Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

"DAYAQ" Vətən Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı 20 Yanvar şəhidlərini ziyarət edib

Azərbaycan Xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi həkk olmuş 1990 cı il 20 Yanvar hadisələrindən artıq 33 il keçir. Hər il bu günü xalq böyük izdihamla yad edir.

Veteran.gov.az xəbər verir ki, "DAYAQ" Vətən  Müharibəsi Əlilləri və Şəhid Ailələrinə Dəstək Təşkilatı-nın İdarə Heyəti, şəhid ailələri, qazilər və müharibə iştirakçılarından ibarət çoxsaylı  vətənpərvər üzvləri Şəhidlər xiyabanını ziyarət etdilər. Şəhidlərin məzarları üstünə tər qərənfillər düzüldü. Şəhidlər kompleksinin qarşısına əklil qoyuldu və dualar oxundu.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyirik!

2023-01-20 13:52:00
1695 baxış

Digər xəbərlər

Bu stansiyanın ömrü uzadıldı, onilliklər ərzində bizə xidmət göstərəcək

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev avqustun 21-də 1000 meqavat yükötürmə gücü olan 330/220/110 kilovoltluq "Qobu” yarımstansiyasının tikintisi ilə tanış olub, həmçinin 385 meqavatlıq "Qobu” Elektrik Stansiyasının təməlini qoyub.   AZXEBER.COM dövlət başçısının tədbirdəki çıxışından bəzi məqamları təqdim edir.   "Bu gün ölkəmizin elektroenergetika sahəsində növbəti önəmli addım atılır. "Qobu” Elektrik Stansiyasının təməl daşını qoyduq. Əminəm ki, bu stansiyanın tikintisi uğurla gedəcək və nəzərdə tutulmuş vaxtda – 2022-ci ilin əvvəlində stansiya tam istifadəyə veriləcəkdir. Bu, bizim enerji potensialımızın gücləndirilməsi istiqamətində çox önəmli addımdır. Stansiyanın generasiya gücü 385 meqavatdır. Bu, ölkəmizdə tikilən böyük stansiyalar arasında öz yerini tapacaq”.   "Əlbəttə ki, yeni generasiya güclərinin yaradılması bizim ümumi inkişafımızın təzahürüdür. Çünki enerji sistemimizin müasirləşdirilməsi ölkəmizin ümumi inkişafı ilə uzlaşır və bütün işlər planlı şəkildə aparılır”.   "Son iki il ərzində 1300 meqavata qədər itirilmiş generasiya gücləri mövcud stansiyalarda bərpa edilmişdir. Ən böyük işlər Mingəçevir İstilik Elektrik Stansiyasında görülmüşdür. Orada 600 meqavat generasiya gücü bərpa edildi və bu gün 2400 meqavat gücündə tam gücü ilə işləyən bu stansiya bizim əsas enerji mənbəyimizdir. Bu stansiyanın ömrü uzadıldı və bundan sonra onilliklər ərzində bizə xidmət göstərəcək”.

Hamısını oxu
Mehriban Əliyeva xalqı təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə paylaşım edilib Publika.az-ın məlumatına görə, paylaşımda deyilir: "Hörmətli həmvətənlər! Sizi əlamətdar hadisə - Kəlbəcər rayonunun işğaldan azad olunması münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Şanlı Qələbəmiz hər evə, hər ailəyə bol sevinc, təbəssüm, səadət, ölkəmizə sülh və əmin-amanlıq gətirsin! Uca Tanrı xalqımızı, Vətənimizi və Prezidentimizi qorusun! Qarabağ Azərbaycandır!

Hamısını oxu
“Prezident İlham Əliyevin Berlin səfəri Azərbaycan-Almaniya münasibətlərində yeni səhifə açdı”

“Azərbaycan Respublikasının Prezident İlham Əliyevin Almaniya səfəri, səfər əsnasında imzalanan sənədlər dövlətimizin nüfuz və qüdrətinin təzahürüdür”. Bunu saytımıza açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, Azərbaycan Prezidentinin Almaniyada yüksək səviyyədə qarşılanması, dünya mediasının bu səfərə xüsusi diqqət yetirməsi Azərbaycanın “orta güc” statusuna malik dövlət kimi beynəlxalq arenada yüksələn imcindən xəbər verir: “Bildiyiniz kimi, 44 günlük Vətən müharibəsindən sonra iqtisadi və siyasi müstəvidə ciddi uğurlara imza atan Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynamaqdadır. Avropanın 10-dan çox ölkəsi Azərbaycandan neft və qaz məhsulları idxal edir ki, bu da onların enerji təminatında mühüm rol oynayır. Bundan başqa, Azərbaycan beynəlxalq arenada özünün etibarlı və səmimi tərəfdaş kimi göstərib. Hansı ki, bu həqiqət dünya ldierləri tərəfindən də etiraf edilməkdədir. Bu baxımdan Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer tərəfindən xüsusi təntənə ilə qarşılanması, iki dövlət başçısı arasında keçirilən görüş, verilən açıqlamalar, imzalanan sənədlər dövlətlərarası münasibətlərin sürətlə inkişaf etdiyini göstərir. Bu fakt sübut edir ki, Azərbaycan Avropanın iqtisadi həyatındakı rolunu artırmaqda, beynəlxalq arenadakı mövqeyini gücləndirməkdədir. Prezident İlham Əliyevin Almaniya səfərində diqqət çəkən mühüm nüanslardan biri də Alman-Azərbaycan Biznes Şurasının (German-Azerbaijani Business Council – GABC) yaradılması haqqında Birgə Bəyannamə imzalanması oldu. Bu sənəd iki ölkə arasında iqtisadi münasibətlərin yeni institusional mərhələyə keçidiyini, dövlət qurumları ilə özəl sektor arasında sistemli, davamlı dialoq mexanizminin formalaşdığını göstərir. Bu, həm də Almaniyanın Azərbaycan iqtisdiyyatına artan marağından xəbər verir. Alman-Azərbaycan Biznes Şurasının formalaşması iki dövlət arasında həm siyasi, həm də iqtisadi münasibətlərin mahiyyətcə yeni mərhələyə keçdiyini isbatlayır. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri iki dövlət arasındakı münasibətlərin inkişafına töhfə verəcək, bu ölkələrin əməkdaşlıq tarixində yeni bir səhifə açacaq”. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Millət vəkili şəhid məzarını ziyarət edib

Veteran.gov.az xəbər verir ki, Milli Məclisin deputatı Mahir Abbaszadə Bakı şəhəri Xəzər rayonu Qala kəndində dəfn olunan Vətən müharibəsinin şəhidi Laçın rayonu Malıbəyli kənd sakini Yaqubzadə Yaqub Eldəniz oğlunun məzarını ziyarət edib.   Millət vəkili şəhidlərin əziz xatirəsinə ehtiramını bildirib, ruhlarına dualar oxunub.   Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu ərazilərimizi işğaldan azad etdi. 44 gün müddətində 30 ilə yaxın davam edən işğala son qoyuldu, ölkəmizin ərazi bütövlüyü və suverenliyi bərpa olundu. Qeyd edilib ki, Prezident İlham Əliyev şəhid ailələrini və müharibə iştirakçılarını hər zaman diqqət mərkəzində saxlayır.   Şəhid Yaqub Yaqubzadənin valideynləri şəhid ailələrinə göstərilən diqqət, qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.   Ərazilərimizin işğaldan azad olunması yoludan canı, qanı bahasına mübarizə aparmış qazilərə şəfa, şəhid onlarla Allahdan rəhmət dilənib.   Yaqub Eldəniz oğlu Yaqubzadə 1999-cu il aprelin 22-də Bərdə rayonunun Alaçadırlı kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Yaqub Yaqubzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşıb. Yaqub Yaqubzadə oktyabrın 2-də Murovdağ döyüşləri zamanı Şəhid olub. Xəzər rayonunun Qala qəsəbəsində dəfn olunub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Yaqub Yaqubzadə ölümündən sonra "Vətən uğrunda", "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.  

Hamısını oxu