Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bakı şəhərinin iki təhsil ocağında dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış təntənəli yığıncağı keçirmişdir

İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində Respublika Veteranlar Təşkilatı “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə Bakı şəhəri Binəqədi rayon  83 nömrəli və Səbayıl rayon 189 nömrəli orta məktəblərdə 2018-ci il sentyabr ayının 21-də dünyanın 60-a yaxın ölkəsinin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırş təntənəli yığıncağı keçirmişdir. Səbayıl rayon 189 nömrəli məktəbin direktoru Ceyran Quliyeva və Binəqədi rayon 83 nömrəli məktəbin direktoru, riyaziyyat üzrə fəlsəfə doktoru Nəbi Mahmudov, İkinci Dünya müharibəsi veteranları Ulduz Kəngərli, İsmayıl Fərəcov, Respublika Veteranlar Təşkilatının sədr müavini polkovnik Cəlil Xəlilov, Təşkilatın əməkdaşları ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Telman Babayev, Nəbi Hacıyev, İsmayıl İsmayılov, Binəqədi rayon Veteranlar Təşkilatının sədri Telman Hətəmov, Binəqədi və Səbayıl rayon İcra Hakimiyyətlərinin nümayəndələri iştirak etmişlər. Tədbirlərdə həmçinin hər iki təhsil ocağının şagird və müəllim kollektivi, veteranlar Təhsil Nazirliyinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri iştirak etmişlər. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış etmişdir. O demişdir: “İkinci Dünya müharibəsində alman faşizmi üzərində qələbəyə mühüm töhfələr vermiş Azərbaycan Respublikasının bu beynəlxalq tədbirdə iştirak etməsi təbiidir. Azərbaycan xalqı qələbə naminə 340 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə soydaşımız itkin düşüb. Azərbaycan xalqı İkinci Dünya müharibəsində təkcə cəbhəyə yola saldığı 700 min nəfər oğul və qızı, 5 milli diviziyası: 77-ci dağatıcı, 223-cü, 396-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları, ümumən 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi ilə iştirak etməyib. Xalqımız elliklə bu müharibəyə qoşulmaqla qələbəyə böyük töhfələr verib. Buna görə də böyük qələbədə danılmaz payı olan xalqımızın belə tədbirlərə qoşulması və ev sahibliyi etməsi onun mənəvi haqqıdır. Bu gün keçirilən təntənəli aksiya həm də xalqımızın bir daha dünyaya sülh mesajları çatdırmasıdır. Bizim 20 faiz torpaqlarımızın bu gün Ermənistan hərbi birləşmələrinin işğalı altında olması da belə tədbirlər çərçivəsində dünya ölkələrinin, beynəlxalq ictimaiyyətin diqqətinə bir daha çatdırılır. Ermənistanın birmənalı olaraq təcavüzkar, işğalçı dövlət kimi tanıdılmasına, bununla isə Azərbaycanın ərazi bütövlüyünün təminatı üçün mühüm əhəmiyyət kəsb edən beynəlxalq dəstəyin daha da güclənməsinə nail olmalıyıq. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız da dəstək verməlidir.  Mən bugünkü tədblərin təşkilində fəal iştiraklarına görə Respublika Veteranlar Təşkilatının rəhbərliyi adından 189 və 83 nömrəli məktəblərin direktorlarına, pedoqoji kollektivlərinə, şagirdlərə minnətdarlığımı bildirirəm. Veteranlarımıza çox sağ olun deyirəm ki, onlar yaşlarının ahıl çağında da daim belə tədbirlərdə həvəslə iştirak edirlər”. Daha sonra II Dünya müharibəsi veteranı Aleksandr Qritiçenko, məktəbin direktoru Ceyran Quliyeva, Respublika Veteranlar Təşkilatının əməkdaşları, məktəbin müəllimləri çıxış etmişlər. Çıxış edən natiqlər Beynəlxalq sülh günündə keçirilən bu tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın məcburən müharibəyə cəlb edilməsinə baxmayaraq, daim sülh tərəfdarı olmasından və bu istəklə yaşamasından danışmışlar.  Sonra hər iki təhsil ocağının şagirdləri İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad edilməsi ilə əlaqədar hazırlanmış şarları havaya buraxmışlar. Həmin gün Bakı vaxtı ilə saat 16:00 və 16:30-da hər iki təhsil ocağının nümayəndələri, veteranlar dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokanfransda iştirak etmiş, bir daha Azərbaycan Respublikasının dünyada sülhün bərqərar olması sahəsindəki dəyişməz mövqeyini və xalqımızım sülh, əmin-amanlıq istəklərini bəyan etmişlər. Videokanfranslarda hər iki təhsil ocağının direktorları, Ceyran Quliyeva, Nəbi Mahmudov, RVT-nin nümayəndələri, II Dünya müharibəsi veteranları Ulduz Kəngərli və Aleksandr Qritçenko, məktəblilər Əzim Niyazov, Nəzrin Mehdizadə, Fidan Mahmudlu və başqaları ingilis və rus dillərində çıxış etmişlər. Həmçinin məktəblilər sülh haqqında mahnı ifa etmişlər.

2018-09-21 00:00:00
3972 baxış

Digər xəbərlər

Millət vəkili Qənirə Paşayeva və “Nərgiz” klini­kasının baş həkimi Məlahət Qəhrəmanova şəhid ailələri ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, millət vəkili, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və “Fitoterapevtlər” İctimai Birliyin Sədri, “Nərgiz” klini­kasının baş həkimi, tibb elmləri doktoru Məlahət Qəhrəmanova 27 sentyabr – Şəhidləri Anma Günündə Tovuz rayonunun Əlibəyli kən­dində olub, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş şəhid kiçik çavuş Anar Hüseyn oğlu Hüseynovun ailəsini ziyarət edib.   Şəhidin ailə üzvləri ilə söhbət edən Millət vəkili və tanınmış həkim, ailənin qayğıları ilə maraqlanıb, “şəhid övladınızın əziz ruhu qarşısında ehtiramla baş əyirik” deyib.   Şəhidin ailə üzvləri ilə söhbət edən Q.Paşayeva və M.Qəhrəmanova, Anar kimi oğulların canı-qanı bahasına qazanılmış tarixi zəfərimizdən danışıb, bu zəfərin dövlət-xalq birliyinin, Ali Baş Komandan İlham Əliyevin başçılıq etdiyi Müzəffər Ordumuzun vətəncanlılığının parlaq örnəyi oldğunu vurğulayıb. Onlar, Anar Hüseynovun haqqında da yazının olduğu “Tovuz şəhidləri (44 günlük Vətən Müharibəsi)” kitabını və Qarabağ motivli xatirə hədiyyəsini şəhidin ailəsinə təqdim edib.   Anar Hüseynov (08 oktyabr 1982, Əlibəyli, Tovuz–28 sentyabr 2020, Füzuli rayonu) 2015-ci ildən müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu olub, 2016-cı ilin Aprel döyüşlərində iştirak edib.   Kiçik çavuş Anar Hüseynov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə, sentyabrın 28-də şəhid olub.   Şəhidimiz doğma Əlibəyli kəndində dəfn olunub. Ruhu şad olsun!  

Hamısını oxu
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Fatma Səttarova ilə görüşüb

Veteran.gov.az xəbər verir ki, bu gün Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının qonağı olub, Təşkilat sədri Fatma Səttarova ilə görüşüb. Görüşdə dövlətimizin şəhid ailələri və qazilərə göstərdiyi diqqət və qayğıdan bəhs olunub, cəmiyyətdə, xüsusilə də gənclər arasında vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin önəmi vurğulanıb. Görüşdə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov, Nərimanov Bələdiyyəsinin sədri Təhmiraz Tağıyev də iştirak edib.      Seymur ƏLİYEV  

Hamısını oxu
Bir qrup hərbi qulluqçu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. APA xəbər verir ki, Azərbaycan Respublikasının Şuşa şəhərinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Şuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər. https://president.az/articles/49682?fbclid=IwAR0QREgqQZgL_-RrPwcCUIXHmxFGf-ps88OYF730jApe0wPhZtIZDX9ZE2M

Hamısını oxu
“MILLI QƏHRƏMANLARIMIZI TANIDAQ VƏ YAŞADAQ!

30 noyabr 2016-cı il tarixində, Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının akt zalında “Milli Qəhrəmanlarımızı tanıdaq və yaşadaq!” hərbi vətənpərvərlik  mövzüsunda tədbir  keçirildi. Tədbiri Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik Cəlil Xəlilov giriş sözü ilə açaraq ilk öncə tədbir iştirakçılarından Azərbaycan Respublikasının Dövlət müstəqilliyi, torpaqlarının bütövlüyü uğrunda şəhid olmuşların  xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.     Cəlil Xəlilov tədbir haqqında məlumat verərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yolunda hərbi-siyasi və hərbi-texniki sahədə beynəlxalq əlaqələrin, əməkdaşlığın mühüm əhəmiyyəti və hərbi sahədə böyük uğurlar əldə edilməsi xalqımız  tərəfindən müsbət qarşılanır.       Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin hazırladığı silah-sursatlar bu gün dünyanın qabaqcıl ölkələrində istehsal edilən eynitəyinatlı məhsullardan nəinki geri qalmır, hətta bəzi texniki-taktiki göstəricilərinı görə onlardan üstündür.  Qarabağda cəbhə xəttində erməni təxribatlarının qarşısının alınmasında, ölkənin ərazi bütövlüyünün, dinc əhalinin təhlükəsizliyinin qorunmasında qəhrəman Azərbaycan oğulları ilə yanaşı, bu silahlar da öz sözünü dedi. Həmin silahlar və hərbi sənaye sahəsi mühəndislərimizin əməyinin nəticəsi olan hərbi texnikamız döyüş sınağından uğurla çıxaraq, düşmənə sarsıdıcı zərbə vurulmasına imkan verdi.                                                                                                   Milli Qəhrəmanlarimizi tanitmaq və yaşadmaq məqsədi ilə, Azərbaycan  Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının, Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun, "Qürur Şəhid Ailələri Xeyriyyə" birliyinin, "20 Yanvar" birliyinin, "Xocalı Soyqırımını Tanıtma" birliyinin və "Sosial Rifah və Tədqiqatları" birliyinin təşəbbüsü ilə  2 fevral 2016-cı il tarixində, Azərbaycan Müdafiə Sənayesi Nazirliyinə Azərbaycanın Milli Qəhrəmanı Səfiyar Behbudovun adının əbədlədirilməsü üçün onun adına silah adı verilməsinə görə müraciyət edilmişdir.       Müraciətimiz Müdafiə Sənayesi Nazirliyində müsbət qarşılanaraq Azərbaycan Respublikasının, ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində xususi igidlik və sücaət gösdərdiyinə görə ( ölümündən sonrə) Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüş Səfiyar Abuzər oğlu Behbudovun adının əbədləşdirməsi üçün Müdafiə Sənayesi Nazirliyin mühəndisləri tərəfindən hazırlanan və istesal olunan 120 mm-lik minaatanın “SƏFİYAR minaatanı” adlandırılması qərara alınnmışdır.         Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin və Azərbaycan Müdafiə Nazirliyinin xüsusilə ölkə gəncləri arasında hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi istiqamətindəki fəaliyyəti də təqdirəlaiqdir. Belə ki, Müdafiə Sənayesi Nazirliyi istehsal etdiyi silahlara, hərbi texnikaya torpaqlarımızın düşmən işğalından azad olunmasında xususi igidlik və sücayət gösdərdiyinə görə Azərbaycanın ən yüksək fəxri adına, Milli Qəhrəmanı adına layiq görülmüş oğullarımızın xatirəsini əbədiləşdirir. Azərbaycanın Milli Qəhrəmanları Mübariz İbrahimovun və Səfiyar Behbudovun adlarını daşıyan və atəşləri onlar kimi düşmənə ölümcül zərbələr vuran"MÜBARİZ 12.7"mm çaplısnayper tüfəngi və 120 mm-lik “SƏFİYAR minaatanı” bu sahədəki fəaliyyətin bariz nümunələridir.       Azərbaycan Respublikasının  Prezidenti Administrasiyasının  ictimai-siyasi məsələlər  şobəsinin baş məsləhətçisi Rasim Mirzəyev çıxış edərək qeyd etdi ki, Azərbaycan Müdafiə Sənayesi Nazirliyin və Azərbaycan Müdafiə Nazirliklərinin birgə təşkilatçılığı ilə sentyabrın 27-də dünyanın 44 ölkəsindən 250-yə yaxın  şirkətin rəsmi heyətin, beynəlxalq ölkələrin müdafiə nazirliklərinin nümayəndələrinin iştirakı ilə, Bakı Ekspo Mərkəzində keşirilmiş “ADEX-2016” ikinci Beynəlxalq müdafiə sərgisinidə, Qəhramanlarımızın adına verilmiş "MÜBARİZ 12.7" mm çaplı snayper tüfəngi və “SƏFİYAR minaatanı” sərgi iştirakçılarının böyük  marağına səbəb oldu.       Azərbaycan Respublikası "Beynəlmiləlçi Əlil Döyüşçülər" Fondunun Prezidenti Sərraf Orucov şıxış edərək, bildirdi ki, «İstiqlal» snayper tüfəngləri ailəsindən olan 12.7 mm çaplı ikinci snayper tüfəngi Mübariz İbrahimovun şərəfinə "MÜBARİZ 12.7" mm çaplı  snayper tüfəngi adlandırılması orduda xidmət edən əsgərlərimizin döyüş  rühünu qalxızmış və ictimayət tərəfindən müsbət qarşılamışdı.        "MÜBARİZ 12.7" mm çaplı  snayper tüfəngi hazırda dünyada ən yaxşı silahlar sırasında xususi yer alaraq atış məsafəsinə və vuruş gücünə görə xarici analoqlarını üstələyir. Bu snaper tüfəngi hazırda Azərbaycan Silahlı Qüvvələri tərəfindən cəbhə xəttində Mübariz İbrahimovun şərəfinə «MÜBARİZ» snaper tüfəngi adlandırdığı üçün, əskərlərimiz tərəfindən sevilərək tətbiq edilir.        Digər Milli qəhrəmanimızın  adını daşıyan 120 mm-lik “SƏFİYAR minaatanı”-nın, Rusiya istehsalı olan 120 mm-lik minaatandan üstünlüyü ondan ibarətdir ki, qəhramanımızın adını daşıyan minaatanımız atəş yayımını müəyyən olunmuş hədəfə daha düzgün və dəqiq nişan alır. 120 mm-lik “SƏFİYAR minaatanı” Azərbaycan və Türkiyə Silahlı Qüvələrində böyük marağa səbəb olmuşdur. Sərraf Orucov çıxışının sonunda  bildirdi ki, "MÜBARİZ 12.7" mm çaplı  snayper tüfəngi Qarabağda gizlin düşmən nişangahlarını zərərlədirəcək, “SƏFİYAR minaatanı” isə Qarabağda Səfiyarın ayağı dəyən yerlərə raket zərbələri  ataraq onun ruhunu şad edəçəkdir.         "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri" İctimai Birliyinin sədri ehtiyatda olan polkovnik Mehti Mehtiyev çıxış edərək bildirdi ki, bu gün yadelli işğalçılar və onların havadarları bilməlidirlər ki, Azərbaycan daha 1988-1993-cü illərdəki Azərbaycan deyil. Onun iqtisadiyyatı, hərbi potensiyalı və qüdrəti durmadan günü-gündən güclənməkdədir. Artıq Azərbaycan Ordusu 1991-1993-cü illərki ordu deyil. Azərbaycan Respublikasnın Prezidenti, Azərbaycan Silahlı Qüvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqəti sayəsində, Silahlı Qüvələrimizin maddı-texniki bazasının möhkəmləndirilməsi, əsgər və zabit heyətinin mənəvi-psixoloji drumunun yaxşılaşdrılması, döyüş əhval-ruhiyəsinin yüksəldilməsi sahəsində ciddi işlər görülüb. İndi Azərbaycan Silahlı Qüvələri NATO standartlarına uyğun formalaşıb. Azərbaycan Silahlı Qüvələri Qafqazın ən qüdrətli ordusu kimi formalaşmışdır.        Tədbirdə  iştirak edən,  “Ehtiyatda olan Zabitlər Konfederasiyasının” birliyinin sədri ehtiyatda olan general-mayor Məmmədhüseyn Sarıyev, Müdafiə Sənayesi Nazirliyinin nazir müşaviri Azad Məmmədov ,Azərbaycanın Respublikasi Müdafiyə Nazirliyinin Hərb Tarixi Muzeyinin  direktoru polkovnik  Əzizağa Qənizadə, “Əfqanıstan Müharibəsi Veteranlar” birliyinin sədri Məhəmməd Vəliyev, "Qürur Şəhid Ailələri Xeyriyyə" birliyin sədri Naibə Behbudova,  "20 Yanvar" birliyinin sədri Sultan Əzimzadə, "Xocalı Soyqırımını Tanıtma" birliyinin sədri Şamil Sabiroğlu, "Sosial Rifah və Tədqiqatları" birliyinin sədri Əkrəm Bəydəmirli.Milli Qəhramanları Tanıtma birliyini sədri Elşən Uluxanlı,  Azərbaycanın Milli Qəhrəmanları Vahid Quliyev, İntiqam Atakişiyev Bəxtiyar Allahverdiyev, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə birliyinin sədri Emin Həsənli, “Respublika Əlil və şəhid ailələrinin vətənpərvərlər” birliyinin sədri, Çeçenistanın milli qəhrəmanı Arif Məhərrəmov, Qarabağ veteranı ehtiyatda olan polkovnik Xətai Baxışov çıxış edərək “Milli Qəhrəmanlarimizi tanidaq və yaşadaq!” hərbi vətənpərvərlik mövzüsunda təşkil olunan tədbirlərinı müsbət dəyəndərdirərək, Milli Qəhramanlarımızın adlarının verildiyi silah, hərbi texnika və başqa adlar Azərbaycan əsgərinin döyüş ruhunun yüksəlməsinə, vətən sevgisinin artmasına mühüm təsir göstərməklə düşmən üzərindəki labüd qələbəmizə öz töhfəsini verəcəyini bildirdilər.       Tədbir iştirakçıları, Azərbaycanın Milli Qəhrəmanlarına dəyər verərək onların adlarının əbədəşdirdikləri üçün,  Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə,  Azərbaycan Respublikasının Müdafiə Sənayesi Naziri Yavər Camalova, Azərbaycan Respublikasının Müdafiə Naziri genral palkovnik Zakir Həsənova öz  təşəkkürlərini bildirdilər. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının, adiyyəti olan Müdafiə Sənayesi Nazirliyinin, Müdafiə Nazirliyinin, Milli Qəhramanların şəhid ailələri, müharibə, əmək və Silahlı Qüvvələr veteranları, Əfqansdan, Qarabağ müharibəsinin veteranları, fəal gənclər, yuxarı sinif orta məktəb şagirdləri, QHT və KİV-in nümayəndələri iştirak edirdi.                   Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr                                 Veteranları Təşkilatının Mətbuat Xidməti

Hamısını oxu