdığını təsdiqləmiş olacaq ki, rəsmi Tehran bunu qəbul etmək istəmir. Ancaq İranın nə deməyindən, rəsmi Tehranın nə düşünməyindən asılı olmayaraq, baş verənlərə görə bütün məsuliyyət İranın üzərindədir və İran beynəlxalq konvensiyaların tələblərinə əməl etmədiyinə görə cavab verməli olacaq. -Məşhur müəllim, İran hər zaman anti-Azərbaycan siyasəti, işğalçı Ermənistana dəstəyi ilə gündəmdə olub. Sizcə Tehranda səfirliyimizə qarşı həyata keçirilən terror aktından sonra Azərbaycan İran siyasətində hansı redaktələr etməlidir? -Təbii ki, İran öncə məlum terror aktına görə beynəlxalq hüquqla məsuliyyətə cəlb edilməli, etdiyi cinayətə görə hüquqi müstəvidə cavab verməlidir. Bu, atılması gərəkən ilk addımlardan biridir. Bundan başqa, Tehranın Azərbaycanla terror dili ilə danışmaq cəhdi rəsmi Bakını qonşu dövlət kimi İranın maraqlarını nəzərə almaq, onun maraqlarına hörmətlə yanaşmaq məsuliyyətindən azad edir. Hesab edirəm ki, Azərbaycan bundan sonra İrandakı on milyonlarla soydaşımızın hüquqlarının müdafiəsi istiqamətində daha aktiv iş aparmalı, oradakı soydaşlarımızın yanında olduğunu hiss etdirməlidir. Beynəlxalq təşkilatların, dünya dövlətlərinin də bu prosesə cəlb edilməsi vacibdir. Xatırladım ki, Prezident İlham Əliyev qeyd etmişdir ki, o, sadəcə ölkəmizdəki deyil, bütün dünyadakı 50 milyondan çox azərbaycanlının prezidentidir. Bu, o deməkdir ki, ölkəmiz İrandakı soydaşlarımıza görə də məsuliyyət daşıyır və onların taleyinə əsla biganə qala bilməz. Bildiyiniz kimi, uzun illərdir ki, İrandakı soydaşlarımıza rəsmi Tehran tərəfindən sözün həqiqi mənasıdna zülm edilir, onlar son dərəcədə hüquqsuz vəziyyətdə saxlanılır. İranda erməni dilində bir neçə orta məktəb olsa da, Azərbaycan dilində bir dənə də olsun məktəb yoxdur. Odur ki, öncə İrandakı soydaşlarımızın milli-mədəni hüquqlarının təmin edilməsi istiqamətində sistemli siyasət aparmalıyıq. Bundan başqa, İran rejimini, onun qanlı cinayətlərini ifşa edən televiziyaların, media orqanlarının ölkəmizdəki fəaliyyəti təmin edilməli, onların öz fəaliyyətlərini effektiv şəkildə qurmaları üçün həmin qurumlara dəstək verilməlidir. Azərbaycan hiss etdirməlidir ki, onun İran rejiminə təzyiq etmək rıçaqlaır kifayət qədər genişdir və rəsmi Bakı bundan sonra bu rıçaqlardan kifayət qədər səmərəli şəkildə istifadə edəcək. Seymur ƏLİYEV
Hamısını oxu
II Dünya Müharibəsi iştirakçısı olan neftçalalı veteran vəfat edib. "Report"un Muğan bürosunun məlumatına görə, veteran Nağıyev Zəbulla Cəfər oğlu 96 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, 1925-ci ildə Neftçala rayonunun Astanlı kəndində anadan olub. Z.Nağıyev SSRİ Silahlı Qüvvələrində xidmət edib, müharibə cəbhələrində Ukraynaya qədər qəhrəmanlıqla vuruşub, müxtəlif orden və medallara layiq görülüb. Qeyd edək ki, Zəbulla Nağıyevin vəfatı ilə bağlı Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti mərhumun yaxınlarına başsağlığı verib, səbr diləyib.
Hamısını oxu
В Баку состоялась Международная научно-практическая конференция «Безопасность в современном мире: глобальные и региональные вызовы». Конференция была организована Советом ветеранов войны, труда и вооруженных сил Азербайджанской республики при поддержке Академии управления при Президенте Азербайджана, Национальной академии наук, Министерства образования Азербайджана. Конференция была посвящена 30-летию создания Организации ветеранов. В работе конференции приняли участие более 150 человек, в том числе из 22-х стран мира. Имеет глубокий смысл, что данная конференция была организована Советом ветеранов. Абсурдность войн, ценность каждой жизни человек глубже начинает понимать с возрастом. Можно сказать, что мудрость в определенный момент восстает против насилия, против гибели людей ради надуманных политических, религиозных и иных целей. Не случайно умудренные жизненным опытом ветераны остро переживают конфликты и войны. Ветераны представляют собой ключевую социальную силу, формирующий духовный климат, нравственные ориентиры для новых поколений. Это обстоятельство имеет особую значимость. Руководство Азербайджана прекрасно понимает это и поддерживает деятельность ветеранов. Участники конференции были восхищены условиям, которые созданы в Азербайджане ветеранам. Программа конференции была емкой, она охватывала как сугубо теоретические, научные, так и конкретные, практические вопросы. В Пленарном заседании были заслушаны 13 содержательных докладов, потом было их бурное обсуждение и принятие соответствующей резолюции. Конференцию открыл Председатель ветеранской организации Азербайджана, генерал-полковник – Тофик Агагусейнов. Он обратил внимание на многогранность понятия безопасность, что можно говорить о природной, социальной, экономической, информационной безопасности, при этом подчеркнул, что наша конференция ориентирована на рассмотрение военной безопасности. Это чрезвычайно актуально для Азербайджана. Находясь на перекрестке Европы и Азии, Азербайджан исторически не раз подвергался опустошительному разорению варварских орд. В начале ХIХ века шла ожесточенная геополитическая борьба между Ираном и Россией за территории Азербайджана. В итоге страна была поделена на Северный и Южный Азербайджан. В ХХ веке Азербайджан в составе СССР стал участником второй мировой войны и сыграл ключевую роль в победе Советского Союза, обеспечивая нефтью, военными поставками, продовольствием потребности фронта. Республика в годы войны потеряла 350 тысяч своих граждан на полях сражений. Это была десятая часть населения Азербайджана. После второй мировой войны наметился оптимизм в сознании людей, появилась вера в светлое будущее. К сожалению, это оказалось иллюзией. В 90-е годы была навязана Арменией Карабахская война. Мы потеряли цветущие города, многочисленные культурные памятники и более 10 тысяч человек. Сейчас положение таково: Нагорный Карабах и семь прилегающих к нему районов - 20 процентов территории Азербайджана разорены и остаются под оккупацией Армении. Карабахская проблема остается центральной для правительства и народа Азербайджана. Под эгидой Минской группы ОБСЕ уже 25 лет ведутся переговоры, но они пока ни к чему не привели. Несмотря на сложности, многочисленные противоречия мы продолжаем надеяться на победу разума, здравого смысла, на мирное разрешение данной проблемы. Агагусейнов также отметил, что Азербайджан находится недалеко от очагов жестоких военных действий, ведущихся в последние годы в Сирии. В целом обстановка на Ближнем Востоке создает дополнительную угрозу безопасности Азербайджана. С приветственным словом обратился Президент Всемирной ветеранской федерации господин Дан-Вигго Бергтун (Норвегия). Он высоко оценил активную деятельность Ветеранской Организации Азербайджана и пожелал плодотворной работы участникам конференции. Обосновывая тематику конференции, председатель Оргкомитета, заместитель ветеранской организации Азербайджана, полковник, доктор философии по политическим наукам Джалил Халилов подчеркнул ряд вопросов, которые нуждаются во всестороннем обсуждении и освещении, и на них следует обратить внимание мировой общественности. Первое, - это неоднозначное отношение к международному праву и резолюциям ООН в современном мире. Так, Советом безопасности ООН были приняты четыре резолюции по освобождению оккупированных территорий Азербайджана, но Армения продолжает их игнорировать. Санкции против Армении не принимаются. Наоборот, страна-агрессор поддерживается многими международными организациями. Это вопиющий пример двойного стандарта в мировой политике. Мировая общественность не должна оставаться равнодушным к экспансионистской политике Армении. Второе, - это героизация фашизма и фашистов, пособников гитлеровского режима в некоторых странах. В их честь чеканят монеты, ставят памятники, снимают фильмы, их именами называют площади, проспекты. Возвеличивание военных преступников, виновных в совершении многочисленных античеловеческих деяний, противоречит здравому смыслу и гуманистической линии мирового развития. Третье, - сейчас в результате военных действий оккупированные территории нередко превращаются в прибежище для террористов и «серую зону», где невозможно гарантировать соблюдение элементарных правовых норм. Необходима тщательная международная инспекция этих территорий. Известно, что при деградации социальных условий проявляется инстинктивная жестокость человека. Многие едут в те места, где жестокость и убийства поощряются, так пополняются ряды ИГИЛ, ряды, так называемых, "ополченцев" в Карабахе. В - четвертых, - в наше время центральным вопросом становится определение содержания и эффективных методов патриотического воспитания. Необходимо формирование культуры патриотизма на основе принципов мультикультурализма и устойчивого развития. Если мы хотим мира, то нужно понимать друг друга. Представляется необоснованной односторонняя критика политики мультикультурализма в некоторых ведущих европейских странах. Азербайджан край, где представители различных национальностей и конфессий проживали и проживают в атмосфере мира, взаимопонимания и диалога. О мультикультуральном прошлом азербайджанского народа свидетельствуют литературные, философские, политологические источники. В центре государственной политики современного Азербайджана, лично Президента Азербайджана Ильхама Алиева находятся вопросы мультикультурализма и устойчивого развития. Совет ветеранов Азербайджана считает своим долгом и почетной обязанностью участвовать в решении этих фундаментальных вопросов, которые в совокупности ведут к гармонизации общественных отношений, повышению уровня и качества жизни людей в стране. В пятых, особый смысл и особое значение имеет сохранение единого культурного пространства в СНГ. Недопустимо уничижительное отношение к многонациональной советской культуре. Именно благодаря этой культуре во всех уголках бывшего Советского Союза знают Самеда Вургуна, Расула Гамзатова, Михаила Шолохова, Кара Караева, Дмитрия Шостаковича, Таира Салахова, Муслима Магомаева и многих других выдающихся деятелей литературы и искусства. Это достояние советского периода нуждается в поддержке и развитии. Высокий уровень конференции определили доклады: «Исторический процесс и феномен безопасности» (доктор философских наук, профессор Российской академия народного хозяйства и государственной службы при Президенте РФ Низами Мамедов); «Безопасность в современном мире» - Иван Гордейчук (генерал-майор, Председатель Белорусского общественного объединения ветеранов); «Безопасность Центральной Азии» (Айткали Исенгулов, генерал-майор, заместитель председателя Республиканского общественного объединения ветеранов Казахстана); «Роль ветеранских организаций в обеспечении духовной преемственности и формировании гуманистических установок» (Владимир Ткаченко, генерал-майор, заместитель председателя Координационного совета международного союза «Содружество общественных организаций ветеранов независимых государств»); «Безопасность в мире: российская оценка современной международной обстановки»(Александр Кравчук, генерал-лейтенант, руководитель аппарата комитета российского союза ветеранов); «Героизация нацизма в Армении - пересмотр принципов современного мироустройства" ( Олег Кузнецов, доктор исторических наук, профессор), «Двойные стандарты в современной международной политике» (Наджиба Мустафаева, доктор философии по юридическим наукам, доцент Азербайджанского государственного университета); «Международный безопасность и Карабахская проблема" (Ибрагим Гулиев, доктор юридических наук, профессор). Как известно, в Преамбуле Устава ЮНЕСКО провозглашается, что «мысли о войне возникают в умах людей, поэтому в сознании людей следует укоренять идею защиты мира». Простые, гениальные слова... И общим лейтмотивом данной конференции можно считать призыв: осознать смысл этих мудрых слов и бороться всеми силами за их реализацию. Гончарова Юлия Сергеевна, заместитель декана факультета журналистики Российской академии народного хозяйства и государственной службы при Президенте РФ.
Hamısını oxuVeteran.gov.az xəbər verir ki, 14 sentyabr 2026-cı il tarixində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının üzvləri Təşkilatın sədri polkovnik Cəlil Xəlilovun rəhbərliyi ilə Bakıdakı “Türk şəhidliyi”ni ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Tədbir iştirakçıları qarşısında çıxış edən polkovnik Cəlil Xəlilov 1918-ci il hadisələrindən, Bakı uğrunda gedən döyüşlərin əhmiyyətindən danışıb. Polkovnik qeyd edib ki, məhz 1918-ci ildə Osmanlı imperiyasının hərbi dəstəyi Azərbaycanın, eləcə də onun paytaxtı olan Bakının erməni-bolşevik silahlı dəstələrindən təmizlənməsində mühüm rol oynayıb, türk əsgərləri Azərbaycan hərbçiləri ilə çiyin-çiyinə anti-türk qüvvələrinə qarşı qəhrəmancasına mübarizə aparıb. Təşkilat sədri vurğulayıb ki, 1918-ci ilin 15 sentyabr tarixində Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsi Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtının Gəncədən Bakıya köçürülməsi üçün zəmin yaradıb. Həmçinin, bu qələbə yeni yaranan Cümhuriyyətin möhkəmlənməsi, dövlət olaraq hərbi-iqtisadi və siyasi dayaqlarını möhkəmləndirməsinə ciddi təkan verib. Ziyarət zamanı şəhdilərin ruhuna dualar oxunub, onların işıqlı xatirəsinin heç vaxt unudulmayacağı, daim ehtiram hisi ilə yad ediləcəyi bildirilib. Qeyd edək ki, tədbirdə veteranlarla yanaşı ictimaiyyət nümayəndələri, “SOS”MMC-nin əməkdaşları, gənclər və yeniyetmələr də iştirak edib. Seymur ƏLİYEV
Hamısını oxu