Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev İli”nin elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği baxımından əhəmiyyətlidir

“Heydər Əliyev İli” Ulu Öndərin ideyalarının təbliğinə mühüm töhfə verəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, gənc nəslin Heydər Əliyev ideyalarını mənimsəməsi, bu ideyaları dərk etməsi dövlətimizin və dövlətçiliyimizin inkişafı, işıqlı gələcəyi baxımından olduqca önəmlidir: “Prezident İlham Əliyev Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq 2023-cü ili “Heydər Əliyev İli” elan edib. Bu, bütün xalqın qəlbindən, ürəyindən xəbər verən addımdır. Xalqın Heydər Əliyevə olan sevgisi, ona ehtiramı hər kəsə məlumdur və bu sevgi Azərbaycan xalqı, Azərbaycan dövləti kimi əbədidir.

2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi Ümummilli Liderin ideyalarının təbliği, bu ideyaların gənc nəslə daha dərindən aşılanması baxımından olduqca əhəmiyyətlidir. “Heydər Əliyev İli” ilə bağlı həyata keçiriləcək layihələr, tədbir və görüşlər, Ulu Öndərlə bağlı yazılacaq məqalə və kitablar, ərsəyə gətiriləcək sənədli filmlər gənclərə imkan verəcək ki, onlar bu dahi şəxsiyyətin ideyalarını daha dolğun şəkildə mənimsəsinlər. Onun Vətən, xalq, dövlət sevgisindən özləri üçün nəticə çıxarsınlar. Fəaliyyətlərində Heydər Əliyev ideyalarını rəhbər tutsunlar.

Azərbaycanda nizami ordunun formalaşdırılması, müstəqilliyimizin möhkəmlənməsi, neftimizin dünya bazarına çıxarılması, dövlətimizin siyasi nüfuzunun yüksəlməsi və sair kimi amillər bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev hələ sovet dövründə azərbaycanlı hərbi kadrların yetişdirilməsinə, milli-mənəvi dəyərlərimizin təbliğinə xüsusi diqqət yetirib. Sovet dönəmində Azərbaycanın bir çox görkəmli ziyalıları məhz Heydər Əliyevin dəstəyi nəticəsində ciddi təzyiq və təhdidlərdən yaxa qurtara biliblər.

Gənclərimiz Heydər Əliyevlə bağlı bütün bu faktları bilməli, onların hər biri Vətənə, xalqa sədaqətli və faydalı olmağa çalışmalıdırlar. Biz Heydər Əliyev ideyalarına, onun siyasi kursuna, qoyub getdiyi ənənələrə sadiqliyimizi Vətənimizə xidmətimizlə sübuta yetirməliyik”.

2023-01-05 11:35:00
800 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının başsağlığı

Azərbaycandan Türkiyəyə istiqamətlənən və qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması xəbəri bizi dərindən sarsıtmışdır. Bu ağır faciə nəticəsində həlak olan hərbi qulluqçulara Uca Allahdan rəhmət, onların ailələrinə və yaxınlarına səbir və dözüm diləyirik. Azərbaycan veteranları adından qardaş Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüznlə başsağlığı bildirir, bu ağır itkinin kədərini ürəkdən paylaşırıq. Azərbaycan hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyənin yanındadır.   Allah rəhmət eləsin.

Hamısını oxu
Tanınmış həkim Xalidə Babayevanın yubileyidir

Xalidə Babayeva tibb aləmində dərin iz buraxmış tanınmış və hörmətli həkimlərimizdən biridir. Onun 50 illik ömrü həm şəxsi inkişafı, həm də peşəkar nailiyyətləri ilə zəngindir. O, uzun illər ərzində uşaq cərrahiyyəsi və ortopediya sahəsində göstərdiyi yüksək səviyyəli peşəkarlıq və fədakarlıqla xəstələrinə sevgi və qayğı ilə yanaşmış, həmçinin geniş bir kollektivin hörmətini qazanmışdır. Xalidə Babayeva, peşəkar bir həkim olmaqla yanaşı, həm də sadiq bir dost, öz bilik və təcrübəsini paylaşmaqda həvəskar bir insan kimi tanınır. Xalidə Babayeva təhsil yolunda daima yeniliyə və biliklərin artırılmasına yönəlib. Azərbaycan Tibb Universitetində təhsil alaraq, uşaq cərrahiyyəsi sahəsində dərin biliklərə yiyələnmiş və hazırda bu ali təhsil ocağında Uşaq Cərrahlığı kafedrasında doktorant olaraq fəaliyyətini davam etdirir. Peşəkar karyerası boyunca öz təhsilini yalnız Azərbaycanla məhdudlaşdırmamışdır. O, Avstriyanın Vyana şəhərində və Ukraynanın Kiyev şəhərində keçirilən müxtəlif beynəlxalq kurs və təlimlərdə iştirak edərək, uşaq cərrahiyyəsi və sümük-əzələ sisteminin müayinəsi sahəsində bilik və bacarıqlarını zənginləşdirmişdir. Peşəkar həyatı boyu Xalidə Babayeva müxtəlif tibb müəssisələrində çalışmış, öz sahəsində geniş təcrübə qazanmışdır. Onun fəaliyyəti bu sahələrdə özünü göstərir: - 13 Saylı Uşaq Poliklinikası: Xalidə Babayeva burada uşaq cərrahı kimi uzun illər çalışmış və kiçik yaşlı xəstələrin sağlamlığı uğrunda fədakarcasına mübarizə aparmışdır. - Oksigen Klinikası: Bu klinikada da uşaq cərrahı olaraq peşəkarlığını davam etdirmişdir. - Leyla Şixlinskaya Klinikası və Mərkəzi Gömrük Hospitalı: Hər iki xəstəxanada Xalidə Babayeva uşaq cərrahı-travmatoloq kimi fəaliyyət göstərmiş, həmçinin sümük-əzələ sisteminin ultrasəs müayinəsi üzrə mütəxəssis olmuşdur. Bu sahədə onun dərin bilikləri və dəqiqliyi tibb ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. - Koreya Şərq Təbabəti Klinikasında (SEBA): Xalidə Babayeva burada da eyni sahədə çalışmış və müalicə etdiyi uşaqlara böyük qayğı göstərmişdir. Onun həm cərrahiyyə sahəsindəki bacarıqları, həm də müasir diaqnostika üsulları üzrə mütəxəssisliyi xüsusilə vurğulanmalıdır. Xalidə Babayeva beynəlxalq təcrübəyə xüsusi önəm verir. Onun Avstriya və Ukraynada aldığı təlimlər, beynəlxalq səviyyədə tanınan kurslar və treyninqlərdə iştirak etməsi, onun peşəkar bacarıqlarını daha da inkişaf etdirmişdir. Bu təcrübə, Babayevanın müasir tibbi yanaşmaları tətbiq etməsinə, qlobal səviyyədə qəbul edilən yeni texnologiya və metodikaları öz fəaliyyətində istifadə etməsinə imkan yaratmışdır. Peşəkar uğurları ilə yanaşı, Xalidə Babayeva həm də xəstələrinə qarşı son dərəcə insanpərvər yanaşması ilə seçilir. Onun üçün hər bir uşaq xəstə fərdi yanaşma və diqqət tələb edir. Bu prinsip əsasında Babayeva yalnız xəstələrin fiziki sağlamlığına deyil, eyni zamanda onların psixoloji vəziyyətinə də diqqət yetirir. Xəstələr və onların ailələri arasında onun adı dərin hörmət və minnətdarlıq hissi ilə çəkilir. Xalidə Babayevanın 50 illik ömrü, peşəkar həyatı boyu əldə etdiyi nailiyyətlər və insanların həyatına etdiyi töhfələr, onu tibb aləmində xüsusi bir yerə sahib edir. O, həm bilikləri, həm də sadiqliyi ilə öz izini buraxmış və hər kəs üçün nümunəvi bir həkim və insan olmuşdur. Bu əlamətdar gün münasibətilə Xalidə Babayevaya uzun ömür, möhkəm cansağlığı və gələcək fəaliyyətlərində yeni uğurlar arzulayırıq. Onun fədakarlığı və peşəkar təcrübəsi gələcək nəsil həkimlərə ilham qaynağı olacaqdır.  

Hamısını oxu
Prezident DSX rəisini Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması münasibətilə təbrik edib

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin rəisi (DSX) general-polkovnik Elçin Quliyevi Xudafərin körpüsündə Azərbaycan bayrağının qaldırılması və DSX-nin iştirakı ilə bir neçə yaşayış məntəqəsinin azad edilməsi münasibətilə təbrik edib və təbriklərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb. General-polkovnik E.Quliyev DSX-nin şəxsi heyətinin Ali Baş Komandanın bütün tapşırıqlarını bundan sonra da layiqincə yerinə yetirəcəyini məruzə edib.

Hamısını oxu
SON DƏQİQƏ: İlham Əliyev onlara “Vətən Müharibəsi Qəhrəmanı” ADI VERDİ - SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında sərəncam imzalayıb. Publika.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin aşağıdakı hərbi qulluqçularına “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib: Mehdiyev İlham İsmayıl oğlu – general-leytenant Mirzəyev Hikmət İzzət oğlu – general-leytenant İslamzadə Namiq Sərəfruz oğlu – general-mayor Məmmədov Zaur Sabir oğlu – general-mayor Seyidov Kənan Əlihüseyn oğlu – general-mayor Cahangirov Ələkbər Məhəmməd oğlu – polkovnik Ələkbərov Babək Mürsəl oğlu – polkovnik Hüseynov Telman Əsgər oğlu – polkovnik İsrayılov Raqif İbadulla oğlu – polkovnik Qurbanov Babək Vahid oğlu – polkovnik Mövlanov Nizami Bəydəmir oğlu – polkovnik Nudirəliyev Zaur İsmayıl oğlu – polkovnik (ölümündən sonra) Sultanov Vüsal Eynulla oğlu – polkovnik Yusibov Zəfər Qəzənfər oğlu – polkovnik Zeynalov Zaur İlham oğlu – polkovnik Quliyev Zaur Hikmət oğlu – 1-ci dərəcəli kapitan Abdurahmanov Əfqan Ağasəf oğlu – polkovnik-leytenant (ölümündən sonra) Baxışov Səxavət Mamed oğlu – polkovnik-leytenant Camalov Ceyhun Fikrət oğlu – polkovnik-leytenant Cəfərov Ramiz Sübhan oğlu – polkovnik-leytenant (ölümündən sonra) Əkbərov Orxan Nadir oğlu – polkovnik-leytenant (ölümündən sonra) Əliyev Anar Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra) İbrahimov Xaliq Arif oğlu – polkovnik-leytenant İmrəliyev Füzuli Şiraslan oğlu – polkovnik-leytenant Qasımov Faiq Qaçay oğlu – polkovnik-leytenant (ölümündən sonra) Qasımov Ramiz Vaqif oğlu – polkovnik-leytenant (ölümündən sonra) Qebedov Elnur Ceerov oğlu – polkovnik-leytenant Qurbanov Səfər Qurban oğlu – polkovnik-leytenant Mirzəyev Anar Mehman oğlu – polkovnik-leytenant Nadirov Rəşad Soltanağa oğlu – polkovnik-leytenant Ağayev Vüqar Əhməd oğlu – mayor (ölümündən sonra) Bağıyev Mirdamət Səristan oğlu – mayor Bayramov Elbrus Eyvaz oğlu – mayor (ölümündən sonra) Heydərov Amid Rəbbil oğlu – mayor (ölümündən sonra) Həsənov Saleh Valeh oğlu – mayor Hüseynquliyev Şahin Yusif oğlu – mayor Hüseynov Zaur Rahat oğlu – mayor Qaflanov Şixamir Oruc oğlu – mayor (ölümündən sonra) Qasımov Anar Misir oğlu – mayor Quliyev Röyal İlham oğlu – mayor Mansurov Elçin Elşən oğlu – mayor (ölümündən sonra) Məmmədov Anar İbrahim oğlu – mayor Orucov İlqar Rəhman oğlu – mayor Səfərli Gündüz Ağamməd oğlu – mayor Səfərov Elvin Sərraf oğlu – mayor Şirinov Elnur Ramiz oğlu – mayor Şükürov Anar Mehman oğlu – mayor (ölümündən sonra) Abdullayev Rəşad Arif oğlu – kapitan (ölümündən sonra) Babayev Nihad Akif oğlu – kapitan (ölümündən sonra) Bağırlı Qəzənfər Kərim oğlu – kapitan Bədəlov Nicad Mehman oğlu – kapitan Əliyev Fərid Vaqif oğlu – kapitan Həsənov Ceyhun Aydın oğlu – kapitan (ölümündən sonra) Hudulov Ramazan İzzət oğlu – kapitan Qasımlı Rəşad Məzahir oğlu – kapitan Mahmudov Cavid Hilal oğlu – kapitan (ölümündən sonra) Musibov Veysəl Yadullayeviç – kapitan (ölümündən sonra) Noçuyev Surxay Əbdül oğlu – kapitan (ölümündən sonra) Səmədov İsmayıl Məhəmməd oğlu – kapitan (ölümündən sonra) Şıxnəbiyev Renat Güləmməd oğlu – kapitan Ağayev Qəzənfər Mahmud oğlu – baş leytenant Balacayev İzzət Zakir oğlu – baş leytenant Behbudov Cavid Ədalət oğlu – baş leytenant Bədəlov Valeh Vahid oğlu – baş leytenant (ölümündən sonra) Hümbətov Azad Arif oğlu – baş leytenant (ölümündən sonra) İbrahimli Adil Asəm oğlu – baş leytenant (ölümündən sonra) Allahyarov Şahin Hüseynbala oğlu – baş gizir (ölümündən sonra) Cəbrayılov Sübhan Rahim oğlu – baş gizir (ölümündən sonra) Hüseynov Yaşar Əhəd oğlu – baş gizir İsmayılov Camal Vidadi oğlu – baş gizir (ölümündən sonra) Niftəliyev Mehrab Söhrab oğlu – baş gizir (ölümündən sonra) Yusifli Azər Nazim oğlu – baş gizir (ölümündən sonra) Əsgərli İntiqam Bayram oğlu – gizir (ölümündən sonra) Vəliyev Elyar Arif oğlu – gizir (ölümündən sonra) Cabbarov Orxan Rövşən oğlu – kiçik gizir (ölümündən sonra) Əhmədov Yaşar Mirağa oğlu – kiçik gizir Hüseynov Əli Rəşid oğlu – kiçik gizir İbrahimli Nail Nəriman oğlu – kiçik gizir (ölümündən sonra) Novruzov Amin Tacəddin oğlu – kiçik gizir (ölümündən sonra) Zalov Fəqan Amil oğlu – kiçik miçman (ölümündən sonra) Abdullazadə Azər Rizvan oğlu – əsgər Əflətov Murad İlyas oğlu – əsgər Yaqubov Vüsal Elşən oğlu – əsgər.

Hamısını oxu