Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda tədbir keçirilib

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları - şöbə müdiri, ehtiyatda olan polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev və aparıcı mütəxəssis Osman Məhərrəmov 17 fevral 2023-cü ildə  Bakı şəhəri Pirallahı rayonunda tədbir təşkil ediblər. Tədbir 168 saylı tam orta məktəbdə baş tutub.

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar ”Heydər Əliyev və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsi” mövzusunda keçirilən  tədbirdə  Pirallahı Rayon İcra Hakimiyyətinin Humanitar və ictimai əlaqələr şöbəsinin  müdiri Arzu Abdullayev, Pirallahı rayon Vətən müharibəsi iştirakçılari ilə iş şöbəsinin müdiri Süphay Məmmədov, rayon Veteranlar Təşkilatının sədri  Xəqani Şirinov, məktəbin direktoru Elnur Bayramov, şagirdlər və müəllimlər iştirak ediblər.

Tədbiri Arzu Abdullayev açıb. İlk öncə Azərbaycan Respublikasının Dövlət  Himni səsləndirilib,  torpaqlarımızın bütövlüyü  uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olunub.

Çıxış üçün ilk söz ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. Adil Haqverdiyev Ulu öndərin dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib:

“Heydər Əliyev 14 iyul 1969 –cu ildə Azərbaycan Respublikasının Mərkəzi Komitəsinin katibi seçildikdən sonra respublikanın ağır və yüngül sənayesində, kənd təsərrüfatında, tikintidə, elm sahəsində çox böyük uğurlar əldə etdi. Onun yüksək idarəetmə qabiliyyəti Mərkəzi Komitənin diqqətindən kənarda qala bilməzdi. Heydər Əliyev 1982- ci ildə Mərkəzi Komitəyə  - Moskvaya dəvət olundu. Onu yüksək vəzifəyə təyin etdilər. Heydər Əliyevə ağır və məsuliyyətli iş  olan  BAM-ın  tikinti işi tapşırıldı. Ulu Öndər bu tikintini uğurla başa çatdırdı. Onun ölkədə artan nüfuzunu həzm edə bilməyən qara qüvvələr 1987 –ci ildə Heydər Əliyevi Mərkəzi Komitədən uzaqlaşdırdılar. Şüphəsiz ki, ermənilərin bu işdə böyük rolu oldu. Onun hakimiyyətdə olmadığından istifadə edən ermənilər tezliklə əsassız torpaq iddiasına düşdülər və müharibəyə başladılar. O ağır illərdə xalqın tələbi ilə Heydər Əliyev yenidən hakimiyyətə gətirildi və Azərbaycanımızı məhv olmaq təhlükəsindən xilas etdi.

Heydər Əliyev xalqın qəlbində daima yaşayacaq. Mən Ulu Öndərə, eyni zamanda bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”

Tədbirin sonunda  xatirə şəkli çəkildi.

 

2023-02-23 11:28:00
1296 baxış

Digər xəbərlər

Tərəfdaşlıq daha da qüdrətli hərbi potensialın yaradılmasına töhfə verəcək

“Azərbaycan və Pakistan arasında çox yaxın dostluq münasibətləri var. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra onu ilk tanıyan və diplomatik əlaqələr quran dövlətlərdən biri məhz Pakistan olmuşdur. Pakistan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan edib. Bu ölkə bizimlə həmrəydir və Dağlıq Qarabağ münaqişəsinin həllində köməklik göstərməyə hazır olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin Pakistana rəsmi səfəri iki ölkə arasında bütün sahələrdə olan münasibətləri daha da genişləndirəcək”. Bunu SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, hərbi ekspert Cəlil Xəlilov bildirib. O qeyd edib ki, dövlət başçımızın Pakistana səfəri, oradakı görüşləri hər iki ölkənin inkişafı istiqamətində mühüm addımdır: “Pakistan bütün sahələrdə olduğu kimi, beynəlxalq məsələlərdə də Azərbaycanı dəstəkləyir. İki ölkə çox yaxşı strateji tərəfdaşdır. Cənab Prezidentin Pakistandakı görüşləri bir çox sahələrdəki əməkdaşlığımızı daha yüksək səviyyəyə çatdıracaq. Diplamatik və iqtisadi əlaqələrimizlə yanaşı, hərbi sahədə əməkdaşlığımız da güclənəcək. Görüşlər zamanı müdafiə və müdafiə sənayesi sahəsində konkret layihələr müzakirə olunub. Azərbaycanın Pakistanın inkişaf etmiş hərbi sənaye kompleksinin məhsullarını idxal etməsi ilə bağlı razılaşma əldə edilib. Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin imkanları da genişdir. Bu sahədə qarşılıqlı tərəfdaşlıq və əməkdaşlıq Azərbaycan və Pakistanın daha da qüdrətli hərbi potensialının yaradılmasına töhfə verəcək”.

Hamısını oxu
Sabirabad rayonunda daha bir şəhid məzarı ziyarət edilib

Veteran.gov.az xəbər verir ki, 28 aprel 2020-ci il tarixində Respublika Veteranlar Təşkilatı və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov, o cümlədən bir qrup Sabirabad rayon fəalı şəhid Ənnağıyev Babək Oqtay oğlunun məzarını ziyarət edib. Şəhid məzarına gül dəstələri və əkil qoyan ziyarətçilər Babək Ənnağıyev və vətən uğrunda müharibədə həlak olan bütün şəhidlərin ruhuna dualar oxuyub, onların qəhrəmanlığının gələcək nəsillərə örnək olacağını bildirib.   Məlumat üçün qeyd edək ki, Respublika Veteranlar Təşkilatının Sabirabad rayon şöbəsi mütəmadi olaraq şəhid məzarlarını, o  cümlədən şəhid ailələrinin ziyarətini həyata keçirir, qazilərlə görüşlər təşkil edir.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində operativ müşavirə keçirilib

Oktyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində olub. AZƏRTAC xəbər verir ki, Müdafiə naziri Zakir Həsənov Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirildi.

Hamısını oxu
Veteranlara sosial müdafiəsi daha da gücləndiriləcəkdir

  Azərbaycanda  bütün qəbildən olan veteranlar, xüsusilə müharibə əlilləri və veteranları yüksək dövlət qayğısı ilə əhatə edilmişlər. Ümummilli lider Heydər Əliyevin əsasını qoydulğu bu siyasət hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu siyasətin həyata keçirilməsində bütün dövlət orqanları və ictimai təşkilatlar əlaqəli şəkildə fəaliyyət göstərməklə, üzərlərinə düşən çox mühüm vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışırlar. Qeyd olunan istiqamətdə Respublika Veteranlar Təşkilatı ilə Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının birgə qarşılıqlı fəaliyyəti xüsusi qeyd edilə bilər. Belə ki, son illər bu təşkilatlar arasındakı əməkdaşlıq əlaqələri daha da genişlənmiş, uğurlar xeyli artmışdır. Məhz bunun nəticəsidir ki, veteranların sosial problemlərinin həlli istiqamətində ciddi dönüş yaranmış, onların sağlamlığının bərpası üçün sanatoriya və istirahət evlərinə verilən güzəştli putyovkaların sayı artmışdır. Dünən Respublika Veteranlar Təşkilatının və Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının rəhbərliyinin ilə birgə görüşündə veteranların sosial müdafiəsinin daha da gücləndirilməsi, xüsusi ilə 1941-1945-ci ilər Böyük Vətən Müharibəsi iştirakçılarının və kimsəsiz veteranların sosial problemlərinin operativ həlli məsələləri müzakirə olunmuşdur. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri, millət vəkili S.Mehbalıyev və Respublika Veteranlar Təşkilatının sədr müavini ehtiyatda olan polkovnik C.Xəlilov veteranların dövlət qayğısı ilə əhatə edilmələrini, onların ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident xanım Mehriban Əliyevanın daim diqqət mərkəzində olduqlarını bir daha vurğulamışlar. Görüşün sonunda Həmkarlar İttifaqı fəallarına Respublika Veteranlar Təşkilatının təsis etdiyi “Veteranların Qayğıkeşi” diplomu, “Veteran Həmrəyliyi” və “General Səməd bəy Mehmandarov” yubiley medalları təqdim olunmuşdur.

Hamısını oxu