Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Özbəkistan mətbuatı Samir Abbasovun Ermənistanın törətdiyi ekoloji terrora dair müsahibəsini yayımlayıb

Veteran.gov.az xəbər verir ki, Özbəkistanın darakchi.uz adlı aparıcı xəbər portalında bu ölkədəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru, Azərbaycan Səfirliyinin birinci katibi Samir Abbasovun Ermənistanın Azərbaycan ərazilərində həyata keçirdiyi ekoloji terror, buna etiraz edən azərbaycanlı ekofəalların aksiyası, habelə yerli əhalinin blokadada saxlanılması  haqqında Ermənistan tərəfinin dünyaya yaydığı yanlış məlumatlara dair geniş müsahibəsi dərc olunub.

Özbəkdilli əhali arasında ən çox oxunan darakchi.uz xəbər portalında gedən “Samir Abbosov: Ozarbayjonlik ekofaollar hududimizdagi ekologik falokatga norozchilik aksiyasi oʻtkazmoqda va hech qanaqa blokada haqida soʻz borishi mumkinmas” (tərc: Azərbaycanlı ekofəallar ərazilərimizdəki ekoloji fəlakətə etiraz aksiyası keçirməkdədir və hər hansı blokadana söz gedə bilməz) adlı müsahibədə Azərbaycanın vətəndaş cəmiyyətinin nümayəndələrinin, ekoloji fəalların artıq 50 gündən çoxdur ki, ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyasına dair fikirlər yer alıb.

İlk öncə Samir Abbasov müsahibəsində Ermənistan tərəfindən 30 ilə yaxın Azərbaycan ərazilərinin 20 faizini işğal altında saxlandığını, bir milyon azərbaycanlının öz yurd yerlərindən qovulduğunu, azərbaycanlıların etnik təmizləməyə məruz qaldığını, işğal nəticəsində şəhərlərimizin, minlərlə kəndlərimizin, tarix və mədəniyyət abidələrimizin, dini inanc yerlərimizin vəhşicəsinə dağıdıldığını qeyd edib.

Diplomat Ermənistanın işğal etdiyi ərazilərimizdə 67 məsciddən 65-nin tamamilə dağıdıldığını, işğalçıların məscidlərimizdə heyvan və donuz saxlayaraq İslam irsini təhqir etdiyini vurğulayıb. Samir Abbasov 2020-ci ilin sentyabr-noyabr aylarında 44 gün davam edən Vətən müharibəsi nəticəsində Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərini Ermənistan işğalından azad etdiyini, Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli bəyanata əsasən ölkəmizin Qarabağ iqtisadi rayonunda erməni əhalisinin yerləşdiyi ərazidə  müvəqqəti olaraq 5 il müddətinə Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyini qeyd edib.

Samir Abbasov müsahibədə bildirir ki, hazırda erməni separatçıları Rusiyanın sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi ərazidə fəal şəkildə fəaliyyət göstərir, Azərbaycan dövlətinin suveren hüquqlarını pozaraq bu ərazilərdə Azərbaycana  məxsus qızıl və digər faydalı qazıntı yataqlarını talayır, bölgədə əsl ekoloji fəlakət və terror həyata keçirirlər. O, bu kimi cinayətlərə son qoyulması tələbi ilə Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri, ekoloji fəalların ölkəmizin Qarabağ bölgəsində etiraz aksiyası keçirirdiyini vurğulayır.

Müsahibədə Ermənistanın işğalı altında olmuş Azərbaycan ərazilərində mövcud təbii sərvətlər və onların talanmasına dair Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinad edilir və Ermənistanın həmişə olduğu kimi, öz cinayətlərini ört-basdır etmək üçün azərbaycanlı ekoloqların dinc etiraz aksiyasını Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində etnik ermənilərin humanitar fəlakətə məruz qalması kimi yalan məlumatlardan istifadə etdiyi və beynəlxalq ictimaiyyəti çaşdırdığı vurğulanır.

Samir Abbasov aksiyanın ekoloji terrora son qoyulması və qanunsuz yolla talan edilmiş Azərbaycan sərvətlərinin xaricə çıxarılmasının qarşısının alınması tələbi ilə dinc şəraitdə keçirildiyini müsahibədə bir daha qeyd edib. O, sözügedən ərazidə heç bir blokadanın və humanitar fəlakətin yaşanmadığını və yayılan məlumatların erməni təbliğatının əsassız dezinformasiyası olduğunu vurğulayıb. Diplomat hər gün Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan və etnik ermənilərin məskunlaşdığı Azərbaycanın Xankəndi şəhərinə Laçın yolu ilə mülki şəxslərin və xeyli mülki yüklərin, Qızıl Xaç Cəmiyyətinin avtomobillərin maneəsiz hərəkət etdiyini vurğulayıb.

Samir Abbasov Azərbaycan, Ermənistan və Rusiya dövlət başçılarının imzaladığı üçtərəfli bəyannamənin 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası Laçın yolu ilə iki istiqamətdə mülki vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə təminat verir. Bu təhlükəsizlik zəmanəti Laçın yolundan qanunsuz yüklərin, silah-sursatın daşınması baxımından sui-istifadənin qarşısını almaq üçündür. O, Azərbaycan XİN-nin də bəyan etdiyi kimi üçtərəfli bəyanatın əksinə olaraq, Ermənistan öz ərazisində  istehsal olunan yeni minaları Laçın yolu vasitəsi ilə Azərbaycana gətirərməsinə göz yumulduğunu və bu minaların sonradan Azərbaycan ərazilərində yerləşdirilməsi nəticəsində isə son iki ildə 300-ə yaxın dinc azərbaycanlı mina terrorunun qurbanı olduğunu qeyd edib.

Diplomat Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı bölgənin olmadığını, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2021-ci ildə  imzaladığı Sərəncama əsasən Azərbaycan ərazisində iqtisadi rayonların bölgüsü həyata keçiridiyini və nəticədə ölkəmizdə yeni iqtisadi rayonların, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun  yaradıldığını bildirib.

Müsahibədə qeyd olunur ki,  1920-ci illərdə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanla Naxçıvan arasında olan Azərbaycanın tarixi Zəngəzur  mahalı Ermənistana verilmiş və Naxçıvan Muxtar Respublikası anklava çevrilmişdir. Ermənistanın Azərbaycana ərazi iddiaları başlayan 1988-ci ildən sonra Ermənistan öz ərazisindən keçən Naxçıvan yolunu bağlamış və Azərbaycandan ayrı qalmış yarım milyona yaxın Naxçıvan sakini hələ də blokada şəraitində yaşayır. Üçtərəfli bəyanata görə, Ermənistan Azərbaycanın Naxçıvan MR-ə maneəsiz çıxışını təmin etməli olsa da, bu günə qədər öhdəliyini yerinə yetirməmişdir.

Müsahibədə qeyd olunur ki, bütün işğal, etnik təmizləmə və cinayətlərə baxmayaraq, Azərbaycan Prezidenti  İlham Əliyev tərəfindən Ermənistana 5 bəndlik sülh sazişinin imzalanması təklif olunmuş, Ermənistan isə bu günə qədər müxtəlif bəhanələrlə sülh müqaviləsini imzalamaqdan yayınır.

Müsahibə ilə geniş şəkildə https://darakchi.uz/oz/160447 linkində tanış olmaq mümkündür.

2023-02-01 20:14:00
871 baxış

Digər xəbərlər

Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri vəfat edib

Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Masallı rayon təşkilatının sədri, ehtiyatda olan polis polkovnik-leytenantı Məmmədağa Məmmədəli oğlu Şiriyev 74 yaşında vəfat edib. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti Məmmədağa Şiriyevin vəfatından kədərləndiyini bildirir, mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!  

Hamısını oxu
YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələrinin görüşü keçirilib

Mayın 5-də  Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında 9 May – Qələbə Günü münasibətilə YAP Veteranlar Şurasının üzvləri ilə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının nümayəndələrinin görüşü keçirilib. Görüşdə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, Azərbaycanın Sovet dövründəki həyatında 1941-1945-ci illər ən ağır və dəhşətli dövrlərdən biri olduğunu desək yəqin ki, səhv etmərik. Ölkəmizdən müharibəyə 600 min nəfərə yaxın həmyerlimiz çağırıldı və onların 350 min nəfəri geri qayıtmayıb. Arxa cəbhədə isə 250 min nəfərə yaxın insan ordunun tələbatını təmin etməsi ilə əlaqədar çalışırdı. Arif Rəhimzadənin sözlərinə görə, İkinci Dünya müharibəsi, bu müharibəyə cəlb olunan ölkələrin əhalisi üçün ən dəhşətli dövr oldu və hamıda fikir formalaşdırdı ki, faşizm ifrat dərəcədə milliyyətçiliyə, irqçiliyə yönəlib: “Azərbaycan xalqı erməni faşizmindən də əziyyət çəkib. Elə sovetlər dövründə də ermənilərin Azərbaycan torpaqlarına qarşı iddiaları var idi. Bu məsələ ilə  dövlət səviyyəsində ilk dəfə Ulu Öndər Heydər Əliyev məşğul oldu. Onun gördüyü tədbirlər nəticəsində Ermənistanın rəhbərləri anladı ki, Azərbaycana olan iddialarını həyata keçirə bilməyəcəklər. Ulu Öndərimiz böyük uzaqgörənliklə sovetlər dönəmində Bakıda hərbi məktəbin açılmasına nail oldu. Bu da milli hərbi mütəxəssislərimizin hazırlanmasında böyük rol oynadı”. Arif Rəhimzadə qeyd edib ki, Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən istefa verdikdən sonra Ermənistan Azərbaycana qarşı açıq şəkildə ərazi iddiaları ilə çıxış etdi: “Beləliklə də, Qarabağ müharibəsi başlandı. O dövrdə ölkə iflic vəziyyətdə idi. Nə silah var idi, nə ordu, nə də ki, ölkəyə rəhbərlik edənlərdə bacarıq, səriştə, iradə. Buna baxmayaraq, minlərlə Azərbaycan vətəndaşları ölkənin müdafiəsinə qalxdı. Birinci Qarabağ müharibəsində ərazilərimizin bir hissəsini itirsək də, bu müvəqqəti idi. Bu gün isə biz hamımız İkinci Qarabağ müharibəsində qazanılmış möhtəşəm qələbənin təsiri altındayıq və anlayırıq ki, bu tarixi hadisə Azərbaycan xalqının birliyi, Silahlı Qüvvələrinin yüksək peşəkarlığı və qəhrəmanlığı, Prezident, Ali Baş Komandan İlham Əliyevin ardıcıl, məqsədyönlü və məhsuldar fəaliyyətinin nəticəsidir. Eyni zamanda, biz yaxşı anlayırıq ki, Azərbaycan xalqında vətənə məhəbbət, ağır anlarında bir yumruq kimi birləşib doğma yurdumuzu müdafiə etmək, hətta canımızdan keçməyi siz veteranlar gənclərimizə  aşılayırsınız”. YAP Veteranlar Şurasının sədri söyləyib ki, azərbaycanlıların 1941-1945 –ci illərdə müharibə zamanı qəhrəmanlıqları hər zaman yaddaşlardadır.  İkinci Dünya müharibəsində yüksək şücaət göstərdiyinə görə 127 həmyerlimiz “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb. Bütövlükdə isə, orden və medallarla 170 minə yaxın vətəndaşımız təltif olunub. A.Rəhimzadə deyib ki, müharibə və əmək veteranlarının vətənə, dövlətə xidməti gənc nəsil üçün nümunədir. Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri Fatma Səttarova  İkinci Dünya müharibəsində Azərbaycanın oğul və qızlarının qəhrəmanlığından, özünün də müharibə xatirələrindən bəhs edib. Fatma Səttarova ölkəmizdə müharibə, əmək və Silahlı Qüvvələr veteranlarına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib və bütün bunlara görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını ifadə edib. O, 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbədən qürur duyduğunu, şanlı Azərbaycan Ordusu ilə fəxr etdiyini qeyd edib. Görüşdə həmçinin, Аzərbaycan Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov və təşkilatın üzvləri İmran Əbilov və Tamleyxa Həsənov çıxış edərək ölkəmizin uğurlu inkişafından, Vətən müharibəsində qazanılan zəfərdən, eləcə də ölkəmizdə veteranlara göstərilən diqqət və qayğıdan danışıblar. Eyni zamanda, hər iki təşkilat arasında əməkdaşlığın gələcəkdə də davam etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.   

Hamısını oxu
Hərbi bilik yarışının qalibləri mükafatlandırılıb

Veteran.gov.az xəbər verir ki, bu gün Elm və Təhsil Nazirliyinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzinin təşkilatçılığı, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin dəstəyi ilə Bakı şəhər məktəbliləri arasında hərbi bilik yarışının final mərhələsi keçirilib. Finalda 12 komanda iştirak edib. Tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, Təlimə Dəstək Mərkəzinin direktoru Anar Mustafazadə və mərkəzin  metodisti Qılman Eyvazov yarış iştirakçılarına uğurlar arzulayıblar. Sonra çağırışaqədərki hazırlıq fənni üzrə 10-cu sinfin tədris proqramı əhatə olunmaqla hərbi sahəyə dair məntiqə əsaslanan, gəncləri düşündürməyi bacaran, gələcək həyatlarında onlara lazım olacaq bilikləri özündə əks etdirən 25 sual təqdim edilib və yarışın qalibləri müəyyən olunub. 1-ci yeri 80 nömrəli tam orta məktəbin, 2-ci yeri 220 nömrəli məktəb-liseyin, 3-cü yeri isə 55 nömrəli tam orta məktəbin komandaları tutublar. Qalib komandalar və həmin təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən diplomla mükafatlandırılıblar. Yarışın bağlanış mərasimində çıxış edən Füzuli İsmayılov Dövlət Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq postmüharibə dövründə gənclər arasında vətənpərvərlik hisslərinin təbliğ olunması, təhsil müəssisələrində vətəndaşlara çağırışaqədərki hazırlıq fənni üzrə dərslərin keyfiyyətli tədrisinə yaxından köməklik göstərilməsi və çağırışaqədər yaş həddində olan vətəndaşların Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə belə platformaların əhəmiyyəti barədə məlumat verib.

Hamısını oxu
Müharibə,Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilova

Hamısını oxu